Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   5   6   7   8   9   10   11   12   ...   149

17 
 
keçirilən  birinci  Olimpiya  oyunları  zamanı  idmançılara  stimullaĢdırıcı  vasitə  kimi  sarımsaq 
yedirirdilər.  Sarımsağın  faydalı  və  müalicəvi  xüsusiyyətləri  haqqında  maraqlı  məlumatlara 
Aristotelin və Hippokratın əsərlərində də rast gəlmək olar.  
Qədim Romada təzə doğulmuĢ uĢaqların beĢiyinə sarımsaq qoyarmıĢlar. Böyük Plini astma, 
yüksək  təzyiq,  soyuqdəymə  xəstəliklərini  sarımsaqdan  hazırlanan  cövhər  və  preparatlarla  müalicə 
edilməsi haqqında maraqlı məlumatlar verir.  
Çində sarımsağın qiymətli müalicəvi xüsusiyyətlərinə görə onu ―Allah otu‖ adlandırmıĢlar.  
Farslar  zəhərlənmələrin  müalicəsində  sarımsaq  iĢlədirmiĢlər.  Assuriyalılar  kəskin 
zəhərlənmələr zamanı odun üzərinə bir çəngə yuna bükülmüĢ sarımsaq atarmıĢlar.  
Sarımsaqdan  çox  qədim  zamanlarda  bir  sıra  infeksiya  xəstəliklərinin  müalicəsində  geniĢ 
istifadə edilirdi. Orta əsrlərdə tüğyan eləyən taun və vəba xəstəliklərinə tutulmuĢ insanlar özlərini 
bu amansız xəstəliklərdən qurtarmaq üçün çoxlu sarımsaq yeyərmiĢlər. Türklər, yunanlar, bolqarlar, 
Yaxın  ġərq  xalqları  təzə  doğulmuĢ  uğaqların  baĢına  bir  diĢ  sarımsaq  sancarmıĢlar.  Sarımsağı 
qapılardan,  bar  verən  ağaclardan  asarmıĢlar.  Gəmiçilər  dənizə  sarımsaqsız  çıxmazmıĢlar.  Çünki 
sarımsaq yoluxucu və sinqa xəstəlikləri zamanı geniĢ istifadə edirdilər.  
Sarımsaq  qiymətli  ədviyyə,  qida  və  müalicə  təbiətli  bitkidir.  Ədviyyə  kimi  əvvəllər 
fransızlar  öz  mətbəxlərində  ondan  geniĢ  istifadə  edirmiĢlər.  Az  sonra  sarımsaqdan  yunanlar, 
italyanlar,  istifadə  etməyə  baĢlamıĢlar.  Çox  keçməmiĢ  sarımsaq  bütün  Avropa  xalqlarının  sevimli 
qida və ədviyyatı hesab edilmiĢdir. Sarımsağa kəskin iy verən onun tərkibindəki efir yağıdır. XVIII 
əsrdə aĢpazlar xörəyə iĢtaha açan iy vermək üçün sarımsaqdan istifadə etməyə baĢlamıĢlar.  
Hazırda  Avropa  xalqları  xörəyə  iĢtahaçıcı  iy  vermək  üçün  az  miqdarda  ədviyyə  qatır  və 
qablara sarımsaq sürtürlər. Kulinariyaya aid çoxlu kitablar yazan fransız Marsel Bullesten yazırdı: 
―XoĢbəxtlik orada baĢlayır ki, kulinariyada sarımsaqdan istifadə edilsin‖. Bu qiymətli ədviyyat bir 
sıra xalqların – fransız, ispan, italyan, yunan, ingilis, alman, çin və yapon xalqlarının mətbəxlərinin 
bəzəyinə  çevrilmiĢdir.  Ġngilislər  sarımsaqdan  ən  çox  buxarda  biĢirilmiĢ  ətdə  istifadə  edirlər. 
Fransızlar  salatların  hazırlanmasında,  almanlar  kolbasa  istehsalında  istifadə  edirlər.  Ispanlar  qeyd 
edirlər  ki,  sarımsaqdan  dondurma  və  Ģirniyyat  növlərindən  baĢqa  bütün  xörəklərdə  istifadə  etmək 
olar. Bundan əlavə ispanlar sarımsağın Ģərəfinə hər il xüsusi bayramlar təĢkil edirlər.  
Sarımsağın tərkibində 200-dən artıq bioloji fəal maddə aĢkar edilmiĢdir. Bu da onun yüksək 
müalicəvi təsirə malik olduğundan xəbər verir. Harada ki, sarımsaq becərilir yerli əhali ondan ürək-
damar,  soyuqdəymə,  mədə-bağrsaq  xəstəliklərində,  həmçinin  tükün  tökülməsinə  qarĢı  vasitə  kimi 
istifadə  edir.  Tədqiqatlardan  məlum  olmuĢdur  ki,  sarımsaq  yaxĢı  profilaktik  vasitə  olub  insanları 
aterosklerozdan,  infarktdan  və  insultdan  qorumaqla  yanaĢı,  hüceyrələrdə  xərçəngin  əmələ 
gəlməsinin qarĢısını alır.  
ABġ-da  aparılan  tibbi  araĢdırmalar  zamanı  təsdiq  olunmuĢdur  ki,  sarımsaq  xərçəngin 
inkiĢafının  qarĢısını  alır.  Çin,  Yaponiya,  Ġtaliya  və  bir  sıra  baĢqa  ölkələrdə  sarımsaqdan  gündəlik 
yeməklərdə istifadə edildiyindən mədədə xərçəngin əmələ gəlməsi 50% azalmıĢdır. Bundan əlavə 
sarımsaq  mədə-bağırsaq  sistemində  kanserogen  maddələrin  neytrallaĢdırılmasında  mühüm 
əhəmiyyət kəsb edir.  
ABġ-ın  Milli  Ekoloji  Mərkəzində  3  minədək  xərçəng  xəstəliyinə  tutulmuĢ  insan  üzərində 
aparılan  müĢahidələr  zamanı  sarımsağın  böyük  profilaktik  xüsusiyyətlərə  malik  olması  müəyyən 
edilmiĢdir.  Bu  zaman  həkimlər  ağız  nahiyəsində,  həzm  yollarında,  mədədə  və  yoğun  bağırsaqda 
olan ĢiĢlərin inkiĢafdan dayanmasını müĢahidə etmiĢlər.  
ABġ-ın Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan laboratoriyaların, eləcə də Pensilvaniya 
Universitetinin əməkdaĢları sarımsaqdan hazırlanan preparatların ürək-damar sistemində baĢ verən 
xəstəliklərin  müalicəsində  effektivliyini  öyrənməyə  baĢlamıĢlar.  Infarkt  keçirən  4  min  xəstəni  2 
qrupa  ayırıb,  birinci  qrupa  1  stəkan  südün  tərkibinə  bir  neçə  damcı  sarımsaq  ekstraktından  əlavə 
edərək  hər  gün  xəstələrə  içirtmiĢlər.  Bu  qrupda  ikinci  dəfə  infarkt  keçirmə  halları  40%  azalmıĢ, 
arterial  təzyiq  aĢağı  düĢmüĢ,  qanda  xolesterinin  miqdarında  azalma  müĢahidə  edilmiĢdir.  Buna 
baxmayaraq sarımsağın müalicəvi spektri indiyə kimi tam öyrənilib baĢa çatdırılmamıĢdır.  
VaĢinqtonda çağırılmıĢ Beynəlxalq konfransda sarımsağın yeni müalicəvi təsirləri haqqında 
maraqlı  çıxıĢlar  zamanı  onun  ―pis‖  xolestrinin  sintezinin  qarĢısının  alması  fikri  konfrans 


18 
 
iĢtirakçılarının  nəzərinə  çatdırılmıĢdır.  Ġnfarkta  səbəb  olan  üçqliseridin  toplanma  faizinin  aĢağı 
salınmasında  mühüm  rol  oynadığı  aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  sarımsaq  orqanizmdə  (qanda) 
trombun  yaranma  imkanlarını  azaltmaqla  insult  və  infarktın  yaranma  imkanlarını  məhdudlaĢdırır. 
Nəhayət, onun tərkibindəki fitonsid antimikrob xüsusiyyətlərinə malikdir.  
Məlumdur  ki,  XX  əsrdə  hərbi  sahədə  çalıĢan  cərrahlar  müharibə  zamanı  yaralanan 
əsgərlərdə  qanqrena  yaranmaması  üçün  sarımsaq  Ģirəsindən  istifadə  edirmiĢlər.  1954-cü  ildə 
aparılan təcrübələr zamanı qanqrena törədən bakteriyaların sarımsaq Ģirəsi tərəfindən məhv edildiyi 
aĢkar olmuĢdur. Bundan baĢqa sarımsaq yağı ağcaqanad yumurtalarını məhv edərək, qızdırmanın, 
sarılığın və malyariyanın qarĢısını alır. Həmçinin, sarımsağın tərkibindəki fitonsidin yatalaq, vərəm, 
tif  və  dezinteriya  çöplərinə  qarĢı  təsirini  öyrənmək  üçün  xəstə  üzərində  geniĢ  kliniki  təcrübələr 
aparılmağa baĢlanmıĢdır.  
Xalq  təbabətində  sarımsaqla  hipertoniyanın,  yuxusuzluğun,  podaqranın,  qripin,  digər 
infeksion  xəstəliklərdə,  yuxarı  tənəffüs  yollarının,      mədə-bağırsaq  xəstəliklərinin  müalicəsində 
geniĢ istifadə edilirdi. Sarımsaqdan həmçinin dəridə əmələ gələn çibanların, psoriazı, ilan və həĢərat 
sancmalarının, irinli yaraların, bağırsaq parazitlərinin, sinqanın əleyhinə, sidikqovucu, o cümlədən 
ĢiĢlərə qarĢı da geniĢ surətdə istifadə edilməkdədir.  
Sarımsaqdan müalicəvi preparatların hazırlanması.  
Qrip zamanı. Sürgəcdən keçirilmiĢ təzə sarımsağı 1:1 nisbətində bal ilə qarıĢdırıb gündə bir 
neçə dəfə 1 çay qaĢığı götürüb su ilə qəbul edin.  
Uzun  sürən  öskürək  zamanı.  Sarımsaq  və  soğanı  xırda  hissələrə  doğrayıb  südə  töküb 
yumĢalana qədər biĢirin. Südün içərisində əzib üzərinə cökə balı əlavə edərək gündə 1 xörək qaĢığı 
gün ərzində qəbul edin.  
Boğaz ağrıları zamanı. Səkkiz diĢ sarımsağı əzib bircinsli kütlə əldə edib sonra üzərinə çay 
qaĢığı  üzüm  sirkəsi  əlavə  edib  ehtiyatla  qarıĢdırın.  QarıĢığı  soyuducuya  qoyub  bütün  gecəni 
saxlayın.  Səhərisi  gün  üzərinə  50  q  qızdırılmıĢ  bal  əlavə  edib  pastanı  yenidən  qarıĢdırın.  Sonra 
qarıĢıqdan 2 çay qaĢığı götürüb ağzınıza qoyub həll olana qədər saxlayın və kiçik qurtumlarla udun.  
Çibanların  müalicəsi  zamanı.  YumĢaq  ensiz  lentĢəkilli  kənaf  parçası  götürüb  ona  yağ 
hopdurun.  Sonra  xırda  doğranmıĢ  sarımsağı  süzgəcdən  keçirib  yağ-sarımsaq  qatı  düzəldib  kənaf 
lentinə yaxaraq çibanın üzərinə qoyun və sarğı ilə sarıyın. Sarğını gündə iki dəfə təzələyin.  
Ateroskleroz  zamanı.  Bir  baĢ  sarımsağın  diĢlərinin  qabığını  təmizləyib,  1  ədəd  limonla 
birlikdə  süzgəcdən  keçirib,  qarıĢığı  otaq  temperaturunda  olan  bir  litr  qaynar  suya  töküb  ağzını 
bağlayın və iki gün saxlayın. Sonra gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin.  
Qrip,  mədənin  infeksion  xəstəliyi,  bronxit  zamanı.  250  q  təmizlənmiĢ  sarımsaq  diĢlərini 
xırda  hissələrə  salıb  üzərinə  1  litr  araq  tökün  və  2  həftə  saxlayın.  Sonra  qarıĢığı  süzün.  Alınan 
cövhəri  bir  il  soyuducuda  saxlamaq  olar.  Aldığınız  ekstraktdan  10-15  damla  götürüb  bütün  gün 
ərzində qəbul edin.  
Sarımsağın  kəskin  tamı  olduğundan  o  mədəni  selikli  qiĢasını  qıcıqlandırmaqla  onun 
turĢuluğunu artıra bilər. Bu zaman yaxĢı olar ki, sarımsaq yağından istifadə edəsiniz.  
Yağı  belə  hazırlamaq  olar.  50  q  iri  doğranmıĢ  sarımsağı  tünd  ĢüĢə  qaba  töküb  üzərinə  1 
stəkan günəbaxan və yaxud zeytun yağı əlavə edib ağzını bağlayın. 5-6 gün dəmə qoyduqdan sonra 
istifadə edə bilərsiniz.  
Artıq  piydən,  baĢda  yaranan  səslərin,  eĢitmə  və  görmə  qabiliyyətinin  yaxĢılaĢdırılması 
zamanı  500  q  əzilmiĢ  sarımsağı  300  ml  spirtin  üzərinə  töküb  10  gün  qaranlıq  yerdə  saxlayın  və 
qarıĢığı  süzün.  Alınan  ekstraktı  südlə  qarıĢdırıb  gündə  3  dəfə  yeməyə  10  dəq    qalmıĢ  qəbul  edin. 
Qəbul qaydası belədir: 1-ci gün yarım stəkan südün tərkibinə 1 damla ekstrakt əlavə etməklə qəbul 
edin.  2-ci  gün  2  damcı,  sonrakı  günlərdə  hər  dəfə  1  damcı artırmaqa  25  damcı  əlavə  edənə  qədər 
qəbul edin.  
Kolumbiya  tərəvəzçiləri  uzun  müddət  apardıqları  təcrübələr  zamanı  Ģirin  tama  malik  yeni 
sarımsaq sortu əldə etmiĢlər. Onun iriliyi yumruq boydadır. Çiy halda o incə Ģirin tama malikdir.   
Sarımsaqdan qida məhsullarının hazırlanması.  
Sarımsaq  pastası.  4  tikə  ərinmiĢ  pendir,  2  xörək  qaĢığı  mayonez,  2  xörək  qaĢığı  xırda 
hissələrə  salınmıĢ  pendir,  4  diĢ  sarımsaq  götürün.  ƏrinmiĢ  pendiri  mayonezlə  qarıĢdırıb  üzərinə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə