9
Liliaceae Juss.
7
22
1,3
Euphorbiaceae Juss.
3
18
1,0
Iiridaceae Juss.
3
16
0,9
Papaveraceae Juss.
4
15
0,9
Geraniaceae Juss.
4
14
0,8
Cəmi:
393
1082
62,9
Floramızın tərkibində ehtiyatı bol olan dərman bitkilərindən yemiĢanı –
Crataegus L.,
itburnunu –
Rosa L., tüksüz biyanı –
Glychyrrhiza glabra L., dazıotunu –
Hypericum perforatum
L., andızı –
Inula helenium L., qatı quruçiçəyi –
Helichrysum L., qaraqınığı –
Origanum vulgare L.,
gicitkəni –
Utrica dioica L., dəmirovotunu –
Chelidonum majus L., baldırğanı –
Heracleum L.,
bədrənci –
Melissa L., boyaqotunu –
Rubia L., üçbölümlü yatıqqanqalı –
Bidens tripatia L.,
dəvədabanını –
Tussilago officinalis L., cökəni -
Tilia L., çobanyastığını (romaĢka) –
Matricaria
chamomilla L., atĢabalıdını –
Aesculus hippocastanum L., ivançayı –
Chamenerum angustifolium
(L.) Holub., zirinci –
Berberis vulgaris L., sarağanı –
Cotinus coggygria Scop., kasnını (yolotu) –
Cichorum intybus L., iyli kərəvizi –
Apium graveolens L. və s.-i qeyd etmək olar. Floramızda
yayılan dərman bitkilərinin bir çoxunun ehtiyatı böyük olduğuna görə Azərbaycanın ehtiyacını tam
ödəməklə bərabər, onları baĢqa dövlətlərə də ixrac etmək olar.
ġAMKĠMĠLƏR – Pinaceae Lindl. fəsiləsi
Eldar Ģamı – Pinus eldarica Medw.
Dünya florasının tərkibində Ģam fəsiləsi 11 cinsi, 250-yə qədər növü əhatə edir. Bunlar ağac,
kol, kiçik kolcuqlar olub, əsasən Yer kürəsinin Ģimal ərazilərində yayılmıĢlar. ġamkimilər
(
Pinaceae Lindl.) çılpaqtoxumlular arasında ən geniĢ yayılmıĢ və böyük xalq təsərrüfatı
əhəmiyyətli növlərin spektrini özündə birləĢdirir.
Yer kürəsində ġam (
Pinus L.) cinsinin 100-dən artıq növü yayılmıĢdır. Azərbaycanda Ģamın
2 növü: Eldar Ģamı -
Pinus eldarica Medw., Kox
Ģamı -
P.kochiana Klotzsch. ex C.Koch
yayılmıĢdır. Eldar Ģamı hündürlüyü 8-12 m olan,
əlveriĢli Ģəraitdə isə 20 m-ə çatan, düz və əyri
gövdəli ağacdır. Onun aĢağı əyilmiĢ uzun
budaqları geniĢ çətir yaradır. Köhnə gövdələrin
qabığı qonur-boz olur, üzəri çat-çatdır, cavan
gövdələrinin qabıqları açıq-boz rəngdədir. Eldar
Ģamı Azərbaycanda mədəni halda yaĢıllaĢdırma
məqsədi üçün geniĢ surətdə əkilib-becərilir. ġam
bitkisi çılpaqtoxumlular tipinin elə bir növüdür ki,
bunlar çiçəkli bitkilərin yer üzərində ilk inkiĢafı
zamanı öz çiçəklənmə dövrünü baĢa vurmaqda idi.
Lakin Ģamkimilərin içərisində elə cinslər də vardır
ki, onlar nəinki yox oldular, hətta çoxaldılıb, yer
üzünün Ģimal hissələrinə qədər gəlib çatdılar. ġam
da belə bitkilərdən biri hesab edilə bilər.
ġam ağacı ən çox yayılan meĢə mənĢəli
bitkilərdəndir. Əzəmətli, gözəl görünüĢə malik
olub, xoĢ ətrini ətrafa yayaraq havanı təmizləyir,
insanın nəfəs almasını asanlaĢdırır. Ağ ciyəri xəstə
olanlara Ģam meĢələrində dincəlməyi məsləhət
görürlər. Qədim yunan əfsanələrində qeyd edilir
ki, Ģam ağacı antik dövrdə Allahlar içərisində ən Ģux və Ģən görünən Papa Allahının ağacı hesab
olunurdu.