35
alınmıĢ Ģirə mədə xəstəliklərinin, qara ciyər iltihabının, sarılığın müalicəsində, eləcə də qızdırmanı
salan, qandayandırıcı vasitə kimi faydalıdır. Elmi təbabətdə xinin maddəsinin kəĢfinə qədər ondan
revmatizmin, böyrək xəstəliklərinin müalicəsində, bəzi vəzilərin ĢiĢməsinin qarĢısının alınmasında
geniĢ istifadə olunmuĢdur. Bunlardan baĢqa, söyüd qabığının külündən hazırlanan sirkəli məlhəm
ziyil götürən dərmandır. Onun kitrəsi isə göz xəstəliyinin müalicəsində mühüm əhəmiyyətə
malikdir. BədmüĢk söyüdünün çiçəklərindən alınan cövhər xalq arasında «piĢpiĢə arağı» adı ilə
məĢhurdur. Bitkidən ürək ağrısı zamanı və ümumiyyətlə, ürək xəstəliklərində damcı formasında
istifadə edilir. Son zamanlar alimlərimiz öyrənmiĢlər ki, ürək dərmanı kimi bitkinin baĢqa
hissələrinə nisbətən erkəkcik daĢıyan çiçəkləri daha səmərəlidir.
Ondan alınan preparatlar ürək fəaliyyətinin pozulması və nəbzin tez-tez vurması vaxtı
iĢlədilir. Son zamanlar söyüd çiçəyindən hazırlanan duru spirtli cövhərdən qan təzyiqi
xəstəliklərində istifadə olunur.
Alman xalq təbabətində qabığından hazırlanan dəmləmə və cövhərdən öskürək zamanı baĢ
ağrılarında, qızdırmada, malyariyada, müxtəlif qanaxmalarda, mədə-bağırsaq xəstəliklərində, sinir
ağrılarında müxtəlif soyuqdəymələrdə, sakitləĢdirici kimi daxilə qəbul edilir.
BədmüĢk söyüdünün qabığının tərkibində 15-16%, bəzi hallarda isə hətta 21%-ə qədər
tannin maddəsi olur. Ağac daha kefyiyyətli olduqda taninin miqdarı 62,1%-ə çatır. Qabıqlarından
alınan yüksək keyfiyyətli tanin maddəsi göndəri sənayesi üçün qiymətli aĢılayıcı sayılır.
Bu söyüd qiymətli bəzək bitkisi hesab edilir. BədmüĢk söyüdünün yarpaq, çiçək və
qabıqlarının tərkibində flavonoid tərkibli boyaq maddələri vardır. Biz laboratoriya Ģəraitində
bədmüĢkdən sarı, qızılı-sarı, sarı-narıncı, narıncı-yaĢıl, yaĢılımtıl, zeytunu, firuzəyi, qonur,
qonurumtul-boz, açıq-qəhvəyi, tünd-qəhvəyi, Ģabalıdı, qəhvəyi-qara və s. rəng və çalarlar almağa
nail olmuĢuq. 1 kq bədmüĢk söyüdünün qabığından hazırlanan boya məhlulu ilə 8-10 kq yun və
ipək məmulatını boyamaq olar. Bitkidən alınan rəng və çalarlar günəĢ Ģüasına, yuyulmaya qarĢı
davamlıdır. BədmüĢk söyüdünün qələmləri çox çətinliklə kök atır, əsasən toxumların vasitəsilə
çoxaldılır. Kötüyündən çoxlu pöhrə verir.
Ağ söyüd – S. alba L. söyüd cinsinin xalq təsərrüfatı üçün əhəmiyyətli növlərindən biridir.
Hündürlüyü 15-20 (30) m olan, geniĢ çətirli və əlveriĢli Ģəraitdə gövdəsinin diametri 2-3 m-ə çatan
ağacdır. Qabığı bozdur, köhnə gövdəsinin qabıqları üzərində dərin çatlar olur.
Cavan b udaqları gümüĢü tüklüdür, köhnə budaqları çılpaq qonurumtul və ya
sarımtıldır. Tumurcuqları budağa sıxılmıĢdır, sivridir, təqribən 6 mm
uzunluğundadır. Yarpaqları nazik olub, ensiz və ya enli lansetvaridir. Sırğaları
yarpaqları ilə bir zamanda açılır.
Ġkiyuvalı (ikievli) çiçəkləri sünbül Ģəklində tək-tək düzülmüĢdür.
Meyvəsi qutucuqdan ibarətdir.
Bitki aprel-may aylarında çiçək açır, meyvəsi iyun ayında yetiĢir. Ağ
söyüd Azərbaycanda çox geniĢ yayılmıĢdır. Bu bitki sulu yerlərdə, arxların,
çayların və xəndəklərin kənarlarında tək-tək və topa halında bitir. Çox vaxt həyətyanı sahələrdə,
küçələrdə, yol və arxların kənarında və s. yerlərdə yaĢıllaĢdırma məqsədilə əkilib-becərilir. Nahaq
yerə xalq arasında deməmiĢlər ki, «söyüd su ilə dalaĢmaz», «söyüd çəmən otları kimidir, onu
biçərsən, o yenidən böyüyüb formalaĢmağa baĢlayır», «söyüd uzununa böyüyür» və s. Qədim
yunanlar hesab edirdilər ki, söyüd Hekatə və Həre allahlarınındır.
Roma Ģairi Vergiliyanın əsərlərində göstərilir ki, ilahə və pərilər öz yaxın adamlarını,
sevgililərini itirən zaman qəmginlik rəmzi olaraq söyüd ağacının altında oturub yas saxlayırmıĢlar.
Ağ söyüd təsərrüfat cəhətdən qiymətli, tez böyüyən, torpağa qarĢı az tələbkar bir ağacdir.
ġaxtaya qarĢı həssasdır. YumĢaq yerlərdə, təzə çay çöküntülərində yaxĢı əmələ gələrək, 20 yaĢına
qədər hər il təqribən 1 m boy atır. Sonralar boyartma yavaĢıyır və tamam qocalanadək diametri
daim yoğunlaĢır, 100 ilə qədər yaĢayır.
Respublikamızın ərazisində ağ söyüdün çox geniĢ yayılmasına baxmayaraq, ümumiyyətlə,
ehtiyatı getdikcə azalır. Yalnız geniĢ surətdə becərildikdən sonra sənayedə istifadə etmək üçün bir
xammal mənbəyi ola bilər.
Yarpaq tumurcuqlarından 2,91-7,3% monosaxarid, 0,39-4,13% saxaroza, karotinoid,
36
yarpaqlarında karotinoid, C vitamini, apigenin, izokversetrin, rutin, monoqlükozid, izoramnetin,
narsissin, tozcuqlarından qlükoza, fruktoza, qalaktoza, ramnoza, C, P vitaminləri, karotin və s.
maddələr aĢkar edilmiĢdir. Gövdəsinin qabığında 14-15%-ə qədər aĢı maddəsi müəyyən edilmiĢdir.
Söyüd qabıqları nazik dərilərin aĢılanması üçün əvəzolunmaz xammal sayılır. Söyüdlə
aĢılanmıĢ nazik dərilərdən isə zərif əlcəklər və kitab cildlərinin hazırlanmasında istifadə edilir.
Söyüdün qiymətli müalicəvi xüsusiyyətləri haqqında qədim yunanların geniĢ məlumatları
olmuĢdur. Dioskorid söyüdün qabıq, yarpaq, tumurcuq və çiçəklərindən alınan Ģirələrin böyük
müalicəvi əhəmiyyəti haqqında geniĢ məlumat vermiĢdir.
Gövdəsinin qabıq və budaqlarından hazırlanan ekstraktlardan büzüĢdürücü, hemostaz (qan
axmasının kəsilməsində), dezinfeksiyaedici, hərarətsalıcı, damarları geniĢləndirən vasitə kimi
istifadə edilir. Cövhər, dəmləmə və tozundan isə dizenteriya, qastrit, qəbizlik, daxili qanaxmalarda,
qadın xəstəliklərində, nevroz, vərəm, tif, revmatizm və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Bundan baĢqa ağ söyüdün cövhərindən, dəmləməsindən, tozundan ağız və boğazın qar-qara
olunmasında, vannasından damar geniĢlənmələrində, müxtəlif dəri xəstəliklərində istifadə edir,
tozunu isə yara qanaxmalarının üzərinə qankəsici vasitə kimi səpirlər. Bolqarıstanda oynaq və
toxumalarda baĢ verən nasazlıqların aradan götürülməsində iĢlədilir. Yarpaqlarından hazırlanan
dəmləmələrdən güclü bağırsaq qanaxmalarında, qızdırmanın aĢağı salınmasında, hamaĢçiçəyindən
isə əsəb və taxikardiya (ürəyin tez-tez döyünməsi) əleyhinə iĢlədilir. Çiçəklərindən hazırlanan
cövhər isə qızdırmanı salan vasitə kimi daxilə qəbul edilir.
Xalq arasında ağ söyüdü «aspirin ağacı» adlandırırlar. Belə ki, söyüdün qabıqlarından alınan
salisin – təbii preparat olub, aspirini əvəz edir. Bundan baĢqa uzun müddət söyüdün qabıq və cavan
budaqlarından alınan cövhərdən qəbul edən zaman insanlarda damarların elastikliyi artır. Qan
kapilyarlarının partlayıb və qırılıb sızmalar əmələ gətirməsinin qarĢısını alır.
Ağ söyüdün qabıq hissəsi qiymətli müalicəvi xüsusiyyətlərə malikdir. Ondan hazırlanan
preparatlardan dezinfeksiyaedici, soyuqdəyəmə, qanyaradıcı, sakitləĢdirici, büzüĢdürücü və
sidikqovucu vasitə kimi istifadə edilir.
Malyariya xəstəlyi yayılan rayonlarda bu xəstəliyi müalicə etmək üçün çox qiymətli və çətin
tapılan xinin maddəsi söyüd qabığı ilə əvəz edirmiĢdir. Bu qiymətli təbii vasitədən bu gün də bir
sıra xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir.
Söyüddən müalicəvi preparatların hazırlanması.
Damarlarda toplanan duz yığıntılarının, revmatizmin, həmçinin ishal və mədədə olan
turşuların nizama salınması üçün. 1 xörək qaĢığı doğranmıĢ söyüd qabığını 0,5 litr qaynar suya
töküb, zəif od üzərində 15-20 dəqiqə saxladıqdan sonra bir saat dəmləyin və süzüb gündə 3-4 dəfə
2 xörək qaĢığı daxilə qəbul edin.
Damar genişlənmələrində və tromboflebitin aradan qaldırılmasında. 250 q qabığı 2 litr
qaynar suya töküb zəif od üzərinə qoyub 15-20 dəqiqə saxlayın. Dəmlədikdən sonra bir vedrə suya
töküb temperaturunu 37°C-yə çatdırın. Dizinizi vannaya qoyub 20-30 dəqiqə saxlayın, bu zaman
ayaqlarınızın üzərini isti odeyalla örtün. ÇalıĢın ki, su soyumasın. Əməliyyatdan sonra isti corab
geyinin.
Soyuqdəymə zamanı. DoğranmıĢ söyüd qabığını qızılağac qozu ilə qarıĢdırıb 1 xörək qaĢığı
1 stəkan qaynanmıĢ suyun üzərinə töküb 5-7 dəqiqə zəif od üzərində saxlayın. Dəmlədikdən sonra
soyudub süzün, gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə 20-30 dəqiqə qalmıĢ daxilə qəbul
edin.
Bərabər miqdarda doğranmıĢ cavan söyüd budağından və qızılağac qozundan götürüb 1
stəkan qaynar suya tökün və 3-5 dəqiqə biĢirib 30 dəqiqə dəmləyib, süzün. Cövhərdən stəkanın 1/4
hissəsi qədər götürüb, hər gün 2-3 dəfə yeməkdən qabaq qəbul edin. Müalicə kursu 2-3 həftədir.
Qızdırma, göyöskürək və vərəm xəstəliklərində. 1 çay qaĢığı xırdalanmıĢ qabığından
götürüb 1 stəkan qaynar suyun üzərinə töküb, qaynama dərəcəsinə çatdırın. 3-4 saat dəmlədikdən
sonra süzüb 3-4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin.
Qastrit, kolit, dizenteriya, daxili qanaxmaların, o cümlədən də uşaqlığın kəskin
qanaxmalarının qarşısının alınmasında. Söyüdün 1 xörək qaĢığı doğranmıĢ qabığından və yaxud
cavan budaqlarından götürüb 1 stəkan qaynar suya töküb 10-15 dəqiqə biĢirdikdən sonra yarım saat
Dostları ilə paylaş: |