47
qızılağacından alınan aĢı və flavonoid təbiətli maddələr cəmindən gön-dəri, ətriyyat-kosmetika
sahələrində də istifadə etmək olar.
FISTIQ – Fagaceae Dumort. fəsiləsi
Palıd – Quercus L.
Dünya florasının tərkibində fıstıq fəsiləsinin 9 cinsi, 900-ə qədər növü yayılmıĢdır. Bunların
əksəriyyəti ağac, nadir hallarda kol olub, yer kürəsinin bütün
ərazilərində yayılmlĢdır.
Palıd qiymətli dərman, aĢı, boyaq, texniki, yem və
bəzək bitkisidir. Azərbaycanda isə 12 növünə rast gəlinir. Onun
3 növü mədəni hala keçirilərək yaĢıllaĢdırma məqsədilə geniĢ
istifadə edilir. Respublikamızın ərazisində palıd növləri
uzunömürlü olub, hündürlükləri 12-40 m-ə çatır. Palıd növləri
ən çox ġimal yarımkürəsinin mülayim tropik zonalarında
yayılmıĢdır. Ərazimizdə Ģabalıdyarpaq palıd (Quercus
castaneifolia C.A.Mey.), ġərq palıdı (Q. macranthera Fisch. et C.A.Mey.), uzunsaplaq palıd (Q.
longipes Stev.), kövrək palıd (Q. erucifolia Stev.), gürcü palıdı (Q. iberica Stev.=Q. Peduneuliflora
C.Koch.), qırmızı (qızıl) palıd (Q. crispata Stev.) daha çox və geniĢ yayılmıĢdır.
Palıd növləri Ģiddətli Ģaxtaya, kəskin istilərə davamlı olduğu üçün Yer kürəsinin hər
zonasında bitir.
Hələ çox qədim dövrlərdə xalq təbabətində palıdın müalicəvi əhəmiyyəti öyrənilmiĢ və onun
köməyi ilə bir sıra xəstəliklər müalicə edilmiĢdir. Hazırda palıddan bir çox dərman preparatları
hazırlanır. Dərman məqsədilə cavan palıd ağaclarının qol-budaqlarının
qabıqlarından istifadə edilir. Yazın ilk ayında qabıq altında Ģirələrin
axımının çoxalması zamanı xüsusi alət vasitəsilə qabıqdan çevrə formasında
kəsir, soyur günəĢli havada qurudurlar. Qabığının tərkibində 2,5-25%-ə
qədər aĢı maddəsi vardır. Bu aĢı maddəsindən qədimlərdə gön-dəri
məmulatlarının aĢılanmasında geniĢ istifadə edilib. Palıd ağacının
qabıqlarında dərman əhəmiyyətli əsas təsiredici aĢı maddəsi olduğu hesab
edilir. Bununla yanaĢı qabıqlarda qall, ellaq, katexin, qallokatexinqallat,
pantoten turĢusu, flavonoidlərdən - kversetin, kempferol, kversitrin,
leykosianidin, vitaminlərdən B
1
, B
2
, B
6
, C, PP və s. aĢkar edilmiĢdir.
Bundan əlavə qabığının tərkibindən 6,21% zol (kül), 1,40 mq%, Ca - 23,00, Mg - 0,6 Fe - 0,20
makroelementləri, Mn - 142,60, Cu - 142,60, Zn - 10,20, Cr - 0,80, Al - 116,08, Ba - 537,12, V -
0,08, Se - 0,04, Ni - 1,84, Sr - 212,00, Pb - 3,04, B - 74,80 və s. mikroelementləri aĢkar edilmĢdir.
Palıdın gövdə, qabıq, çanaq, yarpaq və tullantılarının tərkibində 15-18%-ə qədər aĢı və
flavonoid tərkibli boyaq maddəsi tapılmıĢdır. Palıddan alınan boyaq ekstraktından yun və ipək
məmulatlarını boyamaq üçün qonur, açıq qəhvəyi, qonur-qəhvəyi, tünd-qəhvəyi. Ģabalıdı,
bozumtul-qara, zeytunu, bozumtul-zeytunu, qaramtıl-boz, yaĢılı-bozumtul, yaĢılı-qəhvəyi və s. rəng
və çalarlar almağa nail olduq. Aparılan tədqiqatlar nəticəsində məlum olmuĢdur ki, 1 inkiĢaf etmiĢ
ağacdan 1,5-2 kq çanaq toplamaq olar. Boyaq maddəsi ən çox palıdın yarpaq və çanaq hissəsindən
alınır. Hər il respublikamızın palıd bitən meĢələrindən 100 tonlarla çanaq məhsulu toplamaq olar.
Biz ilk dəfə olaraq çanaq hissədən boyaq məhlulu hazırlayıb yun ipi sarımtıl-boz, bozumtul,
bozumtııl-qonur, qonurumtul-zeytunu, zeytunu, qonur, qonurumtul, qonurumtul-yaĢıl, yaĢılımtıl,
açıq-qəhvəyi, tünd-qəhvəyi. Ģabalıdı-qara, qaramtıl və s. rəng və çalarlar boyamağa nail olduq.
Palıddan düzəldilmiĢ çənlərdə uzun müddət saxlanılan ağ, Ģəffaf konyak spirtinin rənginin
getdikcə tündləĢərək çayabənzər rəng alması palıd oduncağında 10-12%-ə qədər rəngləyici və aĢı
maddələrinin olması nəticəsində baĢ verir. Palıdın cavan qabıqlarından tanin və tannalbin adlı
dərman preparatları alınır. Həmin dərman maddələri mədə-bağırsaq xəstəliklərində, qarın
nahiyəsində Ģiddətli ağrılar zamanı, ishala və dizenteriyaya qarĢı dezinfeksiyaedici dərman kimi
istifadə olunur. Hələ eramızdan çox əvvəllər xalq təbabətində palıdın qabığı, çanağı, yarpaqları
48
dəmlənərək daxilə qəbul edilmiĢ və həmin xəstəliklərin qarĢısı vaxtında alınmıĢdır.
Elmi təbabətdə palıd ağacı qabıqlarından sulu biĢirmə formasında hazırlanmıĢ preparat
boğaz ağrılarında, diĢ ətinin iltihabında, stomatitlərdə, gingivitlərdə iltihabı aradan qaldırıcı,
antiseptik və büzüĢdürücü dərman vasitəsi kimi istifadə edilir. Bundan baĢqa ağır metal duzlarından
(civə, qurğuĢun və s.) zəhərlənmələr zamanı zəhər əleyhinə də iĢlədilir. Palıdın qurudulmuĢ
qabığını, çanağını, qozasını çay kimi dəmləyərək bir çox xəstəliklərin müalicəsində (ağız
boĢluğunun iltihabında, qırtlaq, udlaq və diĢ ətinin iltihabında, stomatitdə və s.) qarqara kimi
istifadə edirlər. Bu məqsədlə 10 qram qurudulmuĢ palıd qabığını və ya yarpağını 200 ml suda
dəmləyib qarqara etmək lazımdır. Palıd qabığı, qozası, yarpağı və çanağının yüksək konsentrasiyalı
dəmləməsindən isə (20 q palıd qabıgı, yaxud qozası 200 ml suya nisbətdə) dəri nahiyəsində baĢ
vermiĢ yanıqları müalicə etmək üçün istifadə edilir. Bu məqsədlə dəmlənmiĢ ekstraktla tənzifi
isladaraq yanmıĢ nahiyəyə qoymaq lazımdır.
Aparılan kimyəvi analizlər zamanı müəyyən edilmiĢdir ki, palıd qozasının meyvəsində 6%
pektin, 13-41% pentoza, Ģəkər, flabofen, 40%-ə qədər niĢasta, zülal maddələri, 5% piyli yağ vardır.
Məhz buna görə palıdın qozası iribuynuzlu mal-qara və ev donuzu üçün yüksək kalorili yem sayılır.
SiloslaĢdırılmıĢ palıd qozası iribuynuzlu mal-qaranın südünü artırmaqla bərabər, onun keyfiyyətini
də yaxĢılaĢdırır. Palıd qozasından hazırlanmıĢ surroqat (saxta) qəhvə uĢaqlarda uzun sürən xroniki
ishalın müalicəsində yaxĢı nəticə verir.
Qozadan alınmıĢ quru ekstrakt diabetin (Ģəkər xəstəliyinin) müalicəsinə müsbət təsir
göstərir. Ağır zəhərlənmələr zamanı qoz hissəsini çay kimi (30 q 200 q suya nisbətdə) dəmləyərək
imalə etmək çox yaxĢı müalicəvi təsir göstərir. Palıd qabığının tərkibindəki aĢı maddəsi zəhərlənmə
verən maddələrlə birləĢərək suda həll olmayan çöküntülər əmələ gətirir. Həmin çöküntülər qana
sorulmayaraq çökür və tezliklə orqanizmdən xaric olur. Müxtəlif növ dəri iltihabında palıdın
qurudulmuĢ qabıq və çanaq hissəsinin dəmləməsində (biĢirilməsində) tənzifi isladıb iltihablaĢmıĢ
nahiyəyə qoyurlar. Hər 10-15 dəqiqədən bir tənzif isladılmalıdır. Ġltihab keçənə kimi bir neçə gün
bunu təkrar etmək lazımdır. Palıd qabığının və ya çanaq hissəsinin dəmləməsi ilə qliserinin
qarıĢığından (10 hissə dəmləmə, 1 hissə qliserin) tər əleyhinə istifadə edilir. Yəni bədənin tərləyən
nahiyəsinə (əl, ayaq və s.) həmin qarıĢıqdan sürtdükdə tərləmənin qarĢısını almaq mümkündür.
Palıdın yarpağından duzlu xiyara və digər tərəvəzlərə ətirli və xoĢ tam vermək üçün ədviyyat kimi
istifadə edilir.
15-20 illik palıd ağacından 20 kq-a qədər qoza və 500 q-a qədər çanaq tədarük etmək olar.
Bir hektar sahədən 500 kq palıd qozası, 100 kq-a qədər çanaq məhsulu əldə olunur.
Hələ XVIII-XIX əsrdə palıdın «qall» hissəsindən dəmir duzunun iĢtirakı ilə qara mürəkkəb
hazırlayıb yazı iĢlərində istifadə olunurdu. «Qallın» tərkibində 58-60%-ə qədər aĢı maddəsi
olduğundan bundan hazırlanan tannin ekstraktından gön-dəri sənayesində geniĢ istifadə edilir. Palıd
yarpaqlarının havaya buraxdığı uçucu maddə təngnəfəslik və yuxusuzluğa tutulmuĢ xəstələrin
müalicəsində geniĢ istifadə edilir. Bu məqsədlə «Aerofin» adlı müalicəvi preparat buraxılır. 1 hektar
palıd ağacı sahəsi bir gün ərzində 9 tona qədər CO
2
udur və 6,5 tona qədər oksigen buraxır. Palıdın
buraxdığı uçucu ətirli maddələrin köməyi ilə insan orqanizmi üçün zərərli təsirə malik bakteriyalar
məhv edilir.
Palıd ağacı ən yaxĢı tikinti materialı hesab olıınur. Ondan bir çox tikinti materialları
hazırlamaqla yanaĢı göz oxĢayan əntiq mebel növləri hazırlanır. Palıd yağıĢa, qara, rütubətə olduqca
davamlı xammaldır.
Qeyd etdiyimiz kimi palıdın qabıq, yarpaq və çanaq hissələrindən tibb sahəsində də geniĢ
istifadə edilir. Bu məqsədlər üçün palıdın qabıq, cavan budaqlarını tədarük edib, doğrayıb qurudur
və saxlayıb yeri gəldikcə preparatlar hazırlayıb müxtəlif xəstəlikləri müalicə edirlər.
Palıd möhkəm sağlamlıq, güc və uzunömürlülük simvolu hesab edilir. Qədim slavyan, eləcə
də bir sıra ölkələrin xalqları palıdı müqəddəs bir qüvvə sanmıĢ, ona itaət etmiĢ, mahnılar qoĢmuĢ,
ondan çələnglər düzəldib, müharibədə, idmanda qalib gələnləri təltif edirmiĢlər.
Din xadimlərinin icazəsi olmadan bu nəhəng ağacı kəsmək və budaqlarını qırmaq qadağan
idi. Çox qədim dövrlərdə insanlar palıdın müalicəvi xüsusiyyətləri ilə tanıĢ olduqdan sonra onun
müxtəlif hissələrindən - qabıq, çanaq, yarpaq və s. hissələrindən dəmləmə və cövhərlər hazırlayıb
Dostları ilə paylaş: |