283
Bitkinin yerüstü hissəsindən istifadə etmək lazım gəldikdə onu yeni çiçək açmağa baĢlayan
zaman, yarpaq, gövdə və çiçəkləri ilə birlikdə toplamaq lazımdır. Çiçəkləri isə bitki təzə çiçək açan
vaxt toplamaq lazımdır. Bu, xüsusən daha çox mürəkkəbçiçəklilər fəsiləsindən olan bitkilərə aiddir.
Çobanyastığı, solmazçiçək, gülümbahar və darçın bitkilərinin çiçəklərini isə tam çiçək açan dövrdə
toplamağı məsləhət görürlər. Tumurcuqları yaz fəslində, onların tökülməsinə az qalmıĢ, ĢiĢməyə
baĢlayan zaman toplayırlar.
Dərman bitkilərinin toxumlarının, meyvə və giləmeyvələrini tam yetiĢdikləri vaxt toplamaq
lazımdır. Onların yeraltı hissələrini, köklərini, kökümsov gövdələrini, soğanaqlarını və yeraltı
yumru gövdələrini payızın son ayında, nadir hallarda yazın ilk aylarında toplamaq lazımdır. Çünki
bu dövrə kimi bitkilərin yarpaqları tökülür və bitkisinin hasil etdiyi qida maddəsinin çoxu onun
kökündə toplanır.
Kökləri toplayarkən aĢağıdakı ümumi qaydaya riayət etmək lazımdır:
a) birillik dərman bitkilərinin kökləri bitki çiçək açmağa baĢladığı anda;
b) ikiillik bitkilərin kökləri ya payızda, ya da ikinci ilin yazında;
c) çoxillik dərman bitkilərinin köklərinin əsas hissəsi payızda, bir qismi isə erkən yazda
toplanmalıdır (altey, xammotu bitkisinin kökləri kimi).
Torpaqdan qazılıb çıxarılmıĢ kök, kökümsov gövdələr, kök yumruları, soğanaqları əvvəl
soyuq su ilə yuyub təmizləmək, sonra yerüstü hissədən, qurumuĢ və çürümüĢ hissələrdən ayırıb
qurutmaq lazımdır.
Dərman bitkilərinin yerüstü hissələrini (bitkinin çiçək, yarpaq və gövdəsini) bitki tam çiçək
açan zaman toplamağı məsləhət görürlər.
Zoğlar payızın son və yazın ilk ayında, qabıqlar isə bitki Ģirə ilə zəngin olarkən – yazın ilk
ayında toplanılmalıdır.
Ümumiyyətlə yazda, bitkinin qabıq hissələrində təsiredici maddələr daha çox olur.
Sitrus bitkilərinin qabıqları isə meyvələr tam yetiĢdikdən sonra toplanır. Bitkilərin
qabıqlarını adətən cavan gövdəsindən və qol-budaqlarından toplayırlar. Qabıqlar gövdədən ayırmaq
üçün xüsusi bıçaqlardan istifadə olunur. Bu məqsədlə bitkinin gövdəsinin üzərini çərtərək qabıqlar
soyur, sonra isə qurudurlar. Dərman bitkilərinin yerüstü hissələrini Ģehsiz və yağınursuz, aydın
günəĢli havada toplamaq lazımdır. Yağınurlu, dumanlı və çiskinli havada toplanılan bitkilər çox gec
quruyur, adətən qızıĢaraq təbii rəngini dəyiĢib, tünd qonur rəngə çevrilir. Bitkilərin çiçək, yarpaq və
meyvələrini əl ilə, nadir hallarda isə ağac Ģanalarla toplayırlar. Ot halında olan dərman bitkilərinin
yerüstü hissələrinin qayçı, bıçaq və ya çinlə biçib toplayırlar. Kökləri, kökyumurularını, kökümsov
gövdələri və soğanaqları isə ya bel və kərki vasitəsilə, ya da yeri Ģumlamaqla (məsələn, biyan,
boyaqotu, dəvədabanı və s.) toplayırlar. Dərman bitkilərin toplayarkən onların qurd yemiĢ,
həĢəratdan zədələnmiĢ, göbələk xəstəliyinə tutulmuĢ və baĢqa səbəblərdən çürümüĢ hissələrini seçib
ayırmaq lazımdır.
Bitkinin yarpağı, çiçəyi və otları adi səbətlərə yığılır. Təzə giləmeyvələri təmiz səbətlərə,
quru meyvələri, kökləri və qabıqları isə kisələrə yığmaq, toplanmıĢ dərman xammalını qurutmazdan
əvvəl çeĢidlərə ayırmaq lazımdır. Meyvə və toxumlarını toplamazdan əvvəl yetiĢməmiĢ, əzilmiĢ
hissələri kənar etmək lazımdır. Kök və kökümsov gövdələri xəlbirin içərisində, axar suda yumaq
yaxĢı nəticə verir. Kökündə selik maddə saxlayan dərman bitkilərini suda çox saxlamaq olmaz.
Toplanan kök və kökümsov gövdələrin yerüstü hissələrini kəsib atmaq lazımdır. Çox yoğun olan
köklər daha yaxĢı qurusun deyə uzununa kəəsib xırdalanmalı və qabıqdan çıxarılıb qurudulmalıdır.
Dərman bitkilərinin qurudulması.
ToplanmıĢ dərman bitkiləri çeĢidlərə ayrıldıqdan sonra dərhal qurudulmalıdır. Təzə
toplanmıĢ bitki xammalını uzun müddət qurutmayıb kisələrdə, səbətlərdə və ya topa halda
saxladıqda bitkilərin rəngi tündləĢir, kif atır, qıcqırma, parçalanma prosesi baĢlayır. Bitkilərin
tərkibindəki təsiredici maddələrin miqdarı azalır və ya tamamilə itir. Bu dəyiĢikliklər bitkidən
Ģirənin miqdarından (təzə toplanan bitki xammalında Ģirənin miqdarı 80% və daha artıq ola bilər) və
münasib temperatur Ģəraitindən asılı olaraq, fermentlərin (enzimlərin) fəallaĢması və onların
müxtəlif kimyəvi prosesləri sürətləndirməsi nəticəsində əmələ gəlir. GünəĢin ultrabənövĢəyi Ģüası
və hüceyrə Ģirəsində olan turĢuların təsiri nəticəsində bitki xammalının əvvəlki təbii yaĢıl rəngi
284
dəyiĢib tünd-qonur rəng alır. Buna görə də bioloji aktiv maddələrdən ibarət olan bitki xammalları
asan parçalandığı üçün onları tez və yaxĢı qurutmaq lazımdır. Ümumiyyətlə qurutma prosesi nə
qədər tez gedərsə, alınan materialın keyfiyyəti də bir o qədər yaxĢı olar. Lakin tərkibində efir yağı
olan elə bitkilər vardır ki, onların tədricən qurudulması bitkinin tərkibindən efir yağının itməsinin
qarĢısını alır. BənövĢə, səhləb, sarıkök, darçın və s. növlərini misal gətirmək olar.
Dərman bitkisi xammallarını yaxĢı qurutmaq üçün onların uzun müddət yararlı qalmasını,
saxlanmasını təmin etmək lazımdır. ġirəli meyvələri əvvəlcə ya günəĢin altında ya da sobada azca
qurutduqdan sonra götürüb açıq havada meh vuran sahədə sərib qurutmaq lazımdır. Tərkibində
alkoloid və qlükozid olan dərman bitkilərini 50-60
o
C də tərkibində vitamin olan bitkiləri isə
(itburnu meyvəsini, novruzgülünü isə) tərkibindəki C vitamini oksidləĢməsin deyə 80-100ºC
temperaturda qurutmaq lazımdır. Bu üsülla bir çox meyvələrə, o cümlədən qarağat bitkisinə də aid
etmək olmaz. Belə ki qarağatın meyvəsinin tərkibində C vitaminindən baĢqa efir yağı da vardır.
Bunun üçün qarağatın meyvəsini 50-60ºC temeraturda qurutmaq məsləhətlidir. Dərman bitkisi
hissələrini (ot, çiçək, qabıq və s.) 35-45ºC istilik olan sobalarda, çardaqlarda, dəmir örtüklü
anbarlarda, nadir hallarda isə açıq havada brezent və həsir üzərində qurudurlar. Bitki materialların
qurudarkən onları nazik halda qat-qat sərib, gündə 1-3 dəfə çevirmək lazımdır. Yer üstə qurutmaq
lazım gəldikdə bitkini nəm çəkməsin deyə bitkini brezentdən, binada qurutduqda isə üzərinə həsir
döĢənmiĢ taxta döĢəmələrdən, qəfəslərdən, məftil Ģəbəkədən və ya üzərinə çit çəkilmiĢ taxta
çərçivədən istifadə olunur. Belə taxta çərçivələri qat-qat bir-birinin üzərinə qoymağı məsləhət
görürlər. Dərman otların daha yaxĢı və keyfiyyətli qurutmaq üçün, onları dəstə-dəstə bağlayıb, asıb
qurutmaq daha səmərəli üsuldur. Bitki materialları qurudulan otağın havası daim dəyiĢdirilməlidir.
Havası daima dəyiĢilən dəmir örtüklü çardaqlarda aparılan qurudulma daha yaxĢı nəticə
verir. Çünki belə Ģəraitdə temperatur kifayət qədər olub, 40-50 dərəcəyə çatır.
Bitki günəĢ altında qurudularkən onun təkibində olan xlorofill, karotin və xüsusən
çiçəklərdə olan antosianlar parçalanır, nəticədə bitki materialı öz rəngini, qismən təsiredici
maddəsini itirir. Tərkibində efir yağı olan bitkiləri günəĢin altında qurutmaq olmaz. Bitki xammalı
süni yollarla da qurudulur. Bu zaman temperaturu 40-60 dərəcəyə çatdıraraq qurutma prosesini
daha da sürətləndirmək olar. Təzə dərilmiĢ giləmeyvələrin qurudulması üçün yüksək temperatur
(70-80º) tələb olunur.
Efir yağlı bitkilər qurudularkən temperatur 25-30ºC–dən aĢağı olmalıdır. Dərman
xammalının tədarükünün həcmindən və imkanından asılı olaraq, qurutma prosesi uyğunlaĢdırılmıĢ
sobalarda və ya xüsusi quruluĢlu quruducularda aparılır.
Ümumiyyətlə, dərman bitkisi xammalından qurudulması üçün aĢağıdakı quruduculardan
istifadə olunur:
Belə qurutma prosesi iki cür quruducuda aparılır:
a) dövrü sürətdə iĢləyən quruducu – burada, qurutmaq üçün hazırlanmıĢ material kameraya
eyni zamanda doldurulur və boĢaldılır.
b) arası kəsilmədən iĢləyən quruducu – burada material kameraya mütəmadi olaraq
doldurulur və boĢaldılır.
Hava cərəyanı vasitəsilə qurutma. Bu üsulla qurutma prosesi adətən örtüklü çardaqlarda
aparılır. Bu tip quruducularda hava sorucu borular vasitəsi ilə tez-tez dəyiĢdirilir.
Bundan baĢqa, buxarla, odla, günəĢ altında və elektrik vasitəsilə qızdırılan quruduculardan
da istifadə olunur. Bitki xammalının ayrı-ayrı hissələrinin qurudulması aĢağıdakı qaydada aparılır.
Tumurcuqları (tərkibində qətran, karotin və efir yağın olmasını nəzərə alaraq) nazik qatlarla sərib
tez-tez qarıĢdırmaqla və kiflənməsin deyə normal istilikdə qurutmaq lazımdır.
Qabıqları (tərkibində nisbətən az su olduğu üçün) açıq kölgəli və mehvuran havada və ya
havası quru olan otaqlarda qurudurlar. Qabıqlar qurudularkən tərkiblərindəki boyaq və aĢı
maddələri oksidləĢdiyinə görə rəngləri tünd rəng alaraq qonurlaĢır. Qurudarkən qabıqları bir-birinin
üzərinə qoymaq olmaz, onlar tez kif atar və tərkibindəki kimyəvi maddələr məhv olar.
Müalicəvi bitki xammalının qablanması.
Dərman bitki materiallarının qablanması üçün qəbul olunmuĢ standartlara əsasən bir neçə
növ qablardan istifadə olunur:
Dostları ilə paylaş: |