7
qızdırma, göz xəstəlikləri zamanı), bağırsaq qurdlarını çıxartmaq üçün iĢlədilən narı, mədə-bağırsaq
xəstəliklərinin qarĢısını alan maddə kimi iĢlədilən və bu xəstəliklərdə ən yaxĢı dərman vasitəsi olan
sarımsağı, xəstənin yanğısını kəsən və mədə xəstəliklərində iĢlədilən tabaĢiri və baĢqalarını
göstərmək olar. Bu dərmanlardan bəziləri indi də öz tibbi əhəmiyyətini itirməmiĢ, bəziləri isə
yenidən ətraflı öyrənilmiĢdir.
XVI əsrdə yaĢamıĢ böyük Azərbaycan Ģairi və mütəfəkkiri Məhəmməd Füzulunun
əsərlərində (―Səhhət və mərəz‖, ―Söhbət-ül-əsmar‖) bir sıra qiymətli tibbi məlumatlara rast gəlirik.
Füzuli insan orqanizminin bəzi fizioloji məsələlərinə bələd idi. O belə hesab edirdi ki, həkim hər
Ģeydən əvvəl orqanizmdə baĢ verən fizioloji pozuntuları açmalı, ayrı-ayrı orqanların vəzifələrini
bilməli və səhhəti gözləməklə xəstəliyin qarĢısını
almalıdır. ―Söhbət-ül-əsmar‖ əsərində Füzuli bir
səra meyvə, giləmeyvə və baĢqa bitkilərin
xarakteristikasını vermiĢ və onların müalicə
əhəmiyyətini, faydalı və zərərli cəhətlərini
göstərmiĢdir. Füzulinin əsərlərində dərman
vasitələri haqqında onun verdiyi məlumatlar öz
əhəmiyyətini hələ də itirməmiĢdir.
Dərman
bitkilərinin
öyrənilməsində
Azərbaycan alimlərinin də böyük xidmətləri
olmuĢdur. Son 35-80 il ərzində respublikamızın
əczaçıları və farmakoloqları bir sıra dərman
tərkibli bitkiləri hərtərəfli öyrənib elmi təbabətə
daxil etmiĢlər. Belə müalicəvi əhəmiyyətə malik olan bitkilərə misal olaraq Qafqaz xanımotu,
beĢyuvalı yemiĢan, cökəyarpaq piĢikotu, acılıq otu, adi zirinc, qıfotu, müxtəlif növ xaçgülü, Hirkan
acıyoncası, doronikum, novruzçiçəyi, quĢüzümü, küncüt, soviç və ətirli yovĢan, ferula, qantəpər,
boranı və s. göstərmək olar. Bu sahədə görkəmli iĢləri ilə məĢhur olan alimlərimizdən professor
R.Q.Əliyevi, H.B.Allahverdibəyovu, Ġ.K.Qolberqi, Ġ.A.Dəmirovu, Y.B.Kərimovu, M.N.Vəliyevanı,
Ġ.Möhsümovu, C.Ġ.Ġsayevi, S.Ə.Tağıyevi, N.M.Ġsmayılovu, S.V.Sərkərovu, M.Ə.Qasımovu,
E.N.Novruzovu, S.C.Ġbadullayevanı, N.P.Mehdiyevanı və b. göstərmək olar.
AZƏRBAYCANDA DƏRMAN BITKILƏRININ
ELMI ƏSASLARLA ÖYRƏNILMƏSI
Floramızın tərkibində yayılan dərman bitkilərinin növ müxtəlifliyinin zənginliyi müasir
dövrə qədər elmi əsaslarla öyrənilməmiĢdir. Bu çatıĢmazlığı aradan qaldırmaq üçün 1968-ci ildən
baĢlayaraq respublikamızın ayrı-ayrı rayonlarına planlı surətdə ezamiyyətlər və ekspedisiyalar təĢkil
edilərək minlərlə herbari materialı toplanaraq laboratoriyalarda tədqiq edilməyə baĢlandı.
Toplanılan herbari materiallarının bir qismi Azərbaycan Milli Elmlər Akademiyasının Botanika
Ġnstitutunda, əksər hissəsi isə Leninqrad (indiki Sankt-Peterburq) Ģəhərindəki keçmiĢ SSRĠ-nin
Botanika Ġnstitutunun Qafqaz herbariləri saxlanılan Ģöbəsində təyin edilməyə baĢlanmıĢdır.
Aparılan gərgin elmi-tədqiqat iĢlərimiz zamanı ilk dəfə elmi əsaslarla sübut edilmiĢdir ki,
floramızın tərkibində 1800 növdən artıq dərman bitkisi yayılmıĢdır. Dərman bitkilərinin tədqiqi
onların genetik qohumluqlarının və kimyəvi tərkibləri nəzərə alınmaqla yerinə yetirilmiĢdir.
Tərəfimizdən elmə gətirilən 1800 növ dərman bitkisi 560 cins və 140 fəsilə daxilində
birləçərək ümumi floramızın 40%-ni təĢkil edir. 1800 növ dərman bitkisinin 1720-i yabanı halda
bitir, 80-dən atıq növü mədəni halda becərilir. 1136 növ çoxillik ot, 193-ü ikiilliklər, 140-ı
birilliklər, 69-u yarımkollar, 160-ı kollar, 102-si ağac formalarıdır (cədvəl 1) (Qasımov və b., 2006).
Cədvəl 1
Dərman bitkilərinin biomorfoloji qrupları (Ġ.Serebryakov (1964) sisteminə görə)
8
Həyat formaları
Növlərin sayı
Ümumi saya görə %-lə
Ağac
102
6,0
Kol
160
10,7
Yarımkol
59
3,4
Çoxilliklər
1146
66,0
Ġkilliklər
193
6,2
Birilliklər
140
8,7
Cəmi:
1800
100
Dərman bitkilərindən 420 növü kserofit, 370-i kseromezofit, 340-ı mezokserofit, 264-ü
mezofit, 140-ı mezohidrofit, 24-ü hidrofit və s. ekoloji qrup bitkilər təĢkil edir (cədvəl 2).
Cədvəl 2
Azərbaycan florasında yayılan dərman bitkilərinin ekoloji qruplar üzrə paylanması
Ekoloji qruplar
Növlərin sayı
Ümumi saya görə %-lə
Kserofitlər
420
24,4
Halofitlər
62
3,6
Kseromezofitlər
370
21,5
Mezokserofitlər
340
19,8
Mezofitlər
241
14,6
Mezohiqrofitlər
140
8,1
Hiqromezofitlər
76
4,4
Hiqrofitlər
47
2,7
Hidrofitlər
24
1,4
Cəmi:
1720
100
Dərman bitkilərinin 343 növü Asteraceae, 89 növü Rosaceae, 68 növü Fabaceae, 67 növü
Lamiaceae, 58 növü Chenopodiaceae, 57 növü Brassicaceae, 53 növü Caprifoliaceae, 51 növü
Ranunculaceae, 36 növü Liliaceae fəsilələrində rast gəlinir (cədvəl 3). Tədqiq etdiyimiz 1800 növ
dərman bitkisinin əksəriyyəti 20 fəsilə daxilində yerləĢərək ümumi müalicə bitkilərinin 62,9%-ni
təĢkil edirlər.
Cədvəl 3
Azərbaycan florasında yayılan dərman bitkilərinin ekoloji qruplar üzrə paylanması
Fəsilələr
Miqdarı
Ümumi saya görə %-lə
Cins
Növ
Asteraceae Dumort.
87
343
19,9
Rosaceae Juss.
24
89
5,2
Fabaceae Lindl.
21
68
3,9
Lamiaceae Lindl.
32
67
3,9
Chenopodiaceae Juss.
20
58
3,4
Brassicaceae Burnett.
34
57
3,3
Caprifoliaceae Juss.
21
53
3,1
Ranunculaceae Juss.
19
51
3,0
Poaceae Branhart.
22
36
2,1
Liliaceae Juss.
6
36
2,1
Apiaceae Lindl.
23
35
2,0
Polygonaceae Juss.
6
33
19
Salicaceae Mirb.
2
25
1,5
Malvaceae Juss.
8
24
1,4
Orchidaceae Juss.
5
22
1,3
Dostları ilə paylaş: |