235
etməyi məsləhət görürlər. Bu məqsədlə günəbaxan toxumlarından soyuq Ģəraitdə presləmə üsulu ilə
alınan yağdan istifadə etməyi məsləhət görürlər. Soyuq üsulla alınan yağın rəngi tünd, dadlı və xoĢ
iyli olub, o tez bulanan, tərkibində bioloji aktiv maddələr itirən, havada tez oksidləĢəndir,
tərkibində nə qədər çox
F vitamini olarsa, yağ o qədər də tez xarab olur.
Yağın müalicəvi xüsusiyyətlrini nəzərə alıb xroniki xəstəlikləri olanlar hər gün bir xörək
qaĢığı daxilə qəbul etməlidirlər.
İmmuniteti artırmaq üçün, soyuqdəymə, parodontoz və tonzillit zamanı. Səhər tezdən
acqarına 1 xörək qaĢığı təmizlənməmiĢ yağı 5-7 dəqiqə ağzınızda saxlayıb tüpürdükdən sonra
ağzınızı isti su ilə yaxalayın.
Avitaminoz və hipovitaminoz zamanı. Karotin tərkibli yağlardan istifadə etmək məsləhət
görülür. Bunun üçün bir stəkan ərik qurusunu yuyub qurudun. Qurutduqdan
sonra üzərinə bir stəkan
təmizlənmiĢ yağ əlavə edib 7 gün qaranlıq yerdə saxlayın. Sonra süzüb yeməkqabağı 1-2 xörək
qaĢığı qəbul edin və yaxud salatın üzərinə töküb yeyin.
Böyrək və öd kisəsi xəstəliklərində (öd yolları xəstəliklərində, öd daşlarının tökülməsində).
Səhər tezdən acqarına bir xörək qaĢığı təmizlənməmiĢ günəbaxan yağı qəbul etmək məsləhətdir.
Rinit və angina zamanı. Stəkanın 1/2 hissəsi qədər günəbaxan yağını qaynama dərəcəsinə
gətirib su hamamında 10 dəqiqə saxlayıb soyudun və üzərinə bir diĢ əzilmiĢ sarımsaq əlavə edib, 8
saat dəmlədikdən sonra süzüb 3-5 damcı qəbul edin.
Mədə və onikibarmaq bağırsağın müalicəsi üçün. 3 xörək qaĢğı günəbaxan yağını bankaya
tökün, üzərinə o qədər də araq əlavə edib, ağzını qapaqla möhkəm bağlayın. Gündə 3 dəfə,
yeməkdən qabaq bir xörək qaĢığı qəbul edin.
Artrit, revmatizm, miozit, radikulit və paraliç nəticəsində baş verən qıcolmaları aradan
qaldırmaq üçün. 30 ədəd dəfnə yarpağını xırda doğrayıb ĢüĢə bankaya tökün, üzərinə 1 stəkan
günəbaxan yağı əlavə edin. 10 gün qaranlıq və isti yerdə saxlayın. Süzüb təmizlədikdən sonra
axĢamlar ağrıyan nahiyənin üzərinə sürtüb bağlayın.
Səs tutulmalarında. Stəkanın 1/2 hissəsi qədər günəbaxan yağını su hamamında qızdırıb
pambıq parçaya hopdurub axĢam və səhər kompres əvəzi kimi istifadə edin. Kompresi götürdükdən
sonra udlaq hissəni ehtiyatla masaj edin. Bu əməliyyatdan sonra udlaq sahəsində qan dövranı
yaxĢlaĢacaq və qısa bir müddət ərzində səs öz normal həddinə düĢəcəkdir.
Günəbaxan yağından ağıllı və Ģüurlu surətdə istifadə bir çox təhlükəli xəstəlikləri aradan
qaldıra bilər.
Günəbaxanın ayrı-ayrı hissələrindən müalicə preparatlarının hazırlanması.
Günəbaxanın toxumları tam yetiĢdikdən sonra ondan yağ almaq üçün onun səbətini kəsib
toplamağa baĢlayırlar. Müalicə məqsədilə gövdə də kəsilib götürülür, uzunluğu 2 sm ölçüdə
doğranıb xırda hissələrə salınır və kölgəli, mehvuran sahələrə sərilib yaxĢı-yaxĢı qurudulur. Sonra
kağız və xüsusi materialdan hazırlanmıĢ kisələrə doldurulub yeri gəldikcə istifadə edilir.
QurudulmuĢ gövdədən 2 ovuc 3 litrlik bankaya töküb üzərinə soyuq su tökün. Bundan sonra
xammaldan cövhəri almaq üçün bir az saxlayın. Sonra suyunu süzüb qaynadın. Səhərə qədər
saxlayın. Səhərisi bankadakı ekstraktı süzüb gündə 3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ içsəniz sidik-
cinsiyyət sistemini, böyrək, qalxanabənzər vəzi xəstəliklərini müalicə etmək olar. Müalicəni 1 ay
aparıb 1 həftə fasilə verin. Ġldə bu əməliyyatı 3-4 dəfə təkrar edin. Yadınızda saxlayın ki,
günəbaxanın gövdəsindən hazırlanan ekstrakt kəskin sidikqovucu təsirə malikdir. Bu zaman Ģiddətli
tərləmə olur, damarlarda baĢ qaldıran kəskin ağrılar damarlardakı Ģlakların təmizlənməsini göstərir.
Revmatizmə tutulan hər bir xəstə ayaqlarını həftədə iki dəfə isti duzlu
suya qoyub vanna qəbul edib
isti saxlamalıdır. Sonra 3 ovuc xammalı 2 litr duzlu suya töküb saxlayın və vannasını qəbul edin.
Vanna qəbul edərkən baĢınızda kəskin ağrılar baĢ verə bilər. Bu da orqanizmin toxuma və
orqanlarının Ģlaklardan təmizlənməsinə niĢanədir.
Günəbaxan ləçəklərindən hazırlanan cövhərindən Ģəkərli diabet zamanı dəridə əmələ gələn
yara qabarmalarının müalicəsində istifadə edilir. 10 q ləçəyini 1 stəkan qaynar suya tökün, 20
dəqiqə qaynadın və soyudub süzün. Sonra ləçəklərini götürüb yaraların, kəsiklərin, xəstə nahiyənin
üstünə qoyub sağaldın. Bundan baĢqa çiçəyinin ləçəklərindən alınan cövhərlə qızdırmanı, miqreni
(qaymoriti), əsəb səpkilərini və s. müalicə edirlər. Bu cür cövhər mədə-bağırsaq sistemində əmələ
236
gələn spazmaların aradan qalıdırılmasında, bronxial astmanın yüngülləĢdirilməsində tətbiq edilir.
Ġstənilən ĢüĢə qabı götürüb 2/3 hissəsinə qədər ləçəklə doldurub ağzına qədər araq əlavə edin.
Cövhərini aldıqdan sonra 2 həftə ərzində psoriaz olan nahiyələrə sürtün.
Rusiyada Ġvan Qroznının çarlığı zamanı cavan günəbaxan ləçəklərindən dəmləmələr və
cövhərlər hazırlanırdı. Xalq təbabəti ilə məĢğul olan loğmanların dediyinə görə həmin ekstraktlar
jenĢenin göstərdiyi təsirə bərabər idi. Bunun üçün 20 q çiçək baĢcığını 100 ml spirtin üzərinə töküb,
isti yerdə 10 gün saxlayıb süzün. Gündə 3 dəfə, 30-40 damcı qəbul edin.
Çiy toxumundan qan təzyiqinin, qan damarlarında baş verən sklerotik proseslərin, eləcə
də sinir sisteminin sakitləşdirilməsində. Yarım litrlik ĢüĢə bankanı ağzına qədər
günəbaxan toxumu
ilə doldurub içərisində 2 litr soyuq su olan emallı qazana tökün.
Sonra vam od üzərinə qoyub, 2 saat
qaynadın. Aldığınız dəmləməni bütün gün ərzində qəbul edin. Müalicə kursunu 14 gün apardıqdan
sonra 5 gün fasilə verin. Müalicəni sağalana qədər davam etdirin.
Orqanizmdə olan duzların əridilib kənar edilməsində, artritdə, artrozda, osteoxondrozda,
böyrəkdə və öd kisəsində olan daşların və qumların kənar edilməsində. 1 stəkan həcmində
doğranmıĢ kökünü 3 litr suya töküb 2 dəqiqə qaynadın. Aldığınız bütün dəmləməni 3 gün
müddətində qəbul edin. Həmin kökün üzərinə 3 litr su töküb 5 dəqiqə qaynatdıqdan sonra süzüb
yenidən 3 gün qəbul edin. 3-cü dəfə həmin kökün üzərinə yenidən 3 litr su töküb 15 dəqiqə
qaynadıb süzün. Sonra kökü yenidən biĢirin, aldığınız çayı bir ay müddətində içməyi davam etdirin.
Sidiyin rəngi səffaflaĢanda müalicəni dayandırın. Müalicə zamanı duzlu, yağlı xörəklərin qəbul
edilməsi məsləhət görülmür.
Kök hissəsindən müalicə zamanı. Kök hissəsinin nə vaxt yerdən çıxarılması haqqında heç
bir məlumat yox idi. Uzunmüddətli təcrübələr zamanı müəyyən olundu ki, günəbaxanın kökünü
müalicə məqsədləri üçün sentyabrın 15-dən 20-nə kimi, saat 5-7 arası qazıb çıxartmaq lazımdır. Bu
vaxt o müalicəvi təsirə malik olur. BaĢqa dövrlərdə kökün müalicəvi təsiri çox effektli olmur.
Günəbaxanın səbət hissəsiııdən alınan ekstraktdan böyrək, mədə və onikibarmaq
bağırsaq, öd vəzisi xəstəliklərini müalicə etmək üçün. Səbətdəki toxumlar yetiĢməyə baĢlayanda
onu kəsib, ləçəklərini qoparıb atın, bütün səbəti xırdalayıb ət maĢınından keçirin. AlınmıĢ kütlədən
götürüb Ģəkər tozu ilə 1:1 nisbətində qarıĢdırıb ĢüĢə bankalara doldurun. Sonra ağzını təmiz ağ
kağızla bağlayın. Qapaqdan istifadə etmək olmaz. Aldığınız kütlədən aĢağıdakı qaydada istifadə
edin:
Ciyər, onikibarmaq bağırsaq, öd kisəsi xəstəliklərinin müalicəsində: 1 çay qaĢığı
qarıĢıqdan 1 stəkan çayın və yaxud qəhvənin içərisinə töküb qarıĢdırın və gündə 3 dəfə qəbul edin.
Müalicə kursunu 1 aya qədər davam etdirin.
Yeralması – Helianthus tuberosus L.
Yeralmasının ikinci adı topinamburdur. Topinambur öz adını ġimali Amerikada
«tupinamba» adlanan hindu tayfasından götürüb. Hindular yeralmasını çox qiymətli, güc verən
müalicəvi bitki hesab edirlər. Yeralmasından əvvəllər Hollandiya və Ġsveçdə müalicə məqsədləri
üçün geniĢ istifadə olunmuĢdur. Orada yeralmasını kərə yağı və çaxırda biĢirib, alınmıĢ kütlədən
ürək xəstəliklərinin müalicəsində istifadə edirmiĢlər. Çin təbibləri enterit, dizenteriya, düz
bağırsağın selikli qiĢasınm iltihabı xəstəlikləri zamanı gündə bir ədəd yeralması yeməyi məsləhət
görürlər. Sınıqlar zamanı isə yeralmasının yarpaqlarını xırdalayıb sıyıq Ģəklində zədəli nahiyələrə
qoyurlar.
XVII
əsrdə
ruslar
topinamburu
yerarmudu
adlandırmıĢlar. Rus təbibləri bu bitkinin kök yumrularının
çaxırla qarıĢdırılmıĢ məhlulunu ürək-damar xəstəliklərinin
müalicəsində istifadə edirmiĢlər. O vaxtlar bu bitkidən çiban və
yaraların müalicəsində də tətbiq edilirdi. Bunun üçün tənzifı
yeralması kökünün Ģirəsində isladıb zədəli nahiyələrə kompres
qoyub, axĢamdan sərəhərə qədər saxlayırlar. Bu müalicəvi
bitkinin köməyi ilə oynaq və onurğa sütunu ağrlarından azad