Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   6   7   8   9   10   11   12   13   ...   149

19 
 
bərk pendir, əzilmiĢ sarımsaq və duz əlavə edin. Alınan kütləni yaxĢıca qarıĢdırın və qara çörəyin 
üzərinə yaxıb yeyin.  
Sarımsaqlı  şoraba.  TəmizlənmiĢ  sarımsağı  kiçik  bankaya  qoyub  üzərini  qırmızı  bibərlə 
bəzəyib,  üstünə  sirkə  əlavə  edin.  ġüĢə  bankanı  85°C  temperaturda  15  dəqiqə  strelizə  edin.  1  litr 
Ģorabaya 1/4 stəkan su, 20 q Ģəkər, 1/4 litr 6%-li sirkə, 4 ədəd ətirli noxud və acı bibər, 4 mixək və 
çox da böyük olmayan darçın əlavə edin.  
Sarımsaq  və  kökdən  salatın  hazırlanması.  80  q  kök,  3  q  sarımsaq,  10  q  mayonez, 
zövqünüzə görə Ģəkər və duz götürün. Kiçik deĢikli sürgəcdən yerkökünü keçirib xırda doğranmıĢ 
sarımsaqla  qarıĢdırın,  üzərinə  mayonez  əlavə  edin.  Sonra  üzərinə  zövqünüzə  görə  Ģəkər  və  duz 
əlavə edin.  
 
ASPARAGUS – Asparagaceae Juss. fəsiləsi 
Qulançar (Mələçöyüd) – Asparagus L. 
 
Dünya  florasının  tərkibində  qulançar  cinsinin  300-ə  qədər  növü  yayılmıĢdır.  Bunlardan 
Qafqazda  11,  o  cümlədən  Azərbaycanda  9  növünə  təsadüf 
etmək olar (Oruc Ġbadlı, 2002). 
Qulançara 
yabanı 
halda 
meĢə 
açıqlıqlarında, 
çəmənliklərdə,  kolluqlar arasında  rast  gəlmək  olar.  Bu  hündür, 
çoxillik  tərəvəz  bitkisi,  öz  zərif-yaĢıl  budaqlarının  gözəlliyi  ilə 
insanın  əhvali-ruhiyyəsini  qaldırmaqdan  baĢqa,  qiymətli 
müalicəvi  təsirə  malikdir.  Xalq  arasında  qulançarın  cinsi 
aktivliyin  artırılmasında  oynadığı  rol  yüksək  qiymətləndirilir. 
Qədim yunanlarda belə atalar sözü vardır: «Hərgah sən qulançar 
yeməsən, bəs gücü haradan alacaqsan?». Qulançara ən çox Uzaq ġərq ölkələrində təsadüf edilir. 
Qədim dövrün həkimləri bu bitki ilə bir sıra xəstəlikləri – böyrək daĢlarını, qızdırmanı və s. 
müalicə edirmiĢlər.  
Müalicə məqsədləri üçün bitkinin kök və cavan zoğlarından istifadə edilir. 
Qulançardan hazırlanan preparatlar orqanizmin müqavimətinin gücləndirilməsində, tonusun 
azalmasında, sakitləĢdirici, qantəmizləyici daĢəridici, ağrıkəsici, soyuqdəymə, skleroz zamanı, Ģəkər 
əleyhinə, sidikqovucu, iĢlədici və s. tətbiq edilir. 
Qulançardan dərman preparatlarının hazırlanması. 
Cinsi fəaliyyətin zəifləməsində, adenomanın, prostat vəzinin müalicəsində. 2 xörək qaĢığı 
doğranmıĢ  təzə  kökündən  götürüb  1  stəkan  qaynar  suya  töküb,  2  saat  saxlayıb  süzün.  Gündə 
yeməyə yarım saat qalmıĢ 3-4 dəfə stəkanın 1/4 hissəsi qədər qəbul edin. Cinsi fəallığımızı artırmaq 
üçün hər gün yeməyinizdə təzə, biĢirilmiĢ, buxara verilmiĢ qulançardan istifadə edin.  
Qanazlığı  zamanı.  Təzə  qulançar  zoğundan  alınmıĢ  təzə  Ģirənin  içərisinə  1:1  nisbətində 
Ģəkər  tozu  əlavə  edib,  zəif  od  üzərinə  qoyun  və  1  saat  biĢirin.  Gündə  3  dəfə,  yeməyə  20  dəqiqə 
qalmıĢ bir xörək qaĢığı qəbul edin.  
Hipertoniya,  ürək  şişmələrində,  ateroskleroz  zamanı.  2  xörək  qaĢığı  təzə  doğranmıĢ 
qulançardan  götürüb  0,5  litr  qaynar  suya  töküb,  zəif  odda  15  dəqiqə  saxladıqdan  sonra  süzün. 
Həcmini 0,5 litrə çatdırıb stəkanın 1/2 hissəsi qədər gündə 3-4 dəfə yeməyə yarım saat qalmıĢ qəbul 
edin.  
Sistit və xolesistitin müalicəsində. 1 xörək qaĢığı doğranmıĢ cavan zoğ və kök hissələrindən 
götürüb 1 stəkan qaynar suya töküb, vam od üzərinə qoyub yarım saat saxlayın. Sonra od üzərindən 
götürüb soyudub, süzün, 1 stəkan həcminə gətirib günə 3 dəfə stəkanın 1/3 hissəsi qədər  yeməyə 
yarım saat qalmıĢ qəbul edin. 
 
ZANBAQ – Liliaceae Juss. fəsiləsi 
May inciçiçəyi – Convallaria majalis L. 
 
Dünya florasının tərkibində fəsilənin 240 cinsi və 4000-ə qədər növü yayılmıĢdır. Fəsiləyə 


20 
 
daxil olan növlərə dünyanın hər yerində rast gəlmək olar. Bu növlər kökümsovlu, soğanaqlı və kök 
yumrusuna  malik  olan  çoxillik  otlardır.  Fəsiləyə  daxil  olan  soğan,  sarımsaq,  qulançar,  çiriĢ  və  s. 
yeyinti,  asırqal  (çöpləmə),  novruzçiçəyi,  əzvaydan  müalicə,  tülpan,  zanbaq  və  s.  isə  bəzək 
təbiətlidirlər. Fəsilənin maraqlı cinslərindən biri də – inciçiçəyi hesab edilir. 
Ġnciçiçəyi  –  Convallaria  L.  cinsinin  dünya 
florasının  tərkibində  2-4  növü  vardır.  Qafqazda,  o 
cümlədən  Azərbaycanda  isə  1  növü  –  Cənubi  Qafqaz 
inciçiçəyi  –  Convallaria  transcaucasica  L.  yayılmıĢdır. 
Biz  burada  ancaq  qiymətli  dərman  bitkisi  olan  və  elmi 
təbabətdə  ətraflı  öyrənilərək  müalicə  məqsədilə  geniĢ 
istifadə  edilən  may  inciçiçəyi  –  Convallaria  majalis  L. 
növündən  bəhs  edəcəyik.  May  inciçiçəyi  –  C.  majalis 
hündürlüyü 25-30 sm olan sürünən nazik kökümsova və 
incə  saçaqlı  kök  sisteminə  malik  çoxillik  ot  bitkisidir.  Gövdəsi  3-6  açıq-çəhrayı  rəngli  pulcuqla 
əhatə  olunmuĢdur.  Kökətrafı  yarpaqları  2-3  ədəd  olub,  uzunluğu  20,  eni  isə  8  sm-dir.  Bunlar 
uzunsov-ellips formalı, kənarları iti, uzunsaplaqlıdır. Çiçəkləri ağ rəngdə olub 7 mm uzunluğunda, 
6-20  ədədə  qədər  ətirli  iyə  malik  salxımvaridir.  Meyvələri  Ģarvari,  qırmızı-narıncıdır.  Aprel-iyun 
aylarında  (təxminən  20  gün)  çiçək  açır,  iyulun  axırında,  sentyabra  qədər  meyvəsi  yetiĢməyə 
baĢlayır.  
May  inciçiçəyinə  keçmiĢ  SSRI-nin  Avropa  hissəsində  Ural,  Krım  və  Qafqaz  ərazilərində 
rast gəlmək olar. Yerli əhali bu incə, zərif, xırda, ətirli bitkiyə – inciçiçəyi, ağzaçıq, əzizim, gülüm, 
gənclik, yuyulmuĢ ot, güləbətin, dovĢan qulağı, gümüĢü yarpaqlı və s. adlar verilmiĢdir. 
Bu incə, zərif, ətirli, gözəl, mirvariyəoxĢar par-par parıldayan Ģeh damcıları ilə əhatə olunan 
yaz  çiçəyinə  meĢə  ağaclarının  altında,  onların  kölgəsində,  meĢə  açıqlıqlarında  ən  çox  rast  gəlinir. 
Ġnciçiçəyi  haqqında  müxtəlif  rəvayətlər,  əfsanələr  mövcuddur.  Hələ  uĢaqlıqda  nənəm  mənə 
söyləyirdi  ki,  inciçiçəyi  günəĢin  yandırıcı  Ģüalarından  qorunmaq  üçün  «qaçıb»  meĢələrdə ağac  və 
kolların  arasında  gizlənirmiĢ.  Bir  yunan  mifologiyasında  qeyd  edilir  ki,  ov  Allahı  Diana  gəzinti 
zamanı  azaraq  meĢə  Allahı  yaĢadıgı  tanıĢ  olmayan  bir  meĢəyə  gəlib  çıxır.  MeĢə  Allahı  Diananın 
gözəlliyinə    valeh  olur,  ona  vurulur.  Lakin  gözəl  məsum  qız  Diana  meĢə  Allahından  qaçıb 
gizlənməyə  çalıĢır.  O,  yolu  o  qədər  sürətlə  qaçmıĢdı  ki,  bədəni  istidən  od  tutub  «yanmağa»  və 
tərləməyə  baĢlamıĢdı.  Ağ  çiçəkləri  olan  inciçiçəyi  bir  çox  məĢhur  insanların  sevgilisinə 
çevrilmiĢdir.  Bunu  ən  çox  sevənlər  məĢhur  rus  riyaziyyatçısı  Sofya  Kovalevskaya,  yazıçı 
A.Ġ.Kuprin,  Ģairə  U.Lesya,  ukraynalı  Ģair  V.Y.Bryusov,  məĢhur  kimyaçı  D.Ġ.Mendeleyev,  məĢhur 
bəstəkar P.Ġ.Çaykovski, azərbaycanlılardan akademik H.Ə.Əliyev, H.B.Abdullayev və s. olmuĢlar. 
Hətta Çaykovski inciçiçəyinin Ģərəfinə mahnı da bəstələmiĢdir. 
Ġnciçiçəyi  öz  ətirli  iyi  ilə  meĢələrə  sanki  ürək  açan,  əsəb  sistemini  sakitləĢdirən  ab-hava 
gətirir.  MeĢədən  keçən  hər  bir  kəs  istər-istəməz  bu  gözəl  bitkidən  yan  keçmir,  ondan  bir  dəstə 
toplayıb evlərinə aparır və çiçəkdən estetik zövq alır.  
Ġnciçiçəyi  qiymətli  müalicəvi  təsirə  malik  bitki  hesab  edilir.  Bitkinin  müalicə  məqsədləri 
üçün  əsasən  çiçək,  ot  və  yarpaqlarından  istifadə  edilir.  Bitkinin  qeyd  etdiyimiz  hissələrində  20-ə 
yaxın  (0,1-0,6%)  ürək  qlükozidi  tapılmıĢdır.  Bu  qlükozidlərdən  periplogenin,  sarmentogenin, 
strofantidin, 
strofantidol, 
bipindogenin 
və  nitrossitgenin  (konvallotoksin,  konvallozid, 
qlükokonvallozid,  konvallotoksal,  lokundiozid,  dezlyükoxeyrotoksin,  dezlyükoxeyrotoksol, 
periqulozid,  kannogenol-3-ramnozid);  flavonoid  maddələrindən  –  kempferol,  kversetin, 
izoramnetin,  lyuteolin,  apigenin,  xrizoeriol,  3-qalaktozid,  3-qalaktoramnozidlər  və  3-
qalaktodiramnozidlər,  izoramnetin,  kempferol  və  kversetin,  saponin-kanvallarin,  C  vitamini, 
farnezol, likopin və s. göstərmək olar.  
Ġnciçiçəyinin çiçəklərindən 6,38% kül, mq/q olmaqla: K - 28,00, Ca - 3,60, Mg - 1,80, Fe - 
0,30 makroelementləri; mq/q olmaqla: Mn - 0,11, Cu - 0,73, Zn - 0,72, Co - 0,18, Mo - 2,13, Cr - 
0,04, Al - 0,20, Ba - 0,18, V - 0,04, Se - 12,80, Ni - 1,02, Sr - 0,05, Co - 28,60, Pb - 0,07, Ag - 8,00, 
I  -  0,09,  Br  -  81,30,  B  -  43,60  mikroelementləri  aĢkar  edilmiĢdir.  Yarpaqlarından  isə  8,36%  kül, 
mq/q olmaqla: K - 34,50, Ca - 18,20, Mg - 3,60, Fe - 0,20 makroelementləri, mkq/q olmaqla: Mn - 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə