Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə141/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   137   138   139   140   141   142   143   144   ...   149

281 
 
bir-birlərinə xoĢ münasibət bəsləməsinə səbəb olur. Digər tərəfdən narıncı rəngdən artıq dərəcə də 
istifadə  olunarsa  insanda  əsəb  gərginliyi,  öd  ifrazatının  artmasına  səbəb  olur.  Bu  rəng  insanın  iĢ 
qabiliyyətini yüksəldir, yuxunu normallaĢdırır. Bu da həkimlərə imkan vеrir ki, narıncı rənglə yaĢlı 
xəstələrin ürək və damar sistеmində baĢ vеrən, nasazlığın aradan qaldırılmasında istifadə еtsinlər.  
Sarı  rəng  –  sarı  rəng  nəinki  həzm  sistеmini  yaxĢılaĢdırır,  qaraciyər  və  mədəaltı  vəzin 
fəaliyyətinə də müsbət təsir göstərir. Sarı rəng orqanizmdən artıq olan Ģlakların kənar olunmasında, 
pеrifеrik  əsəb  sistеmini  normallaĢdırır,  yеni  zamanda  müxtəlif  mənĢəli  xəstəliklərin  müalicəsində 
tətbiq  еdilir.  Bundan  baĢqa,  sarı  rəng  –  harmoniya  rəng  hеsab  еdilir.  Çin  təbabətində  sarı  rəngi 
Allahrəngi  və  müalicə  iliksiri  adlandırırlar.  Sarı  rəng  zəifə  qüvvət,  güclüyə  ağıl,  qadınlara 
cəzbеdicilik bəxĢ еdir. Yuxusuzluğu və dеprеssiyanı müalicə еtmək üçün həkimlər iki rəngdən sarı 
rəng xəstəliyin müalicəsinə kömək еdir; qırmızı rəng isə sağalmanı sürətləndirir.  
Yaşıl  rəng.  Vеgеtativ  sinir  və  ürək  damar  sistеminin  fəaliyyətinə  müsbət  təsir  еdir,  еninə 
zolaqlı əzələlərin, bronxlarda baĢ vеrən pozuntuların aradan qaldırılmasında,  ürək döyüntülərini və 
artеrial  təzyiqin  normallaĢdırılmasında  fəal  rol  oynayır.  YaĢıl  rəng  hipеrtoniya  xəstəliyini  gözəl 
müalicə  еdir.  Əsəb  mənĢəli  baĢ  ağrılarını,  nеvrozun,  yuxusuzluğun,  əqli  yorğunluğun  aradan 
qaldırılmasına  yardım  еdir.  YaĢıl  rəngin  azlığı  və  olmaması  nəticəsində  əsəb  gərginliyi, 
həyəcanlanma,  narahatlıq,  tеz  yorulma  hallarının  baĢ  vеrməsinə  səbəb  olur.  Çin  təbabətində  yaĢıl 
rəng harmoniya yaradan, təbiətin təzələnməsi simvolu hеsab еdilir.  
Mavi  rəng.  Qalxanabənzər  vəzin  fəaliyyətini  yaxĢılaĢdırır,  səs  aparatına  müsbət  təsir 
göstərir,  həzm  sistеmi  orqanlarını  nizamlayır.  Bundan  baĢqa,  mavi  rəng  ürək  əzələ  qıcolmalarını 
aradan  qaldırır  və  iĢtahartıcı  təsir  göstərir.  Mavi  rəng  insanların  fəaliyyətini  tənzimləyir,  artеrial 
təzyiqi  qaydaya  salır,  tonusu  artırır.  Çin filosofları  qеyd  еdirlər  ki,  mavi  rəng  insanlarda  еmosiya 
yaratmaqla yanaĢı, daxili orqanların fəaliyyətində harmoniya  yaradır. Mavi rəngdən qеyri ənənəvi 
təbabətdə  müxtəlif  xəstəliklərin  o  cümlədən  dəri,  yuxarı  tənəffüs  yollarının  səs  tеllərinin 
müalicəsində  gеniĢ  istifadə  еdilir.  Mavi  rənglə  alеrgiya,  onurğa,  bеl,  sümük  ağrılarının  aradan 
qaldırılmasında  tətbiq  еdilir.  Mavi  rəngdən  artıq  dərəcədə  istifadə  olunduqda  insanda  soyuqluq, 
narahatlıq və qorxu yarada bilir. 
Göy rəng. Göy rəng hipofiz vəzisinə təsir еdərək orqanizm zərərli mikrob və baktеriyalardan 
müdafiə  еdir.  Göy  rəngdən  baĢağrılarında,  əzələ  spazmalarında,  ürək  döyüntülərində  və  bağırsaq 
pozuntularının  aradan  qaldırılmasında  istifadə  еdilir.  Göy  rəng  orqanizmdə  bir  sıra  orqanların 
fəaliyyətinin  nizama  salınmasında,  müxtəlif  əsəb  gərginliklərində,  nеvrozda  həddindən  artıq 
qıcıqlanmaların,  həyəcanmaların,  bayılmaların  və  yuxusuzluğun  aradan  qaldırılmasında  tətbiq 
еdilir.  Göy  rəng  sakitləĢdirici,  müxtəlif  xarici  stеrsləri  aradan  qaldırır,  yuxunu  nizamlayır, 
danıĢdıqda natiqlik yaradır. Göy rəngdən artıq dərəcədə istifadə еdildikdə fikir dağınıqları və qorxu 
hissi yaradır.  
Bənövşəyi  rəng.  Gözlə  yaxĢı  görünən  spеktеr  olub,  iki  rəngin:  mavi  və  qırmızı  rənglərin 
qarıĢığından  ibarət  olub,  mərkəzi  sinir  sistеminə  tonuslandırıcı  təsir    göstərməklə  yanaĢı 
orqanizmdə gеdən fizioloji prosеsləri nizamlayır. BənövĢəyi rəng nеyrolеptik təsirə malik olub, baĢ 
bеyin  yarımkürələrini  bir-birilə  əlaqələndirir.  Qədim  dövrlərdə  bənövĢəyi  rəngi  filosofların  rəngi 
adlandırmaqla  yanaĢı  yaxĢılıq  və  pislik  simvolu  hеsab  еdilirdi.  Qеyri-ənənəvi  tibbdə  bənövĢəyi 
rəngdən baĢ bеyində əmələ gələn pozuntuların o cümlədən bеyin silkələnmələrində, insultdan sonra 
baĢ  vеrən  ağrıların  aradan  qaldırılmasında,  mühim  əhəmiyyət  kəsb  еdir.  BənövĢəyi  rəng 
yuxugətirən, gеcələr yuxusuzluqdan əziyyət çəkən insanların köməyinə gəlir, iĢləmək qabiliyyətini 
artırır,  yorğunluğu  aradan  qaldırır.  Lakin,  bu  rəngdən  uzun  müddət  istifadə  еtdikdə  narahatlıq  və 
dеprеssiya yarada bilər.  
  
DƏRMAN XAMMALI TƏDARÜKÜNÜN  
TƏġKĠL EDĠLMƏSĠNĠN ELMĠ ƏSASLARI  
 
Dərman  xammalı  tədarükünü  düzgün  və  vaxtında  yaxĢı  təĢkil  etmək  üçün,  qabaqcadan 
hazırlıq iĢləri görmək lazımdır. Bunun üçün aĢağıdakı vacib və əməli tədbirlərin həyata keçirilməsi 
zəruridir.  


282 
 
1. Tədarük məntəqələrində tərtib olunan plan üzrə tədarük olunması nəzərdə tutulan dərman 
bitkilərinin adları qabaqcadan müəyyən edilməlidir.  
Rayonlararası  apteklər  idarəsinin  rəhbərləri  dərman  bitkiləri  tədarük  edilən  məntəqələrə 
yaxından rəhbərlik etməli və bu iĢin düzgün aparılmasına yardım göstərilməlidir.  
2.  Tədarüklə  məĢğul  olan  ayrı-ayrı  aptek  rəhbərləri  plan  üzrə  tədarük  olunan  dərman 
bitkilərinin  yayıldığı  yerləri  yaxĢı  tanımalıdır.  Tədarükçüləri  və  toplayıcıları  dərman  bitkiləri  ilə 
yaxından  tanıĢ  etmək  məqsədilə  seminar  məĢğələləri  keçirilməlidir.  Aptek  rəhbərləri  toplayıcılara 
bitkiləri  necə  yığmaq  və  qurutmaq  qaydaları  barədə  izahat  verməli  və  onlarla  tələb  müqaviləsi 
bağlamalıdırlar.  
3.  Toplayıcılar  (tədarükçülər)  əvvəlcədən  tədarük  edilən  bitkilərin  növlərini,  toplanması 
lazım gələn hissələri, eləcə də yığma və qurutma üsullarını bilməlidirlər. 
Zəhərli  dərman  bitkilərini  yığarkən  xüsusilə  diqqətli  olmalı,  onları  baĢqa  bitkilərlə 
qarıĢdırmamalıdırlar.  
4.
 
Tədarükçülər vaxtında yığım alətləri ilə bel, yaba, bıçaq, dəhrə, qayçı, bundan əlavə lazımi 
kisə, səbət, əlcək və s. ilə təmin olunmalıdırlar. 
Tədarük olunan bitkiləri qurutmaq və saxlamaq üçün xüsusi anbar, bina ayırmalı və qəbul 
məntəqəsi tərəzi, daĢ, karton və taxta qutularla, kisələrlə və herbari çantaları ilə təmin edilməlidir.  
Dərman  bitkilərinin  çiçək,  yarpaq,  giləmeyvə  və  otlarının  toplanmasını  məktəblilərə  də 
tapĢırmaq olar. Lakin, bu zaman yığılan bitki xammalının yüksək keyfiyyətli olmasına xüsusi fikir 
vermək lazımdır. Ona görə də, biologiya müəllimləri, aptek müdirləri, aqronomlar, meĢə iĢçiləri bu 
iĢdə məktəblilərə lazımi köməklik göstərməlidirlər.  
Dərman bitkilərinin tədarük və toplanmasını mütəĢəkkil surətdə aparmaq üçün tədarükçüləri 
mütəmadi  olaraq  dərman  bitkilərinin  toplanmasına  dair  ədəbiyyat,  təlimat  və  plakatlarla  təmin 
etmək lazımdır.  
Dərman bitkilərinin toplanması. 
Dərman  bitkilərindən  qurudulmuĢ  halda  tibbi-profilaktik  məqsədəlr  üçün  geniĢ  istifadə 
olunur.  Dərman  bitkiləri  mürəkkəb  kimyəvi  quruluĢlara  malikdir.  Tədiqaqatlar  zamanı  müəyyən 
edilmiĢdir  ki,  dərman  bitkilərinin  tərkibi  müxtəlif  quruluĢlu  maddələrdən  –  alkoloidlərdən, 
qlükozidlərdən, saponin, flavanoid, kumarin, fürokumarin, aĢı və boyaq maddələri, vitamin, karotin, 
qətran,  selik,  yapıĢqanlı  və  s.  ibarətdir.  Bu  maddələrə  təsiredici  maddələr  deyilir.  Lakin,  bu 
maddələr  bitkinin  hər  bir  hissəsində  bərabər  miqdarda  olmur.  Məsələn,  bəzi  bitkilərin  yarpağında 
təsiredici  maddələr  çox,  kök  hissəsində  az,  bəzən  heç  olmaya  da  bilər.  Buna  görə  də  dərman 
bitkisinin  bütün  hissələrini  deyil,  onun  lazım  olan  hissələrini  (yarpağını,  çiçəyini,  toxumunu, 
qabığını,  meyvə  və  giləmeyvəsini,  kökünü,  kökümsovunu,  soğanağını  və  s.)  toplayırlar.  Qeyd 
etmək lazımdır ki, təsiredici maddələrin miqdarı bitkinin keçirdiyi inkiĢaf fazalarından asılı olaraq, 
dəyiĢir.  Bitkilərin  müxtəlif  hissələrində  təsiredici  maddələrin  və  inkiĢaf  fazasının  hansı  dövründə 
daha  çox  toplanması  tədiqqatlar  nəticəsində  müəyyən  edilmiĢdir.  Məsələn,  yovĢanın  çiçəklərində 
təsiredici maddə santonin bitkinin müxtəlif inkiĢaf dövründə müxtəlif miqdarda olur.  
Analiz  nəticəsində  müəyyən  edilmiĢdir  ki,  bu  bitkinin  çiçəkləri  hələ  qönçə  ikən  daha  çox 
santoninə  malik  olur.  Lakin,  qönçələr  açıldıqda  sonra  santoninin  miqdarı  azalmağa  baĢlayır, 
çiçəklər solub tökülən zaman isə santonin yox dərəcəsinə çatır.  
Demək olar ki, bütün bitkilərin inkiĢaf dövründə bu qanunauyğunluqlara rast gəlmək olar. 
Məsələn,  gülxətimi  köklərində  selikli  maddə  və  niĢasta  bitki  çiçək  açan  dövrdə  ən  az  miqdarda 
olduğu  halda,  yazın  əvvələrində  payız  aylarında  (yəni  bitkinin  çiçəkləri  solub  tökülən  zaman)  ən 
yüksək  səviyyəyə  çatır.  Biyan  bitkisində  isə  bunun  əksini  görürük,  biyanın  kökünün  tərkibindəki 
qlisirizin adlı təsiredici maddə isə ən çox bitki çiçək açan dövrdə olur. 
Bu cəhətdən zəhərli bitkilər daha səciyyəvi və maraqlıdır. Məsələn, tərkibində nikotin olan 
tütün  və  ya  morfin  alkaloidi  –  xaĢxaĢ  bitkiləri  öz  inkiĢaf  fazalarının  son  dövründə  daha  çox 
zəhərləyici  xassəyə  malik  olur.  Dərman  bitkilərinin  inkiĢaf  fazalarında  müĢahidə  olunan  belə 
xüsusiyyətlərə  çoxlu  misallar  göstərmək  olar.  Bütün  bunları  nəzərə  alaraq  dərman  bitkilərinin 
toplanması iĢini ilin müəyyən vaxtlarında aparırlar. Bu isə toplanılan xammalın keyfiyyətinin yaxĢı, 
müalicə əhəmiyyətinin yüksək olmasını təmin edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə