277
xərçəng xəstəlikləri, bəzi göz, dəri, bağırsaq, nevroloji xəstəliklərin müalicəsi zamanı ozon
terapiyasının əvəzi yoxdur. Bu zaman da xəstələrə xəstəlik dərəcəsindən asılı olaraq, müxtəlif sayda
seanslar tətbiq olunur.
Qanın yuyulması deyiləndə ―plazmaferez‖ baĢa düĢülməlidir. Hamilə qadınların qanında
viruslardan qurtulmaq üçün tətbiq olunan bu metod həm də gəncləĢmək üçün lazımdır. Bu zaman
qana daha çox oksigen daxil olur, orqanizmin zərərli maddələrdən təmizlənir və bu da özünü
insanın üz cizgilərində, parlaq dərisində göstərir. Həkimlər ancaq cavanlaĢmaq istəyən insanların bu
üsulla ildə bir dəfə müraciət etməsini məsləhət görür. Bir seansın məbləği isə o qədər də kiçik deyil,
400-500 manat. Türkiyədəki məĢhurlar arasında müğənni Gülbən Ərgən, həyat yoldaĢı Mustafa
Ərdoğan komediya ustası Yılmaz Ərdoğan dünyada isə Hillari Klinton, Bred Pitt, Ancelina Coli,
Demi Mur… kimi məĢhurlar bu üsulla gəncləĢməyə çalıĢırlar.
Vampir terapiyasi - öz qanini «içib» gəncləşənlər.
Ġnsanın öz qanı ilə cavanlaĢması metodu təkcə ozon terapiyası deyil, dünyada «vampir
trendi» adlandırılan PRP üsulu da gənclik eliksirlərindən sayılır. Bu halda da gəncləĢmək istəyən
insanın qol və ya əlindən bir az qan alınır, laboratoriya Ģəraitində yad, zərərli maddələrdən
təmizlənir, daha sonra isə üz dərisinin altına yeridilərək, gəncləĢməyə səbəb olur. «Platelet Rich
Plazma» adı ilə tanınan PRP üsulu giriĢ, sızaq izləri, günəĢ ləkələri və saç tökülməsində də müsbət
nəticələrə gətirib çıxarır. Həkimlər izah edir ki, əslində bu üsulda önəmli olan cildin «baĢını
aldatmaqdır». Yəni, üz dərisinə təmiz qan yeridildikdən sonra hüceyrələr bunu xəbərdarlıq kimi
qəbul edib, hərəkətə keçir. Bu durum bir qədər yaranın sağalmasını xatırladır. Dəridəki tıxanmıĢ
bölgələr təmizləndiyi üçün üz cildi əvvəlkindən daha yaxĢı vəziyyətə gəlir.
Həkimlər bu vampir üsulundan hər mövsüm istifadəni mümkün sayır. Həm də bu üsul
zamanı hər kəs öz qanından istifadə etdiyi üçün allergiya yaratmır. Ehtiyaca uyğun olaraq, bir seans
3-4 həftə həyata keçirilir. PRP müalicəsi insanın yaĢından, üz dərisinin keyfiyyətindən, siqaret
çəkib-çəkməməsindən asılı olaraq, nəticə verir.
Abort olunmuĢ körpədən hazırlanan «cavanlıq eliksiri».
Daha bir ilginc və tükürpədici cavanlaĢma metodu barədə isə türk müğənnisi Bülənt
Ersoyun təcrübəsində rast gəlmək mümkündür. Ərsoy abort olunmuĢ körpədən alınan genlərin kök
hüceyrələrindən hazırlanan dərmanı üzünə sürtməklə gənc qalır. Çox məsrəfli və çətin olan bu
proses zamanı dərman xəstənin üz və boyun hissələrinə sürtülür. Həkimlər deyir ki, sözügedən üsul
«itirilmiĢləri yerinə qoyma prosedurudur»
«Kosmonavt üsulu» da 21-ci əsr gəncləĢmə üsullarının ən geniĢ yayılanıdır. Bu üsul öncə
üzə tərkibində yüksək miqdarda oksigen olan bir kremdən istifadə üsuludur. Ardınca üzdəki
tıxanmıĢ bölgələrin təmizlənməsi üçün buxarla təmizlik prosesi həyata keçirilir. Son olaraq, isə
insanın baĢına özəl bir papaq yerləĢdirilir. Kosmonavt papağını xatırladan bu baĢlığın içərisində
gəncləĢmək istəyənin üzünə müəyyən miqdarda oksigen püskürdülür. Nəticədə üz sağlam və
yumĢaq görüntüyə sahib olur.
Bir neçə il ərzində cavanlaĢdirma üsulu.
CavanlaĢdırılma üsullarından biri də botoks, plazmagel, pilingdir.
Amma üz cildi çox qalındırsa və yuxarıda qeyd etdiyimiz cəhdlərə müsbət reaksiya
vermirsə, həkimlər plastik əməliyyata yaxın olan bəzi prosedurları məsləhət görürlər. Bunlar isə
botoks, plazmagel, lazerlə cild yeniləĢmə, pilinq adlanır.
BaĢlayaq botoksdan. Botoks xüsusən alın və göz çevrəsindəki qırıĢlardan qurtulmaq üçün
son zamanlar istifadə olunan ən ideal üsuldur. Prosedur cəmi 2 dəqiqə ərzində həyata keçirilir, baĢa
çatdıqdan sonra insan normal həyatına qayıdır. Botoks ancaq professional həkimlər tərəfindən
həyata keçirilməlidir. Prosedurun mahiyyəti isə mimika və qırıĢıqlara səbəb olan əzələlərin
hərəkətini minimuma endirmək, dəri üzərində qırıĢ bölgələrin düzəldilməsini təmin etməkdir.
Amma botoksun təsir müddəti 6 aydır. Həmin müddətdən sonra öz təsir gücünü itirir və dəri əvvəlki
vəziyyətinə qayıdır.
Plazmagel də əməliyyatsız, yarım saat ərzində tətbiq olunan təsirli bir üsuldur. Insanın öz
qanından alınan daha sonra özəl minerallar əlavə edilərək üzün istənilən bölgəsinə sürtməklə
müsbət nəticə əldə edilir. Prosedurdan sonra cild daha gənc və təravətli görünür. Allergiya
278
vermədiyi üçün ortaya daha təbii bir mənzərə çıxır.
Hazır dolğu maddələri də az vaxta, amma gəncləĢmək istəyi olan insanlar üçündür. Bu
maddələr xüsusən üzdəki çöküklük və qırıĢlar, dodağın incəliyi zamanı tətbiq olunur. Dolğu
maddələrin tətbiqi zamanı üzə sürtülən anestezlik bir dəqiqə ərzində öz müsbət təsirini göstərir.
GəncləĢdirilmənin bir növü də lazer üsuludur. Lazerlə cild gəncləĢdirilməsi ağrısız olmasına
və dəridə qızartı yaratmadığına görə fərqlənir. Müalicə sonrası toparlanmağa ehtiyac olmayan, bir
neçə dəqiqə ərzində tətbiq olunan bu metod da cilddəki hüceyrələri yeniləyərək, daha düzgün, daha
sıx və daha gənc bir dəri görüntüsünü yarada bilər.
Ən ağrılı və əzablı cavanlaĢma metodu isə pilinqdir. Bu zaman üzün dərisinin soyulması ilə
dərinin yeniləĢməsi və gəncləĢməsi baĢ verir. Bu üsul ilə üzdəki qırıĢıqlar cildin tez yaĢlanması,
dəri quruluğu, dəri yorğunluğu aradan qalxır. Eləcə də pilinq sayəsində cild ləkələri, çatlaqlar,
baldır və qarın bölgəsindəki elastiklik itkisi kimi dəri problemləri yox olur. Prosedur nəticəsində
insan ən azı 10 yaĢ cavanlaĢmıĢ kimi görünür.
XXI əsrdə bir çox yeni dəyiĢikliklər baĢ verməsinə baxmayaraq, cavanlaĢmaq eĢqinə
düĢənlərin metodu dəyiĢmir. Yenə də qandan istifadə edilir. Bu dəfə öz qanlarından.
AROMATERAPIYA
Efir yağlarından xalq təbabətində istifadəsi çox qədim dövrlərə gedib, çıxır. Ətirli yağlar
orqanizm xoĢ və ətirli iyə malik olduğundan stimullaĢdırır və insanda xoĢ əhval yaradır. Efir
yağlarının təsir mexanizmi onun tərkibindəki mürəkkəb kimyəvi birləĢmələrdən asılıdır. Insanlar
hər hansı bir səbəbdən gərginlik, əsəbilik, ruh düĢgünlüyü, yuxusuzluğa, fəsil depressiyasına məruz
qalır. Ətirli efir yağların içərisində insanlarda xoĢ əhval yaradan, stimullaĢdırıcı təsir göstərən, insan
orqanizmin tələbatlarına cavab verən ətirli yağlar mövcuddur.
Aromaterapiya - kəskin streslərin, depressiyaların həyəcanlanmaların yuxusuzluğun
həmçinin əzələ spazmalarının və damar ağrılarının aradan qaldırılmasına kömək edir. Efir yağları
cinsi fəallığın yüksəlməsinə müsbət təsir göstərir. Lakin, bütün ətirli yağlardan müalicə vasitəsi
kimi istifadə etmək olmaz. Bir neçə efir tərkibli bikilərdən alınan yağlardan müalicə vasitəsi kimi
istifadə etmək məsləhət görülmür. Bunlar xoĢagəlməz hallar yarada bilərlər. Bunlar hansılardır. Acı
badam, adi cirə, kamfora, kassiya, darçın yağı, xardal kökü, yovĢan, qara xardal, yarpız, sədo, Ģam,
sürvə, ardıc, kəklik otu və s. bitkilərdən alınan yağlardan sərbəst istifadə etməyə icazə verilmir.
Ənbər sürvə yağı - Salvia selarea L. Antiseptik, stimullaĢdırıcı və antibakterial
xüsusiyyətlərə malikdir. BaĢ ağrılarında, miqren, həddindən artıq həyəcanmalarda, depressiyaların,
hipertoniyanın, əzələ qıcolmalarında, bronxial astma, əsəb yorğunluğunun aradan qaldırılmasında
istifadə edilir.
Evkalipt yağı – Eucalyptus globulus Labill. Bəlğəmgətirici, antiseptik və ağrıkəsici
xüsusiyyətlərə malikdir. Arteritin, yuxarı tənəffüs yollarının əsəb xəstəliklərinin, baĢ ağrılarının
müxtəlif nevroloji xəstəliklərin müalicəsində istifadə olunur.
ƏtirĢah yağı - Pelargonium roseum L. Təravətverici, sakitləĢdirici və antiseptik
xüsusiyyətlərə malikdir. Əsəb yorğunluqlarında o cümlədən, depressiyaların, daxili sekresiya
vəzlərinin pozuntularının aradan qaldırılmasında iĢlədilir.
Yasəmən yağı - Jasminum officinale L. Ağrıkəsici, soyuqdəymə, spazma xəstəliklərinin
müalicəsində istifadə olunur. Bundan əlavə stress, depressiya, əsəb yorğunluğu və yuxusuzluğun
aradan qaldırılmasında istifadə edilir.
Lavanda yağı – Lavandula angustifolia Mill. Spazma, antiseptik və sakitləĢdirici
xüsusiyyətlərə malikdir. Yuxusuzluğun, hipertoniya, miqrenin, müxtəlif xarakterli depressiyaların
müalicəsində tətbiq edilir.
Limon yağı – Citrus limon (L.) Burm. Antiseptik, stimullaĢdırıcı, spazma əleyhinə və
Dostları ilə paylaş: |