259
yatmağa az qalmıĢ yerinə yetirin. Müalicə kursunu zədələnmiĢ sahə sağalana qədər davam etdirin.
MollabaĢı (Çobanyastığı) – Chamomilla recutita (L.) Rauschert.
Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmıĢdır. Cinsin Qafqazda 3, o
cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir.
Botanika elmində iĢlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı baĢqa
adla, yəni səhv olaraq ―vulgare‖ kimi təqdim edilmiĢdir. Sonralar 1708-1777-ci illərdə yaĢamıĢ
alman botaniki Haller bitkiyə ―matircaria‖ adı vermiĢdir. Matircaria latın sözü olub «balalıq» və
«uĢaqlıq», «mater» isə «ana» mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik
olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də «uĢaqlığı» müalicə
edirmiĢlər. Bitkinin növ adı isə «rectuta»dır (recutitus - hamar, çılpaq sözlərindən götürülmüĢdür).
Qədim romalılar isə bitkiyə «chamaemelon» adı vermiĢlər. «Chamai» alçaq, «melon» isə «alma»
mənalarını daĢıyır. Bir sıra botaniklər çobanyastığının incə və xoĢ ətirli odluğunu, sanki ağacda
yenicə yetiĢmiĢ almanın iyini xatırlatdığını qeyd edirlər. Lakin Dioskorid və Pliniyə görə isə
təssüflər olsun ki, bitkinin iyi almanın qoxusunu xatırlatmır. Bitkinin əsl adı isə, yəni «romaĢka»
birinci dəfə XVIII əsrdə yaranmıĢdır. Orta əsrlərdə bitkinin latınca adı Anthenus romana, bir qədər
sonra Chamaemeum romana olmuĢdur. Buradan da bizə aydın olur ki, «romaĢka» sözü «romana»
sözündən formalaĢmıĢdır.
Çobanyastığı qiymətli dərman bitkisi kimi hələ qədim yunan və Roma, eləcə də orta əsr tibb
alimlərinə məlum olmuĢdur. Ġnqilaba qədər apteklərdən «çobanyastığı çiçəkləri» əldə etmək üçün
insanlar uzun yollar qət edirmiĢlər. Dərman bitkilərinə yaxından bələd olan yazıçı M.B.Retov «Rus
dərman bitkiləri» əsərində yazır ki, tacirlər dünyanın müxtəlif ölkələrindən külli miqdarda
çobanyastığı toplayıb Almaniyaya, oradan da Rusiyaya gətirərək çox baha qiymətə satırmıĢlar.
Dərman, kosmetika və boyaq sahəsində istifadə olunan ən qiymətli növü isə adi çobanyastığı
(mollabaĢı) - Chamomilla recutita (L.) Rauschert. hesab edilir. Bu, hündürlüyü 15-30 sm-ə qədər
olan, kökü saçaqlı birillik ot bitkisidir. Gövdəsı düzduran əsas hissədən çoxsaylı budaqlanandır.
Yarpaqları növbəli üçər lələkvari uzunluğu 5 sm, eni 1,8 sm qalxanvari iti olub qurtaracağı
oturaqdır. Çiçəklərinin orta hissəsində sarı boruĢəkilli, kənarlarında isə dilĢəkilli 12-18 ədəd ağ
ləçəklərdən ibarət olub, səbətdə gövdənin qurtaracağında toplanmıĢdır. Meyvəsi uzunsov
qonurumtul-yaĢıl rəngdə olub, azca yuxarıya doğru əyilən, 5
qabırğalı toxumcuqdan ibarətdir.
1000 ədəd toxumunun çəkisi 0,026-0,053 qramdır.
Bitki may-sentyabr aylarında çiçək açır, iyunda toxum verır.
Bitkinin bütün hissəsi güclü xoĢ ətirli iyə malikdir. DilĢəkilli
çiçəkləri saat 4-də üfüqi istiqamət alıb açılır, saat 7-də
bağlanır.
Adi
çobanyastığı yabanı halda çəmənliklərdə,
düzənlikləıdə, meĢə açıqlıqlarında, çay və kanalların,
bulaqların kənarlarında, əkin sahələrinin ətrafında, eləcə də
quru yerlərdə təsadüf edilir. Azərbaycanda Kür-Araz ovalığında geniĢ yayılmıĢdır. Bundan əlavə,
buna çöllüklərdə, yol kənarlarında da rast gəlmək olar. Eyni zamanda bitkiyə yabanı halda
Avropanın orta və cənub ərazilərində, Hindistan və Pakistana qədər geniĢ bir sahədə təsadüf edilir.
ABġ və Avstraliyaya isə baĢqa yerlərdən gətirilmiĢdir.
Xalq arasında çobanyastığını «yabanı çobanyastığı», «qızartı otu», «romen otu», «roma otu»
«ana otu», «ənlik otu» və s. adlarla tanıyırlar.
Müalicə məqsədləri üçün əsasən çiçək səbətindən istifadə olunur. Çiçək səbətinin tərkibində
40-dan artıq komponenti olan 0,2-0,8% efır yağı tapılmıĢdır ki, bunun da əsas tərkib hissəsini
xamazulen (C
14
H
16
, qatı göy rəngli maye) təĢkil edir, terpen (C
10
H
15
), 10%-ə qədər seskviterpen
(C
15
H
24
), 20%-ə qədər C
15
H
24
O
2
və C
15
H
26
O
2
seskviterpen spirtləri, kadinen (C
15
H
26
, üç tsiklli
spirt), həmçinin kapril, nonil və izovalerian turĢuları aĢkar edilmiĢdir. Bitkidən efır yağından baĢqa
çiçək səbətindən apiin (C
26
H
28
O
14
), hidrolizə uğrayaraq apigenin (C
15
H
10
O
5
), qlükoza və apioz,
260
kversimeritririn (C
21
H
20
O
2
) hidroliz olunaraq kversetin (C
25
H
10
O
5
) və qlükoza, proxamazulen
matrisin (C
17
H
22
O
5
), matrikarin (C
17
H
22
O
5
), umbelliferon və onun metil efıri - qerniarin,
dioksikumarinbirdən triakantin, (C
30
H
62
O
5
), nikotin turĢusu, taraksasterol (C
30
H
50
O), xolin,
fıtosterin və onun qlükozidi, salisil turĢusu, qliserid piy turĢusu, olein, palmitin və stearin turĢuları,
C vitamini, karotin, acımtıl maddə, selik, qatran və s. tapılmıĢdır. Bundan əlavə səbət çiçəkləri
tərkibindən 10,57% kül, mq/q olmaqla: 41,8 - K, 83,0 - Ca, 3,1 - Mg, 0,3 - Fe makroelementləri,
(MSK) 0,29 - Mn, 0,78 - Cu, 0,8 - Zn, 0,16 - Co; 0,09 - Cr, 0,27 - Al, 0,2 - Ba 0,08 - V, 7,2 - Se,
0,24 - Ni, 0,12 - Sr, 0,07 - Pb, 0,07 - S və s. mikroelementləri müəyyən edilmiĢdir.
Farmakoloji xassələri. Eksperimental və kliniki məlumatlar.
Çobanyastığının efır yağını heyvanlar üzərində təcrübədən keçirərək belə nəticəyə
gəlmiĢdilər ki, reflektor fəaliyyəti gücləndirir, uzunsov beyini oyandırır, ürək ritmini tezləĢdirir,
tənəffüsü dərinləĢdirir, beyin damarlarını geniĢləndirir, böyük dozalarda mərkəzi sinir sistemini
sakitləĢdirir və əzələlərin tonusunu aĢağı salır.
Çobanyastığı çiçəklərinin sulu ekstraktı, dəmləməsi və efır yağı kliniki təcrübələrdə nazik
bağırsağın izolyasiya edilmiĢ bir hissəsinin yığılmasının intensivliyini, tonusunu azaldır,
asetilxolinin və barium xloridin yaratdığı spazmanı aradan qaldırır. Sulu ekstrakt və efır yağı həm
də ödqovucu təsirə malikdir.
Çobanyastığı çiçəkləri preparatlarının bədənə təsiri tərkibindəki fızioloji-aktiv maddələrin
kompleks farmakoloji xassələri ilə bağlıdır.
Çobanyastığı preparatları spazmolitik, antiiltihab, antiseptik (dezinfeksiyaedici),
sakitləĢdirici, ödqovucu, tərlədici, sedativ, zəif ağrıkəsici və s. təsir göstərir. Bağırsaqlarda qıcqırma
və çürümə prosesini azaldır. Qeyd edilmiĢdir ki, çobanyastığının sulu ekstraktı ultrabənövĢəyi
Ģüalar tərəflndən törədilən iltihaba qarĢı zəif ağrıkəsici və güclü antiiltihab təsir göstərir.
Çobanyastığının antiiltihab, dezinfeksiyaedici xassələri efır yağının tərkibindəki xamazulen
ilə bağlıdır. Xamazulen bir çox tədqiqatçıların flkrincə, həm də spazmolitik və antiallergetik təsirə
malikdir.
Çobanyastığının qlikozidləri zəif atropinsayağı təsir göstərərək saya əzələlərin tonusunu
boĢaldır, qarın boĢluğu orqanlarının spazmasını aradan götürür. Qlikozidlərin təsirindən mədə-
bağırsaq Ģirələrinin, ödün ifrazı güclənir, iĢtah artır.
Çiçəklərin sulu ekstraktı qazlı stafılokokkların və hemolitik streptokkların inkiĢafını
dayandırır. Ədəbiyyatda çobanyastığının qazqovucu xassələri barədə də məlumat vardır.
Çobanyastığının efır yağının heyvanlara yeridilmiĢ 0,05-1,0 ml/kq dozası ümumi vəziyyətə,
hemolitik göstəricilərə və daxili orqanlara zəhərli təsir göstərmir, mədə-bağırsaq sistemi
orqanlarının selikli qiĢalarını qıcıqlandırmır. Efır yağının yüksək dozaları isə baĢ ağrıları, ümumi
zəiflik yaradır.
Xalq təbabəti, elmi təbabət və kosmetikada istifadəsi.
Çobanyastığı çiçəklərindən müalicə-profılaktika və kosmetika məqsədilə dünyanın əksər
ölkələrində istifadə edilir. Çiçəklər dəmləmə, biĢirmə, toz və digər Ģəkildə ayrıca və yaxud
mürəkkəb qarıĢıqlar tərkibində tətbiq olunur.
Təzə hazırlanmıĢ dəmləməsi yaxud biĢirməsi antiseptik, antiiltihab, spazmolitik, ağrıkəsici,
antiallergetik, sakitləĢdirici vasitə kimi mədə-bağırsaq, dəri, ağız boĢluğu, tənəffüs yolları, qadın
xəstəlikləri və digər xəstəliklər zamanı tətbiq edilir.
Çobanyastığı dəmləməsi spazmolitik vasitə kimi kəskin və xroniki qastritlər, mədə və
onikibarmaq bağırsaq xorası, bağırsaqlarda qıcqırma ilə müĢayiət edilən xroniki spazmatik kolitlər
və enterokolitlər zamanı iĢlədilir.
Dəmləmə hazırlamaq üçün 15 q çiçək xammalı emal örtüklü, yaxud paslanmayan metal
qaba yerləĢdirilir, üzərinə 1 stəkan (200 ml) qaynar su əlavə edilir, qabın qapağını qoyur və «su
hamamında» (içində çobanyastığı çiçəkləri və su olan kiçik qab, su ilə doldurulmuĢ digər iri qaba
yerləĢdilir) 30 dəqiqə qızdırılır. Sonra dəmləmə otaq temperaturunda 10 dəqiqə soyudulur, süzüliir,
çiçəklər sıxılır. Dəmləmənin həcmi qaynar su ilə 200 ml-ə çatdırılır və istifadə edilir. Dəmləmənin
saxlama müddəti 2 sutkadır.
Ağrılar, qıcqırma və ürəkbulanma ilə müĢayiət edilən mədə və onikibarmaq bağırsaq
Dostları ilə paylaş: |