249
Kəskin qarın köpmələrində. Bunun üçün 1 xorək qaĢığı gülümbahar, piĢikotu kökü və
Ģüyüd yar qarıĢığını 1 stəkan qaynar suda dəmləyib süzün. Gündə 3 dəfə, stəkanın 1/4 hissəsi qədər
daxilə qəbul edin.
Gülümbahardan hazırlanmıĢ «Kaferit» preparatından qanazlığı xəstəliklərində, «Kaleflon»
preparatından isə mədə və bağırsaq soyuqdəymələrinin müalicəsində istfadə edirlər.
Dismenoreya,
klimakteriya,
yuxusuzluğun,
hipertoniyanın
başlanğıc
dövründə.
Gülümbahar çiçəyindən 1:10 nisbətində götürüb 70%-li spirtdə cövhərini hazırlayıb 21 gün qaranlıq
yerdə saxlayın. Gündə 3 dəfə yeməyə 30 dəqiqə qalmıĢ 15-20 damcı 30 ml suya töküb qəbul edin.
Qanı axan yaraların müalicəsi üçün. Gülümbahardan hazırlanmıĢ mayeni tənzifə hopdurub
yaranın üzərınə qoyun.
Oara ciyər sirrozunda. 40 q gülümbahar çiçəyi, 40 q dazıotu, 20 q çovdar mahmızı, 30 q
yolotu, 40 q solmazçiçək, 10 q çobanyastığı qarıĢığından 3 xörək qaĢığı bir stəkan qaynadılmıĢ
soyuq suya töküb 10-12 saat saxlayın. 5 dəqiqə qaynatdıqdan sonra süzün.
Dalaq şişmələrində. Gülümbahar və boymadərən çiçəyi götürüb qarıĢdırın. AlınmıĢ
qarıĢıqdan 3 xörək qaĢığı 3 stəkan qaynar suya töküb dəmləyin. Sonra süzüb gündə 3 dəfə,
yeməkdən qabaq 1 stəkan qəbul edin.
Xənazir və raxit xəstəliklərdə. 3 xorək qaĢığı gülümbahar çiçəyindən götürüb 2 stəkan
qaynar suda dəmləyib, uzun müddət stəkanın yarısı qədər gündə 3 dəfə qəbul edin.
Kəskin xroniki faringitin, kataral anginanın, stomatitin, gingivit və paradontozun
müalicəsiıtdə. 3 xörək qaĢığı doğranmıĢ gülümbahar çiçəyini bir stəkan suya tökün və su hamamına
qoyub 15 dəqiqə qaynadıb 45 dəqiqə dəmləyib süzün. Sonra stəkana su əlavə edib əvvəlki həciminə
gətirin. Ekstraktdan gündə 2-3 dəfə 1-2 xörək qaĢığı qəbul edin.
Kəskin uşaqlıq yaralarının eroziyası zamanı. Yuxarıda göstərdiyimiz üsulla ekstraktı
hazırlayıb 1 litr isti suyun üzərinə töküb zədələnmiĢ nahiyəni gündə 1-2 dəfə yuyun.
Başgicəllənmələri zamanı. 3 xörək qaĢığı gülümbahar çiçəyini 1 stəkan qaynar suya töküb
45 dəqiqə dəmləyib, süzün. Ekstraktdan gündə 1-3 xörək qaĢığı qəbul edin.
Uşaqlardaraxıtin müalicəsində. 3 xörək qaĢığı gülümbahar çiçəyini 2 xörək qaĢığı
boymadərən çiçəkləri ilə qarıĢdırıb 0,5 litr qaynar suya töküb 10 dəqiqə dəmləyib, süzün. Bu
ekstraktdan tez-tez uĢağa çay kimi içirdin.
Gülümbahardan qida məhsullarının hazırlanması.
Gülümbahar çiçəklərindən dünyanın ən məĢhur ədviyyatı hesab edilən zəfəranm əvəzedicisi
kimi istifadə edilir. Belə ki, narıncı-qırmızıya çalan gülümbahar çiçəklərini dərib qurudur, narın toz
halına salıb zəfəranın tərkibinə qataraq onun həcimini artırıb satırlar. Müasir dietoloqlar hesab
edirlər ki, zəfəranı tamamilə gülümbahar ilə əvəz etmək olar. Gülümbahar plova yalnız parlaq sarı
rəng vermir, həmçinin də tərkibini müalicəvi bioloji aktiv maddələrlə zənginləĢdirir. Gülümbahar
çiçəklərindən ekoloji cəhətdən təmiz təbii boyaq kimi istifadə edən zaman onu yağla və yaxud südlə
qarıĢdırıb azca qızdırıb istifadə edin. Tozunu (çiçəyi) südlə qarıĢdırıb 15-20 dəqiqə qaynatdıqdan
sonra istifadə edin. Süddə aldığınız sarı-zəfəranlı məhlulu un ilə qarıĢdırıb aldığınız xəmirdən sarı-
zəfəranı kökə, tapı, qoğal, kətə və s. hazırlaya bilərsiniz. Gülümbahardan aldığınız pasta formalı
sarı-qırmızı rəngli boyaq ilə müxtəlif xörəkləri, yağı, pendiri, tortu, dondurmanı və s. gözoxĢayan
rənglərə boyaya bilərsiniz. AlınmıĢ təbii boyaq pastasından ətriyyat, kosmetika, tibb və əczaçılıq
sənayesində də istifadə etmək olar.
Qoyun pendiri ilə buterbrod pastasının hazırlanması. 50 q qoyun pendiri, 50 q kərə yağı, 2
xörək qaĢığı təzə gülümbahar ləçəkləri, qaraqınıq tozu götürün. Qoyun pendirini əzib qaraqınıq tozu
ilə qarıĢdırın. Gülümbaharı isə əzib, az miqdarda yağla qarıĢdırın. Aldığınız pastanı yaxĢı olar ki,
qara çörəyə yaxıb istifadə edəsiniz.
Şəkərli rahathulqumun hazırlanması. 500 q un, 200 q kərə yağı, 200 q Ģəkər tozu, yumurta
sarısı, spirtli içkilər: konyak, araq və yaxud romdan 50 ml, 2 çay qaĢığı gülümbahar tozu götürün.
Kərə yağını gülümbahar tozu ilə yaxĢı-yaxĢı qarıĢdırın. Sonra yumurta sarısının üzərinə Ģəkər tozu
tökə-tökə qarıĢdırın, aldığınız kütləni gülümbahar tozu qarıĢdırılmıĢ kərə yağı ilə qarıĢdırıb, sonra
üzərinə spirtli içkini, unu ehtiyatla əlavə edib yenidən qarıĢdırmanı davam etdirin. Aldığınız
xəmirəbənzər kütləni soyuducuya qoyub 5-7 gün saxlayın. Xəmiri soyuducudan götürüb iriliyi 2,5-
250
3,0 sm olan kündələr düzəldin, onları yastı hala (qoğal formasına) salın. Sonra üzərlərinə azca un
səpib vam yanan qaz üzərinə qoyub 5-7 dəqiqə saxlayın və götürüb süfrəyə verin.
Gülümbahardan tərəvəz salatının hazırlaması. 100 q təzə xiyar, 50 q göy soğan, 50 q
gülümbahar çiçəyi, bir neçə qıça Ģüyüd, suda biĢmiĢ yumurta, zövqünüzə görə duz götürün.
Xiyarın qabığını soyub, xırda doğrayın. Soğanı və gülümbaharı yuyub qaynadın. Sonra
üzərinə xama, zövqünüzə görə Ģüyüd və duz əlavə edin. Salatın üzərini biĢmiĢ, halqaĢəkilli yumurta
ilə bəzəyib süfrəyə verin.
Adi çaqqalqanqalı – Onopordum acanthium L.
Dünya florasının tərkibində Onopordum cinsinin 25-ə qədər növü yayılmıĢdır. Cinsin
növlərinə ən çox Avropa, Qərbi Asiya və ġimali Afrika ərazilərində təsadüf edilir.
Çaqqalqanqalının Qafqazda 4, o cümlədən Azərbaycanda 2 növü yayılmıĢdır. Azərbaycan
florasında rast gəlinən O. acanthium L. növü qida və müalicəvi əhəmiyyətli bitki hesab edilir. Bir
sıra xalqların təbabətində bu bitki ilə xoĢagəlməz xəstəlikləri müalicə edirlər.
Adi çaqqalqanqalı - Onopordum acanthium L. kəskin tikanlarla əhatə olunan 150-500 sm
hündürlüyündə olan ikiillik ot bitkisidir. Bunun nektarla zəngin olan qırmızı-moruğu rəngli ətirli
çiçəkləri bal arılarını uzaqdan özünə cəlb edir. Uzunsov yarpaqlarının kənarı tikanlarla əhatə
olunmuĢdur.
ġara bənzər olub 2-4 sm enindədir. Çiçək tacı tünd-qırmızı rəngdədir. Bitki may-iyun
aylarında çiçək açır, iyul-avqust aylarında meyvə verir.
Adi çaqqalqanqalı Azərbaycanın demək olar ki, hər yerində yayılmıĢdır. Ona düzənlik
sahələrdən tutmuĢ orta dağ qurĢaqlarına qədər rast gəlmək olar. Bitkiyə ən çox əkin sahələrində bağ,
bostan
Onopordum
acanthium
L
və
zibilliklərdə, çay
kənarlarında,
meĢə
və
kolluqlarda rast gəlinir.
Xalq arasında bitkinin kökündən, cavan
gövdəsindən,
çiçək
yatağından,
yapaq
saplaqlarından qabığını təmizləyib qida kimi
istfıadə
edirlər. Xarici görünüĢünə
görə
çaqqalqanqalı adi qanqalı xatırladır. Lakin
qanqaldan fərqli olaraq o hər tərəfdən tikanlarla
əhatə olunmuĢdur. Bunu nəzərə alaraq çaqqal
qanqalı
ilə
bağ
və
bağçaların
ətrafını
çəpərləyirlər. Çaqqal qanqalından hələ çox qədim dövrlərdə xalq təbabətində mikrob əleyhinə,
yarasağaldıcı, qankəsici, sidikqovucu məqsədlər üçün istifadə edirdilər.
Müalicə məqsədləri üçün çiçək açan zaman bitkinin yuxarı hissəsini kəsib götürür,
tikanlardan təmizləyib dəstələyərək kölgəli yerdə qurudurlar.
Çaqqalqanqalından müalicə preparatlarının hazırlanması.
Soyuqdəymə, öskürək, bronxial astma zamanı. 3 xörək qaĢığı doğranmıĢ təzə otundan
götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin, 2-3 saat saxlayıb süzün. Gündə 3 dəfə,
yeməyə yarım saat qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin.
Sistit, uretrit, sidikqovucu vasitə kimi, həmçinin müxtəlif formalı şişlərin cərrahi yolla
aradan qaldırılmasından sonra. 3 xörək qaĢığı otundan götürüb 0,5 litr qaynar suya töküb, vam
odun üzərinə qoyub 15 dəqiqə saxlayın. Sonra odun üzərindən götürün və 45 dəqiqə saxlayıb süzün.
Dəmləməni 0,5 litr həcminə gətirib gündə 4 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 1/2 hissəsi
qədər qəbul edin. Müalicə kursu 2 həftədir.
Yuxarıda qeyd etdiyimiz xəstəlikləri müalicə etmək üçün, qurudulmuĢ yarpağını poroĢok
(toz) halına salıb gündə 2-3 dəfə, 1 çay qaĢığı qəbul edin.
Nefrit, tonusun aşağı düşməsi, depressiya zamanı. 1 xörək qaĢığı doğranmıĢ yarpağından
götürüb 1 stəkan qaynar suya tökün və 1 saat saxlayıb süzün. Gündə 2-3 dəfə, yeməyə yarım saat
qalmıĢ stəkanın 1/3 hissəsi qədər qəbul edin.
Dostları ilə paylaş: |