251
Dəri səpkilərində, çiban, ekzema, dəridə allergiya mənşəli xəstəliklərin müalicəsində. 2
xörək qaĢığı doğranmıĢ yarpaqlarını 0,5 litr qaynar suya tökün və 2 saat saxlayıb süzün. Gündə 3
dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin.
Ağrıyan nahiyənin kənarlarında əmələ gələn çatlamaların qarşısının alınmasında.
ZədələnmiĢ nahiyələrə bitkidən alınmıĢ təzə Ģirədən sürtün.
Konyunktivit zamanı. 1 xörək qaĢığı doğranmıĢ təzə otunu 1 stəkan qaynar suya töküb
qaynama dərəcəsinə gətirin, yarım saat saxlayıb süzün. Aldığınız dəmləmə ilə gündə 2-3 dəfə
gözünüzü yuyun.
Diqqət! Çaqqalqanqalı qanı qatılaĢdırdığına görə bitkidən alınan preparatlardan qanı qatı
olan, eləcə də trombofebitə və hipertoniyaya meyilli xəstələrin istifadə etməsi məsləhət görülmür.
Gözəl rapontikum – Rhaponticum pulchrum Fisch. et Mey.
Dünya florasının tərkibində Rhaponticum cinsinin 17-yə qədər növünə təsadüf edilir. Cinsin
Qafqazda 2, o cümlədən Azərbaycanda 1 növü - Rhaponticum pulchrum FischĢ et Mey. - gözəl
rapontikum növü yayılmıĢdır. Cinsin növlərinə əsasən Yer kürəsinin Ģimal rayonlarında təsadüf
etmək olar. Rhaponticum cinsinə daxil olan növlər xalq təsərrüfatının müxtəlif sahələrində, o
cümlədən tibb, yeyinti və yüngül sənayedə istifadə edilir. Bitkinin ən qiymətli növlərindən biri də
Rh. luratum C. Winkl. ex Iljin və Rhaponticum carthamoides
(Willd.) Iljin - iribaĢlı rapontikum və
yaxud xalq arasında deyildiyi kimi maral köküdür.
ĠribaĢlı rapontikum - Rhaponticum carthamoides (Willd.) Iljin.
Bu, gövdəsinin hündürlüyü 50-
150 sm-ə qədər olan çoxillik ot bitkisidir.
Gövdəsinin üzəri xırda Ģırımlardan ibarət olub kökümsovu budaqlanan
tünd qonur rəngdən baĢlayıb, qəhvəyi rəngə çalan çoxsaylı qaytan
köklərdən
ibarətdir.
Yarpaqları
ellipsvari
və
yaxud
uzunsov
yumurtavaridir. Çiçəkləri ikicinsli səbət formasında olub bənövĢəyi-
qırmızı və yaxud qırmızımtıl rəngdədir. Bitki iyun ayından avqust ayına
qədər çiçək açır, avqust, sentyabrda meyvə verir. Bitkiyə ən çox Sibirin
Altay vilayətinin alp və subalp zonalarında təsadüf edilir. Ən çox isə
Sayan ətrafında təsadüf edilir. Sibir və Altay vilayətinin xalq təbabətində
bitkinin kökündən hazırlanan preparatlarla uzun sürən ağır xəstəlikdən
sonra baĢ verən gücsüzlüyün, halsızlığın aradan qaldırılmasında istifadə
edilir. Ġmpotentlikdə - cinsi zəifliyin aradan qaldırılmasında bitkinin kök və kökümsovlarından
iĢlədilir (Saratikov, 1946). Maral kökünün kök və kökümsovlarının tərkibində sinir sistemini
stimullaĢdıran ekdisteronlardan - ekdisteron və inokosteron maddələri, həmçinin müxtəlif kimyəvi
quruluĢlara malik olan alkaloidlər, kumarinlər, antraxinonlar, flavonoid və aĢı maddələri,
antosianlardan (xrizantemin və sianin) imelin, katexin birləĢmələri, efır yağı, parlaq-sarı rəngli
qatran, kitrə, C vitamini, karotin, üzvi turĢuların duzları, fosfor, arsen və s. maddələr aĢkar
edilmiĢdir (Krasnov və b., 1977; DoĢinskaya və b., 1983). Ekdisteroid maddələrinin bitkinin
müxtəlif hissələrində olduğu aĢkar edilmiĢdir. Maral kökündən hazırlanan preparatlardan
yorğunluğun, halsızlığın, zəifliyin, qan dövranının nizama salınmasında, mərkəzi sinir sisteminin
normal qanla təchiz olunmasında, qan təzyiqinin tənzimlənməsində, həmçinin orqanizmin
stimullaĢdırıcı qabiliyyətinin yüksəldilməsində geniĢ istifadə edilir. Bundan baĢqa maral kökü
preparatlarının köməyi ilə kiĢi və qadınlarda cinsi zəifliyin aradan qaldırılmasında, streslərin,
alkoqolizmə tutulanların müalicə edilməsində, canlı hüceyrələrdə gələcəkdə baĢ verən xəstəliyin
qarĢısının alınmasında tətbiq edilir (PaĢinski, Yaremenko, 1983). Bu xəstəlikləri müalicə etmək
üçün kökündən hazırlanan cövhərdən gündə 2-3 dəfə 20-30 damcı qəbul etmək məsləhət görülür.
Maral kökündən hazırlanan 10%-li ekstraktdan qanın duruldulmasında istifadə edilir (Netesa,
1963; Boyko və b., 1989). Maral kökündən istifadə edən zaman orqanizmin toxuma və hüceyrələri
cavanlaĢır, yəni insanın ömrünü uzadan yeni-yeni hüceyrə və toxumaların yaranmasına səbəb olur.
Orqanizmdə eyni zamanda cinsiyyət üzvlərinin toxuma və hüceyrələrində cavanlaĢma və təzələnmə
hadisəsi baĢ verir. Ġnsan orqanizmində baĢ verən bu cavanlaĢma prosesi hazırkı dövrə kimi tibb
252
aləmində bir sirr olaraq qalmaqdadır. Maral kökündən istifadə edən zaman çox ehtiyatlı olmağı
məsləhət görürlər. Belə ki, bu preparatlardan normadan artıq istifadə edildikdə uzunmüddətli
yuxusuzluq, cinsi fəaliyyətə həvəsin həddindən artıq yüksəlməsi, qan təzyiqinin normadan artıq
olması baĢ verir. Maral kökündən Ģəkərli diabetdə istifadə edildikdə xəstənin özünü çox yaxĢı hiss
etməsi müĢahidə edilmiĢdir. Allah tərəfindən insanlara bəxĢ edilən bu «sehrli kök» onları bir sıra
çətin sağalan xəstəliklərdən xilas etdiyinə görə biz insanlar həmiĢə Allaha dua etməliyik.
Bunun üçün 1 xörək qaĢığı doğranmıĢ kökündən orta dərəcədə yanan odun üzərinə qoyaraq
15-20 dəqiqə qaynadıb biĢirdikdən sonra, 25-30 dəqiqə dəmləyin. Aldığınız cövhərdən gündə 2
dəfə 15-20 damcı qəbul edib özünüzü müalicə edə bilərsiniz. Maral kökündən hazırlanan
preparatlardan baytarlıq təsərrüfatında da istifadə etmək olar. Bu preparatlardan mal-qaraya
verdikdə danalarda boyatma sürətlənir, qanda eritrositlərin miqdarı artmağa baĢlayır və qısırlığın
faizi azalır. Maral kökü qiymətli nektar bitkisi sayılır. Ondan yeyinti sənayesində tonusartırıcı
«Sayan» spirtsiz içkilərin hazırlanmasında istifadə edilir. Sayan içkisinin orqanizmə təsir
mexanizmini öyrənmək üçün tibb mütəxəssisləri 900-dən artıq fəhləyə bu içkidən qəbul etdirmiĢdir.
Aparılan təcrübələr zamanı məlum olmuĢdur ki, «Sayan» içkisi insan orqanizminə öz təsirini 2
fazada göstərmiĢdir. Birinci fazada mərkəzi sinir sistemində 10-15 dəqiqədən sonra oyanma
hadisəsinin yüksəlməsi baĢ vermiĢ və bu proses uzun müddət davam etmiĢdir. Gecədən keçmiĢ və
gecə vaxtı ikinci fazada sinir sistemində kəskin tormozlanma baĢ vermiĢ və fəhlələr uzunmüddətli
dərin yuxuya getmiĢlər. Bu da «Sayan» içkisinin orqanizmdə qoruyucu rol oynadığını aĢkar
etmiĢdir (Turova, 1974.) Maral kökündən Ģəkərli diabetdən əziyyət çəkən xəstələr qəbul edən
zaman onların vəziyyətlərinin xeyli yaxĢılaĢdığı bildirirlir.
Əkin göyçiçəyi (Güləvər) – Centaurea cyanus L.
Dünya florasının tərkibində güləvərin (göyçiçəyin) 600-ə qədər növü yayılmıĢdır. Qafqazda
70, o cümlədən Azərbaycanda 30 növünə rast gəlmək olar. 4 növündən müalicə vasitəsi kimi
istifadə edilir: əkin göyçiçəyi - C.cyanus L., qumluq göyçiçəyi - C.arenaria M.Bieb. ex Willd.,
Zaqafqaziya göyçiçəyi - C.transcaucasica Sosn. ex Grossh. və günəbaxana oxĢar göyçiçək -
C.solstitialis L.. Tibb və kosmetika sahəsində ən geniĢ istifadə
edilən növü isə əkin göyçiçəyi növüdür.
Göyçiçək cinsinin adı antik Roma mənbələrində söylənilən
2 rəvayətlə bağlıdır. Belə ki, bədəni at, üzü iri saqqalla əhatə
olummuĢ «Kentavr» adlı bir canlının yaralı Heronu göyçiçəklə
müalicə
etdiyinə görə bitkiyə bu adı vermiĢlər. Heron özü
bitkilərlə müalicə sirrlərini allahların oğlanlarına öyrətməklə
məĢğul olurmuĢ.
Əkin göyçiçəyi - C.cyanus L. Hündürlüyü 30-100 sm olan
birillik, nadir hallarda ikillik ot bitkisidir. Gövdə yarpaqları oturaq olub xətvari, lələkvari-
daraqĢəkilli, kənarları bütövdür. BənövĢəyi, göy rəngli çiçəklərinin diametri 3 sm olub, səbət
formasında gövdənin qurtaracağında yerləĢmiĢdir. Çiçəyi ağ, mavi, çəhrayı, yasəmən rəngində olur.
Meyvəsi uzunsov toxumcuqdan ibarət olub, boz rəngdədir. Çiçəkləri iyundan baĢlayaraq payızın
son aylarına qədər açır, avqust-sentyabrda meyvə verməyə baĢlayır.
Əkin göyçiçəyi Azərbaycanın Kiçik Qafqaz ərazisinin Ģimal və cənub hissələrində, AbĢeron,
Lənkəran, Naxçıvan MR-da, ümumiyyətlə, respublikamızın hər yerində yayılmıĢdır. Buna ən çox
taxıl zəmilərinin kənarlarında, yonca sahələrində, alaq otlarının arasında, meĢə yollarının
kənarlarında rast gəlmək olar. Göyçiçək düzənlik sahələrindən tutmuĢ orta dağ qurĢaqlarına qədər
yayılmıĢdır.
Çiçəklərinin tərkibində antosian tipli sianin qlükozidi (C
27
H
31
O
16
), sikorin (C
15
H
16
O
9
),
sentaurin (C
24
H
26
O
13
), sianidinxlorid (C
15
H
11
O
6
C1), pelarqonin-xlorid (C
27
H
21
O
15
C1), apigenin,
lyuteolin, kversetin, rutin flavonoidləri, aĢı maddələri, selikli maddələr, kumarinlər və s. tapılmıĢdır.
Bitkinin ot və çiçəklərindən 5,16% kül, mq/q olmaqla: 17,00 - K, 18,10 - Ca, 2,70 - Mg, 0,30 - Fe
makroelementləri, mkq/q olmaqla: 0,23 - Mn, 0,77 - Cu, 0,57 - Zn, 0,06 - Co, 0,07 - Cr, 0,28 - Al,
Dostları ilə paylaş: |