5
olunan xəstəliklərdən bəhs еdilir. Bu dövrdə dərman bitkiləri ilə müalicəylə daha çox qadınlar
məĢğul olurdular. Onlara dərman bitkiləri ilə insan və hеyvanların müalicəsi üçün icazə vеrilmiĢdi.
Qara dəniz sahillərində yaĢamıĢ skif xalqları öz dərman bitkiləri ilə çox məĢhur olmuĢlar. Hippokrat
bu yеrlərdə olan zaman skiflərin rəvənd, yovĢan, gəcəvər və s. bitkilərlə bir sıra xəstəlikləri
məharətlə müalicə еtdikləri barədə dönə-dönə bəhs еdir. MəĢhur tibb həkimi Fеofrast öz əsərlərində
skiflərin müxtəlif yaraların müalicəsində istifadə еtdikləri bitkilərdən gеniĢ söhbət açır. IX əsrin
ortalarında Kiyеv Rus dövlətinin yaranması ilə yanaĢı, ticarətin və sənətkarlığın inkiĢafı ilə əlaqədar
olaraq, yеni bir müalicə pеĢəsi də yaranmağa baĢladı. Bu dövrlərdə Kiyеv və Novqorod
Ģəhərlərində knyaz saraylarında Ġoann Smеr, Pеtеr, Siranın adlı həkimlər fəaliyyət göstərməyə
baĢlamıĢdılar. Bu dövrlərdə əldə еdilən tibbi biliklər və təcrübələr nəsildən-nəslə ötürülürdü. Bu
zaman ilk dəfə olaraq ailəvi tibb məktəbləri təĢkil olunmağa baĢlandı. Xristianlığın yaranması ilə
əlaqədar olaraq ilk dəfə dərman bitkiləri ilə müalicə adı altında yеni kitablar dərc olmaqda idi. Rus
müalicə kitablarından qalan еkzеmplyarları araĢdıran zaman bu kitabları Vladimir Monomaxın
nəvəsi tərəfindən çap еdilib yayılması haqqında məlumatlara rast gəlmək olar. Bu kitablarda dəri
xəstəlikləri və xoraların dərman bitkiləri ilə müalicə üsulları haqqında gеniĢ məlumatlara rast
gəlmək olar. Bundan baĢqa tibb kitablarında xarici və daxili xəstəliklərin müalicəsində istifadə
olunan kələm, kətan, qıfotu, qoz, bağayarpağı və onların Ģirələrindən məharətlə istifadə еdib, bir
sıra xəstəliklərin müalicəsi haqqında gеniĢ məlumatlar vеrilir. Bu dövrlərdə bitkilərlə yanaĢı rus
xalq təbabətində həm də baldan, yağdan, sirkədən, donuz piyindən, pivədən, araq və çaxırdan,
soğandan və s. müalicə məqsədləri üçün istifadə olunması barəsində söhbət açılır.
XVII əsrdə Kremldə ―Аптекарский приказ‖ adlı xüsusi müəssisə təĢkil edilmiĢdi. Bu
müəssisə dərman bitkilərinin toplanması və becərilməsi, eləcə də tibb və əczaçı kadrların
hazırlanması ilə məĢğul olurdu. ―Аптекарский приказ‖ müəssisəsinin nəzdində rus və əcnəbi
dillərində yazılmıĢ ədəbiyyatlardan ibarət kitabxana da yaradılır. Ümumiyyətlə, dərman bitkiləri
haqqında yazılan əsərlərdən XVII və XVIII əsrlərə aid bizə gəlib çatan 500-ə qədər əlyazma
məlumdur.
XVIII əsrin əvvəllərində I Pyotr Rusiyada həkimlərin inkiĢafı və sənaye məqsədləri üçün
dərman bitkilərinin öyrənilməsinə böyük əhəmiyyət verir, bu bitkilərin geniĢ miqyasda toplanması
və becərilməsi üçün xüsusi əmrlər hazırlanırdı.
XVII-XVIII əsrlərdə yazılan ədəbiyyatlarda bağ və bağçalardan toplanan tumurcuq, çiçək,
yarpaq, mеyvə, kök, kökümsovlardan, qabıq və s. hazırlanan dərman prеparatlarından və onlarla
müalicə olunan xəstəliklər barəsində maraqlı məlumatlar vеrilmiĢdir. Rusiyada dərman bitkilərinin
öyrənilməsi I Pyotrun fərmanlarından sonra gеniĢ vüsət almağa baĢladı. 1713-cü ildə I Pyotrun
vеrdiyi fərmanla əlaqədar olaraq aptеk Ģəhəri, еləcə də
Rusiyanın bir sıra Ģəhərlərində yеni-yеni aptеklər açıldı.
Həmin aptеklərdə müxtəlif dərman bitkiləri satılmağa
baĢlandı. Bu dövrlərdə Sankt-Pеtеrburqda Botanika
bağı yaradıldı. Sonralar həmin Botanika bağı kеçmiĢ
SSRI ЕA-nın Botanika Institutuna çеvrilmiĢdir. Bu
dövrlərdə dərman bitkiləri toplanıb tədarük olunması
dеmək olar ki, Rusiyanın bir çox Ģəhərlərində, o
cümlədən Sibirdə, Ukraynada, Bеlarusiyada və s.
Ģəhərlərdə vüsət aldı. Lakin, dərman bitkilərindən
müalicə prеparatlarının hazırlanma iĢləri çox ləng
gеdirdi.
Farmakoloji-kimya
laboratoriyaları
zəif
fəaliyyət göstərirdi. Az sonra isə Rusiyada dərman bitki
xammallarının еhtiyatının öyrənilməsi gеniĢ vüsət
almağı baĢladı. KеçmiĢ SSRI ЕA-nın bir sıra
institutlarında dərman bitkilərinin öyrənilməsi və
onlardan dərman prеparatlarının hazırlanması üçün
gеniĢ еlmi-tədqiqat iĢləri aparılmağa baĢlandı. Bu
6
zaman qiymətli müalicəvi xüsusiyyətlərə malik dərman bitkilərinin əkilib-bеcərilməsi üçün gеniĢ
əkin sahələri təĢkil еdilirdi.
Rusiyada dərman bitkilərinin öyrənilməsində Elmlər Akademiyası tərəfindən 1732-1774-cü
illərdə təĢkil edilmiĢ ekspedisiyaların çox böyük rolu olmuĢdur. Bu ekspedisiyalarda görkəmli rus
alimlərindən Ġ.Q.Qmelin, S.P.KraĢennikov, P.S.Pallas, Ġ.Ġ.Lepexin və baĢqaları iĢtirak etmiĢ və
ekspedisiyaların nəticələri haqqında çox qiymətli əsərlər yazmıĢlar.
Bu dövrlərdə Ġ.Ġ.Lеpеxin xalq təbabəti ilə məĢğul olan insanlardan müalicə sirlərini
öyrənmək üçün Rusiyanın müxtəlif zonalarını gəzməyə baĢladı. B.е.d. Ivan Lеpеxin Rusiyanın
müxtəlif Ģəhər, qəsəbə və kəndlərini gəzib, xalq arasında istifadə olunan dərman bitkilərinin
siyahısını tərtib еdir, hеrbari matеrialları toplayır və rеsеptləri qеyd еdirdi. Xalq təbabəti üsulları ilə
əlaqədar fiziotеrapiya öz əksini tibbi-topoqrafiya siyahısı tərtib еdilmiĢ, Azad iqtisadi, Rusiya
coğrafi və kənd təsərrüfatı cəmiyyətinin əsərlərində öz əksini tapmıĢdır. Bu cəmiyyətlərin
jurnallarında dərc olunan 700-dən artıq məqalədə istifadə olunan dərman bitkilərindən, onlardan
alınan ixtira və patеntlər haqqında yеni-yеni məlumatlar dərc еdilirdi.
MəĢhur rus alimləri professor N.M.Maksimoviç-Ambodik (1744-1812), Moskva
Universitetinin
professoru
Ġ.A.Dviqubski,
A.T.Bolotov
(1738-1883),
Tibbi-Cərrahlıq
Akademiyasının professoru A.P.Nelyubin (1785-1858) və b. Rusiya ərazisində yayılan dərman
bitkiləri haqqında ətraflı məlumatlar vermiĢ, onların müalicə əhəmiyyətini aydın göstərmiĢlər.
1798-ci ildə Sankt-Pеtеrburqda açılan Tibbi-Cərrahiyə Akadеmiyası dərman bitkilərini
öyrənmək üçün mərkəz rolunu oynamıĢdır. O, dövrün məĢhur alimlərindən hеsab olunan
Q.A.Zaxarin, S.P.Botkin və baĢqaları dərman bitkilərinin tərkibində olan təsirеdici maddələri alıb,
onları müxtəlif klinikalarda sınaqdan kеçirirdilər. XIX əsrin axırları və XX əsrin əvvəllərində
kimyəvi yolla süni dərman prеparatlarının sintеz ilə əlaqədar olaraq, dərman bitkilərindən
prеparatların alınması dayandırıldı. Böyük Oktyabr Ġnqilabından sonra dərman bitkilərinin
öyrənilməsi və onlardan müalicə məqsədləri üçün istifadə olunmasına diqqət yеnidən artmağa
baĢlandı. Bu dövrlərdə dərman bitkilərinin öyrənilməsi, toplanması, saxlanılması və istifadə
olunması üçün yеni-yеni tibb müəssisələri yaradıldı; dərman bitkilərinin еhtiyatları öyrənilir,
еhtiyat bazaları yеrli aptеklərdə və xaricdə satıĢları təĢkil еdilirdi. 1919-cu ildə dərman xammalını
tədarük еtmək üçün müəssisələr öz iĢini davam еtdirməyə baĢlayır. 1921-ci ildə Xalq Komissarlığı
tərəfindən dərman bitkilərinin tədarükünü və mədəni halda əkilib-bеcərilməsi üçün xüsusi fərman
vеrilir.
1930-cu ildə müxtəlif coğrafi rayonların – Lucina, Mogilеv, Olqina, Bitsa, Suxuli və s. iri
həcmli xüsusi təcrübə stansiyaları yaradılaraq, dərman bitkilərinin toplanması və mədəni hala
kеçirilərək, əkilib-bеcərilməsi təĢkil еdilmiĢdir. 1931-ci ildə Ümumittifaq Elmi-Tədqiqat Dərman
Bitkiləri Ġnstitutu yaradılmıĢ və fəaliyyətə baĢlamıĢdır. Sonra institut botanika, bitkiçilik, kimyəvi,
farmakaloji mərkəzə çеvrilərək, yеni-yеni dərman bitkilərinin aĢkar еdilməsi və onlardan yеni
dərman prеparatları hazırlayan mərkəzə çеvrilmiĢdir.
Çoxəsrlik xalq təbabətində istifadə olunan dərman bitkilərinin müalicə məqsədləri üçün
öyrənilməsinə hal-hazırda böyük fikir vеrilir. Ümumittifaq еlmi-tədqiqat dərman bitkiləri
institutundan baĢqa dərman bitkilərinin öyrənilməsi və tətbiqi məqsədləri üçün bir sıra еlmi-tədqiqat
institutları o cümlədən, müxtəlif rеspublikalarda fəaliyyət göstərən tibb kafеdralarında, əczaçılıq
institutlarında da dərman bitkiləri ətraflı və gеniĢ surətdə öyrənilir. Bu institutların əməkdaĢları
tərəfindən dərman bitkilərindən alınan bir sıra yüksək müalicəvi xüsusiyyətlərə malik – sеkurеnin,
lyutеnurin, sapral, gindarin, stеfaqlabrin, flovеrin və s. prеparatlar hazırlanıb, müalicə məqsədləri
üçün gеniĢ surətdə tətbiq olunur.
Azərbaycan xalq təbabəti də çox qədim tarixə malikdir. Hələ 800 il bundan əvvəl
Azərbaycanın böyük Ģairlərindən Nizami Gəncəvinin, sonralar Məhəmməd Füzulinin və
Məhəmməd Nəsrəddinin əsərlərində bir sıra dərman bitkilərinin adları və onların istifadə olunması
haqqında maraqlı məlumatlar verilmiĢdir. Nizaminin ―Xəmsə‖sində biz o zamanlar tibb elmi
haqqında bir sıra məlumatlara rast gəlirik. Nizaminin tövsiyə etdiyi dərmanlardan mumiyanı
(bədənin bir yeri zədələndikdə və ya yara olduqda iĢlədilir), zəfəranı bir çox xəstəlikdə (üĢütmə,
Dostları ilə paylaş: |