Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   114   115   116   117   118   119   120   121   ...   149

235 
 
etməyi məsləhət görürlər. Bu məqsədlə günəbaxan toxumlarından soyuq Ģəraitdə presləmə üsulu ilə 
alınan yağdan istifadə etməyi məsləhət görürlər. Soyuq üsulla alınan yağın rəngi tünd, dadlı və xoĢ 
iyli  olub,  o  tez  bulanan,  tərkibində  bioloji  aktiv  maddələr  itirən,  havada  tez  oksidləĢəndir,  
tərkibində nə qədər çox F vitamini olarsa, yağ o qədər də tez xarab olur. 
Yağın  müalicəvi  xüsusiyyətlrini  nəzərə  alıb  xroniki  xəstəlikləri  olanlar  hər  gün  bir  xörək 
qaĢığı daxilə qəbul etməlidirlər. 
İmmuniteti  artırmaq  üçün,  soyuqdəymə,  parodontoz  və  tonzillit  zamanı.  Səhər  tezdən 
acqarına  1  xörək  qaĢığı  təmizlənməmiĢ  yağı  5-7  dəqiqə  ağzınızda  saxlayıb  tüpürdükdən  sonra 
ağzınızı isti su ilə yaxalayın. 
Avitaminoz  və  hipovitaminoz  zamanı.  Karotin  tərkibli  yağlardan  istifadə  etmək  məsləhət 
görülür. Bunun üçün bir stəkan ərik qurusunu yuyub qurudun. Qurutduqdan sonra üzərinə bir stəkan 
təmizlənmiĢ  yağ  əlavə  edib  7  gün  qaranlıq  yerdə  saxlayın.  Sonra  süzüb  yeməkqabağı  1-2  xörək 
qaĢığı qəbul edin və yaxud salatın üzərinə töküb yeyin. 
Böyrək və öd kisəsi xəstəliklərində (öd yolları xəstəliklərində, öd daşlarının tökülməsində). 
Səhər tezdən acqarına bir xörək qaĢığı təmizlənməmiĢ günəbaxan yağı qəbul etmək məsləhətdir. 
Rinit  və  angina  zamanı.  Stəkanın  1/2  hissəsi  qədər  günəbaxan  yağını  qaynama  dərəcəsinə 
gətirib su hamamında 10 dəqiqə saxlayıb soyudun və üzərinə bir diĢ əzilmiĢ sarımsaq əlavə edib, 8 
saat dəmlədikdən sonra süzüb 3-5 damcı qəbul edin. 
Mədə və onikibarmaq bağırsağın müalicəsi üçün. 3 xörək qaĢğı günəbaxan yağını bankaya 
tökün,  üzərinə  o  qədər  də  araq  əlavə  edib,  ağzını  qapaqla  möhkəm  bağlayın.  Gündə  3  dəfə, 
yeməkdən qabaq bir xörək qaĢığı qəbul edin. 
Artrit,  revmatizm,  miozit,  radikulit  və  paraliç  nəticəsində  baş  verən  qıcolmaları  aradan 
qaldırmaq  üçün.  30  ədəd  dəfnə  yarpağını  xırda  doğrayıb  ĢüĢə  bankaya  tökün,  üzərinə  1  stəkan 
günəbaxan  yağı  əlavə  edin.  10  gün  qaranlıq  və  isti  yerdə  saxlayın.  Süzüb  təmizlədikdən  sonra 
axĢamlar ağrıyan nahiyənin üzərinə sürtüb bağlayın. 
Səs  tutulmalarında.  Stəkanın  1/2  hissəsi  qədər  günəbaxan  yağını  su  hamamında  qızdırıb 
pambıq parçaya hopdurub axĢam və səhər kompres əvəzi kimi istifadə edin. Kompresi götürdükdən 
sonra  udlaq  hissəni  ehtiyatla  masaj  edin.  Bu  əməliyyatdan  sonra  udlaq  sahəsində  qan  dövranı 
yaxĢlaĢacaq və qısa bir müddət ərzində səs öz normal həddinə düĢəcəkdir. 
Günəbaxan  yağından  ağıllı  və  Ģüurlu  surətdə  istifadə  bir  çox  təhlükəli  xəstəlikləri  aradan 
qaldıra bilər. 
Günəbaxanın ayrı-ayrı hissələrindən müalicə preparatlarının hazırlanması. 
Günəbaxanın  toxumları  tam  yetiĢdikdən  sonra  ondan  yağ  almaq  üçün  onun  səbətini  kəsib 
toplamağa  baĢlayırlar.  Müalicə  məqsədilə  gövdə  də  kəsilib  götürülür,  uzunluğu  2  sm  ölçüdə 
doğranıb xırda hissələrə salınır və kölgəli, mehvuran sahələrə sərilib  yaxĢı-yaxĢı qurudulur. Sonra 
kağız və xüsusi materialdan hazırlanmıĢ kisələrə doldurulub yeri gəldikcə istifadə edilir. 
QurudulmuĢ gövdədən 2 ovuc 3 litrlik bankaya töküb üzərinə soyuq su tökün. Bundan sonra 
xammaldan  cövhəri  almaq  üçün  bir  az  saxlayın.  Sonra  suyunu  süzüb  qaynadın.  Səhərə  qədər 
saxlayın. Səhərisi bankadakı ekstraktı süzüb gündə 3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ içsəniz sidik-
cinsiyyət  sistemini,  böyrək,  qalxanabənzər  vəzi  xəstəliklərini  müalicə  etmək  olar.  Müalicəni  1  ay 
aparıb  1  həftə  fasilə  verin.  Ġldə  bu  əməliyyatı  3-4  dəfə  təkrar  edin.  Yadınızda  saxlayın  ki, 
günəbaxanın gövdəsindən hazırlanan ekstrakt kəskin sidikqovucu təsirə malikdir. Bu zaman Ģiddətli 
tərləmə olur,  damarlarda baĢ qaldıran kəskin ağrılar damarlardakı Ģlakların təmizlənməsini göstərir.  
Revmatizmə tutulan hər bir  xəstə ayaqlarını həftədə iki dəfə isti duzlu suya qoyub vanna qəbul edib 
isti  saxlamalıdır.  Sonra  3  ovuc  xammalı 2  litr  duzlu  suya  töküb  saxlayın  və  vannasını  qəbul  edin. 
Vanna  qəbul  edərkən  baĢınızda  kəskin  ağrılar  baĢ  verə  bilər.  Bu  da  orqanizmin  toxuma  və 
orqanlarının Ģlaklardan təmizlənməsinə niĢanədir. 
Günəbaxan ləçəklərindən hazırlanan cövhərindən Ģəkərli diabet zamanı dəridə əmələ gələn 
yara  qabarmalarının  müalicəsində  istifadə  edilir.  10  q  ləçəyini  1  stəkan  qaynar  suya  tökün,  20 
dəqiqə qaynadın və soyudub süzün. Sonra ləçəklərini götürüb yaraların, kəsiklərin, xəstə nahiyənin 
üstünə qoyub sağaldın. Bundan baĢqa çiçəyinin ləçəklərindən alınan cövhərlə qızdırmanı, miqreni 
(qaymoriti), əsəb səpkilərini və s. müalicə edirlər. Bu cür cövhər mədə-bağırsaq sistemində əmələ 


236 
 
gələn  spazmaların  aradan  qalıdırılmasında,  bronxial  astmanın  yüngülləĢdirilməsində  tətbiq  edilir. 
Ġstənilən  ĢüĢə  qabı  götürüb  2/3  hissəsinə  qədər  ləçəklə  doldurub  ağzına  qədər  araq  əlavə  edin. 
Cövhərini aldıqdan sonra 2 həftə ərzində psoriaz olan nahiyələrə sürtün. 
Rusiyada  Ġvan  Qroznının  çarlığı  zamanı  cavan  günəbaxan  ləçəklərindən  dəmləmələr  və 
cövhərlər  hazırlanırdı.  Xalq  təbabəti  ilə  məĢğul  olan  loğmanların  dediyinə  görə  həmin  ekstraktlar 
jenĢenin göstərdiyi təsirə bərabər idi. Bunun üçün 20 q çiçək baĢcığını 100 ml spirtin üzərinə töküb, 
isti yerdə 10 gün saxlayıb süzün. Gündə 3 dəfə, 30-40 damcı qəbul edin. 
Çiy toxumundan qan təzyiqinin, qan damarlarında baş verən sklerotik proseslərin, eləcə 
də sinir sisteminin sakitləşdirilməsində. Yarım litrlik ĢüĢə bankanı ağzına qədər günəbaxan toxumu 
ilə doldurub içərisində 2 litr soyuq su olan emallı qazana tökün. Sonra vam od üzərinə qoyub, 2 saat 
qaynadın. Aldığınız dəmləməni bütün gün ərzində qəbul edin. Müalicə kursunu 14 gün apardıqdan 
sonra 5 gün fasilə verin. Müalicəni sağalana qədər davam etdirin. 
Orqanizmdə olan duzların əridilib kənar edilməsində, artritdə, artrozda, osteoxondrozda, 
böyrəkdə  və  öd  kisəsində  olan  daşların  və  qumların  kənar  edilməsində.  1  stəkan  həcmində 
doğranmıĢ  kökünü  3  litr  suya  töküb  2  dəqiqə  qaynadın.  Aldığınız  bütün  dəmləməni  3  gün 
müddətində  qəbul  edin.  Həmin  kökün  üzərinə  3  litr  su  töküb  5  dəqiqə  qaynatdıqdan  sonra  süzüb 
yenidən  3  gün  qəbul  edin.  3-cü  dəfə  həmin  kökün  üzərinə  yenidən  3  litr  su  töküb  15  dəqiqə 
qaynadıb süzün. Sonra kökü yenidən biĢirin, aldığınız çayı bir ay müddətində içməyi davam etdirin.  
Sidiyin  rəngi  səffaflaĢanda  müalicəni  dayandırın.  Müalicə  zamanı  duzlu,  yağlı  xörəklərin  qəbul 
edilməsi məsləhət görülmür. 
Kök hissəsindən müalicə zamanı. Kök hissəsinin nə vaxt  yerdən çıxarılması haqqında heç 
bir  məlumat  yox  idi.  Uzunmüddətli  təcrübələr  zamanı  müəyyən  olundu  ki,  günəbaxanın  kökünü 
müalicə məqsədləri üçün sentyabrın 15-dən 20-nə kimi, saat 5-7 arası qazıb çıxartmaq lazımdır. Bu 
vaxt o müalicəvi təsirə malik olur. BaĢqa dövrlərdə kökün müalicəvi təsiri çox effektli olmur. 
Günəbaxanın  səbət  hissəsiııdən  alınan  ekstraktdan  böyrək,  mədə  və  onikibarmaq 
bağırsaq,  öd  vəzisi  xəstəliklərini  müalicə  etmək  üçün.  Səbətdəki  toxumlar  yetiĢməyə  baĢlayanda 
onu kəsib, ləçəklərini qoparıb atın, bütün səbəti xırdalayıb ət maĢınından keçirin. AlınmıĢ kütlədən 
götürüb  Ģəkər  tozu  ilə  1:1  nisbətində  qarıĢdırıb  ĢüĢə  bankalara  doldurun.  Sonra  ağzını  təmiz  ağ 
kağızla  bağlayın.  Qapaqdan  istifadə  etmək  olmaz.  Aldığınız  kütlədən  aĢağıdakı  qaydada  istifadə 
edin: 
Ciyər,  onikibarmaq  bağırsaq,  öd  kisəsi  xəstəliklərinin  müalicəsində:  1  çay  qaĢığı 
qarıĢıqdan 1 stəkan çayın və yaxud qəhvənin içərisinə töküb qarıĢdırın və gündə 3 dəfə qəbul edin. 
Müalicə kursunu 1 aya qədər davam etdirin. 
 
Yeralması – Helianthus tuberosus L. 
 
Yeralmasının  ikinci  adı  topinamburdur.  Topinambur  öz  adını  ġimali  Amerikada 
«tupinamba»  adlanan  hindu  tayfasından  götürüb.  Hindular  yeralmasını  çox  qiymətli,  güc  verən 
müalicəvi  bitki  hesab  edirlər.  Yeralmasından  əvvəllər  Hollandiya  və  Ġsveçdə  müalicə  məqsədləri 
üçün  geniĢ  istifadə  olunmuĢdur.  Orada  yeralmasını  kərə  yağı  və  çaxırda  biĢirib,  alınmıĢ  kütlədən 
ürək  xəstəliklərinin  müalicəsində  istifadə  edirmiĢlər.  Çin  təbibləri  enterit,  dizenteriya,  düz 
bağırsağın  selikli  qiĢasınm  iltihabı  xəstəlikləri  zamanı  gündə  bir  ədəd  yeralması  yeməyi  məsləhət 
görürlər.  Sınıqlar  zamanı  isə  yeralmasının  yarpaqlarını  xırdalayıb  sıyıq  Ģəklində  zədəli  nahiyələrə 
qoyurlar. 
 XVII 
əsrdə 
ruslar 
topinamburu 
yerarmudu 
adlandırmıĢlar.  Rus  təbibləri  bu  bitkinin  kök  yumrularının 
çaxırla  qarıĢdırılmıĢ  məhlulunu  ürək-damar  xəstəliklərinin 
müalicəsində istifadə edirmiĢlər.  O vaxtlar bu bitkidən çiban və 
yaraların  müalicəsində  də  tətbiq  edilirdi.  Bunun  üçün  tənzifı 
yeralması  kökünün  Ģirəsində  isladıb  zədəli  nahiyələrə  kompres 
qoyub,  axĢamdan  sərəhərə  qədər  saxlayırlar.  Bu  müalicəvi 
bitkinin  köməyi  ilə  oynaq  və  onurğa  sütunu  ağrlarından  azad 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə