Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə117/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   113   114   115   116   117   118   119   120   ...   149

233 
 
«1866-cı  ilin  qorxusu,  heç  bir  Ģeylə  müqayisə  olunmaz,  bədbəxtçilik  gələrək,  yağ  sənayesini 
tamamilə tənəzzülə uğratdı. Belə ki, hər il min pudlarla yağ satılan bazar olan Alekseyevka bazarı 
boĢaldı.  KasıblaĢmıĢ  adamlar  çörək almağa  belə  pul  tapa  bilmədilər.  Ġnsanlar  çıxılmaz  vəziyyətdə 
qalaraq,  bu  dəhĢətli  «parazitə»  qarĢı  necə  mübarizə  aparmağın  yolları  haqqında  düĢünürdülər.  Bu 
arzuolunmaz  «parazit»  günəbaxan  bitkisinin  Ģirəsini  sorub  onun  axırına  çıxırdı.  Hər  ildə  yağ 
istehsalı  zamanı  Saratovdan  Moskvaya,  Peterburqa  və  s.  Ģəhərlərə,  müxtəlif  quberniyalardan  250-
300 min puda qədər yağ göndərildiyi halda, 1869-cu ildə ancaq 40 pud göndərilmiĢdir. Bir çox yağ 
zavodları toxumun çatıĢmazlığı üzündən öz iĢlərini dayandırmıĢdır. 
BaĢ  vermiĢ  bu  ağır  vəziyyətdən  çıxıĢ  yolunu  ancaq  xalq  seleksiyaçıları  tədricən  tapmağa 
baĢladı.  Belə  ki,  əkinçilər  sahələrdə  pas  göbələyinə  qarĢı  davamlı  olan  yaĢıl  yarpaqlı  günəbaxan 
bitkilərinin  tək-tək  olsa  da  qaldıqlarını  nəzərlərindən  qaçırmadılar.  Bu  davamlı  günəbaxan 
toxumlarından xalq seleksiyaçıları  pas göbələyinə qarĢı yeni davamlı günəbaxan sortu əldə etdilər. 
Bu sorta yarpağının rənginə görə «yaĢıl» adı veımiĢdilər. Günü-gündən   günəbaxan  bitkisinin  əkin 
sahələri  geniĢləndirilirdi.  Bir  azdan  sonra  ikinci  bədbəxtçilik  baĢ  verdi.  Hər  yerə  yayılan  yeni 
parazit  «qurdcuğaz»  peyda  oldu.  Bu  xəstəlik  nə  bitkinin  gövdəsində,  nə  də  yarpağında  görünürdü 
bu  ancaq  bitkinin  kökündə  parazitlik  edərək,  onun  qidasını  «əlindən  alıb»  özü  yeyirdi.  Bunun 
nəticəsində  göz  görə-görə  bitki  məhv  olmağa  baĢlayırdı.  Parazitin  məhvedici  kiçik  sporları  külək 
vasitəsilə  çox  uzaq  məsafələrə  yayılaraq,  torpaq  və  otların  içərisində  gizlənərək  əlverĢli  Ģəraitdə 
yenidən  inkiĢaf  edib,  əkin  sahələrini  məhv  edirdi.  Parazit  8-10  il  dinclik  vəziyyətdə  olmasına 
baxmayaraq öz yaĢama qabiliyyətini saxlayırdı. Bir çox torpaq sahələri bu parazitlə yoluxduğundan  
bu  yerlərə  günəbaxan  toxumu  əkmək  hədər  idi.  Bu  parazitə  qarĢı  kimyəvi  mübarizə  üsulu  məlum 
olmadığı üçün, ancaq aqrotexniki üsullarla mübarizə aparırdı. Belə ki, əkin sahələrində olan bitkilər 
kökündən çıxarılır, bir yerə toplanır, yandırılır, dərin Ģum edilərək, dondurma iĢləri aparmaqla və s. 
mübarizə tədbirləri görülürdü. Buna  baxmayaraq parazit inkiĢaf edib, öz «düĢmənçiliyini» davam 
etdirirdi. Yenə də əkinçilərin köməyinə xalq seleksiyaçıları gəldi. 
Belə  ki,  xalq  seleksiyaçıları  bu  zaman  təbii  və  süni  seçmə  üsulları  hazırlayaraq,  xəstəliyə 
qarĢı  davamlı  sortlar  yaratmaq  üzərində  gərgin  iĢ  apramağa  baĢladılar.  Lakin  bir  xəstəliyə  qarĢı 
mübarizə  aparıb  qurtarmamıĢ,  o  biri  xəstəlik  əmələ  gəlirdi.  Ġndi  də  günəbaxan  güvəsi  əmələ 
gəlməkdədir.  Bu  güvələr  günəbaxan  səbətinə  daxil  olub, toxumları  yeməyə  baĢlayır,  bitkini  məhv 
edirdilər.  Saratov  quberniyasında  əkilən günəbaxan  sahəsi  əsas etibarilə  güvə  parazit  ilə  tamamilə 
məhv  edilmiĢdir.  Buna  qarĢı  mübarizə  ancaq  tarlalarda  olan  xəstə  bitkiləri  yandırmaqla  həyata 
keçirilirdi. Alınan kül isə zavodlara göndərilib, potaĢ istehsal olunurdu. Bu dövrlərdə günəbaxanın 
əkin sahəsi kəskin surətdə azalmağa baĢladı. Bu dəfə də güvəyə qarĢı mübarizə üsulunu saratovlu 
aqronom  Ġ.M.Karzin  tapdı.  O,  müxtəlif  günəbaxan  sortlarını  güvəyə  qarĢı  sınaqdan  keçirməyə 
baĢladı. Nəhayət, buna qarĢı davamlı Kaliforniyada bəzək məqsədi ilə əkilən günəbaxan sortu oldu. 
Bu  budaqlanan,  çoxlu  kiçik  səbətçiyi  olan  çoxləçəkli  günəbaxan  idi.  Əksər  çiçəkləri  toxum 
vermirdi, lakin yuxarı çiçəklərdə güvəyə qarĢı davamlı toxumlar əmələ gəlməyə baĢladı. Aqronom 
Karzin  çarpazlaĢma  üsulu  ilə  bu  dekorativ  sortlardan  yüksək  yağlılıq  xüsusiyyətinə  malik  sortlar 
əldə etmiĢdir. 
Toxumların  qabığı  öyrənilərkən isbat edildi  ki,  onun tərkibində  zəngin  karbon  birləĢmələri 
vardır. Bu qabıq o qədər qalın olur ki, tırtıl gənəsi onu kəsib toxumunu məhv edə bilmirdi. 
Bu davamlı sortun meydana gəlməsi ilə əlaqədar 1913-cü illərdə günəbaxanın əkin sahələri 
yenidən  geniĢləndirilərək  bir  milyon  hektara  çatdırılmıĢdı.  Beləliklə,  rus  kəndlisi  tərəfindən 
«Amerika yabanısı» əvvəlcə park, bağ və bağçaların bəzədilməsində, sonralar yemək uçün, nəhayət 
yağ  istehsalı  sahəsi  kimi  inkiĢaf  etdirilmiĢdir.  Rusiyada  günəbaxan  təsərrüfatını  inkiĢaf  etdirmək 
üçün  əkinçilərə  seleksiyaçı-alimlər  öz  kömək  əllərini  əsirgəməmiĢlər.  Bu  dövrdə  bir  çox  təcrübə 
stansiyaları yaradılaraq, baĢqa taxıl bitkilərilə yanaĢı günəbaxan bitkiləri üzrə də elmi tədqiqat iĢləri 
aparılaraq  yeni-yeni  məhsuldar  və  müxtəlif  xəstəliklərə  qarĢı  davamlı  sortlar  yaradılması  üçün 
gərgin  əmək  sərf  edilmiĢdir.  1912-1913-cü  illərdə  Saratov  təcrübə  stansiyasında  seleksiyaçılar 
tərəfindən  Saratov  169,  Xarkov-76,  «YaĢılı»  sortu  əldə  edilmiĢdir.  Bu  zaman  tezyetiĢən, eləcə  də 
Sibirin Ģaxtasına davamlı sortlar  yaradılmıĢdır. Bu bitkilər əvvəlki sortlardan müxtəlif xəstəliklərə 
qarĢı  davamlı  və  məhsuldar  olmaları  ilə  fərqlənirdilər.  Sovet  seleksiyaçı  alimlərinin  ən  böyük 


234 
 
nailiyyəti yüksək yağlılığa malik sortların yaradılıb, əkinçilərin ixtiyarına vermələri olmuĢdur. 
V.S.Pustavoyanın  təĢəbbüsü  ilə  1972-ci  ildə  Kuban  kənd  təsərrüfatı  məktəbi,  Krasnodar 
vilayətində isə «Kruqlik» adı altında təcrübə stansiyası  yaradılmıĢdır. Bunlar da inkiĢaf etdirilərək 
1932-ci ildə Ümumittifaq elmi-tədqiqat yağlı bitkilərin mədəni hala keçirilməsi ilə məĢğul olan yeni 
institut yaradılmıĢdı. Bu dövrlərdə Saratov və Voronejdə olan təcrübə stansiyalarının hamısı Kuban 
vilayətində mərkəzləĢdirilmiĢdi. 
V.S.Pustavoy  birinci  dəfə  «Kruqlik  A-41»  sortu  yaratmıĢdır.  Bu  sortun  toxumunun 
tərkibində  36%-ə  qədər  yağ  olmuĢdur.  Bu  əvvəlki  sortlara  nisbətən  3-6%  çox  idi.  30-cu  illərin 
axırlarında  onun  yaradıtdığı  baĢqa  bir  günəbaxan  sortunun  tərkibində  isə  38-40%  yağ  aĢkar 
edilmiĢdir.  Bu  sort  mütəxəssisləri  təəccübünə  səbəb  olmuĢdur.  50-ci  illərdə  isə  V.S.Pustavoy  öz 
əməkdaĢları  ilə  birlikdə  toxumunun  tərkibində  42,15%  yağ  saxlayan  yeni  sort  da  eldə  etmiĢdilər. 
60-cı  illərdə  isə  toxumunun  tərkibində  48,0-52,5,  bəzisində  isə  57%  yağ  saxlayan  ―qabaqcıl‖ 
günəbaxan  sortu  yaranmıĢdır.  Bu  sort  baĢqa  sortlardan  məhsuldarlığına,  xəstəliklərə    davamlığına 
görə fərqlənirdi. 
Xalq seleksiyaçıları tərəfindən yaradılan yeni sortlar pas göbələklərinə qarĢı çox davamlı və 
yüksək  məhsuldar  olmuĢlar.  Buna  baxmayaraq  pas  göbələyi  xəstəliyi  yenə  də  tək-tək  hallarda 
özünü  göstərirdi.  V.S.Pustavoy  bu  problemlə  məĢğul  olmağa  baĢladı.  O,  ABġ-ın  Texas  Ģtatından 
gətirdiyi  yabanı  növü  baĢqa  bir  məhsuldar  günəbaxan  sortu  ilə  çarpazlaĢdırmıĢ,  lakin  çox 
budaqlanan  və  kiçik  səbətləri  olan  günəbaxan  forması  əldə  etmiĢdir.  O,  təcrübələrini  davam 
etdirərək, pas göbələyinə qarĢı davamlı və məhsuldar yeni sort əldə etməyə nail olmuĢdur. Pustovoy 
bu  sortunu  sovet  seleksiyasının  Ģahı  adlandırdı.  Hal-hazırda  bu  sort  Ukrayna  və  Kuban,  Saratov, 
Volqoqrad,  Voronej  vilayətlərində  geniĢ  əkilib-becərilir.  Bunu  hətta  Bolqarıstan,  Macarıstan, 
Rumıniya, Fransa və bir sıra Qərbi Avropa ölkələrində, hətta ABġ-da əkib-becərməyə baĢlamıĢlar. 
Ġlk  dəfə  Voronej  alimləri  (seleksiyaçıları)  tərəfindən  əkilən  günəbaxan  dünya  əkinçilik 
mədəniyyətində birinci yerə çıxmıĢdı. Belə ki, hər hektar sahədən alınan məhsuldan 15 sentner yağ 
əldə edilir. Bu qədər məhsul hal-hazırda dünyanın heç bir ölkəsində əldə edilməmiĢdir. Aqrotexnika 
elminin yeniliklərinə əsaslanaraq, günəbaxan bitkisinin məhsuldarlığı hər hektar sahədən (1913-cü 
ilə nisbətən) 12-13% artıq toxum əldə edilməsinə səbəb olmuĢdur. Qabaqcıl təsərrüfatlar hər hektar 
sahədən 20 sentnerdən artıq toxum əldə etməyə nail olmuĢlar ki, bu da 1 tondan artıq yağ deməkdir. 
XTNS-də  Krasnodar  vilayəti  hər  hektardan  30  sentner  toxum  məhsulu  verən  günəbaxan  sortu 
nümayiĢ etdirmiĢdi. 
Seleksiyaçı  alimlər  bugünkü  nailiyyətlərilə  kifayətlənməyərək,  yeni-yeni  məhsuldar,  tez 
yetiĢən hündürlüyü 100 sm olan günəbaxan sortları yaratmaq üzərində gərgin iĢ aparırlar. Onlar elə 
sortlar yaratmaq istəyirlər ki, hal-hazırda hər hektar sahəyə əkilən 20-60 min ədəd əvəzinə 100 min 
bitki əkmək mümkün olsun. Bundan əlavə mal-qaranın yem bazasını möhkəmləndirmək məqsədilə 
silos  hazırlamaq  üçün  yeni  sortlar  əldə  edilərək  kənd  əməkçilərinin  öhdəsinə  verilmiĢdir.  Bu 
məqsədlə seleksiyaçı alimlər tərəfindən silos məqsədi ilə istifadə olunan «Giqant-  549»  sortu əldə 
edilmiĢdir.  Bu  sort  hər  hektar  sahədən  1000  sentner  yaĢıl  kütlə  əldə  etməyə  imkan  verir. 
Gövdəsində  40-dan  artıq  budağı  olur.  Bu  sort  öz  keçmiĢ  yabanı  növünü  xatırlatmaqla  yanaĢı 
budaqlarının sayı və məhsuldarlığı ilə ondan fərqlənir. 
Günəbaxanın  qiymətli  yağ,  dərman,  boyaq,  yem  və  s.  əhəmiyyətini  nəzərə  alıb 
respublikamızda bitkinin geniĢ əkin sahələrinin təĢkil edilməsi də məqsədəuyğun olardı. 
Günəbaxaıı yağından müalicə preparatlarının hazırlanması. 
Günəbaxan  yağı müalicəvi xüsusiyyətlərinə görə tibb mütəxəssisləri tərəfindən çox  yüksək 
qiymətləndirilmiĢdir.  Belə  ki,  günəbaxan  yağının  tərkibi  heyvan  yağlarından  fərqli  olaraq 
doymamıĢ  yağlarla  zəngindir.  Ona  görə  də  qida  məhsullarının  hazırlanmasında  ən  çox  günəbaxan 
yağından  istifadə  olunmasını məsləhət  görürlər.  Çünki  günəbaxan  yağı  damarların  divarlarına  heç 
bir ziyanlı təsir göstərmir. Bundan baĢqa günəbaxan  yağı bir də ona görə qiymətli sayılır ki, onun 
tərkibində  çoxlu  miqdarda  F  vitamini  vardır.  Bunun  orqanizmdə  çatıĢmazlığı  nəticəsində  mədə-
bağırsaqların  selikli  qiĢasına,  damarların  zədələnməsinə  (sklerozdan  infarkta  qədər),  artrit,  qara 
ciyərin xroniki xəstəliyinə, orqanizmin zəifləməsinə səbəb olur. Ona görə də orqanizmdə baĢ verən 
bu  mənfi  xüsusiyyətləri  aradan  qaldırmaq  üçün  hər  gün  1-3  xörək  qaĢığı  günəbaxan  yağı  qəbul 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə