243
Əsəb pozuntularında, xolesistitdə, soyuqdəymə və vərəm xəstəliklərində. 1 xörək qaĢığı
quru çiçəyini götürüb termosa töküb üzərinə 0,5 litr qaynar su əlavə edin və gecədən səhərə qədər
dəmləyin. Sonra süzüb gündə 2-3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ stəkanın 1/4-i qədər qəbul edin.
Baş ağrılarında, həmçinin damar sancmalarında. 2 q quru çiçəyini 200 ml qaynar suya
töküb 1 dəqiqə qaynadın. Yarım saat dəmlədikdən sonra süzüb, gün ərizində stəkanın 1/4-i qədər 2-
3 dəfə qəbul edin.
Vaxtından qabaq baş verən klimaksda. Yarım çay qaĢığı quru çiçəyini 200 ml qaynar suya
töküb 1 dəqiqə qaynadın, sonra 30 dəqiqə dəmləyib, süzün və bütün günü 4-5 dəfə qəbul edin.
Askarid və digər parazit qurdların tökülməsində. 20 q quru çiçəyindən götürüb 200 ml
qaynar süya töküb, qaynama dərəcəsinə gətirin. 2 saat dəmlədikdən sonra süzüb, gündə 3 dəfə
yeməyə yarım saat qalmıĢ 1 xörək qaĢığı daxilə qəbul edin. Eyni vaxta dağtərxunu çiçəyi ilə yovĢan
otunu qarıĢdırın və qaynama dərəcəsinə gətirin. Sonra dəmləmənin üzərinə 1 diĢ sarımsaq əzib
əlavə edin, 3 saat saxladıqdan sonra süzüb məhluldan 30-60 ml götürüb yatmazdan qabaq düz
bağırsaqdan imalə edin. Əməliyyatı qurtardıqdan sonra 30 dəqiqə uzanmaq məsləhət görülür.
Müalicə kursunu 5-7 dəfə təkrar etmək məsləhətdir.
Kəpəyin təmizlənməsi və tükün tökülməməsi üçün. 1 xörək qaĢığı quru çiçəyini 200 ml
qaynar suya töküb 2 saat dəmləyin. Sonra süzüb həmin dəmləmə ilə baĢınızı həftədə 3 dəfə yuyun.
Bu əməliyyatı 10-12 dəfə təkrar etmək məsləhətdir.
Diqqət! Dağtərxunundan hamilə qadınların və kiçik yaĢlı uĢaqların qəbul etməsi məsləhət
görülmür. Dağtərxununun qurudulmuĢ yarpaq və çiçəklərindən az miqdarda konserv, qənnadı
məhsullarının, likörlərin ətirləndirilməsində istifadə olunur. Bunun cavan zoğlarından, yarpaq və
çiçəklərindən çay qaĢığınm 1/4-i qədər götürüb ət, toyuq və balıqdan hazırlanan xörəklərində
ədviyyat kimi istifadə edirlər. Dağtərxunu çox vaxt yeyinti sənayesində darçın, müĢk qozu və
zəncəfıl əvəzi kimi yeyinti sənayesində istifadə olunur.
YovĢan – Artemisia vulgaris L.
Allah ağacı – Artemisia vulgaris L. bu yovĢan cinsinə aid olan növlərdən biri olub qiymətli
müalicəvi təsirə malik çoxillik ot bitkisidir. Bu qəribə bitki xarici görünüĢünə görə kiçik sərv
ağacını xatırladır. Bitkinin gümüĢü-bozumtul, ağ tüklərlə əhatə olunmuĢ yarpaqları vardır. Bu
əfsanəvi adı yovĢana «cənnət bağında» yetiĢdiyinə görə vermiĢlər. Allah ağacı acı yovĢana oxĢayır.
Lakin acı yoĢvanın hündürlüyü 100-150 sm-dir. Acı yovĢana oxĢayan «Allah ağacı» ən çətin,
əlçatmaz yerlərdə, əkinə yararlı olmayan torpaq sahələrində, çay və yol kənarlarında yayılmıĢdır.
Müalicə məqsədləri üçün bitkinin yuxarı üst hissəsindən istifadə edilir.
Hələ çox qədim dövrlərdə bitkinin yarpaqlarından alınan
preparatların köməyilə bir çox xəstəliklərin, o cümlədən
zökəmin, sarılığın, kökündən hazırlanan preparatların köməyi
ilə isə epilepsiyanın, vərəm meningitinin müalicəsində geniĢ
istifadə edilmiĢdir.
«Allah
ağacı»ndan
müalicə
preparatlarının
hazırlanması.
Mədə turşuluğunun aşağı salınması, öd vəzisinin və öd
yolları xəstəlikləri zamanı. 2 xörək qaĢığı təzə doğranmıĢ
otundan götürüb 0,5 litr qaynar suya töküb 1 saat saxladıqdan
sonra süzün. Gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Revmatizm zamanı. 4 xörək qaĢığı təzə doğranmıĢ otunu 1 litr qaynar suya töküb 2 saat
saxlayıb süzün. Gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Zökəm zamanı 2 xörək qaĢığı təzə yarpağını 0,5 litr suya töküb 2 saat saxlayıb süzün.
Aldığınız dəmləmədən gündə 5-6 dəfə boğaz nahiyəsini qarqara edin.
Sümük soyuqdəymələri zamanı. 2 xörək qaĢığı təzə doğranmıĢ yarpağını 1 stəkan arağın
üzərinə töküb 1 həftə saxlayıb süzün. Sonra təmiz pambığa hopdurub ağrıyan nahiyəyə sürtün.
Şaxta vuran zaman. 1 xörək qaĢığı doğranmıĢ yarpağını 4 xörək qaĢığı əridilmiĢ donuz yağı
244
ilə qarıĢdırın və mazdan götürüb gündə 1-2 dəfə ağrıyan nahiyəyə sürtün.
Çibanın tez yetişib sağaldılması zamanı. 2 xörək qaĢığı təzə doğranmıĢ yarpağını qaynar
suya töküb pörtlədin və çıxarıb soyudun. Sonra kütlədən götürüb çibanın üzərinə qoyub sarğı ilə
sarıyın. Sarğını hər gün təzələyin.
Döşgəlmə (mastit) zamanı. Təzə yarpağını qaynar suya töküb 15 dəqiqə saxlayın. Sonra bir
az soyudub döĢ nahiyəsinin üzərinə kompres Ģəklində qoyub salfetka və yaxud dəsmalla örtüb 40-
50 dəqiqə saxlayın.
İrinli kəsiklər və yaraların müalicəsi zamanı. Yarpağından və hamaĢçiçəyindən götürüb
təmiz yuyun, zədələnmiĢ nahiyənin üzərinə qoyub sarğı ilə bağlayın. Sarğını günaĢırı təzələyin.
Ayaq tərləmələri zamanı. 100 q təzə otunu 1 litr qaynar suya töküb vam od üzərinə qoyun
və 5-7 dəqiqə saxladıqdan sonra götürüb yarım saat saxlayın. Sonra süzüb, üzərinə 3 litr isti sü
əlavə edib qarıĢdırın. Hər gün axĢamlar ayaqlarınızı ekstraktdan düzəldilmiĢ vannada 10-15 dəqiqə
saxlayın.
Dəvədabanı – Tussilago farfara L.
Dünya florasının tərkibində 1 növü yayılmıĢdır. Bitkiyə «ot anası», «ögey ana», «yaraotu»,
«torpağın Ģahı» və s. də deyilir. Latnca botaniki adı «Tussilago» iki söz birləĢməsindən əmələ gəlib
«qov» və «öskürək», yəni öskürəyi çıxaran (qovan) mənasmı verir. Növün adı isə («farfara») «elə
bil ki, üzərinə un səpilib» mənasını verir ki, bu da yarpağının xarici göränüĢünü xarakterizə edir.
Dəvədabanı - T.farfara L. hündürlüyü 10-25 sm olan, sürünən kökümsova malik saçaqlı
çoxillik ot bitkisidir. YumĢaq tükcüklərlə örtülmüĢ çiçək saplağı erkən yazda, yarpaq əmələ
gəlməmiĢdən qabaq kökümsovdan inkiĢaf edir. Kökətrafı
yarpaqlarının uzunluğu 20-25 sm olub, uzun saplaqlı dairəvi,
ürəkvari, üst hissəsi yaĢımtıl, alt hissəsi yumĢaq keçəvari tüklərlə
örtülmüĢdür. Yarpaq ayasının yuxarı hissəsi hamar, «ögey ana»
kimi soyuq, yumĢaq tüklə örtülmüĢ alt hissəsi «ana» kimi istidir.
Xırda yarpaqlarla sıx əhatə olunan, gödək çiçək gətirən gövdəsi
var. Qızılı-sarı rəngli və borucuqvari çiçəkləri gövdəsinin
zirvəsində səbət çiçək qrupunda yerləĢir. Çiçək yatağı çılpaqdır,
bir sıralı örtüyün qaidəsində xırda yarpaqcıqları vardır. NəmiĢli
və yağmurlu havada çiçəkləri örtülür və aĢağı sallanır. Bitkidə
çiçəkaçma prosesi baĢa çatdıqdan sonra kökətrafı yarpağı inkiĢaf
etməyə baĢlayır. Mart aprel aylarında çiçək açır, meyvələri may-
iyun aylarında yetiĢir. Azərbaycanın Dəvəçi ovalığında (indiki ġabran), Naxçıvan MR da daxili
olmaqla Böyük və Kiçik Qafqaz ərazilərində axan çay və arxların kənarlarında geniĢ yayılmıĢdır.
Bundan əlavə köhnə kanalların ətraflarında, yamaclarda, dəmir yolu kənarlarında da rast gəlmək
olar.
Dəvədabanı ən tez çiçəkləyən çiçəklər qrupuna daxildir. Çayların ətrafında qar əriməyə
baĢlayanda xoĢ ətirli qızılı-sarı rəngli çiçəklər açılır. Təbiət sanki sarı kəlağayıya bürünmüĢ «gəlin»i
xatırladır, füsünkar gözəlliyə tamaĢa edən insanlara xoĢ əhval-ruhiyyə, sevinc bəxĢ edir.
Çiçək səbətinin tərkibində faradiol (C
30
H
50
O
2
), arnidol (C
30
H
50
O
2
), taraksintin (C
40
H
56
O
4
),
siqmasterin (C
29
H
48
O), n-heptakozan (C
27
H
56
), aĢı maddələri, rutin, hiperozid flavonoidləri, efır
yağı, 2,63% tuesillagin qlikozidi, 6-7% selikli maddə, polisaxaroidlər, insulin və dekstrin, qall, alma
və çaxır turĢuları, 5,18 mq% karotinoid, C vitamini və s. tapılmıĢdır.
Yarpaqlarında 10,20% kül maddəsi, mq/q-la 37,70 - K, 10,90-0,78 - Cu, 0,60 - Zn, 0,27 -
Co, 0,40 - Mo, 0,03 - Cr, 0,07 - Al, 0,05 - Ba, 0,02 - V, 25,00 - Se, 0,21 - Ni, 0,01 - Sr, 0,24 - Pb,
8,00 - Ag, 0,09 - I, 107,10 - Br, 40,00 - B makro və mikroelementləri aĢkar edilmiĢdir.
Bitkinin müalicəvi xüsusiyyətləri qədim romalılara məlum idi. Dioskorid və Plini onun
yarpaqlarından alınan cövhərdən və yaxud onun tüstüsündən öskürəyə qarĢı, Hippokrat isə
bəlğəmgətirici vasitə kimi istifadə etmiĢlər.
Elmi təbabətdə dəvədabanının qurudulmuĢ yarpaqlarını çay kimi dəmləyib soyuqdəymələr
Dostları ilə paylaş: |