Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə107/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   103   104   105   106   107   108   109   110   ...   149

213 
 
sakitləĢdirlməsində istifadə edilir. 
BaĢınağacı  meyvəsindən  alınan  preparatların  farmakoloji  xüsusiyyətlərini  öyrənərək  belə 
nəticəyə gəlmiĢlər ki, bu preparatlar insan orqanizmi üçün heç bir mənfı təsirə malik deyildir. Belə 
ki,  bitkinin  qabıq,  yarpaq  və  çiçəklərindən  hazırlanan  dərman  preparatlarından  qanın 
laxtalanmasında, qanaxmanın dayandırılmasında, soyuqdəymədə, uĢaqlıq əzələləri tonusunun aĢağı 
salınmasında  və  s.  zamanı  iĢlədilir.  Adi  baĢınağacının  qabığından  hazırlanan  ekstraktlardan 
mamalıq-ginekoloji  praktikada  uĢaqlıq  qanaxmalarının,  abortdan  sonra  baĢ  verən  kəskin 
qanaxmaların  dayandırılmasında  istifadə  edilir.  Bundan  baĢqa  adi  baĢınağacının  qabıq,  yarpaq  və 
meyvəsindən  alınan  preparatlardan  babasil,  daxili  qanaxmaların,  mədə-bağırsaq  xəstəliklərinin 
müalicəsində istifadə edən zaman 2-3 gündən sonra öz müsbət təsirini göstərməyə baĢlayır. 
Xalq təbabətində baĢınağacı prepartlarının öskürək, soyuqdəymə, hıçqırma, skleroz, ağ ciyər 
vərəmi və mədə xəstəliklərinin, eləcə də uĢaq diatezi, uĢaq ekzemalarında, dəri vərəmi, ürək, böyrək 
və  mədə  xəstəliklərinin  müalicəsində  gözəl  nəticələr  verməsi  elmi  və  praktiki  təcrübələrlə  sübut 
edilmiĢdir.  Qabığından  hazırlanan  cövhərdən  nevrasteniyada,  isteriyada,  epilepsiyada,  hipertoniya 
xəstəliklərinin  müalicəsində  istifadə  edilir  (A.S.Smirova,  V.M.Yadrova,  1968;  Q.B.Kazanova, 
1973; V.Ġ.Zavpajnov və baĢqaları, 1977). 
Avitaminozda.  Hər  gün  yeməkqabağı  stəkanın  1/3  hissəsi  qədər  təzə  meyvəsindən  yeyin. 
Müalicə  kursu  2-3  həftədir.  Yazqabağı  avitaminoza  qarĢı  profılaktiki  tədbirlər  aparmaq  üçün, 
həmçinin  orqanizmin  ümumi  vəziyyətini  yaxĢılaĢdırmaq  üçün  tonusartırıcı  içkilərindən  istifadə 
edin. 
Bunun  üçün  Ģaxta  düĢdükdən  sonra  təzə  yığılmıĢ  baĢınağacı  meyvəsindən  2  stəkan 
təmizləyib,  yuduqdan  sonra  üzərinə  stəkanın  1/3  hissəsi  qədər  Ģəkər  tozu  əlavə  edib  bütün  gecəni 
soyuducuda saxlayın. Səhər tezdən soyuducudan götürüb Ģirəsini tənzifdən süzün. ġirənin üzərinə 3 
xörək  qaĢığı  bal,  əvvəlcədən  hazırlanmıĢ  2  xörək  qaĢığı  nanəcövhər  əlavə  edib  qarıĢdırın. 
Məlhəmdən  gündə  4-5  dəfə  1  stəkan  həcmində  qəbul  edin.  Əldə  eydiyiniz  dərman  preparatını 
soyuducuda saxlayın. Müalicə kursu 2-3 həftədir. 
Qanazlığı  və  ağır  keçən  xəstəlikdən  sonra.  Bunun  üçün  stəkanın  2/3  hissəsi  qədər  təzə 
baĢınağacı meyvəsi, doğranmıĢ əzvay yarpağı, 1 stəkan ət masınından keçrilmiĢ qoz ləpəsi, qabığı 
ilə birlikdə doğranmıĢ orta böyüklüdə 1 ədəd limon, 200 q duzlanmamıĢ donuz piyi, 7 xörək qaĢığı 
(may  ayında  toplanmıĢ)  bal  götürün.  Götürdüyünüz  komponentləri  bir-biri  ilə  yaxĢı  qarıĢdırıb, 
soyuducuda saxlayın. Aldığınız qarıĢıqdan gündə 3 dəfə 1 xörək qaĢığı yeməkdən sonra qəbul edin. 
Kəskin  astma  xəstəliklərində  yardımçı  vasitə  kimi.  Hərəsindən  bir  stəkan  olmaqla  təzə 
baĢınağacı Ģirəsi, əzvay, konyak və 7 xörək qaĢığı balı bir-biri ilə qarıĢdırın. Sonra aldığınız qarıĢığı 
ĢüĢə balona doldurub ağzını bağlayın və soyuducuda saxlayın. QarıĢıqdan 1 xörək qaĢığı gündə 3 
dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin. Müalicə kursu 1 aydır. 
Bronxit zamanı. 1 xörək qaĢığı təzə baĢınağacı meyvəsini əzin, ilıq qızdırılmıĢ balın üzərinə 
töküb  cövhərini  hazırlayın.  5-6  saat  saxladıqdan  sonra  alınmıĢ  qarıĢıqdan  gündə  4-5  dəfə  l  xörək 
qaĢığı qəbul etməklə arterial təzyiqi qaydaya sala bilərsiniz. 1/2 xörək qaĢığı qəbul edib aĢağı qan 
təzyiqinizi normaya sala bilərsiniz. 
Ağ  ciyər  soyuqdəymələrində.  Bunun  üçün  bərabər  miqdarda  andız,  baĢınağacı,  itburnu 
meyvəsi, aptek çobanyastığı və gülümbahar (kalendula) çiçəklərini bir-biri ilə qarıĢdırın. QarıĢıqdan 
2  xörək  qaĢığı  götürüb  0,5  litr  qaynar  suya  töküb  termosda  bütün  gecəni  dəmləyin.  Sonra  süzüb 
aldığınız  dəmləmədən  isti  halda  gündə  3  dəfə,  1-2  xörək  qaĢığı  yeməkqabağı  qəbul  edin. 
Vəziyyətiniz yaxĢılaĢana qədər müalicə kursunu davam etdirin. 
Hipertoniya  zamanı.  Bunun  üçün  2-3  xörək  qaĢığı  baĢınağacı  meyvəsinin  Ģirəsindən 
yeməkqabağı  qəbul  etmək  məsləhətdir.  Bundan  baĢqa  2  xörək  qaĢığı  təzə  baĢınağacı  meyvəsini  
emallı qabda əzin və üzərinə 1 stəkan qaynar su töküb su hamamında 7-10 dəqiqə saxladıqdan sonra 
soyudun. Sonra meyvəni sıxıb Ģirəsini süzün. Aldığınız ekstraktın üzərinə 1 stəkana qədər qaynar su 
əlavə edib stəkanın 1/3 hissəsi qədər gündə 3-4 dəfə, yeməkqabağı qəbul edin. Müalicə kursunu hər 
altı aydan bir, 2-3 həftə aparmaq məsləhət görülür. 
Ürək  çatışmazlıqları  və  yaxııd  işemiya  zamanı.  Bunun  üçün  eyni  miqdarda  qurudulmuĢ 
baĢınağacı,  itburnu,  qırmızı  quĢarmudu,  üzüm,  ərik  meyvəsi  və  giləmeyvələri  qarıĢdırın.  Sonra 


214 
 
qarıĢıqdan 1/2 stəkan götürüb 1 litr qaynar suya tökün, termosda 1 saat dəmləyib süzün. Aldığınız 
dəmləmədən gündə 3 dəfə, çay kimi 1 stəkan qəbul edin. Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər 
davam etdirin. 
Ürəyin  işləmə  qabiliyyətinin  artırılmasında,  stenokardiyanın  və  taxikardiyanın  nizama 
salınmasında. BaĢınağacı, itburnu, yemiĢan və quĢarmudunun quru meyvələrini bərabər miqdarda  
qarıĢdırın. QarıĢıqdan 2 xörək qaĢığı götürüb 0,5 litr qaynar suya töküb termosda dəmləyib süzün. 
Dəmləmədən gündə 3-4 dəfə, stəkanın 1/2 hissəsi qədər yeməkqabağı qəbul edin. Müalicə kursu iki 
həftədir. 
Xərçəng  xəstəliyinin  profilaktikası  və  müalicəsi.  Həkimlər  xərçəngə  tutulan  xəstələrin 
müalicəsində Ģüa terapiyasından və cərrahiyyə iĢləri aparmaq lazım gələn vaxt bu üsuldan istifadə 
etməyi unutmamalıdır. Aptekdən 250 q çaqa göbələyi alıb onu qazanda üzərinə 2 litr soyuq su əlavə 
edib  20-30  dəqiqə  dəmləyin.  Sonra  odun  üzərinə  qoyub  qaynama  dərəcəsinə  çatdırın  və  1  saat 
biĢirin. Otaq temperaturunda soyudub süzün. Üzərinə 8,5 xörək qaĢığı bal, 1 stəkan əzvay (aloye) 
Ģirəsi, stəkanın 1/4 hissəsi qədər sarımsaq Ģirəsi və baĢınağacı cövhəri əlavə edin. Aldığınız cövhəri 
4 litr suyun üzərinə tökün. QarıĢığın ağzını qapaqla bağlayıb, 5-6 gün qaranlıq yerdə saxlayın. 
QarıĢıqdan qabarcıqlar çıxmağa baĢlayanda, cövhər istfiadəyə yararlıdır. 
QarıĢıdan  (içkidən)  gündə  2-3  dəfə,  yeməyə  yarım  saat  qalmıĢ  3  xörək  qaĢığı  qəbul  edin. 
Müalicə kursu 3 aydan az olmamalıdır. Preparatı soyuducuda saxlayın. 
Şəkərli diabet zamanı. Əlavə profılaktik vasitə kimi 2 xörək qaĢığı qurudulmuĢ baĢınağacı 
və 2 xörək qaĢığı ardıc meyvəsi, 8 xörək qaĢığı qaragilə yarpağı və stəkanın 1/3 hissəsi qədər kətan 
toxumunu qarıĢdırın. QarıĢıqdan 1 xörək qaĢığı götürüb 1 stəkan qaynar suya tökün. Su hamamında 
15-20 dəqiqə saxladıqdan sonra soyudub  süzün.  Aldığınız ekstraktdan gündə 2-3 dəfə, yeməyə 30 
dəqiqə  qalmıĢ  1  stəkan  qəbul  edin.  Müalicə  kursu  10-14  gündür.  Müalicəni  ildə  3-4  dəfə  təkrar 
edin. 
Sidik kisəsində və böyrəklərdə olan daşların əridilməsində əlavə profilaktik tədbirlər üçün. 
Bərabər miqdarda baĢınağacı və kök Ģirəsi götürüb gündə 3 dəfə, 1 xörək qaĢığı yeməkqabağı qəbul 
edin. Müalicə kursu 1 aydır. Sidik kisəsində və böyrəkdə yeni daĢ əmələ gəlməsinin qarĢısını almaq 
üçün  qantəmizləyici  çaydan  istifadə  edin.  Bunun  üçün  1/2  stəkan  baĢınağacı  meyvəsi,  1,5  stəkan 
doğranmıĢ  itburnu  meyvəsi,  2  xörək  qaĢığı  dəmrovotu,  5  xörək  qaĢığı  sürvə  (Ģalfey),  1/4  stəkan 
Ģəkər  tozu  götürün.  Ġtburnu  meyvəsini  1,5  litr  qaynar  suya  töküb  5-7  dəqiqə  vam  od  üzərində 
biĢirin. Sonra üzərinə dəmrovotu və sürvə əlavə edib 10-12 saat isti yerdə dəmləyib süzün. Cövhərə 
Ģəkər  tozu  və  təzə  baĢınağacı  meyvəsi  əlavə  edib  yaxĢı-yaxĢı  qarıĢdırıb  soyuducuda  saxlayın. 
Aldığınız  içkidən  gündə  3-4  dəfə,  yeməyə  1  saat  qalmıĢ  stəkanın  1/2  hissəsi  qədər  qəbul  edin. 
Müalicə kursu 20 gündür. Müalicə kursunu 3 aydan bir, 2 il müddətində davam etdirin. 
Sidik  tutulmalarında,  prostat  vəzinin  soyuqlaması  zamanı.  Bunun  üçün  bərabər miqdarda 
tozağacı  tumurcuğu  və  baĢınağacı  meyvəsi  götürün.  2  xörək  qaĢığı  qarıĢıqdan  götürüb  0,5  litr 
qaynar  suya  tökün,  termosda  1  saat  dəmlədikdən  sonra  süzün.  Aldığınız  cövhərdən  gündə  4  dəfə 
yeməyə yarım saat qalmıĢ, stəkanın 1/2 hissəsi qədər qəbul edin. Müalicə kursu 10-15 gündür. 
Diqqət! Müalicə dövründə gündə 2 litrdən az olmayaraq su qəbul edin. 
Qəbizlik  zamanı.  QurudumuĢ  baĢınağacı  toxumlarını  qəhvəüyüdəndən  keçirib  alınan  narın 
unundan  1  çay  qaĢığı  götürüb  1  stəkan  qaynar  suya  töküb  ağzını  örtün  və  5-10  dəqiqə  dəmləyin. 
Sonra üzərinə zövqünüzə görə bal və yaxud Ģəkər əlavə edin. Aldığınız içkidən gündə 3-4 dəfə, gün 
ərzində yeməkqabağı 1 stəkan qəbul edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam 
etdirin. 
Nevrozun  və  yorğunluğun  aradan  qaldırılması  üçün.  Bərabər  miqdarda  baĢınağacı  və 
yemiĢan giləmeyvəsindən götürüb bir-biri ilə qarıĢdırın. QarıĢıqdan 3 xörək qaĢığı götürüb qaynar 
suya tökün, yarım saat dəmləyin. Aldığınız içkini gün ərzində için. 
2 xörək qaĢığı quru baĢınağacı meyvəsi, 4 xörək qaĢığı nanə yarpağı, 100 q itburnu meyvəsi 
götürün. QarıĢıqdan 1 xörək qaĢığı götürüb 1,5 stəkan qaynar suya töküb 15-20 dəqiqə dəmləyin. 
Sonra cövhəri süzüb yatmazdan qabaq için. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam 
etdirin. 
Mədə  və  onikibarmaq  bağırsaq  yaralarının  və  kolitin  müalicəsində,  mədə  turşuluğunun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə