269
toplayırlar. Sonra toxumun yaĢıl iynələrlə əhatə olunmuĢ qabıqdan təmizləyib əldə olunan toxumu
isti yerlərə bir qat qalınlığında sərməklə və ya quruducuda (peçlərdə) 40-60ºC-də qurudun. Bəzi
hallarda yayın birinci yarısında toplanmıĢ yarpaqlarını istifadə edirlər. YetiĢmiĢ toxumlarının
qabığından hazırlanan sulu çıxarılıĢından istifadə edilir.
Toxumun qabığından cövhərin hazırlanması. 25 q xammaldan götürüb 250 ml spirtə töküb
10 dəqiqə dəmləyib süzün. Cövhərdən yemək qabağı gündə 2 dəfə 10 damcı 20 gün ərzində qəbul
edin. Hər müalicə kursundan sonra 10 gün istirahət verdikdən sonra müalicəni davam etdirin.
Qabıqdan sulu ekstraktın hazırlanması. 40 q toxumun qabığından götürüb 0,6 l qaynar
suya töküb 12 saat dəmləyin. Sonra aldığınız dəmləməni 200 ml qalana qədər buxarlandırıb gündə 3
dəfə 30-40 damcı yeməkdən sonra qəbul edin.
İkievli gicitkən - Urtica dioica L. Prostatın adenoması zamanı təzə gicitkən növündən
alınmıĢ ekstraktdan və ya poroĢokundan qəbul etməyi məsləhət görürlər. Gicitkənin kökümsovunu
payızın sonunda və yazın əvvəllərində çıxarıb xırda hissələrə doğrayın, ət maĢınından keçirib ĢüĢə
bankaya doldurun, üzərinə çıxana qədər 45%-li araqla doldurun, 2 həftə dəmləyib süzün. Aldığınız
ekstraktdan gündə 2-3 dəfə, yeməkdən sonra bir çay qaĢığı qəbul edin.
Kökümsovundan tozun hazırlanması. YaxĢı qurudulmuĢ kökümsovun sekator ilə uzunluğu
1-2 sm olmaqla xırda hissələrə ayırın ehtiyyatla qəhvəüyüdəndən keçirib toz halına salın. Sonra
aldığınız tozdan 1 çay qaĢığı götürüb gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin. Tozu hər
gün təzə halda hazırlayıb istifadə edin. Uzun müddət gicitkən kökündən hazırlanan toz saxlandıqda
öz müalicəvi təsirini itirir.
Adi fındıq – Corylus avellana L. Müalicə məqsədləri üçün fındığın yarpaq, cavan zoğunun
qabığından, qozun meyvəyanlığından istifadə edilir. Bunun üçün yarpaqlarını yazın ortalarında
toplayıb həmiĢə havası dəyiĢilən zirzəmilərə nazik qat halında sərib qurudun. Cavan zoğlarının
qabığı may-iyun aylarında Ģirə çox olan dövrdə qabıq asan soyulduğu dövrdə toplayın. Topladığınız
xammalı ya günəĢ altında, ya da çardaqda qurudun. Bitkinin qabığında olan efir yağı və digər
bioloji aktiv maddələrdən hazırlanan preparatlardan damardaraldıcı, kapilyarları möhkəmləndirən
və soyuqdəymə əleyhinə vasitə kimi istifadə edilir.
Yadda saxlamaq lazımdır ki, fındığın qabığı arterial hipertoniyaya əks təsir göstərir.
Qabıq hissədən ekstraktın hazırlanması. 1 xörək qaĢığı doğranmıĢ fındıq qabığından
götürüb 0,5 litr qaynar suya tökün, 10 dəqiqə qaynadıb soyuyana qədər saxlayıb süzün, gündə 4
dəfə, yeməkdən əvvəl stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Yarpaqdan dəmləmənin hazırlanması. 2 xörək qaĢığı doğranmıĢ yarpaqdan götürüb 0,5 litr
qaynar suya töküb 10 dəqiqə qaynadıb süzüb sıxın. Sonra aldığınız dəmləmədən gün ərzində su ilə
qəbul edin.
Qozun qabığından ekstraktın hazırlanması. Qozun qurudulmuĢ meyvələrindən 1 kq
götürüb 2 litr suya töküb vam od üzərində qaynadıb 1 litr cövhər alınana qədər buxarlandırıb sıxın,
üzərinə 1 kq bal qatın. Aldığınız məlhəmdən gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin. Fındıqdan
yığım halında istifadə etdikdə daha effektli olur:
Yığım 1. Fındıq (yarpağından) – 40 q
Qara qarağat (yarpaq) – 40 q
Kəklikotu (ot) – 40 q.
1 xörək qaĢığı doğranmıĢ qarıĢığından qaynar suya töküb 30 dəqiqə dəmləyib süzün. Ġsti
halda bütün gün ərzində birdəfəlik qəbul etmək məsləhət görülür.
Yığım 2. Fındığın meyvəyanlığından – 50 q
Ġri at pıtrağından – 50 q
Qovaq (tumurcuğundan) – 50 q
Toz ağacı (yarpağı) – 50 q.
Bu yığımdan 1/2 çay qaĢığı götürüb 1 stəkan qaynar suya töküb 15 dəqiqə qaynadıb süzün.
Aldığınız ekstraktdan stəkanın 1/2 hissəsi qədər gündə 2 dəfə yeməyə 30 dəqiqə qalmıĢ qəbul edin.
Adi qovaq – Populus L. Bu məqsədlə tumurcuq, yarpaq və qabığından istifadə edilir.
Tumurcuqları ağac təzəcə çiçək açan zaman toplayırlar. Bu dövrdə onlar nisbətən bərk olur, sıx, ələ
yapıĢqan təbiətli, ətirli qətranlarla yapıĢmıĢlar. YığılmıĢ tumurcuqları ya peçlərdə, ya da quru havası
270
dəyiĢilmiĢ yerlərdə qalınlığı 2-3 sm olmaqla sərib mütəmadi qarıĢdırmaqla qurudun. Bunları açıq
hava Ģəraitində sərib qurutmaq olar. Yarpaqlarını yayın birinci yarısında toplayıb çardaq və ya
eyvan altında nazik kağız üzərinə sırib mütəmadi qarĢdırmaqla qurudun. Qabığının isə yalnız
hamar, çatı olmayan, yaĢıl olmayan cavan budaqlarının qabığını toplamağı məsləhət görürlər.
Qabığını istənilən üsulla qurutmaq olar.
Qovaqdan alınan preparatlar soyuqdəymə əleyhinə, ağrıkəsici, və sidikqovucu xüsusiyyətinə
malikdir.
Qovağın
hissələrindən
dəmləmə,
cövhərlərindən
kəskin
sidik
kisəsinin
soyuqdəymələrində, sidiyin çətin ifraz olunmasında, eləcə də cərrahiyə əməliyyatı apardıqdan sonra
xoĢxassəli prostatın hiperplaziyası zamanı qəbul etməyi məsləhət görürlər.
Qabığından cövhərin hazırlanması. ƏlveriĢli və profilaktik vasitə kimi ən çox xoĢxassəli
prostatın ilk əlaməti zamanı qəbul etməyi məsləhət görürlər. Bundan baĢqa adenomanın gecikmiĢ
formasında cərrahiyə əməliyyatının əks təsir göstərməməsi üçün bu zaman ağacın daxili cavan
budaqlarının iç qabıqlarından toplayıb cövhərini hazırlayıb hipertoniya və prostat vəzinin
xərçənginə qarĢı daxilə qəbul edirlər.
Tumurcuqlarından cövhərin hazırlanması. 2 çay qaĢığı doğranmıĢ xammaldan götürüb 2
stəkan qaynar suya töküb 15 dəqiqə dəmləyib süzün. Aldığınız cövhərdən gün ərzində 3-4 dəfə
qəbul edin.
Tumurcuq və ya qabıqdan qatı məlhəmin hazırlanması. 45 q doğranmıĢ xammaldan
götürüb 0,5 litr qaynar suya töküb qaynadın. Qaynamanı ekstraktın yarısına qədər buxarlanana
qədər davam etdirib süzün. Sonra aldığınız qatı məhluldan gündə 3-4, dəfə stəkanın 1/4 hissəsi
qədər qəbul edin.
XALQ TƏBABƏTĠ ÜSULLARI ĠLƏ
YUXUSUZLUĞUN ARADAN QALDIRILMASI
Yuxusuzluq gecə yuxusunun qısalması, gec yuxuya getmək, tez oyanmaq, gecə ərzində
yuxudan tez-tez oyanma ilə özünü biruz\ə verir. Yuxusuzluq zamanı yuxu həm də keyfiyyət
baxımından pozulur, daha səthi olur, dərin yuxunun müddəti azalır.
Yuxusuzluqla, əsasən nevrozlar, bəzi ürək-damar və ruhi xəstəliklər, neyroinfeksiyalar, o
cümlədən yuxu ilə oyaqlıq arasındakı düzgün əvəzlənməni nizama salan beyin törəmələrinin
zədələnmələri zamanı rastlaĢırıq. Sağlam insanlarda yuxusuzluq fiziki və zehni gərginlikdən,
yorğunluqdan, güclü həyəcandan sonra yarana bilər. Yuxunun pozulması və yuxusuzluq
xəstəliklərin simptomlarından xəbər verir. Havası təmiz olmayan otaqlar, yoluxucu xəstəliklıər,
uzun müddətli ağrı hissləri, ailədə və ya iĢ yerində gərginlik kimi səbəblər yuxunun pozulmasına və
yuxusuzluğa gətirib çıxarır. Normal yuxunun olmaması gələcəkdə əhvalın pisləĢməsinə, orqanizm
müqavimətinin azalmasına və nəticədə orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Bunadan əlavə yuxusuzluq baĢ verdikdə diqqət yayınır, əsəbilik, nevrotik hallar ailədə, dostlarla,
eləcə də iĢ yerində münasibətlərə mənfi təsir göstərən simptomlar yaradır. Yuxusuzluğu Ģikayətlər
əsasında və xəstənin xarici görünüĢünə; göz altında ĢiĢlərə, gözlərin qırmızılığında, dodaqların
quruluğuna, süstlüyə, ruh düĢkünlüyünə görə asanlıqla müəyyən etmək olar.
Bəs yuxusuzluğu necə aradan qaldırmaq olar? Yuxusuzluqla mübarizə aparmaq üçün bir çox
tibbi və xalq təbabəti üsulları mövcuddur. Ən vacib üsullardan biri orqanizmi oksigenlə
zənginləĢdirməkdən ibarətdir. Yəqin ki, çoxlarınız müĢahidə etmisiniz ki, açıq havada gəzməklə
daha rahat yuxuya getmək olar. Sağlam və uzun yuxu üçün aĢağıdakı qida məhsullarından istifadə
etmək məsləhətdir. Bu qida məhsulları əzələ yorğunluğunu aradan qaldırır. Beyin gərginliyini
azaldır və yuxu hormonlarının yüksək miqdarına görə sakitləĢdirici təsir göstərir.
Banan- bu meyvəni yuxu dərmanı da adlandırmaq olar. Bananın tərkibində çoxlu miqdarda
vitaminlər makro- və mikro elementlər aĢkar edilmiĢdir. Yatmazdan əvvəl banan yeməklə siz rahat
yuxunuzu təmin etmiĢ olarsınınz. Melatonin və seratonindən baĢqa onun tərkibində maqnezium da
var.
Çobanyastığı çayı – çobanyastığı əla sakitləĢdirici təsirə malikdir. Bu daima gərgin hal
keçirən insanlar üçün ən yaxĢı sakitləĢdirici vasitə hesab edilə bilər. Məhz buna görə çobanyastığı
Dostları ilə paylaş: |