11
görürlər. Bununla da orqanizmin C vitamininə olan tələbatını təmin edirlər.
Müasir kosmetika və dermatologiya sahəsində Ģamın tumurcuq və iynəyarpaqlarından
hazırlanan preparatlarla uzun sürən sağalmaz yaraların, tezliklə qaysaq bağlayıb yeni epitel
toxuması ilə bərpa edilməsində, yanıqlarda, donvurmalarda, ekzemaların müalicəsində,
soyuqdəymədə, tonusun artırılmasında və s. iĢlədilir.
Bundan əlavə Ģamdan hazırlanan krem və məlhəmlərdən (mazlardan) əl və üz dərisinin
qidalandırılmasında, ağız boĢluğu soyuqdəymələrində, diĢlərin dibində baĢ verən qanaxmaların
dayandırılmasında istifadə olunur.
Slavyan xalqları dəridə olan ekzema və dəmrovun müalicəsində Ģamın qatran maddəsindən
istifadə edirlər.
Bolqarıstan kosmetoloqları Ģamdan hazırlanan dəmləmə, cövhər və vannalardan bir sıra dəri
xəstəliklərinin müalicəsində, Çində isə dəri və ayaqlarda əmələ gələn göbələk xəstəliklərinin
müalicəsində istifadə etməyi məsləhət görürlər.
Xalq təbabətində Ģam tumurcuğundan hazırlanan dəmləmə və cövhərindən bədən
boĢluqlarında toplanan suların, bronxitin, yuxarı tənəffüs yollarının soyuqdəynəsində, öd kisəsi
xəstəliklərində, eləcə də qantəmizləyici vasitə kimi dəri xəstəliklərində, maddələr mübadiləsinin
pozulmasında, aybaĢı zamanı kəskin qanaxmaların qarĢısının alınmasında, raxit, böyrəkdə, sidik
kisəsində olan daĢ və qumların təmizlənməsində geniĢ tətbiq edilir.
ġamağacı iynəyarpaqlarından müalicə preparatlarının hazırlanması.
Şam iynəyarpaqlarının külü ilə diabetin müalicə edilməsi. 4 xörək qaĢığı kül götürüb 1 litr
qaynar suya töküb 1 gün ərzində dəmləyin. Sonra ehtiyatla süzüb, gündə 3 dəfə 3 xörək qaĢığı
qəbul edin. Ġki həftə qəbul edib, 5 gün istirahət verdikdən sonra müalicəni yenidən təkrar edin. Ġl
ərzində müalicə kursunu 5-6 dəfə təkrarlayın. Müalicə kursunu qəbul edən zaman keyfiyyətli qida
məhsullarından istifadə etmək məsləhət görülür.
Şam qatranı ilə soyuqdəymə və öskürəyin müalicə edilməsi. Bunun üçün birinci dəfə 2-3 q,
sonra isə 4-5 q qətrandan dilinizin üstünə qoyub, yavaĢ-yavaĢ sormağa baĢlayın. Qatranı cökə
Ģəklinə salıb, çeynəyə də bilərsiniz. Bu əməliyyat yatanda da sizi narahat etməz. Sonra fitonsid
nəfəs almanı yaxĢılaĢdırmaqla yanaĢı tənəffüs yollarını dezinfeksiya edəcəkdir.
Şam ağacı oduncağının kəpəyi ilə damar ağrılarının müalicə edilməsi. 500 q təzə Ģam
kəpəyindən götürüb 1,5 litr qaynar suya tökün. Ġsti yerə qoyub 2-3 saat cövhərini hazırlayın. Sonra
isti halda ağrıyan nahiyəyə kompres kimi qoyun. Kompres soyuduqdan sonra sarğını açın.
Doğranıb xırda hissələrə salınmış şam yarpaqları ilə qrip və soyuqdəymənin profilaktikası.
ġam yarpaqlarını xırda hissələrə doğrayıb, nimçəyə və yaxud qutuların içərisinə sərib xəstə yatan
otağa qoyun.
Şam balışı ilə öskürək və kəskin bronxitin müalicəsi. Tənzifdən düzəldilmiĢ balıĢ üzü
içərisinə Ģam yarpaqları doldurub üzərinə ağ Ģam və yaxud adi Ģam Ģirəsi damızdırın. Bu cür
balıĢda xəstə bir neçə gün yatdıqdan sonra sağalmağa baĢlayacaqdır. ġam yarpaqlarının 1:1
nisbətində propolislə qarıĢığı daha effektli müalicəvi təsir göstərəcəkdir.
Şam ağacı oduncağı tilişgəsi ilə dəmrovun müalicəsi. ġam tiliĢgəsindən hazırlanan
qatrandan götürüb yandırın. Sonra söndürüb tüstüsünü dəmrov olan nahiyəyə yönəldin. 7-8 dəfə
aparılan əməliyyatdan sonra dəmrovun tamamilə sorulub sağaldığının Ģahidi olacaqsınız.
Şam ağacı şirəsi ilə diş dibinin, soyuqdəymə və öskürəyin müalicəsi. Cavan Ģam ağacının
qabığını gövdəsindən ayırın. Qabıq və gövdənin arasında Ģirəli və dadlı kambi qatı yerləĢdiyini
görəcəksiniz. Onu gövdədən qaĢıyıb çıxardaraq, yavaĢ-yavaĢ çeynəyib, Ģirəsini udun.
Qatrandan hazırlanmış qoğal ilə çətin sağalan irinli yaraların müalicəsi. Bir və yaxud bir
neçə tikə Ģam qatranından götürüb, barmaqlarınızla əzib azca su əlavə edərək qarıĢdırıb qoğal halına
salın. Sonra qoğalı ağrıyan yaranın üzərinə yaxıb (qoyub) sarıyın. Sarğını 1-2 gün saxlayıb açın,
azca istirahət verdikdən sonra əməliyyatı yenidən təkrar edin. Əməliyyatı yara tam sağalana qədər
davam etdirin.
ġam ağacı tumurcuqlarını erkən yazda və yaxud qıĢ dövründə toplayır və qurudub
saxlayırlar. QurudulmuĢ xammalın saxlama müddəti 2 ildir.
12
TAXILLAR – Poaceae Barnhart fəsiləsi
Qarğıdalı – Zea mays L.
Qarğıdalı Amerika qitəsinin yerli bitkisidir. ABġ qarğıdalının vətəni hesab edilir.
Qarğıdalını mədəni halda ABġ-ın dəniz səviyyəsindən 3500 m
yüksəkliklərində və 2000 m-ə qədər hündürlükdə olan tropik zonalarında
əkib-becərirlər.
Qarğıdalı qədimdən mədəni halda becərilən bitkilərdən hesab
edilir. 60 min il bundan əvvəl Meksika ərazisində qarğıdalı saçaqları
aĢkar edilmiĢdir. Bitki 1492-ci ildə Kolumb tərəfindən Avropaya
gətirilmiĢdir. Qarğıdalıdan qida məqsədləri üçün ilk dəfə Cənubi
Amerikada yaĢayan hindu tayfaları istifadə edirmiĢ.
Qarğıdalı hündürlüyü 1-3 m-ə çatan, sarı-qırmızı rəngdə qıçaya
malik olan birillik ot bitkisidir. Qarğıdalı dənli bitkilərin ən qədimi hesab
edilir.
Qarğıdalı qida əhəmiyyətindən baĢqa, müalicəvi təsirə malik olan
bitki hesab edilir. Belə ki, bitkidən alınan yağ aterosklerozun və trombun müalicəsində iĢlədilir.
Xalq təbabətində isə qarğıdalının diĢicik saçaqlarından istifadə edilir.
Kimyəvi tərkibi. Qarğıdalı diĢiciyinin saçaqlarının tərkibində – 20,5% yağ, 0,12% efir yağı,
3,8% kitrə, 2,7% qətran, 1,15% acı qlükozid maddəsi, 3,18% kriptoksantin, askorbin və pantoten
turĢusu, K vitamini, inozit, həmçinin sitosterol, stiqmasterol (C
29
H
48
O), 0,05% məlum olmayan
alkaloidlər, toxumlarından isə 61,2% niĢasta, 4,24,7% yarımbərkimiĢ yağ, 7,4% pentazon, B
1
, B
2
,
B
6
vitaminləri, nikotin və pantoten turĢuları, zeaksantin (C
40
H
56
O
2
) kversetin, izoksersitrin və s.
maddələr aĢkar edilmiĢdir.
Qarğıdalı saçağı öd kisəsi vəzisinin sekresiya fəaliyyətini artırır, ödün qatılığını azaldır,
bilirubinin miqdarını aĢağı salır, trombositin miqdarını artırır. Qarğıdalının toxumlarının
rüĢeymindən alınan yağ öd kisəsini stimullaĢdırır və onun tonusunu artırır. Beləliklə, qarğıdalı
həzm sisteminin fəaliyyətinin normal gediĢini nizamlayır. Qarğıdalı saçaqlarından alınan maye
ekstraktlardan, dənəvərləĢdirilmiĢ formalı preparatlardan ödqovucu, sidikqovucu, qankəsici, bundan
əlavə xolesistitin, xolangitin, hepatitin və s. müalicəsində geniĢ istifadə edilir; saçaqlardan
hazırlanan dəmləmədən uzun müddət qəbul etdikdə böyrəkdə, sidik və öd kisəsində olan daĢları
əridib orqanizmdən təmizləyir, ateroskleroza qarĢı müalicəvi-profilaktik rol oynayır.
Qarğıdalı saçaqlarından müalicəvi preparatların hazırlanması.
Qarğıdalı saçaqlarından hazırlanan preparatlar soyuqdəymə, ödqovucu sidikqovucu, qan
bərpaedici, arterial qan təzyiqinin və öd ifrazatının artırılmasında, qanda bilirubin maddəsinin
azaldılmasında tətbiq edilir.
Sidik kisəsində olan daĢların əridilməsində. 2 çay qaĢığı doğranmıĢ saçaqdan 2 stəkan
qaynar suya tökün, su hamamına qoyub, 2 saat saxlayıb süzün. Ekstraktdan gündə 3 dəfə yeməyə 1
saat qalmıĢ stəkanın 0,5 hissəsi qədər istifadə edin. Müalicə kursu yarım ildən az olmamaq Ģərti ilə
aparılır.
Xroniki xolesistitin müalicəsində. 2 xörək qaĢığı doğranmıĢ qarğıdalı saçaqlarından
götürüb stəkan yarım qaynar suya tökün, qaynama dərəcəsinə çatdırıb 30 dəqiqə saxlayın.
Dəmləmədən gündə 2-3 dəfə 2 xörək qaĢığı yeməyə 15-20 dəqiqə qalmıĢ qəbul edin.
Sistit və diabet xəstəliyi zamanı. 1 çay qaĢığı doğranmıĢ saçaqlardan 1 stəkan qaynar suya
töküb vam od üzərində 1 saat qaynadıb süzün. Üzərinə su əlavə etməklə isti halda 1 stəkan həcminə
gətirin. Dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım qalmıĢ qəbul edin.
Ürək mənĢəli ĢiĢlərin müalicəsində. 1 xörək qaĢığı doğranmıĢ saçaqlardan 1 stəkan qaynar
suya töküb, vam od üzərinə qoyun, 30 dəqiqə dəmləyin və 2-3 xörək qaĢığı bal qarıĢdırıb, 1 stəkan
həcminə gətirin. Ekstraktdan gündə 3 dəfə yeməkdən qabaq 1-2 xörək qaĢığı qəbul edin.
Kəskin hepatitdə əlavə bir vasitə kimi. 2 çay qaĢığı doğranmıĢ saçaqdan götürüb 1 stəkan
qaynar suya tökün, gündə 2-3 dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul
edin. Müalicə kursu 4-6 aydır.
Dostları ilə paylaş: |