Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   135   136   137   138   139   140   141   142   ...   149

277 
 
xərçəng  xəstəlikləri,  bəzi  göz,  dəri,  bağırsaq,  nevroloji  xəstəliklərin  müalicəsi  zamanı  ozon 
terapiyasının əvəzi yoxdur. Bu zaman da xəstələrə xəstəlik dərəcəsindən asılı olaraq, müxtəlif sayda 
seanslar tətbiq olunur.  
Qanın  yuyulması  deyiləndə  ―plazmaferez‖  baĢa  düĢülməlidir.  Hamilə  qadınların  qanında 
viruslardan qurtulmaq üçün tətbiq olunan bu metod həm də gəncləĢmək üçün lazımdır. Bu zaman 
qana  daha  çox  oksigen  daxil  olur,  orqanizmin  zərərli  maddələrdən  təmizlənir  və  bu  da  özünü 
insanın üz cizgilərində, parlaq dərisində göstərir. Həkimlər ancaq cavanlaĢmaq istəyən insanların bu 
üsulla ildə bir dəfə müraciət etməsini məsləhət görür. Bir seansın məbləği isə o qədər də kiçik deyil
400-500  manat.  Türkiyədəki  məĢhurlar  arasında  müğənni  Gülbən  Ərgən,  həyat  yoldaĢı  Mustafa 
Ərdoğan  komediya  ustası  Yılmaz  Ərdoğan  dünyada  isə  Hillari  Klinton,  Bred  Pitt,  Ancelina  Coli, 
Demi Mur… kimi məĢhurlar bu üsulla gəncləĢməyə çalıĢırlar.  
Vampir  terapiyasi  - öz qanini «içib» gəncləşənlər. 
Ġnsanın  öz  qanı  ilə  cavanlaĢması  metodu  təkcə  ozon  terapiyası  deyil,  dünyada  «vampir 
trendi»  adlandırılan PRP üsulu da gənclik eliksirlərindən sayılır. Bu halda da gəncləĢmək istəyən 
insanın  qol  və  ya  əlindən  bir  az  qan  alınır,  laboratoriya  Ģəraitində  yad,  zərərli  maddələrdən 
təmizlənir,  daha  sonra  isə  üz  dərisinin  altına  yeridilərək,  gəncləĢməyə  səbəb  olur.  «Platelet  Rich 
Plazma» adı ilə tanınan PRP üsulu giriĢ, sızaq izləri, günəĢ ləkələri və saç tökülməsində də  müsbət 
nəticələrə  gətirib  çıxarır.  Həkimlər  izah  edir  ki,  əslində  bu  üsulda  önəmli  olan  cildin  «baĢını 
aldatmaqdır».  Yəni,  üz  dərisinə  təmiz  qan  yeridildikdən  sonra  hüceyrələr  bunu  xəbərdarlıq  kimi 
qəbul  edib,  hərəkətə  keçir.  Bu  durum  bir  qədər  yaranın  sağalmasını  xatırladır.  Dəridəki  tıxanmıĢ 
bölgələr təmizləndiyi üçün üz cildi əvvəlkindən daha yaxĢı vəziyyətə gəlir. 
Həkimlər  bu  vampir  üsulundan  hər  mövsüm  istifadəni  mümkün  sayır.  Həm  də  bu  üsul 
zamanı hər kəs öz qanından istifadə etdiyi üçün allergiya yaratmır. Ehtiyaca uyğun olaraq, bir seans 
3-4  həftə  həyata  keçirilir.  PRP  müalicəsi  insanın  yaĢından,  üz  dərisinin  keyfiyyətindən,  siqaret 
çəkib-çəkməməsindən asılı olaraq, nəticə verir.  
Abort olunmuĢ körpədən hazırlanan «cavanlıq eliksiri». 
Daha  bir  ilginc  və  tükürpədici  cavanlaĢma  metodu  barədə  isə  türk  müğənnisi  Bülənt 
Ersoyun təcrübəsində rast gəlmək mümkündür. Ərsoy abort olunmuĢ körpədən alınan genlərin kök 
hüceyrələrindən  hazırlanan  dərmanı  üzünə  sürtməklə  gənc  qalır.  Çox  məsrəfli  və  çətin  olan  bu 
proses zamanı dərman xəstənin üz və boyun hissələrinə sürtülür. Həkimlər deyir ki, sözügedən üsul 
«itirilmiĢləri yerinə qoyma prosedurudur»  
«Kosmonavt  üsulu»  da  21-ci  əsr  gəncləĢmə  üsullarının  ən  geniĢ  yayılanıdır.  Bu  üsul  öncə 
üzə  tərkibində  yüksək  miqdarda  oksigen  olan  bir  kremdən  istifadə  üsuludur.  Ardınca  üzdəki 
tıxanmıĢ  bölgələrin  təmizlənməsi  üçün  buxarla  təmizlik  prosesi  həyata  keçirilir.  Son  olaraq,  isə 
insanın  baĢına  özəl  bir  papaq  yerləĢdirilir.  Kosmonavt  papağını  xatırladan  bu  baĢlığın  içərisində 
gəncləĢmək  istəyənin  üzünə  müəyyən  miqdarda  oksigen  püskürdülür.  Nəticədə  üz  sağlam  və 
yumĢaq görüntüyə sahib olur.  
Bir  neçə  il ərzində  cavanlaĢdirma  üsulu.  
CavanlaĢdırılma üsullarından biri də botoks, plazmagel, pilingdir. 
Amma  üz  cildi  çox  qalındırsa  və  yuxarıda  qeyd  etdiyimiz  cəhdlərə  müsbət  reaksiya 
vermirsə,  həkimlər  plastik  əməliyyata  yaxın  olan  bəzi  prosedurları  məsləhət  görürlər.  Bunlar  isə 
botoks, plazmagel, lazerlə cild yeniləĢmə, pilinq adlanır.  
BaĢlayaq  botoksdan.  Botoks  xüsusən  alın  və  göz  çevrəsindəki  qırıĢlardan  qurtulmaq  üçün 
son zamanlar istifadə olunan ən ideal üsuldur. Prosedur cəmi 2 dəqiqə ərzində həyata keçirilir, baĢa 
çatdıqdan  sonra  insan  normal  həyatına  qayıdır.  Botoks  ancaq  professional  həkimlər  tərəfindən 
həyata  keçirilməlidir.  Prosedurun  mahiyyəti  isə  mimika  və  qırıĢıqlara  səbəb  olan  əzələlərin 
hərəkətini  minimuma  endirmək,  dəri  üzərində  qırıĢ  bölgələrin  düzəldilməsini  təmin  etməkdir. 
Amma botoksun təsir müddəti 6 aydır. Həmin müddətdən sonra öz təsir gücünü itirir və dəri əvvəlki 
vəziyyətinə qayıdır. 
Plazmagel  də  əməliyyatsız,  yarım  saat  ərzində  tətbiq  olunan  təsirli  bir  üsuldur.  Insanın  öz 
qanından  alınan  daha  sonra  özəl  minerallar  əlavə  edilərək  üzün  istənilən  bölgəsinə  sürtməklə 
müsbət  nəticə  əldə  edilir.  Prosedurdan  sonra  cild  daha  gənc  və  təravətli  görünür.  Allergiya 


278 
 
vermədiyi üçün ortaya daha təbii bir mənzərə çıxır.  
Hazır  dolğu  maddələri  də  az  vaxta,  amma  gəncləĢmək  istəyi  olan  insanlar  üçündür.  Bu 
maddələr  xüsusən  üzdəki  çöküklük  və  qırıĢlar,  dodağın  incəliyi  zamanı  tətbiq  olunur.  Dolğu 
maddələrin tətbiqi zamanı üzə sürtülən anestezlik bir dəqiqə ərzində öz müsbət təsirini göstərir. 
GəncləĢdirilmənin bir növü də lazer üsuludur. Lazerlə cild gəncləĢdirilməsi ağrısız olmasına 
və dəridə qızartı  yaratmadığına görə fərqlənir. Müalicə sonrası toparlanmağa ehtiyac olmayan, bir 
neçə dəqiqə ərzində tətbiq olunan bu metod da cilddəki hüceyrələri yeniləyərək, daha düzgün, daha 
sıx və daha gənc bir dəri görüntüsünü yarada bilər. 
Ən ağrılı və əzablı cavanlaĢma metodu isə pilinqdir. Bu zaman üzün dərisinin soyulması ilə 
dərinin  yeniləĢməsi  və  gəncləĢməsi  baĢ  verir.  Bu  üsul  ilə  üzdəki  qırıĢıqlar  cildin  tez  yaĢlanması, 
dəri  quruluğu,  dəri  yorğunluğu  aradan  qalxır.  Eləcə  də  pilinq  sayəsində  cild  ləkələri,  çatlaqlar, 
baldır  və  qarın  bölgəsindəki  elastiklik  itkisi  kimi  dəri  problemləri  yox  olur.  Prosedur  nəticəsində 
insan ən azı 10 yaĢ cavanlaĢmıĢ kimi görünür. 
XXI  əsrdə  bir  çox  yeni  dəyiĢikliklər  baĢ  verməsinə  baxmayaraq,  cavanlaĢmaq  eĢqinə 
düĢənlərin metodu dəyiĢmir. Yenə də qandan istifadə edilir. Bu dəfə öz qanlarından. 
  
 
 
 
 
AROMATERAPIYA 
 
Efir  yağlarından  xalq  təbabətində  istifadəsi  çox  qədim  dövrlərə  gedib,  çıxır.  Ətirli  yağlar 
orqanizm  xoĢ  və  ətirli  iyə  malik  olduğundan  stimullaĢdırır  və  insanda  xoĢ  əhval  yaradır.  Efir 
yağlarının  təsir  mexanizmi  onun  tərkibindəki  mürəkkəb  kimyəvi  birləĢmələrdən  asılıdır.  Insanlar 
hər hansı bir səbəbdən gərginlik, əsəbilik, ruh düĢgünlüyü, yuxusuzluğa, fəsil depressiyasına məruz 
qalır. Ətirli efir yağların içərisində insanlarda xoĢ əhval yaradan, stimullaĢdırıcı təsir göstərən, insan 
orqanizmin tələbatlarına cavab verən ətirli yağlar mövcuddur.  
Aromaterapiya  -  kəskin  streslərin,  depressiyaların  həyəcanlanmaların  yuxusuzluğun 
həmçinin əzələ spazmalarının və damar ağrılarının aradan qaldırılmasına kömək edir. Efir  yağları 
cinsi  fəallığın  yüksəlməsinə  müsbət  təsir  göstərir.  Lakin,  bütün  ətirli  yağlardan  müalicə  vasitəsi 
kimi istifadə etmək olmaz. Bir neçə efir tərkibli bikilərdən alınan yağlardan müalicə vasitəsi kimi 
istifadə etmək məsləhət görülmür. Bunlar xoĢagəlməz hallar yarada bilərlər. Bunlar hansılardır. Acı 
badam, adi cirə, kamfora, kassiya, darçın yağı, xardal kökü, yovĢan, qara xardal, yarpız, sədo, Ģam, 
sürvə, ardıc, kəklik otu və s. bitkilərdən alınan yağlardan sərbəst istifadə etməyə icazə verilmir.  
Ənbər  sürvə  yağı  -  Salvia  selarea  L.  Antiseptik,  stimullaĢdırıcı  və  antibakterial 
xüsusiyyətlərə malikdir. BaĢ ağrılarında, miqren, həddindən artıq həyəcanmalarda, depressiyaların, 
hipertoniyanın,  əzələ  qıcolmalarında,  bronxial  astma,  əsəb  yorğunluğunun  aradan  qaldırılmasında 
istifadə edilir.  
Evkalipt  yağı  –  Eucalyptus  globulus  Labill.  Bəlğəmgətirici,  antiseptik  və  ağrıkəsici 
xüsusiyyətlərə  malikdir.  Arteritin,  yuxarı  tənəffüs  yollarının  əsəb  xəstəliklərinin,  baĢ  ağrılarının 
müxtəlif nevroloji xəstəliklərin müalicəsində istifadə olunur.  
ƏtirĢah  yağı  -  Pelargonium  roseum  L.  Təravətverici,  sakitləĢdirici  və  antiseptik 
xüsusiyyətlərə  malikdir.  Əsəb  yorğunluqlarında  o  cümlədən,  depressiyaların,  daxili  sekresiya 
vəzlərinin pozuntularının aradan qaldırılmasında iĢlədilir.  
Yasəmən  yağı  -  Jasminum  officinale  L.  Ağrıkəsici,  soyuqdəymə,  spazma  xəstəliklərinin 
müalicəsində  istifadə  olunur.  Bundan  əlavə  stress,  depressiya,  əsəb  yorğunluğu  və  yuxusuzluğun 
aradan qaldırılmasında istifadə edilir.  
Lavanda  yağı  –  Lavandula  angustifolia  Mill.  Spazma,  antiseptik  və  sakitləĢdirici 
xüsusiyyətlərə  malikdir.  Yuxusuzluğun,  hipertoniya,  miqrenin,  müxtəlif  xarakterli  depressiyaların 
müalicəsində tətbiq edilir.  
Limon  yağı  –  Citrus  limon  (L.)  Burm.  Antiseptik,  stimullaĢdırıcı,  spazma  əleyhinə  və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə