Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə110/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   106   107   108   109   110   111   112   113   ...   149

219 
 
edilir. Qovun qiymətli pəhriz  məhsulu, qiymətli müalicəvi keyfiyyət-lərə malik bitki hesab edilir. 
Bitki  qan  dövranını  stimullaĢdırır,  sinir  sistemini  sakitləĢdirir,  ürək  çatıĢmazlığının  aradan 
qalıdırlmasında yardımçı rolunu oynayır. Aterosklerozdan və qanazlığından əziyyət çəkən insanlara 
payızda hər gün 300 q qovun yeməyi məsləhət görürlər. Qovun sidikqovucu, həmçinin qəbizlik və 
babasildən əziyyət çəkən xəstələrin müalicəsində müsbət rol oynayır. Sidik kisəsində olan daĢların 
tökülməsi  üçün  ancaq  qovun  yeməyi  məsləhət  görürlər.  Xroniki  qara  ciyər  və  sidik  kisəsi 
xəstəlikləri zamanı 1 ay gündə 0,5 kq qovun yemək məsləhət görürlür. Lif hissəsi çox olan qovunun 
tərkibində  Ģəkərin,  makro-  və  mikroelementlərin  faizi  aĢağı  olur.  Bundan  baĢqa  qovunun  bütün 
sortlarının  tərkibində  çoxlu  miqdarda  zülal,  selüloza,  uçucu  ətirli  maddələr,  karotin,  C,  PP 
vitaminləri, ən çox fol turĢusu, pektin, azot birləĢmələri, piy və çoxlu miqdarda dəmir elementi və s. 
aĢkar  edilmiĢdir.  Bundan  baĢqa  qovunun  tərkibində  kalium,  natrium,  kalsium,  manqan,  dəmir, 
kükürd,  fosfor,  mis,  kobalt  və  s.  aĢkar  edilmiĢdir.  Qovunun  tərkibində  olan  dəmirin  miqdarı 
süddəkindən  17  dəfə,  toyuq  ətindəkindən  2  dəfə  çoxdur.  Bitkinin  tərkibində  çoxlu  miqdarda 
silisium  elementi  də  tapılmıĢdır.  Silisium  elementi  ən  çox  qovunun  qabığına  yaxın  hissəsində 
toplanır. Bir çox mütəxəssisin flkrinə görə silisiumsuz, təbiətdə insan gözəlliyi mümkün olmazdı. 
Ġnsanın  həyatı  və  onda  gedən  müsbət  fızioloji  proseslər  bu elementdən çox  asılıdır.  O  birləĢdirici 
toxumaların  iĢini  tənzimləyir,  dəri  və  tüklərdə  gedən  prosesləri  qaydaya  salır.  Qovun  əla 
bioflavonoid  mənbəyi  hesab  edilir.  Qovun  tez-tez  baĢ  verən  kapilyar  qırılmalarının  və  qan 
sızmalarının  qarĢısını  alır  və  bu  təbiətli  xəstələrin  köməyinə  çatır.  Qovunun  tərkibindəki  selüloza 
bağırsaqlarda olan mikrofloranın iĢini tənzimləyir, orqanizmdə yığılıb qalan xolesterini kənar edir, 
həzmi yaxĢılaĢdrır. Hal-hazırda bir sıra Avropa ölkələrində ABġ-ın mütəxəssisləri tərəfindən iĢlənib 
hazırlanan  və  tibbdə  geniĢ  istifadə  olunan  müalicə  üsulu  ilə  orqanizmin  təmizlənməsində  geniĢ 
istifadə  edilir.  Bu  nəzəriyyəyə  əsaslanaraq  bir  sıra  meyvə  və  tərəvəz  Ģirələri  ilə  yanaĢı  qovun 
Ģirəsindən də geniĢ istifadə edilir. Qovun Ģirəsi baĢqa Ģirələrdən fərqli olaraq orqanizmdə tez həll 
olunur,  hüceyrə  və  toxumalar  tərəfindən  asan  sorulur.  Orqanizmdə  uzun  müddət  yığılıb  qalmıĢ 
Ģlakları  təmizləmək  üçün  qovun  Ģirəsindən  və  dondurulmuĢ  meyvələrdən  alınan  Ģirələrin 
qarıĢğmdan da geniĢ istifadə edilir. Bu qarıĢıq Ģirədən 20 gün ərzində hər gün acqarına qəbul etmək 
məsləhətdir.  Mütəxəssislər  qovunun  daha  bir  müsbət  cəhətini  aĢkar  etmiĢlər.  Belə  ki,  qovun 
çimərliklərdə  istirahət  edən  insanların  dərilərinin  qısa  müddətdə  qaralmasını  aktivləĢdirir.  Bizə 
məlumdur ki, çimərlikdə uzun müddət olan insanların dərisinin qızılı rəngə çalmasının əsas səbəbi 
günəĢ Ģüalarının təsirindən dəridə toplanan melanin piqmentinin az və çoxluğu orqanizmində olan 
β-karotinoidin  miqdarından  asıldr.  Qovunun  tərkibi  β-karotinoidlə  çox  zəngindir.  Buna  görə  də 
dərinizi  gözəl  qaraltmaq  istəyirsinizsə  çimərliyə  getməzdən  qabaq  hökmən  səhər  tezdən  300  q-a 
qədər qovun yeməyi unutmayın. 
Qovunun yetiĢməsini necə təyin etməli? Qarpızdan fərqli olaraq qovunun yetiĢməsini təyin 
etmək  üçün  əsas  qovunun  rənginə,  qabığının  bərkliyinə  və  xoĢ  ətirliliyinə  fikir  vermək  lazımdır. 
Qabığın  qalınlığı,  nazik  «tor»  və  yaxud  sortundan  asılı  olaraq  rənginin  bir  tonlu  olmasına  fıkir 
verin.  Ən  çox  qabığı  ―torlu‖  sortlar  əkilib-becərilir.  Siz  yetiĢmiĢ  qovunun  qabığını  çırtma  ilə 
vursanız, bu vaxt «kal» səs eĢidəcəksiniz. Bundan baĢqa qovunu seçən zaman çalıĢın ki, onun əzik, 
batıq və yumĢaq yeri olmasın. Qabığı çox yumĢaq olan qovun çox vaxt acı və yaxud dadsız olur. 
Qovun pəhrizi. Əgər arıqlamaq istəyirsinizsə, onda qovunun yetiĢmə dövründə özünüzü 1-2 
gün  ancaq  qovun  pəhrizinə  tutun.  Yadda  saxlayın  ki,  əgər  orqanizmdə  qarpız  16  kkal  enerji 
yaradırsa, qovun 24 kkal enerji əmələ gətirir. Siz 1 gün ərzində ancaq qovunla qidalana bilərsiniz. 
Bir həftə ancaq qovun qəbul etməklə pəhriz saxlasanız onun nəticəsini aydın aĢkar hiss edəcəksiniz. 
Siz  səhərlər  qabığı  təmizlənmiĢ  qovundan  300-400  q  yeyin.  Ġkinci  dəfə  3  saatdan  sonra  qovun 
yeməyi məsləhət bilirlər. Səhər tezdən iĢtahanız qovun  yeməyi çəkmirsə, onda bunu günorta vaxtı 
yeməklə birlikdə qəbul edin. Siz bir həftə ərzində özünüzü qovun pəhrizinə tutsanız onda çəkinizi 
2-3 kq azalda bilərsiniz. Sonrakı həftələrdə qovun qəbul etməyi məsləhət görmürlər. 
Qovunla  pendir  salatı.  1  ədəd  qovun  (750  q),  toxumu  çıxarılmıĢ  250  q  yaĢıl  üzüm  və  ya 
qoz, 100 q Ġsveçrə pendiri, 20 q döyülmüĢ qoz və yaxud püstə, 1/8 1itr xama, 100 ml portağal Ģirəsi, 
1  çay  qaĢığı  ĢəkərlənmiĢ  darçın,  1  ədəd  xırda  doğranmıĢ  yaĢıl  bibər,  1/2  çay  qaĢığı  duz  götürün. 
Qovunu  təmizləyib  xırda-xırda  doğrayın,  üzüm  və  əzilmiĢ  qozla  qarıĢdırın.  Pendiri  nazik  kəsib 


220 
 
ayrıca  qoyun.  Marinad  üçün  qaymaq  əlavə  edib,  ehtiyatla  portağal  ĢirəĢi  və  ədviyyat  qatın. 
Marinadlı,  ədviyyatlı  salat  əldə edəcəksiniz.  Pendiri  ancaq  salatı  süfrəyə  verən  zaman  əlavə  edin. 
Pendiri qabaqcadan əlavə etsəniz salat kəskin pendir iyi verəcəkdir. 
Qovundan toyuq xörəyinin hazırlanntası. 1 ədəd toyuq, 1 ədəd qovun, 2 xörək qaĢığı Ģərab, 
duz götürün. 
Toyuğu  azca  su  və  Ģərab  qatılmıĢ  suda  30  dəqiqə  vam  od  üzərində  biĢirin.  Sonra toyuğun 
dərisini ehtiyatla soyun. Qovunu  yuyub,  quruyana qədər silib,  toxum və selik hissədən təmizləyib 
sonra  qalın  hissələrə  doğrayın,  Qabığını  soyun.  Təmiz  soyulmuĢ  qovunu  toyuğun  üstünə  qoyub 
qapağını örtün. Qovunu kibrit ilə toyuğa bərkidin. Sonra dərin qazana qoyub üzərinə 1,5 stəkan su 
əlavə  edib,  1,5  saat  qaynadın.  Qabın  qapağını  möhkəm  bağlayıb  üzərinə  ağır  əĢya  qoyub  buxarın 
çıxmasının qarĢısını alın. 1,5 saat sonra qovunu doğrayıb, toyuğu tikə Ģəklinə salın. BiĢərək yumĢaq 
hala keçən qovundan ehtiyatla kəsib toyuq tikələrinin yanına qoyub qarnir kimi süfrəyə verin. 
Şəkərlənmiş qovunun hazırlanması. 
Bunun üçün 1 kq təmizlənmiĢ qovun, 5  stəkan Ģəkər tozu  götürün. YetiĢmiĢ Ģirəli  qovunu 
eni 2-4 sm olan dilimlərə bölüb, toxum və selik hissədən təmizləyin və üzərinə Ģəkər tozu səpib 8-
10  saat  saxlayın.  ÇıxmıĢ  Ģirəni  baĢqa  bir  qaba  süzüb  qatılaĢana  qədər  buxarlandırın.  Sonra  Ģirəni 
doğranmıĢ qovun dilimlərinin üzərinə töküb qovun parlaq rəng alana qədər biĢirin və üzərinə Ģəkər 
tozu əlavə edib, təmiz parçanın üzərinə sərib 3-4 gün günəĢ qarĢısında və yaxud 40ºC temperaturda 
mətbəx  peçində  biĢirin.  Sonra  götürüb  üzərinə  Ģəkər  tozu  əlavə  edib  ĢüĢə  qaba  qoyun,  ağzını 
bağlayın və yaxud taxta qutulara qoyub sərin yerdə saxlayın, yeri gəldikcə süfrəyə düzün. 
 
Balqabaq – Cucurbita pepo L. 
 
Dünya florasının tərkibində  Cucurbitaceae Juss. fəsiləsinin 120 cinsi və 800-ə qədər növü 
yayılmıĢdır. Fəsilənin cins və növlərinə ən çox Asiya, Afrika, Amerika qitələrində rast gəlmək olar. 
 
 Ekoloji cəhətdən fəsilənin növlərinə əsasən nəmli tropik meĢələrdə, isti günəĢli səhralarda, 
mülayim  iqlim  zonalarında  təsadüf  etmək  olar.  Fəsilənin  ən  əhəmiyyətli  cinslərindən  biri  də 
balqabaq  və  ona  daxil  olan  növlər  hesab  edilir.  Balqabaq  cinsinin  müalicə,  qida və  bəzək  təbiətli 
növlərindən  biri  də  yunan  balqabağı  -  Cucurbita  pepo  L.  hesab  edilir.  Bu,  tərkibindəki  faydalı 
maddələrin çoxluğu ilə xüsusi əhəmiyyət kəsb edir. 
Belə  ki,  bitkinin  tərkibində  mineral  duzlar,  asan  həllolan  sulu  karbohidratlar,  selüloza, 
vitamin  kompleksi,  zülal,  Ģəkər,  müxtəlif  makro  və  mikroelementlər  aĢkar  edilmiĢdir.  Bu  bitki 
tərkibindəki kalium, mis, kalsium və fosforun miqdarına görə əksər tərəvəzlərdən üstün sayılır. 
Fəsilənin  ən  mühüm  cinslərindən  biri  də 
balqabaq  –  Cucurbita  L.-dir.  Balqabaq  cinsinin  27 
yabanı  növü  məlumdur.  Bu  növlərin  sistematikasını 
Beyli  (Bailey,  1943)  öyrənmiĢdir.  Cinsin  növlərinin 
çoxu  Meksikada,  ABġ-ın  cənub  ərazilərində 
yayılmıĢdır. 
Balqabaq  cinsinin  nümayəndələri  birevlidir, 
çiçəkləri  iridir,  parlaq-sarı  rəngdə  olub  yarpaqların 
qoltuq  hissələrində  yerləĢmiĢdir.  Balqabaq  cinsinin 
mədəni  halda  5  növü  əkilib-becərilir.  Bunlar 
aĢağıdakılardır: Nəhəng balqabaq - C. maxima Duch., 
müĢk  balqabağı  -  C.  moschata  Duch.,  yunan  balqabağı  -  C.  pepo  L.,  qarıĢıq  balqabaq  -  C.  mixta, 
ənciryarpaq  balqabaq  -  C.  ficifolia,Texas  yabanı  balqabağı  -  C.texana,  lundelliya  balqabağı  -  C. 
lundelliana
Balqabaq  güclü  kök  sisteminə  malik,  10  metr  uzunluğunda  olub,  yerlə  sürünən  və 
budaqlanan gövdəli birillik ot bitkisidir. Yarpaqları qarĢı-qarĢıya düzülmüĢ, iri, uzunluğu 20-25 sm-
dir, gövdə və yarpaq hissələri sərt qısa iynəĢəkilli tüklərlə əhatə olunmuĢdur. Çiçəklərinin diametri 
10  sm  olub  tək-tək  qoltuqda  yerləĢmiĢdir.  Meyvəsi  iri,  diametri  40  sm,  çəkisi  isə  8,0  kq-a  qədər 
olur. Ġyun-iyul aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvəsi yetiĢir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə