Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.

səhifə114/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
1   ...   110   111   112   113   114   115   116   117   ...   149

227 
 
əlaqədardır. 
Tədqiqat nəticəsində müəyyənləĢdirilmiĢdir ki, qatlı quruçiçəyin çiçəklərindən qara ciyər, öd 
kisəsi və öd yollarının kəskin və xronoki xəstəliklərində dərman kimi ayrılıqda və baĢqa qarıĢıqlarla 
birlikdə  istifadə  etmək  olar.  Ev  Ģəraitində  bu  çiçəyin  dəmləməsindən  istifadə  etmək  daha 
məqsədəuyğundur. Bunun üçün iki xörək qaĢığı çicəyin üzərinə 2 stəkan qaynar su töküb vam odda 
15 dəqiqə dəmlədikdən sonra 45 dəqiqə saxlayıb  süzün,  yeməkdən  yarım saat qabaq gündə  yarım 
stəkan  qəbul  etmək  məsləhət  görülür.  Müalicə  kursu  xəstəliyin 
gediĢindən asılı olaraq 2-3 həftə davam etdirilir. Qatlı quruciçək 
çiçəklərinin  müalicəvi  təsiri  qara  ciyər,  öd  kisəsi  və  öd  yolları 
xəstəliklərində  geniĢ  istifadə  edilən  alloxol,  xoloqon,  xolosas, 
xolenzim dərmanlarından daha üstün sayılır. 
Qatlı  quruçiçək  dəmləməsini  qəbul  etdikdən  sonra  öd 
turĢusunun  bağırsaqlara  axması  yaxĢılaĢır,  öd  turĢusunun  və 
bilirubinin  öddə  qatılığı  azalır,  mədənin  və  mədəaltı  vəzinin 
sekretor  funksiyası  nizamlanır.  Xəstənin  qara  ciyər  nahiyəsində 
ağrı  azalır,  onun  həcmi  normaya  düĢür,  ürəkbulanma,  qusma, 
köpmə, mədə pozğunluğu halları aradan qalxır. 
Solmazçiçəkdən  flamin  adlı  həblər  də  hazırlanır. 
Ödqovucu  çay  kimi  də  ödotu  məsləhətdir.  Bunun  üçün 
ödotundan  3  qram,  nanə  yarpağından  2  q  götürüb,  üzərinə  bir 
stəkan  qaynar  su  löküb  ağzını  örtün  və  20  dəqiqə  dəmə 
qoyduqdan  sonra  süzün.  Dəmləmədən  ilıq  halda,  gündə  3  dəfə,  yeməkdən  qabaq  hər  dəfə  yarım 
stəkan içmək məsləhətdir. 
Azərbaycan  florasında  rast  gəlinən  bütün  quruçiçək  (solmazçiçək)  növlərindən  müalicə 
məqsədləri üçün istifadə etmək olar. 
 
Qumsal quruçiçək (solmazçiçək) – Helichrysum arenarium (L.) Moench 
 
Qumsal  quruçiçək  (solmazçiçək)  -  Helichrysum  arenarium  (L.)  Moench.  Bu,  hündürlüyü 
20-30 sm olan gövdələri ağ yumĢaq tüklərlə əhatə olunan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları 
uzunsov-tərs  yumurtavari  olduğu  halda,  gövdə  yarpaqları 
xətvaridir.  Dairəvi  səbəti  sıx  qalxanvari  süpürgədə  toplanmıĢdır. 
Bütün  yarpaqcıqları  qatlanmıĢ  pərdəvari,  limonu-sarı,  nadir 
hallarda  isə,  narıncı  rəngdədir.  Daxildə  olan  çiçəkləri  boruvari, 
ikicinsli,  kənarları  sapvari-boru  formasında  olub,  meyvəsi  kəkilli 
toxumcadır.  Ġyun-avqustda  çiçək  açır,  avqust-sentyabrda  meyvə 
verir. 
 Çiçəklərinin  tərkibində 
6,5%-ə 
qədər 
saliurirpozid 
(C
21
H
22
O,
0
,  bu  da  hidroliz  olunaraq  naringeninə  (C
15
H
12
O
5
)  və 
qlükozaya 
(C
6
H
12
O
6
) 
çevrilir), 
5-diqlükozid 
naringenin 
(C
27
H
32
O
15
);  3-diqlükozid  kempferol  (C
27
H
30
O
16
),  qlükozid 
apigenin  (C
21
H
20
O
10
),  izosalirurpozid  (C
12
H
22
O
10
)  və  s.  maddələr 
tapılmıĢdır.  Bundan  əlavə  çiçəklərinin  tərkibində  5,7-dioksiftalid 
(C
8
H
6
O
4
),  steroid  təbiətli  C
27
H
46
O,  C
35
H
58
O
7
  birləĢmələri, 
həmçinin fenol təbiətli C
18
H
16
O
7
 və C
21
H
24
O
7
 boyaq maddələri, piy turĢuları, inozit, 0,04%-ə qədər 
efır yağı və s. maddələr aĢkar edilmiĢdir. 
Solmazçiçəyi çiçəklərinin tərkibində 1,32% kül, mq/q-la: K - 16,30, Ca - 700, Mg - 1,20, Fe 
- 0,13 makroelementləri, mkq/q-la: Mn - 0,38, Cu - 0,51, Zn - 0,39, Cr - 0,08, Al - 0,03, Se - 17,10, 
Ni - 0,17, Sr - 0,38, Pb - 0,02, B - 85,20 mikroelementləri aĢkar edilmiĢdir. Yerüstü hissələrdən isə 
19,48% kül, mq/q-la: K - 28,00, Ca - 9,40, Mg - 2,70, Fe - 1,70 makroelementləri, mkq/q-la: Mn - 
0,27, Cu - 0,40, Zn - 0,71, Co - 0,44, Mo - 2,20, Cr - 0,66, Al - 1,21, Ba - 0,78, V - 0,32, Se - 5,70, 
Ni - 0,34, Sr - 0,07, Pb - 0,09, B - 21,20 və s. mikroelementləri tapılmıĢdır. 


228 
 
Qumsal solmazçiçəyi S.P.Pavlovun laboratoriyasında elmi əsaslarla öyrənilməyə baĢlanmıĢ, 
kliniki  təcrübələr  30-cu  illərdə  aparılmıĢdır.  Təcrübələr  nəticəsində  məlum  olmuĢdur  ki,  qumsal 
solmazçiçəyindən  alınan  preparatların  köməyi  ilə  böyrək,  öd  kisəsi  və  öd  yollarını  müalicə etmək 
olar.  Ye.Yu.ġass  tərəfindən  aparılan  tibbi  təcrübələr  zamanı  isbat  olunmuĢdur  ki,  bitkidən  alınan 
preparatları  qəbul  edən  xəstələrdə  ürəkbulanma,  qusma,  qarın  köpü,  böyrək  və  öd  kisəsində  baĢ 
verən  nasazlıqlar  getdikcə  aradan  qalxır,  dəridə  və  göz  almasının  xarici  qiĢasında  əmələ  gələn 
sarılıq  tədricən  çəkilməyə  baĢlayır.  Bundan  baĢqa  preparatların  təsiri  nəticəsində  ödün  ifrazı  artır, 
öd turĢusunun və bilirubinin qatılığı azalır, öd kisəsinin və öd kisəsi vəzisinin sekresiya fəaliyyəti 
normalaĢır. 
Hal-hazırda  öd  kisəsi  iltihabı,  hepatitin  müalicəsində  solmazçiçəyindən  hazırlanan 
dəmləmələrdən, sulu və quru ekstraktlardan ödqovucu vasitə kimi geniĢ istifadə edilir. 
Ödqovucu  çayın  hazırlanması.  10  q  solmazçiçəyini  250  ml  suda  dəmləyib,  gündə  3  dəfə, 
yeməyə 25-30 dəqiqə qalmıĢ daxilə qəbul edirlər. 
Tərkibi  bir  neçə  bitki  qarışığından  ibarət  olan  ödqovucu  çayın  hazırlanması.  4  hissə 
solmazçiçəyi,  3  hissə  üçyarpaq  yonca  yarpağı,  2  hissə  nanə  yarpağı,  2  hissə  keĢniĢ  toxumunu 
qarıĢdırın.  QarıĢıqadan  bir  xörək  qaĢığı  2  stəkan  qaynar  suyun  üzərinə  töküb  20  dəqiqə  dəmləyib 
süzün. Gündə 3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ yarım stəkan daxilə qəbul edin. 
Qara  ciyər  və  öd  kisəsi  xəstəliklərində.  3  çay  qaĢığı  solmazçiçəyindən  götürüb  0,5  litr 
qaynar  suya  töküb  vam  od  üzərinə  qoyub  qaynama  dərəcəsinə  çatdırın.  Sonra  2  saat  dəmləyib, 
süzün.  AlınmıĢ  dəmləmədən  stəkanın  1/2  hissəsi  qədər  gündə  3-4  dəfə,  yeməyə  30  dəqiqə  qalmıĢ 
daxilə qəbul edin. 
Kəskin  böyrək  xəstəliklərində.  2  xörək  qaĢığı  solmazçiçəyini    2  stəkan  qaynar  suya  töküb 
vam od üzərinə qoyun.  Mayenin 1/4 hissəsi qalanadək 1 saata qədər ehtiyatla  qaynadın. Soyudub, 
süzdükdən  sonra  gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq stəkanın 1/4 hissəsi qədər daxilə qəbul 
edin. 
Böyrəyin  xroniki  xəstəliyi  və  sidiyin  çətinliklə  ifrazı  zamanı.  1  çay  qaĢığı  solmazçiçəyini  
0,5  litr  qaynar  suya  tökün,  15  dəqiqə  dəmləyin  sonra  cövhəri  süzüb  gündə  2-3  dəfə,  yeməyə  30 
dəqiqə qalmıĢ stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin. 
Öd  kisəsi  pozuntuları  zamanı.  2  çay  qaĢığı  solmazçiçəyini  1  stəkan  qaynar  suya  töküb, 
yarım saat dəmləyin. Sonra dəmləməni süzüb bütün günü çay kimi için. 
Hepatit A, sidik kisəsi və mədə-bağırsaq pozuntuları zamanı. 1 xörək qaĢığı solmazçiçəyini 
0,5  litr  qaynar  suya  töküb  yarım  saat  dəmləyin.  Sonra  cövhəri  süzüb  gündə  3  dəfə,  stəkanın  1/2 
hissəsi qədər daxilə qəbul edin. 
Diqqət! Solmazçiçək az da olsa zəhərli təsirə malik olduğundan ondan göstəriĢdəki qaydalara 
düzgün  riayət  edin.  Solmazçiçəyin  dəmləmə  və  ekstraktlarından  3  aydan  çox  qəbul  etmək  məsləhət 
görülmür. 
Solmazçiçəyini apteklərdən tapmaq olar. 
 
Adi pıtraq – Xanthium strumarium L. 
 
Dünya  florasının  tərkibində  10-a  qədər  növü  yayılmıĢdır.  Qafqazda,  o  cümlədən 
Azərbaycanda 3 növünə təsadüf edilir. 
Təbabətdə isə adi pıtraq - Xanthium strumariıım L. və iynəvari pıtraq - X. spinosum L.-dən 
istifadə edilir. 
Azərbaycanda  yayılan  pıtraqlar  birillik  ot 
bitkiləridir.  Növbə  ilə  yerləĢən  yarpaqları  və 
bircinsli,  birevli  çiçək  səbətləri  və  tikanlı  iliĢkən 
toxumca meyvələri vardır. 
Göstərilən  hər  iki  növ  pıtraq  Azərbaycanın 
əksər  rayonlarında,  aĢağı  dağ  qurĢağına  qədər 
yayılmıĢdır.  Onlara  ən çox  alaq  bitkiləri içində,  çay 
və yol kənarlarında, meĢə açıqlıqlarında rast gəlinir. 




Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   149


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə