19
bərk pendir, əzilmiĢ sarımsaq və duz əlavə edin. Alınan kütləni yaxĢıca qarıĢdırın və qara çörəyin
üzərinə yaxıb yeyin.
Sarımsaqlı şoraba. TəmizlənmiĢ sarımsağı kiçik bankaya qoyub üzərini qırmızı bibərlə
bəzəyib, üstünə sirkə əlavə edin. ġüĢə bankanı 85°C temperaturda 15 dəqiqə strelizə edin. 1 litr
Ģorabaya 1/4 stəkan su, 20 q Ģəkər, 1/4 litr 6%-li sirkə, 4 ədəd ətirli noxud və acı bibər, 4 mixək və
çox da böyük olmayan darçın əlavə edin.
Sarımsaq və kökdən salatın hazırlanması. 80 q kök, 3 q sarımsaq, 10 q mayonez,
zövqünüzə görə Ģəkər və duz götürün. Kiçik deĢikli sürgəcdən yerkökünü keçirib xırda doğranmıĢ
sarımsaqla qarıĢdırın, üzərinə mayonez əlavə edin. Sonra üzərinə zövqünüzə görə Ģəkər və duz
əlavə edin.
ASPARAGUS – Asparagaceae Juss. fəsiləsi
Qulançar (Mələçöyüd) – Asparagus L.
Dünya florasının tərkibində qulançar cinsinin 300-ə qədər növü yayılmıĢdır. Bunlardan
Qafqazda 11, o cümlədən Azərbaycanda 9 növünə təsadüf
etmək olar (Oruc Ġbadlı, 2002).
Qulançara
yabanı
halda
meĢə
açıqlıqlarında,
çəmənliklərdə, kolluqlar arasında rast gəlmək olar. Bu hündür,
çoxillik tərəvəz bitkisi, öz zərif-yaĢıl budaqlarının gözəlliyi ilə
insanın əhvali-ruhiyyəsini qaldırmaqdan baĢqa, qiymətli
müalicəvi təsirə malikdir. Xalq arasında qulançarın cinsi
aktivliyin artırılmasında oynadığı rol yüksək qiymətləndirilir.
Qədim yunanlarda belə atalar sözü vardır: «Hərgah sən qulançar
yeməsən, bəs gücü haradan alacaqsan?». Qulançara ən çox Uzaq ġərq ölkələrində təsadüf edilir.
Qədim dövrün həkimləri bu bitki ilə bir sıra xəstəlikləri – böyrək daĢlarını, qızdırmanı və s.
müalicə edirmiĢlər.
Müalicə məqsədləri üçün bitkinin kök və cavan zoğlarından istifadə edilir.
Qulançardan hazırlanan preparatlar orqanizmin müqavimətinin gücləndirilməsində, tonusun
azalmasında, sakitləĢdirici, qantəmizləyici daĢəridici, ağrıkəsici, soyuqdəymə, skleroz zamanı, Ģəkər
əleyhinə, sidikqovucu, iĢlədici və s. tətbiq edilir.
Qulançardan dərman preparatlarının hazırlanması.
Cinsi fəaliyyətin zəifləməsində, adenomanın, prostat vəzinin müalicəsində. 2 xörək qaĢığı
doğranmıĢ təzə kökündən götürüb 1 stəkan qaynar suya töküb, 2 saat saxlayıb süzün. Gündə
yeməyə yarım saat qalmıĢ 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. Cinsi fəallığımızı artırmaq
üçün hər gün yeməyinizdə təzə, biĢirilmiĢ, buxara verilmiĢ qulançardan istifadə edin.
Qanazlığı zamanı. Təzə qulançar zoğundan alınmıĢ təzə Ģirənin içərisinə 1:1 nisbətində
Ģəkər tozu əlavə edib, zəif od üzərinə qoyun və 1 saat biĢirin. Gündə 3 dəfə, yeməyə 20 dəqiqə
qalmıĢ bir xörək qaĢığı qəbul edin.
Hipertoniya, ürək şişmələrində, ateroskleroz zamanı. 2 xörək qaĢığı təzə doğranmıĢ
qulançardan götürüb 0,5 litr qaynar suya töküb, zəif odda 15 dəqiqə saxladıqdan sonra süzün.
Həcmini 0,5 litrə çatdırıb stəkanın 1/2 hissəsi qədər gündə 3-4 dəfə yeməyə yarım saat qalmıĢ qəbul
edin.
Sistit və xolesistitin müalicəsində. 1 xörək qaĢığı doğranmıĢ cavan zoğ və kök hissələrindən
götürüb 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyub yarım saat saxlayın. Sonra od üzərindən
götürüb soyudub, süzün, 1 stəkan həcminə gətirib günə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə
yarım saat qalmıĢ qəbul edin.
ZANBAQ – Liliaceae Juss. fəsiləsi
May inciçiçəyi – Convallaria majalis L.
Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmıĢdır. Fəsiləyə
20
daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök
yumrusuna malik olan çoxillik otlardır. Fəsiləyə daxil olan soğan, sarımsaq, qulançar, çiriĢ və s.
yeyinti, asırqal (çöpləmə), novruzçiçəyi, əzvaydan müalicə, tülpan, zanbaq və s. isə bəzək
təbiətlidirlər. Fəsilənin maraqlı cinslərindən biri də – inciçiçəyi hesab edilir.
Ġnciçiçəyi – Convallaria L. cinsinin dünya
florasının tərkibində 2-4 növü vardır. Qafqazda, o
cümlədən Azərbaycanda isə 1 növü – Cənubi Qafqaz
inciçiçəyi – Convallaria transcaucasica L. yayılmıĢdır.
Biz burada ancaq qiymətli dərman bitkisi olan və elmi
təbabətdə ətraflı öyrənilərək müalicə məqsədilə geniĢ
istifadə edilən may inciçiçəyi – Convallaria majalis L.
növündən bəhs edəcəyik. May inciçiçəyi – C. majalis
hündürlüyü 25-30 sm olan sürünən nazik kökümsova və
incə saçaqlı kök sisteminə malik çoxillik ot bitkisidir. Gövdəsi 3-6 açıq-çəhrayı rəngli pulcuqla
əhatə olunmuĢdur. Kökətrafı yarpaqları 2-3 ədəd olub, uzunluğu 20, eni isə 8 sm-dir. Bunlar
uzunsov-ellips formalı, kənarları iti, uzunsaplaqlıdır. Çiçəkləri ağ rəngdə olub 7 mm uzunluğunda,
6-20 ədədə qədər ətirli iyə malik salxımvaridir. Meyvələri Ģarvari, qırmızı-narıncıdır. Aprel-iyun
aylarında (təxminən 20 gün) çiçək açır, iyulun axırında, sentyabra qədər meyvəsi yetiĢməyə
baĢlayır.
May inciçiçəyinə keçmiĢ SSRI-nin Avropa hissəsində Ural, Krım və Qafqaz ərazilərində
rast gəlmək olar. Yerli əhali bu incə, zərif, xırda, ətirli bitkiyə – inciçiçəyi, ağzaçıq, əzizim, gülüm,
gənclik, yuyulmuĢ ot, güləbətin, dovĢan qulağı, gümüĢü yarpaqlı və s. adlar verilmiĢdir.
Bu incə, zərif, ətirli, gözəl, mirvariyəoxĢar par-par parıldayan Ģeh damcıları ilə əhatə olunan
yaz çiçəyinə meĢə ağaclarının altında, onların kölgəsində, meĢə açıqlıqlarında ən çox rast gəlinir.
Ġnciçiçəyi haqqında müxtəlif rəvayətlər, əfsanələr mövcuddur. Hələ uĢaqlıqda nənəm mənə
söyləyirdi ki, inciçiçəyi günəĢin yandırıcı Ģüalarından qorunmaq üçün «qaçıb» meĢələrdə ağac və
kolların arasında gizlənirmiĢ. Bir yunan mifologiyasında qeyd edilir ki, ov Allahı Diana gəzinti
zamanı azaraq meĢə Allahı yaĢadıgı tanıĢ olmayan bir meĢəyə gəlib çıxır. MeĢə Allahı Diananın
gözəlliyinə valeh olur, ona vurulur. Lakin gözəl məsum qız Diana meĢə Allahından qaçıb
gizlənməyə çalıĢır. O, yolu o qədər sürətlə qaçmıĢdı ki, bədəni istidən od tutub «yanmağa» və
tərləməyə baĢlamıĢdı. Ağ çiçəkləri olan inciçiçəyi bir çox məĢhur insanların sevgilisinə
çevrilmiĢdir. Bunu ən çox sevənlər məĢhur rus riyaziyyatçısı Sofya Kovalevskaya, yazıçı
A.Ġ.Kuprin, Ģairə U.Lesya, ukraynalı Ģair V.Y.Bryusov, məĢhur kimyaçı D.Ġ.Mendeleyev, məĢhur
bəstəkar P.Ġ.Çaykovski, azərbaycanlılardan akademik H.Ə.Əliyev, H.B.Abdullayev və s. olmuĢlar.
Hətta Çaykovski inciçiçəyinin Ģərəfinə mahnı da bəstələmiĢdir.
Ġnciçiçəyi öz ətirli iyi ilə meĢələrə sanki ürək açan, əsəb sistemini sakitləĢdirən ab-hava
gətirir. MeĢədən keçən hər bir kəs istər-istəməz bu gözəl bitkidən yan keçmir, ondan bir dəstə
toplayıb evlərinə aparır və çiçəkdən estetik zövq alır.
Ġnciçiçəyi qiymətli müalicəvi təsirə malik bitki hesab edilir. Bitkinin müalicə məqsədləri
üçün əsasən çiçək, ot və yarpaqlarından istifadə edilir. Bitkinin qeyd etdiyimiz hissələrində 20-ə
yaxın (0,1-0,6%) ürək qlükozidi tapılmıĢdır. Bu qlükozidlərdən periplogenin, sarmentogenin,
strofantidin,
strofantidol,
bipindogenin
və nitrossitgenin (konvallotoksin, konvallozid,
qlükokonvallozid, konvallotoksal, lokundiozid, dezlyükoxeyrotoksin, dezlyükoxeyrotoksol,
periqulozid, kannogenol-3-ramnozid); flavonoid maddələrindən – kempferol, kversetin,
izoramnetin, lyuteolin, apigenin, xrizoeriol, 3-qalaktozid, 3-qalaktoramnozidlər və 3-
qalaktodiramnozidlər, izoramnetin, kempferol və kversetin, saponin-kanvallarin, C vitamini,
farnezol, likopin və s. göstərmək olar.
Ġnciçiçəyinin çiçəklərindən 6,38% kül, mq/q olmaqla: K - 28,00, Ca - 3,60, Mg - 1,80, Fe -
0,30 makroelementləri; mq/q olmaqla: Mn - 0,11, Cu - 0,73, Zn - 0,72, Co - 0,18, Mo - 2,13, Cr -
0,04, Al - 0,20, Ba - 0,18, V - 0,04, Se - 12,80, Ni - 1,02, Sr - 0,05, Co - 28,60, Pb - 0,07, Ag - 8,00,
I - 0,09, Br - 81,30, B - 43,60 mikroelementləri aĢkar edilmiĢdir. Yarpaqlarından isə 8,36% kül,
mq/q olmaqla: K - 34,50, Ca - 18,20, Mg - 3,60, Fe - 0,20 makroelementləri, mkq/q olmaqla: Mn -
Dostları ilə paylaş: |