267
həmçinin qlükoza, saxaroza, stevinol və bir sıra baĢqa mürəkkəb birləĢmələr də aĢkar edilmiĢdir.
Ekstraksiya yolu ilə steviidın steviozid maddəsi alınır ki, bu da Ģirinliyinə görə Ģəkər
çuğundurundan 200-300 dəfə Ģirin olur. Steviozid hal-hazırda bizə məlum olan təbii məhsullardan
ən yüksək Ģirinliyi ilə fərqlənir. Onun Ģəkərdən fərqi ondan ibarətdir ki, o çox az kaloriliyə malik
olması ilə yanaĢı, qanda qlükozanın artmasının qarĢısını alır. Buna görə də steviya Ģəkəri əvəz
etməklə yanaĢı, insanların sağlamlığında əvəzolunmaz rol oynayır. Steviyanın tərkibindəki
mürəkkəb üzvi birləĢmələr maddələr mübadiləsinin nizama salınmasında, ürək-damar
pozuntularında, mədə və onikibarmaq bağırsağın soyuqdəymələrində, qan-damar sisteminin
(dövranının) möhkəmləndirilməsində, qanda olan ―pis xolesterin‖in azaldılmasında,qara ciyər,
mədəaltı vəzin və öd kisəsinin normal iĢləməsində mühüm rol oynayır.
Asetilsalisil turĢusu butadion və bir sıra soyuqdəymələrə qarĢı istifadə edilən dərman
preparatlarını stevillə birlikdə qəbul etdikdə mədə-bağırsaq divarlarının zədələnmələrinin qarĢısı
alınır. Hazırda stevildən hazırlanan ekstraktla orqanizmdən nikotin və spirtli içkilərin kənar
edilməsində istifadə edilir. Stevilin tərkibində çoxlu miqdarda vitamin qrupu, mineral maddələr,
eləcə də qiymətli bioloji fəal maddələrlə zəngin olduğundan meyvə və tərəvəzdən az istifadə edilən
Ģimal zonalarında yaĢayan əhalinin stevil bitkisindən daha çox istifadə etmələri məsləhət görülür.
Steviya kulinariyada.
Steviyanın yarpaqlarının tərkibində olan ətirli ədviyyə xüsusiyyətli maddələr öz tərkiblərinə
görə qəhvə və darçına yaxın olduğundan onu xörəklərin tərkibinə əlavə edirlər. Ondan xoĢ ətirli
müxtəlif xörəklər hazırlanır. Qəhvə və çay kimi dəmlənib içilir.
Vələmir və almadan bulkanın hazırlanması. 1 stəkan buğda unu, 1 stəkan vələmir lopası,
çay qaĢığınən 1/2 hissəsi qədər duz, 3 çay qaĢığı yumĢaldıcı, 2 çay qaĢığı darçın, 1xörək qaĢığı
steviya poroĢoku, 1 ədəd yumurta, stəkanın 3/4 hissəsi qədər süd, stəkanın 1/4 hissəsi qədər bitki
yağı, 1 ədəd xırda doğranmıĢ alma, stəkanın 3/4 hissəsi qədər üzüm götürün. Götürdüyünüz
komponentləri iki yerə bölüb yaxĢı qarıĢdırın, sonra hər iki qarıĢığı yenidən birləĢdirib yaxĢı
qarıĢdırın. Xəmiri formaya salıb, üzərinə yağ yaxıb duxovkaya qoyun, 200ºC temperaturda 15-20
dəqiqə saxlayıb götürün.
Dondurulmuş çiyələkdən desertin hazırlanması. Bunun üçün stəkanın 1/2 hissəsi qədər isti
su, çay qaĢığının 1/4 hissəsi qədər steviya ekstraktı, 2 litrlik bankada yuyulmuĢ çiyələk, 1 xörək
qaĢığı təzə limon Ģirəsi götürün. Ġsti suda steviya ekstraktını həll edib üzərinə buz əlavə edib
qarıĢığın tam həll olmasına qədər qarıĢdırın (yaxĢı olar ki, mikserlə qarıĢdırasınız). Ehtiyatla
üzərinə çiyələyi əlavə edib, ardınca limon Ģirəsini tökün. Yenidən bütün komponentləri yaxĢıca
qarıĢdırın. Sonra qarıĢığı formaya salıb soyuducuya qoyun, 1,5 saat saxlayın. Hər 20 dəqiqədən bir
qarıĢdırın. Deserti sıyıq formasında olmalıdır. Süfrəyə verməmiĢdən qabaq çiyələk giləmeyvəsi ilə
bəzəyin.
Yaşıl tropik kokteylin hazırlanması. 2 stəkan ananas Ģirəsi, 1 ədəd banan, 1 ədəd qabıqsız
kivi, 0,5-1,0 çay qaĢığı yaĢıl steviya poroĢoku götürün. Bütün komponentləri mikserlə qrıĢdırın.
Təzə steviya yarpağı. Bitkinin bütün inkiĢaf fazalarında yarpaqlarını toplayırlar. ġəkərli
maddə bitki çiçək aĢan dövrdə daha çox toplanır. Təzə yarpaqları çaya tökür və yaxud desertləri
bəzəyirlər.
Quru steviya yarpağı. Steviyanın yarpaqlarını budaqlardan toplayıb, adi üsulla qurudurlar.
QurudulmuĢ yarpaqları doğrayıb, un halına salaraq yaĢıl rəngli toz alınır. 1,5-2,0 xörək qaĢığı yaĢıl
poroĢok bir stəkan Ģəkəri əvəz edir.
Steviyadan ekstraktın hazırlanması. Yarpaq və ya yaĢıl poroĢokdan götürüb spirt və yaxud
arağın iĢərisinə tökün, bir gün saxlayıb süzün. Spirtin faizini azaltmaq üçün ekstraktı zəif odun
üzərinə qoyub (qaynatmadan) 15-20 dəqiqə saxlayın. Çay qaĢığının 1/4 hissəsi qədər spirtli
ekstraktı 1 stəkan Ģəkəri əvəz edir. Bu üsulla sulu çıxarıĢını da hazırlamaq olar. Spirtli çıxarıĢından
fərqli olaraq sulu çıxarıĢında Ģəkərin miqdarı nisbətən az olacaqdır. Spirtli və sulu çıxarıĢını
qarıĢdırıb qatı sirop alırlar. Bu qatı siropdan bir sıra xörəklərin tərkibinə qatmaq olar. Steviyadan
konserv sənayesində də istifadə edilir.
ADENOMA VƏ PROSTATIN BITKILƏRLƏ MÜALICƏSI
268
Həkimlər kiĢilərin cinsi sferası ilə qadınların cinsi orqanlarına az fikir verirlər. Tibb elminin
ildən-ilə inkiĢaf etməsi ilə əlaqədar olaraq, kiĢilərin cinsi orqanlarında baĢ verən qüsurların aradan
qaldırılmasına diqqət artmıĢdır. Məlumdur ki, kiĢi və qadınlarda yaĢla əlaqədar cinsi orqanlarında
köklü dəyiĢikliklər baĢ verir. Belə ki, qadınların yumurtalığında, kiĢilərin cinsi vəzlərində sönmələr
baĢ verir. KiĢilərdə baĢ verən hormonal dəyiĢikliklər nəticəsində prostatda dəyiĢikliklər əmələ gəlir.
PeĢəkar dildə bunu prostatın xoĢxassəli hiperplaziyası adlandırırlar. Bu, adenomaya gedən yola
bənzəyir.
Prostatın vəzi orqanizmdə hansı vəzifəni yerinə yetirir? O mayalanma prosessində
sperma istehsal edir, sperma ilə birləĢərək onun hərəkətinin enerjisini artırmaqla spermatazoidin
hərəkətini sürətləndirir. Prostat vəzinin normal iĢləməsi üçün vəzə hormon lazım gəlir ki, bunu da
yumurtalıq yerinə yetirir. Prostatın çəkisi 18 yaĢında olan oğlanlarda 20 q təĢkil edir. Bu çəki 25
yaĢına çatana qədər olduğu kimi qalır. 60 yaĢına çatan kiĢilərdə prostat vəzi öz çəkisini 50%, 80
yaĢında isə 80-90% qədər artırır. Bu proses get-gedə adenomaya çevrilərək 400 qrama qədər artır.
KiĢilər yaĢa dolduqca və qocalığa doğru getdikcə orqanizmdə hormon dəyiĢikliyi baĢlayır və
nəticədə adenoma ilə baĢa çatır. Bu zaman kiĢilərdə dihidrotestoseronun və qadınlarda isə estradiol
hormonlarının artması mühüm rol oynayır. Müəyyən ediblər ki, adenomator toxumada bu
hormonlar normadan bir neçə dəfə çox olur.
Prostat adenomasının geniĢ surətdə yayılmasının əsas səbəblərindən biri kiĢilərin qocalması
ilə əlaqədar olduğuna görə bu xəstəliyi kiĢilərin klimaksı adlandırırlar.
Adenomanın əlamətləri. Prostatın adenoması zamanı baĢ verən böyümə sidik kanalına
təzyiq edərək sidiyin çıxmasına problem yaradır. Sidik sıxılmıĢ sidik çıxaran kanala yönələn zaman
sidik kisəsi əzələlərində güclü gərilmə hadisəsi baĢ verir. Get-gedə daralma və istənilən əzələlərdə
qalınlaĢma baĢ verir. Ġstənilən əzələdə mütəmadi idman hərəkətləri edilərsə, bu zaman sidik
kisəsinin həcmi kiçilməyə baĢlayır, nəticədə sidik kanallarından daha təmiz və az miqdarda sidik
artmağa baĢlayacaq. Sidik kisəsində baĢ verən kiçilmənin sidik kisəsinə təsir mexanizmi artdıqca
sidiyin miqdarı artmağa baĢlayır. Bu zaman sidik nəinki sidik kanalından əks istiqamətdə - böyrəyə
doğru hərəkət edib, onun funksiyasını pozmağa baĢlayır. Tədricən sidik kisəsi büzüĢmüĢ kisəyə
çevrilərək sidiyi itələmək qabiliyyətini itirir. Bu zaman sidik buraxan kanalda sidik tamamilə azalır,
sidik kisəsinin tamamilə dolmasına baxmayaraq.sidik kiçik hissələrlə hətta damcı-damcı buraxılır.
Adenomanın əmələ gəlməsinin 3 forması vardır:
1.
Ġlk mərhələdə ―sidik qalığı‖ sidik kisəsində qalmır, demək olar ki, yox dərəcəsindədir.
2.
Ġkinci mərhələdə sidik kisəsində sidiyin az hissəsi qalır, böyrəyin funksiyası nisbətən
pozulur və yuxarı sidik kanalında pozuntular müĢahidə olunmağa baĢlayır.
3.
Üçüncü mərhələdə sidik kanallarında tam tutulmalar baĢ verir və sidik təmamilə buraxılmır,
dayanır. Bundan sonra böyrəkdə xroniki çatıĢmazlıqlar baĢ verir. Belə bir səhv fikir irəli
sürülür ki, artıq bu zaman adenomada prostatın xərçəngi əmələ gəlir. Bu fikir düzgün
deyildir. Bu hadisə prostat vəzinin müxtəlif hissələrində baĢ verən çatıĢmazlıqların
səbəbindən də baĢ verə bilər. Adenoma və prostatın əlaməti əksərən eyni vaxtda baĢ verir,
prostat vəzinin xoĢxassəli hiperplaziya əsasən yaĢlı insanlarda olur. Bununla mübarizə çox
çətin olsa da onun inkiĢafını dayandırmaq mümkündür.
Adenomanın fizioterapik üsulla müalicəsi. Adenomanın müalicəsi əsasən cərrahiyə metodu
ilə aparılır. Bundan əlavə prostatı konservativ üsullarla da müalicə etmək mümkündür. Bu müalicə
üsulları içərisində ən mühümü bitkilərlə müalicə üsuludur. Hazırda çoxlu sayda iĢlənib hazırlanmıĢ
preparatlar tez-tez reklam olunur. Belə ki, bu preparatlarla uzun müddətli müalicə lazım gəlir.
Lakin, adenoma tam müalicə olunmur. Ancaq, prosesin inkiĢafını dayandırmaq mümkündür.
Dərman bitkiləri ilə müalicə üsulları çox uzun bir dövr keçdikdən sonra öz effektini verməyə
baĢlayır. Prostatı bitkilərlə müalicə etmək olar, tərkibində kifayət qədər sitosterin və baĢqa bioloji
aktiv maddələrin olması prostat vəzinin hiperplazmasının inkiĢafının qarĢısının alınmasına kömək
edər. Bu bitkilərdən ən əhəmiyyətliləri: ikievli gicitkən, balqabaq, fındıq, at Ģabalıdı, qovaq və s.
qeyd etmək olar. Ən əhəmiyyətli vasitələrdən biri çiçək tozu və perqa hesab edilir.
At şabalıdı. Tibbi məqsədlər üçün yetiĢmiĢ toxumlarından onun yetiĢib yerə tökülən zaman
Dostları ilə paylaş: |