265
litr soyuq suya töküb odun üzərində qaynama dərəcəsinə gətirib 5 dəqiqə qaynadın. Aldığınız
ekstraktın 36-37°C temperaturda vannasını hazırlayıb 10-15 dəqiqə qəbul edin. Müalicə kursu 5-6
əməliyyatdan ibarətdir.
Gənclik «eliksirinin» hazırlanması. Qəhvəüyüdəndən 100 q çobanyastığı çiçəyi, 100 q
dazıotu, 100 q solmazçiçəyi və 100 q tozağacı tumurcuğunu keçirin. Aldığınız toz qarıĢığını
ehtiyatla ĢüĢə bankaya töküb ağzını möhkəm bağlayın. Hər gün qarıĢıqdan (tozdan) 1 xörək qaĢığı
götürüb 0,5 litr qaynar suya töküb 20 dəqiqə dəmləyin. Sonra aldığınız ekstraktdan stəkana töküb
üzərinə 1 çay qaĢığı bal qatıb gündə 2 dəfə acqarına, yəni yeməyə 20 dəqiqə qalmıĢ, axĢamlar isə
yatmağa 3 saat qalmıĢ qəbul edin. Bu zaman maddələr mübadiləsi güclənir, orqanizim uzun müddət
yığılıb qalmıĢ Ģlaklardan təmizlənir, ürək, qara ciyər, böyrək və mədəaltı vəzinin fəaliyyəti
yaxĢılaĢır, damarların elastikliyi artır və serrozun, infarktın və hipertoniyanın qarĢısı alınır. Bu
əməliyyatın 5 ildə 1 dəfə təkrar edilməsi məsləhətdir.
Mədə yaralarının müalicəsində. 1 xörək qaĢığı çiçəyini 1 stəkan qaynar suya töküb
termosda dəmləyib süzün. Sonra aldığınız dəmləmədən gündə 3-4 dəfə, yeməyə 15 dəqiqə qalmıĢ
stəkanın 1/3 hissəsi qədər qəbul edin. Qəbuldan sonra tez-tez sağ və sol böyrü üstdə uzanıb
ekstraktın mədənin selikli qiĢasında bərabər yayılmasına Ģərait yaradın. Müalicə kursu 1 aydır.
Nyu-York şəhərinin əhalisinin dərin və sakit yuxu yatması üçün. 15 q çobanyastığı
çiçəyindən götürüb 1 litr qaynar suya töküb 15-20 dəqiqə dəmləyib süzür, sonra dəmləmənin
üzərinə Ģəkər və qaymaq əlavə edib qəbul edirlər.
Qızılsəbət – Solidago virgaruea L.
S.virgaurea L. gövdəsi düzduran, aĢağı hissəsindən çılpaq, yuxarı hissədən budaqlanan,
çoxillik ot bitkisidir. Gövdənin aĢağı hissəsində yerləĢən yarpaqları uzunsov lansetvari,
yuxarıdakılar isə enli lansetvaridir. Çiçəkləri boru və dilĢəkilli olub, sarı rəngdədir. Səbətciyi
uzunsov süpürgəvari hamaĢçiçəkdir. Ġyul-avqust aylarında çiçək açır, avqust- sentyabrda meyvəsi
yetiĢir.
Adi qızılsəbət Azərbaycanın Quba, Lənkəran rayonlarında
yayılmıĢdır. Bitkiyə orta dağlıq zonalardan baĢlamıĢ, subalp
sahələrə qədər rast gəlmək olar. Qızılsəbətə ən çox meĢəliklərdə,
kolluqlarda, dağ çəmənliklərində, eləcə də bağ və bostan
sahələrində təsadüf etmək olar.
Bitkinin botaniki adı latın sözündən götürülərək «solidare» -
«sağlamlığını möhkəmləndir», «solidum agaere» - «müalicə et,
sağalt» mənasını bildiıir. Bitkinin adı isə qızılsəbət və ya qızıl
çubuq adlanır. Qızılsəbət dərman bitkisi kimi elmə XVI-XVII
əsrlərdən məlum olmuĢdur. Hal-hazırda bir sıra Avropa ölkələrində
ondan hazırlanan preparatların köməyilə bir çox xəstəliklər müalicə olunur.
Dərman məqsədləri üçün bitkinin yuxarı hissəsində yerləĢən və yarpaqlarla əhatə olunan
budaq və hamaĢçiçəklərindən istifadə olunur. Dərman üçün bitkini çiçək açan zaman toplamaq
məsləhətdir. Bitkini çiçəyi solan zaman topladıqda isə qurudulmuĢ xammal didilir, dağılmağa
baĢlayır. ToplanmıĢ xammal daimi mehvuran kölgə yerlərdə qurudulmalıdır.
Qızılsəbət otunun tərkibində efır yağı, flavonoidlər, acımtıl maddə və fenol birləĢmələri
aĢkar edilmiĢdir. Bitkidən hazırlanan cövhər, dəmləmə, məlhəm və preparatlardan bir sıra
xəstəliklərdə - soyuqdəymədə, sidikqovucu, ödqovucu, büzüĢdürücü vasitə kimi istifadə edilir.
Bundan baĢqa bitkidən hazırlanan preparatlar böyrək, sidik kisəsi və öd yollarında olan daĢların
əridilib orqanizmdən kənar edilməsində iĢlədilir. Qızılsəbət preparatlarından istifadə edən zaman
sidiyin qələvilik xüsusiyyətləri artır, bunun nəticəsində urat və oksalat turĢuları parçalanıb həll
olunaraq böyrəkdən təmizlənir. Bundan əlavə bitkinin dəmləmə və cövhərindən sidik kisəsi, prostat
vəzinin xroniki iltihabı, plevrit, pielonefrit və s. xəstəlikləri də müalicə edirlər. YaĢlı, qoca
adamlarda baĢ verən böyrək və sidik pozuntularının aradan qaldırılmasında, qanın təmizlənməsində
və s. istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, qızılsəbətdən uzun müddət istifadə etmək
266
olmaz.
Qızılsəbətdən cövhərin hazırlanması. 1 xörək qaĢığı doğranmıĢ qızılsəbətdən 1 stəkan
qaynar suda soyuyana qədər dəmləyin. Sonra süzüb gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə qabaq
stəkanın 1/3 hissəsi qədər daxilə qəbul etdin.
Oynaq və rematizm xəstəliklərinin müalicəsində qızılsəbətin soyuq dəmləməsindən istifadə
etmək məsləhət görülür.
Soyuq cövhərin hazırlanması. 2 xörək qaĢığı doğranmıĢ qızılsəbətdən götürüb, 1 stəkan
qaynadılmıĢ soyuq suya töküb 4 saat saxlayın. Sonra süzüb gündə 4 dəfə stəkanın 1/4 hissəsi qədər
yeməkdən qabaq qəbul edin.
Qızılsəbətlə müalicəni 15 gün davam etdirmək məsləhətdir. 15 gündən sonra 1-2 ay istirahət
verdikdən sonra müalicəni yenidən sağalana qədər davam etdirin.
Xroniki prostat vəzi xəstəliyini müalicə etmək üçün aşağıdakı yığımdan istifadə etmək
məsləhət görülür: Bunun üçün eyni miqdarda qızılsəbət, qatırquyruğu, hamar herniyar, gicitkən
götürüb su hamamında 15 dəqiqə qızdırdıqdan sonra soyudub süzün. Sonra gün ərzində yeməyə 20-
30 dəqiqə qalmıĢ 3-4 dəfə daxilə qəbul edin.
Qızılsəbət bitkisini asanlıqla əkib-becərmək olar. Qızılsəbət bitkisi turĢ və karbonatlı
torpaqlarda yaxĢı inkiĢaf edib, bol məhsul verir. Bitkini toxum və kök pöhrələri ilə yaz və payız
aylarında çoxaldırlar. Aparılan təcrübələrdən məlum olmuĢdur ki, bitkini yaĢıl zoğları vasitəsilə də
artırmaq mümkündür. Qızılsəbəti bir-birindən 60x15-20 sm qida sahəsi olmaqla əkməyi məsləhət
görürlər. Bitki mineral gübrələrə çox həssasdır. Susuzluğa davamlıdır. Quraqlıq keçən illərdə ayda
bir dəfə suvarma iĢləri aparılır.
Tərkibi Ģəkərlə zəngin Stevia – Stevia rebaudiana Bertoni
S. rebaudiana Bertoni bitkisi mürəkkəbçiçəklilər fəsiləsinə aid, hündürlüyü 60-80 sm olan
çoxillik ot bikisidir. Bitkinin güclü inkiĢaf etmiĢ kollanmıĢ yarpaqları cüt-cüt düzülmüĢdür.
Çiçəkləri ağımtıl, xırda olub, kök sistemi yaxĢı inkiĢaf etmiĢdir. Steviyanı müxtəlif torpaq tiplərində
əkib-becərmək olar. Lakin bitki ən çox qumsal, yumĢaq, turĢuluğu zəif (pH 5,5-6,0) olan
torpaqlarda daha yaxĢı inkiĢaf edib bol məhsul verir. Bitki 22-28ºC temperaturda yaxĢı inkiĢaf edir.
Hələ insan Ģəkərin nə olduğunu bilmədikləri bir vaxtda
Amerika qitəsində yaĢayan qədim hindu tayfalarından sayılan
huaranlar qəribə bir bitkidən istifadə edirmiĢlər. Belə ki, bu bitkinin bir
cüt yarpağını fincanın içərisinə atdıqda kəskin Ģirin dada malik içki
əldə edilirdi. Huaranlar bu bitkini ―kao-exo‖ – Ģirin ot və ya ―bal
yarpağı‖ adlndırmıĢlar. Elmi mənası isə stevil deməkdir.
Bal yarpağı. Cənubi Amerika hinduları qısqanclıq edərək uzun
müddət bu bitkinin faydalı xüsusiyyətləri haqqında məlumatları sirr
olaraq saxlamıĢlar. Lakin 1887-ci ildə təbiətĢünas Antonio Bertoninin
səyi nəticəsində dünya xalqları bu bitkinin gizli sirləri haqqında
məlumat almağa baĢladılar. Dünya florasının tərkibində Stevia cinsinin
300-dən artıq növü yayılmıĢdır. Lakin bu növlərin içərisində ancaq bir
növünün - Stevia rebaudiana Bertoni-nin tərkibində zəngin Ģəkər maddəsi aĢkar edilmiĢdir.
Bir sıra ölkələrin xalqları bitkinin tərkibində zəngin Ģəkər təbiətli maddələrin olmasını
nəzərə alaraq steviya bitkisinə maraq göstərməyə baĢlamıĢlar. Belə ki, keçən əsrin 60-cı illərində
bitkini Cənubi-ġərqi Asiyada (Yaponiya, Vyetnam, Çin, Sinqapur), eləcə də Avropa ölkələrindən
Rusiyada, Bolqarıstanda, Portuqaliyada, Ukraynada, Moldovoda və s.-də steviya bitkisi əkilib-
becərilməyə baĢlamıĢdır. Steviyadan hazırlanan müxtəlif növ içkilərin insan orqanizmi üçün heç
bir mənfi təsir göstərmədiyi aĢkar edilmiĢdir. Bundan baĢqa tibb mütəxəssisləri ondan istifadə
etməyi məsləhət görmüĢlər.
Steviyanın gizli sirləri. Aparılan təcrübələr zamanı müəyyən edilmiĢdir ki, steviya bitkisinin
yaĢ və qurudulmuĢ yarpaqlarının tərkibindəki Ģirinlik Ģəkərin Ģirinliyindən 10-15 dəfə yüksəkdir.
Bitkinin yarpaqlarının tərkibində steviosid qlikozidi aĢkar edilmiĢdir. Yarpaqların tərkibində
Dostları ilə paylaş: |