261
xorasının, hiperasid qastritin müalicəsində çobanyastığı dəmləməsi 1 xörək qaĢığı olmaqla gündə 5-
6 dəfə yeməkdən əvvəl təyin edilir.
Alman alimi R.F.Veiss (R.F.Veiss, 1974) mədə və onikibarmaq bağırsaq xorasını «silindrik
müalicə» üsulu ilə müalicə etməyi təklif edir. Bu üsula görə, gündə 3 dəfə yeməkdən 15 dəqiqə
əvvəl çobanyastığı dəmləməsi 200 ml miqdarında içilir. Xəstə dəmləməni içdikdən sonra 5-10 dəq
müddətində bədənin 3 tərəfı (sol böyür, arxa, sağ böyür) üstə növbə ilə uzanmalıdır ki, dəmləmə
mədənin selikli qiĢasını hər tərəfdən islatsın, ağrı hissini aradan qaldırsın, zədələnmiĢ yerləri
dezinfeksiya etsin. Bu üsulla müalicə 1-2 ay davam etdirilməlidir.
Kəskin və xroniki qastritləri, mədə və onikibarmaq bağırsaq xorasını, kolitlər və
enterokolitləri, müalicə edərkən, çobanyastığını gülümbahar və boymadərən çiçəkləri ilə
qarıĢdırdıqda daha yaxĢı nəticələr əldə edilir. Bu zaman xəstələrdə ağrı hissi, gəyirmə, meteorizm
aradan qalxır, öd ifrazı güclənir, iĢtah artır, xəstələrin əhvalı yaxĢılaĢır.
Mədə xəstəlikləri zamanı çobanyastığını dazıotu, boymadərən və cökə çiçəkləri, nanə
yarpaqları, kətan toxumları, yaxud bağayarpağı toxumları seliyi ilə birgə qarıĢığı çox vaxt yaxĢı
nəticə verir.
Çobanyastığı preparatları qara ciyər və öd yolları xəstəlikləri, sarılıq zamanı öd axarlarının
spazmasını aradan qaldırır, öd axınını gücləndirir, iltihabı azaldır. Sarılıq xəstəliyi zamanı xalq
arasında deyilir ki, tezliklə «xəstə ödü» qovmaq, bağırsaqlara sağlam ödün axmını təmin etmək
lazımdır. Bunun üçün çobanyastığının solmazçiçəyi ilə bərabər miqdarda götürülmüĢ qarıĢığından
hazırlanmıĢ çaydan gündə 1-2 stəkan içmək lazımdır.
Bağırsaqların spazması, meteorizm zamanı çobanyastığı dəmləməsi 2-3 xörək qaĢığı
olmaqla gündə 3-4 dəfə içilir. Bu məqsəd üçün çobanyastığının digər bitkilərlə qarıĢığı daha effektli
təsir göstərir. Bunun üçün çobanyastığı çiçəkləri, piĢikotu kökümsovları, nanə yarpaqları, cirə və
razyana toxumları ilə bərabər miqdarda qarıĢdırılır. Həmin qarıĢıqdan 1 xörək qaĢığı götürülür, 1
stəkan qaynar suda 30-40 dəqiqə ərzində adi çay kimi dəmlənir, 30 dəqiqə saxlanır, süzülür və
alınmıĢ dəmləmə yarım stəkan olmaqla gündə 2 dəfə (səhər və axĢam) qəbul edilir.
Tərkibində çobanyastığı çiçəkləri olan digər bitki qarıĢığı qazqovucu vasitə kimi daha geniĢ
istifadə edilir. Həmin qarıĢığın tərkibinə 6 hissə çobanyastığı çiçəkləri, 4 hissə piĢikotu kökümsovu,
1 hissə cirə toxumu daxildir. Dəmləmə hazırlamaq üçün 1 xörək qaĢığı qarıĢığın üzərinə 1 stəkan
qaynar su tökülür, 30 dəqiqə isti yerdə saxlanılır, süzülür və yarım stəkan olmaqla səhər və axĢam
qəbul edilir.
Fransada çobanyastığının gövdəsindən hazırlanan ekstraktdan həzm pozuntularında, kəskin
yorğunluqlarda, fiziki gərginliklərin aradan qaldırılmasında, PolĢada iĢtahanın artırılmasında, mədə-
bağırsaq xəstəliklərinin, eyni zamanda kəskin ağrıların aradan qaldırılmasında, xüsusən qadınlarda
aybaĢının normal hala salınmasında istifadə olunur.
Dərman bitkilərinin mükəmməl bilicilərindən A.D.Turova, E.N.Sapojnikova meteorizm
əleyhinə aĢağıdakı bitki qarıĢığını təklif edirlər. Çobanyastığı çiçəkləri, razyana toxumları,
hərəsindən 10 q, gülxətmi, biyan kökləri və nanə yarpaqları hərəsindən 20 q miqdarında
qarıĢdırılır. 2 xörək qaĢığı qarıĢığı 2 stəkan qaynar su ilə dəmləyib, yarım stəkan olmaqla gün
ərzində 4 dəfə qəbul edilir.
Hemorroidal (babasil) düyünlərin iltihabı, paraproktitlər zamanı çobanyastığı biĢirməsinin
(6,0:200,0) üzərinə 1 xörək qaĢığı bitki yağı (zeytun, qarğıdalı yaxud günəbaxan) əlavə edir,
təmizləyici emulsion imalə edilir. Hemorroidal ĢiĢlərin, düz bağırsaq abseslərinin (irinliyin) üzərinə
çobanyastığı dəmləməsinin isti kompresini qoymaq məsləhətdir.
Kolitlər, proktitlər, paraproktitlər, babasil, prostat vəzinin iltihabı zamanı çobanyastığı
çiçəklərinin biĢirməsi, yaxud onun gülümbahar və boymadərən bitkiləri ilə qarıĢığı müalicəvi
mikroimalə (30-50 ml) Ģəklində təyin edilir.
Antiiltihab, dezinfeksiyaedici, ağrıkəsici, dezodaredici bir vasitə kimi çobanyastığı
dəmləməsindən stomatitlər, gingivitlər, tonzillitlər, laringitlər, faringitlər, ağız boĢluğu selikli
qiĢasının göbələk xəstəliyi zamanı, ağızdan pis iy gəldikdə istifadə edilir. Bu zaman ağız boĢluğu,
boğaz gündə 4-5 dəfə qarqara edilir. Qarqara üçün çobanyastığının cökə çiçəkləri ilə bərabər
miqdarda götürülmüĢ qarıĢığından hazırlanmıĢ dəmləmə istifadə edilir.
262
Soyuqdəymələr zamanı tərlədici vasitə kimi çobanyastığı dəmləməsi 1 stəkan miqdarında
isti halda qəbul edilir.
UĢaqlarda soyuqdəymələrdən sonra yaranmıĢ irinli qulaq xəstəliklərinin müalicəsi zamanı
aptekdən alınmıĢ 3%-li hidrogen-peroksid məhlulunun çobanyastığı dəmləməsi ilə eyni miqdarda
götürülmüĢ qarıĢığı istifadə edilir. Xəstə qulaq həmin qarıĢıq ilə gündə 3-4 dəfə yuyulur. Qulaq
yuyulduqdan sonra pambıq tamponla tıxanır. Bronxial astma zamanı yüngül sakitləĢdirici və
spazma əleyhinə bir vasitə kimi tutmaların («pristup»ların) qarĢısını almaq məqsədi ilə xəstələrə
gecə stəkanın 1/3 hissəsi qədər isti dəmləmə verilir.
Bronxial astma, ağ ciyərlərin və bronxların iltihabı, qrip və digər kəskin respirator
xəstəliklər zamanı çobanyastığı dəmləməsinin həm də inqalyasiyası təyin edilir.
Burun boĢluğu selikli qiĢasının iltihabı (rinit, zökəm) zamanı çobanyastığı dəmləməsindən
boĢluqların yuyulması üçün istifadə edilir. Dəmləmə həm də burun içi furunkullar, ekzemalar
zamanı isti tamponlar Ģəklində tətbiq edilir. Rinit zamanı əzilmiĢ çobanyastığı çiçəkləri burun
boĢluqlarına yeridildikdə faydalı olur.
Yuxusuzluq zamanı yatmazdan 30 dəqiqə əvvəl içilmiĢ 1 stəkan çobanyastığı dəmləməsi
dərin yuxuya getməni təmin edir.
Podaqra xəstəliyinin kəskinləĢməsi, oynaqların iltihabı zamanı çobanyastığı çiçəklərinin
biĢirməsinin (20 q 1 litr suda) ümumi və yerli vannası tətbiq edilir. Həmçinin ağrıyan nahiyələrə
çoxqatlı tənziflə islatma («primoçka») yaxud kompres qoyulur. Bunun üçün tənzif çobanyastığı
biĢirməsində isladılır və oynaqların üzərinə qoyulur. Bundan əlavə, oynaqlara və podaqra mənĢəli
ĢiĢlərə içərisinə isti çobanyastığı çiçəkləri yerləĢdirilmiĢ torbalar qoyulur, üstü polietilen, yaxud
perqament kağızı ilə örtülür və yun parça ilə 1-2 saat müddətinə bağlanır.
Əllərdəki və ayaqlardakı podaqralı ĢiĢlərin müalicəsində çobanyastığı biĢirməsi və xörək
duzu qarıĢığı istifadə edilir. QarıĢığı hazırlamaq üçün 200 q çiçəyin üzərinə 10 litr su tökülür, 5
dəqiqə müddətində vam od üzərində qaynadılır və onun üstünə 200 q duz əlavə edilir. Əllərə və
ayaqlara isti vanna qəbul edılir.
Xalq təbabətində revmatizm mənĢəli iltihablar, podaqra, nevralgiyalar, miozitlər zamanı
çobanyastığının gəndalaĢ çiçəkləri ilə qarıĢığından istifadə edilir. Bunun üçün bərabər miqdarda
götürülmüĢ çiçəklər parça torbaya doldurulur, içərisində cüzi miqdarda qaynar su olan qaba
yerləĢdirilir və qızdırılır. Qabda o qədər su olmalıdır ki, çiçəklər islansın və qabın dibində də cüzi
su qalsın ki, torba və çiçəklər yanmasınlar. 10-15 dəqiqədən sonra isti torba ağrılı yerlərə qoyulur
və qalın parça ilə bağlanılır. Bu vasitə ilə furunkulu, diĢ dibi ĢiĢləri («flüs»), diĢ, bel, baĢ ağrılarını
müalicə etmək olar.
Xalq təbabətində qıcolma, miqren zamanı çobanyastığı çiçəklərinin tozu 0,2 q miqdarında,
gündə 3-4 dəfə yeməkdən 2-3 saat sonra qəbul edilir.
Çobanyastığı çiçəklərinin dəmləməsindən irinli yaraların, xoraların yuyulmasında, göz
xəstəliklərinin müalicəsində istifadə edilir.
Gözdə itdirsəyi xəstəliyi (göz qapaqlarındakı tər və piy vəzilərinin iltihabı) zamanı qapaqlar
qızarır, ĢiĢir və 2-3 gündən sonra ĢiĢginlik irinli kisəciklə əvəz olunur. Ġrinləmənin yaranmasının
qarĢısını almaq üçün göz üzərinə çobanyastığı dəmləməsində isladılmıĢ pambıq tampon qoymaq
məsləhət görülür.
Müxtəlif qadın xəstəliklərinin (ağrılı aybaĢılar, aybaĢıların gecikməsi, uĢaqlıqdan
qanaxmalar, uĢaqhq boynunun eroziyası, kolitlər, vağinitlər və s.) müalicəsində çobanyastığı
dəmləməsi həm daxilə qəbul edilir, həm də cinsiyyət orqanlar Ģırınqa («sprintovka») edilir.
AybaĢıların gecikməsi zamanı çobanyastığı çiçəklərinin (40 q), nanə yarpaqlarının (40 q) və
piĢikotu kökümsovlarının (30 q) qarıĢığından hazırlanmıĢ dəmləmə tətbiq edilir. 1 xörək qaĢığı
qarıĢıq 1 stəkan qaynar su ilə dəmlənir, 30 dəqiqə isti yerdə saxlanılır və isti halda yarım stəkan
olmaqla səhər və axĢam içilir.
Tibbi ədəbiyyatlarda çobanyastığının allergik xəstəliklərin, xüsusən uĢaqlarda diatezlərin,
müxtəlif dəri səpkilərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilməsi barədə məlumat vardır.
Bunun üçün çobanyastığı dəmləməsinin vannası tətbiq edilir, yaxud dərinin zədələnmiĢ yerlərinə
kompres qoyulur. Dəri zədələnmələri bütün bədəndə olduqda iri vanna isti su ilə doldurulur, üzərinə
Dostları ilə paylaş: |