13
Piylənməyə qarĢı. 1 xörək qaĢığı doğranmıĢ saçaqdan götürüb 1 stəkan qaynar suya töküb,
vam od üzərinə qoyun və 30 dəqiqə saxlayıb süzün. Sonra üstünə su almaqla 1 stəkan həcminə
gətirib gündə 3-4 dəfə 1-2 xörək qaĢığı 3-4 saatdan bir qəbul edin.
Klimakteria qanaxmaları, eləcə də abort zamanı baĢ verən qanaxmaların
dayandırılmasında. 2 xörək qaĢığı doğranmıĢ qarğıdalı saçağından götürüb termosa töküb üzərinə
1 stəkan qaynar su əlavə edin, 7-8 saat saxlayıb süzün. Dəmləmədən gündə yeməyə 2 saat qalmıĢ 5-
6 dəfə 1-2 xörək qaĢığı qəbul edin.
Sidik qanaxmalarında. Qarğıdalı saçağı, lobya qını, ayıqulağı otundan 100 q-adək götürüb
qarıĢdırın. QarıĢıqdan 40 q götürüb 1 litr qaynar suya tökün. Sonra zəif od üzərinə qoyub 15 dəqiqə
saxlayıb, süzün. Dəmləməni gün ərzində 6 dəfə qəbul edin. Bu zaman duzsuz xörəklər yeməklə
yanaĢı, qrelkaya isti su töküb, böyrək və sidik kisəsi üzərinə qoyun.
Aterosklerozun müalicəsində görülən profilaktik tədbirlər zamanı. Qarğıdalı yağından
25 q götürüb gündə 3 dəfə yemək zamanı qəbul edin. Bu zaman ümumi vəziyyətiniz yaxĢılaĢacaq,
əsəb gərginliyi azalacaq, yuxunuz bərpa olunacaq.
BANAN – Musaceae Juss. fəsiləsi
Banan - «Ağıl qidası» - Musa x paradisiaca L.
Banan cəngəllik bitkisi olmasına baxmayaraq, öz qiymətli keyfiyyətinə görə hal-hazırda
dünyanın əksər ölkələrinin bazarlarının daimi «sakini»nə çevrilmiĢdir. Hindistanda bananı «ağıl
qidası», «müdrik qida» meyvəsi adlandırırlar. Qəribədir ki, Ģərq aləminin bir çox filosof və yoqları
bütün həyatı boyu banan meyvəsi ilə qidalanmıĢlar. Hal-hazırda banan alma və kartof kimi bizim
gündəlik tələbatımız olan qidaya çevrilmiĢdir. Bananın tərkibi az kalorili olmasına baxmayaraq,
sulu karbonların miqdarına görə alma və kartofdan iki dəfə üstündür. Bananın tərkibində olan
niĢasta meyvə yetiĢdikcə asan həll olan Ģəkərə çevrilir. Bundan baĢqa bananın tərkibində insanların
sağlamlıq durumlarında mühüm əhəmiyyət kəsb edən Na, Ca, Fe, P, Mn və s.
makro- və mikroelementlərlə yanaĢı vitaminlərin zəngin spektrləri (B
6
, C, PP
və s.) vardır. V.P.Alekseyevə görə (1955), bananın ətli hissəsinin tərkibində
72-75% su, 21,9-25,0% sulu karbohidratlar, 1,3-1,5% zülal, 0,09-0,6% piyli
maddə, 0,8-0,9% kül, 30,0-50,1% saxaroza, 5,58-13,94% fruktoza, 8,6-17,47%
qlükoza, 0,94-1,0% aĢı maddəsi, 0,41-1,07% fıtin, quru çəki hesabilə 5,0-
33,2% A, 46-62% B, 6-14% C vitaminləri, 87-88% riboflavin və s. maddələr
aĢkar edilmiĢdir. Banan çox keyfiyyətli qida məhsulu hesab edilir. Ondan 2-3
ədəd yedikdə gün ərzində aclıq hiss etmirsən. Banan tərkibindəki K
elementinin çoxluğıına görə meyvələr arasında «çempion» hesab edilir. Belə
ki, 100 q banan meyvəsinin tərkibində 376 mq% K elementi aĢkar edilmiĢdir.
Banan ən çox ürək sancmalarında və hipertoniyadan əziyyət çəkən xəstələr üçün daha sərfəli hesab
edilir. Hipertoniyalı xəstələrə hər gün 1-2 ədəd banan yemək məsləhət görülür.
YetiĢmiĢ banan meyvəsi ödqovucu. sidikqovucu, qara ciyər və böyrək xəstəliklərinin
müalicəsində geniĢ istifadə edilir. Banandan mədə və onikibarmaq bağrsaqda baĢ verən yaraların
müalicəsində də istifadə edilərək gözəl nəticələr əldə edilir.
Banan meyvəsindən müalicə prepartlarının hazırlanması.
Hipertoniya, ürək işemiyası, depressiya və yorğunluğun aradan qaldırılması üçün. Gündə
2 ədəd sarı rəngli banan yemək məsləhət görürlür. Bananı yeməkdən bir saat sonra qəbul etsəniz
daha yaxĢı olar.
Pielonefrit, sidik kisəsi daşlarının əridilməsində, öd kisəsinin zəifləməsində. Bunun üçün
hər yeməkdən yarım saat sonra yarı hissə yetiĢmiĢ banan yeyin. Bananı əzib qəbul edin.
Mədə və onikibarmaq bağırsaq yaraları və qastroenterokolit zamanı. YetiĢmiĢ bananı
götürüb sıyıq halına salın. Sonra üzərinə 1 xörək qaĢığı zeytun yağı əlavə edib qarıĢdırın. Aldığınız
qarıĢıqdan hər iki saatdan bir 1-2 xörək qaĢığı qəbul edin. Müalicəni ağrılar çəkilib qurtarana qədər
davam etdirin.
Əsəb və həyəcanlanma zamanı. Yeməkdən sonra gündə 1 ədəd banan yeməyiniz
14
məsləhətdir.
Vərəm, osteoxondroz, revmatizm, həmçinin qalxanvari vəzi xəstəlikləri zamanı. Gündə 1
ədəd yetiĢmiĢ bananı qabıqla qəbul edin.
Çəkinizdə anormallıq olan zaman (kökəlmək istəyirsinizsə). Yeməkdən sonra gündə 3 ədəd
yetiĢmiĢ banan meyvəsi yemək məsləhətdir. Müalicəni çəkiniz normal hala düĢənə qədər qəbul
edin.
Miqren (başın bir tərəfində əmələ gələıı sinir ağrıları) zamanı. Sinir ağrısı baĢ verən
zaman alın və boyun arxasına yetiĢmiĢ banan qabığını götürüb kompres edin.
Yanıq, səpki, irinli səpmələr zamanı. Bunun üçün xəstə nahiyələrin üzərinə tam yetiĢməmiĢ
və yumĢaq, eyni zamanda bərk banan qabığını soyub kompres kimi istifadə edin.
Ziyillərin müalicəsində. Bananın qabığını soyub ağ damarlanmıĢ hissədən kəsib gündə 3-4
dəfə ziyil olan nahiyəyə sürtün. AxĢamlar isə ağ hissədən kəsib ziyillərin üzərinə kompres kimi
qoyub plastrla bərkidin. Müalicə kursunu ziyillər yox olana qədər davam etdirin.
Quru öskürək və boğaz ağrıları zamanı. Bunun üçün yetiĢmiĢ bananı süzgəcdən keçirib
sonra alınan sıyığın üzərinə 2 stəkan qaynar su töküb qarıĢdırın. QarıĢığı su hamamında saxladıqdan
sonra süzün. Ġlıq hala saldıqdan sonra kiçik porsiyalarla bütün günü qəbul edin.
Bronxit zamanı. Bunun üçün yetiĢmiĢ bananı əzib üzərinə 1 stəkan qaynar su və 1 xörək
qaĢığı Ģəkər tozu əlavə edib su hamamında qızdırın. Sonra gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər
daxilə qəbul edin.
Artroz və ayaq danıarlarında olan artritin müalicəsi zamanı. 4 ədəd banan qabığı soyub
doğrayın, sonra üzərinə 3 stəkan araq əlavə edib 40 gün qaranlıq yerdə otaq temperaturunda
saxlayıb süzün. Aldığınız cövhəri tənzifə hopdurub axĢam yatmazdan qabaq ağrıyan nahiyələrə
sürtün. Müalicə kursu 20 gündür.
Tez-tez baş verən qəbizlik və həzm sistemi pozuntuları zamanı. Səhərlər acqarına 1 ədəd
yetiĢmiĢ banan yesəniz bu çatıĢmazlığı aradan qaldırmıĢ olarsınız.
Uşaqlarda dizenteriya zamanı. Bunun üçün əzlib sıyıq halına salınmıĢ bananın üzərinə
stəkanın 1/4 hissəsi qədər su əlavə edib qaynama dərəcəsinə gətirib, qarıĢdıra-qarıĢdıra 5 dəqiqə
biĢirin. AlınmıĢ püredən götürüb yeməklə birlikdə uĢağa verin. Prosesi dizenteriya sağalıb qurtarana
qədər davam etdirin.
Həzm sistemində baş verən qıcqırmaların, köpmənin, kəskin ağrıların, hıçqırıqların
aradan qaldırılması zamanı. ġüĢə bankaya 1 litr banan Ģirəsi töküb üzərinə qurudulmuĢ əncir və
yaxud kiĢmiĢ əlavə edin. Bankanı tənziflə örtüb, qıcqırana qədər isti qaranlıq yerdə saxlayın. 3
gündən sonra qıcqırmıĢ məhlulu süzüb üzərinə 2 xörək qaĢığı Ģəkər tozu, 1 xörək qaĢığı kiĢmiĢ
əlavə edin və butılkalara doldurub üzərini isti materialla möhkəm örtün. Qıcqırandan sonra Ģirəni
soyuducuda saxlayın. Gündə 1 dəfə stəkanın 1/4 hissəsi
qədər yeməkqabağı qəbul edin.
Qanazlığı və orqanizmi qüvvətləndirmək üçün.
Bunun üçün 1 stəkan banan Ģirəsini qaynama dərəcəsinə
gətirib, üzərinə 2 stəkan Ģəkər tozu əlavə edib orta
dərəcə odda biĢirin. Üzərində əmələ gələn köpüyü kənar
etməklə daim qarıĢdırın. BiĢirməni Ģirənin 1/4 hissəsi
buxarlanıb qurtarana qədər davam etdirin. Sonra soyudub alınan Ģərbətdən gündə 1-3 xörək qaĢığı
götürüb yaĢıl çayın və yaxud ilıq suyun üzərinə töküb yeməkdən yarım saat sonra daxilə qəbul edin.
Diqqət! ġəkərli diabeti olan xəstələr, qidanın pis həzm olunması və köpmə xəstəliklərinə
tutulmuĢ insanlara təzə banandan istifadə etmək məsləhət görülmür. Banan güclü iĢlədici
xüsusiyyətə malik olduğundan onu acqarına yemək və sonra üstündən su içmək məsləhət görülmür.
Banandan bayram təntənələri üçün dadlı, faydah xörək və içkilərin hazırlanması.
Banandan «Oladi Krepış»ın hazırlanması. 1 stəkan un, 1 çay qaĢığı quru mayonez, 2 əded
yumuıta, 1/2 stəkan süd, 6 ədəd iri yetiĢmiĢ banan, 1,5 xörək qaĢığı Ģəkər tozu, 3 xörək qaĢığı bitki
yağı, zövqünüzə görə vanil və duz götürün.
Unu maya ilə birlikdə qazana töküb, üzərinə ehtiyatla qızdırılmıĢ süd, 2 xörək qaĢığı yağ və
yumurta əlavə edib tam qarıĢdırın və xəmiri 10-15 dəqiqə isti yerdə saxlayın. Sonra bananları əzib
Dostları ilə paylaş: |