Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə105/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   101   102   103   104   105   106   107   108   ...   149

209 
 
çay  qaĢığı  doğranmıĢ  boyaqotu  kökü  1  stəkan  qaynanmıĢ  suda  8  saat  müddətində  dəmlənir, 
tənzifdən  süzülür,  stəkanda  qalan  köklərin  üstünə  bir  stəkan  da  qaynar  su  tökməklə  15  dəqiqə 
dəmlənir,  yenə  tənzifdən  süzülür.  Sonra  hər  iki  maye  qarıĢdırılır.  Bir  gün  müddətində  hər  dəfə 
yarım stəkan miqdarında gündə 4 dəfə, daxilə qəbul edilir. Güclü sidikqovucu xassəyə malik olduğu 
üçün onu çox iĢlətmək olmaz. Böyrək daĢı xəstəliyində boyaqotu kökü iĢlədən xəstələr bunu ancaq 
həkimin icazəsi ilə edə bilərlər. 
Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  respublikamızda  boyaqotunun  ehtiyatı  xeyli  azalmıĢdır. 
Unutmaq olmaz ki, boyaqotu mühafızə olunan bitkilər sırasına daxildir. Hazırda Azərbaycanın heç 
bir yerində boyaqotu bitkisi əkilib-becərilmir. 
Azərbaycan  xalçalarının  keçmiĢ  Ģan-Ģöhrətini  özünə  qaytarmaq  və  eyni  zamanda 
apteklərimizi  xammalla  təmin  etmək  üçün  bu  qiymətli  bitkini  geniĢ  sahələrdə  əkib-becərmək 
lazımdır. 
Bitkini  toxum  vasitəsilə  artırıb-çoxaldırlar.  Toxumlarını  yaz  fəslində  2-3  sm  dərinlikdə 
əkirlər.  Cərgələrin  arası  60-70  sm  olmaqla  hər  hektar  sahəyə  15-20  kq  toxum  səpmək  məsləhət 
görürlür. 
Qazılıb  çıxarılmıĢ  kök  və  kökümsovları  əl  ilə  torpaq  və  digər  qarıĢıqlardan  təmizləyərək 
sakit axar suda yuyur, mehdəyən kölgəli yerlərdə  açıq havada və yaxud 45-50 dərəcə temperaturda 
odla qızdırılan sobalarda qurudurlar. Kökün saxlanma müddəti 3 ildir. 
Boyaqotu kökündən müalicə preparatlarının hazırlanması. 
Boyaqotundan  hazırlanan  preparatlardan  bakterisid,  sidikqovucu,  ödqovucu,  spazma 
əleyhinə,  böyrək  və  sidik  kisəsində  daĢlaĢıb  qalmıĢ  oksalat,  fosfat  birləĢmələrinin  parçalanıb 
orqanizmdən kənar edilməsində geniĢ istifadə edilir. 
Böyrək  və  öd  kisəsində  olan  daşların  əridilib  kənar  edilməsində.  1  çay  qaĢığı  doğranmıĢ 
boyaqotu  kökünü  1  stəkan  qaynadılmıĢ  soyuq  suyun  üzərinə  tökün  və  8  saat  saxlayıb  süzün. 
QaynadılmıĢ xammalın üzərinə yenidən 1 stəkan qaynar su əlavə edib, 10 dəqiqə dəmə qoyduqdan 
sonra  süzüb  birinci  dəfə  aldığınız  ekstraktla  qarıĢdırın.  5  dəqiqə  qaynadıb  süzün.  Aldığınız 
dəmləməni səhərlər isti halda qəbul edin. 
Böyrəkdə  fosfat  birləşmələrindən  olan  daşların  əridilməsi.  1  çay  qaĢığı  doğranmıĢ 
boyaqotu kökünü 1 stəkan qaynadılmıĢ soyuq  suya tökün  və 10  saat dəmlədikdən sonra 5 dəqiqə 
qaynadıb süzün. Səhərlər isti halda qəbul edin. 
Sidik  kisəsiııdə  olan  daşların  orqanizmdən  kənar  edilməsində.  Narın  toz  halına  salınmıĢ 
boyaqotu  kökünün  tozundan  çay  qaĢığının  1/4  hissəsi  qədər  götürüb  gündə  3-4  dəfə  yeməkdən 
sonra qəbul edin. Müalicəni 1 həftə davam etdirin. Bu zaman sidiyin rəngi qırmızıya çalacaqdır. Bu, 
sizi təĢviĢə salmasın. Bu vasitənin nəticəsi belə olmalıdır. 
Böyrək  və  sidik  kisəsində  olan  oksalat  və  yaxud  fosfat  birləĢmələri  çıxarılıb  qurtardıqdan 
sonra qəhvəüyüdəndən keçirilmiĢ boyaqotu tozundan çay qaĢığının 1/4 hissəsi qədər götürüb gündə 
2-3 dəfə qəbul edin. Müalicə kursunu 3-5 gün davam etdirin. 
Uşaqlıq  qanaxmalarında.  Bunun  üçün  toz  halına  salınmıĢ  boyaqotu  toxumundan  çay 
qaĢığının 1/4 və yaxud 1/5 hissəsi qədər, gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin. Müalicə kursu 
5-7 gündür. 
Revmatizm  xəstəliyinin müalicəsində.  Gərgin  fıziki  iĢdən  sonra ağrıyan  qollarınızı  normal 
hala salmaq üçün eyni miqdarda bal və boyaqotu tozu götürüb qarıĢdırıb, alınan mazı ağrıyan yerə 
sürtüb, müalicə edin. 
Diqqət!  Boyaqotu  az-çox  dərəcədə  zəhərli  olduğundan  müalicə  preparatları  hazırlayarkən 
götürülən  dozaların miqdarına  diqqət edin.  Boyaqotu  dəmləmələri mədə  və  onikibarmaq  bağırsaq 
yaraları olan xəstələr üçün məsləhət görülmür. 
 
Doqquzdon – Caprifoliaceae Juss. fəsiləsi  
KəndəlaĢ – Sambucus nigra L. 
 
Dünya florasının tərkibində doqquzdon fəsiləsinin 15 cinsi, 300-dən artıq növü yayılmıĢdır. 
Bunlara  ən  çox  Ģimal  zonalarının  mülayim  iqlim  qurĢaqlarında  rast  gəlmək  olar.  Cinsin  növləri 


210 
 
içərisində dərman, boyaq, nektar, bəzək üçün yararlı növmüxtəliflikləri spektrinə təsadüf edilir.  
Qədim dövrün insanları kəndəlaĢı uzun müddət müqəddəs bir varlıq kimi qiymətləndirərək  
onu  həmiĢə  mühafizə  etmiĢlər.  Onlar  insanları  qorxudaraq  deyirdilər  ki,  kim  kəndəlaĢı  qırsa  və 
yaxud kəssə Allahın qəzəbinə tuĢ olar. 
KəndəlaĢın  bütün  hissələrindən  -  çiçək,  meyvə, 
qabıq, kök və yarpaqlarından müalicə məqsədləri üçün bir 
sıra xəstəliklərin sağaldılmasında istifadə edirmiĢlər. 
Bitkinin  ağ  rəngli  çiçəkləri  may-iyun  aylarında  
açır, avqust-sentyabr aylarında Ģirəli qara-bənövĢəyi rəngli 
meyvələri  yetiĢir.  Müalicə  məqsədləri  üçün  ən  çox  çiçək 
və yetiĢmiĢ meyvələrindən istifadə edilir. 
KəndəlaĢın  tərkibində  zəngin  C,  E  vitaminləri, 
mineral  duzlar  kompleksi  aĢkar  edilmiĢdir.  Giləmeyvənin 
tərkibində  karotin,  rutin,  efir  yağı,  üzvi  turĢular  və  s. 
tapılmıĢdır.  Çiçək  və  meyvələrindən  hazırlanan  ekstrakt  və  dəmləmələrdən  öskürək,  soyuqdəymə, 
homeopatiya, tənəffüs yolları xəstəliklərində (xüsusən də astmada) və yeyeinti sənayesində istifadə 
edilir. Meyvə, yarpaq və budaqlarından alınan ekstraktlarından laringit, qrip, quru öskürək, bronxit, 
böyrək  xəstəliklərində  istifadə  edilir.  Meyvəsindən  hazırlanmıĢ  Ģirəsindən  Ģəkər,  hepatit,  mədə 
yaralarında, revmatizm, əsəb sistemi pozuntularında və s. xəstəliklərin müalicəsində istifadə edilir. 
KəndəlaĢın meyvəsi zəhərlənməyə qarĢı əvəzolunmaz vasitə hesab edilir. Meyvələri orqanizm üçün 
zəhərli  təsirə  malik  toksiki  maddələri  orqanizmdən  tez  kənar  edir.  KəndəlaĢın  çiçəklərindən 
hazırlanan  çaydan  damar  divarlarının  möhkəmləndirilməsində  və  elastikliyinin  artırılmasında 
istifadə  edilir.  Ukrayna  və  Belarusda  kəndəlaĢdan  qurdqovucu,  qabıqlarından  soyuqdəymənin, 
podaqra,  sümük  sınıqlarında,  diĢ  ağrılarının  aradan  qaldırılmasında  istifadə  edilir.  Bosniya  və 
Hersoqovina xalq təbabətində yarpaqlarının üzərinə bitki yağı əlavə edib qızdırmaqla, çiçəyinin isə 
isti  ağ  Ģərabda  ekstraktını  hazırlayıb  ayaq  ağrılarını,  suçiçəyini,  PolĢada  çiçəyindən  hazırlanan 
ekstraktından  öskürəyin,  qulaq  ağrılarının,  Ġngiltərədə  meyvə  və  nektarından  dadlı  Ģərab  növləri 
hazırlayıb bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. 
KəndəlaĢdan müalicə prepartlarının hazırlanması. 
Qrip,  kəskin  tənəffüs  yolları  xəstəliklərinin  müalicəsiııdə.  Bərabər  miqdarda,  yəni  1:1 
nisbətində  qara  kəndəlaĢın  qurudulmuĢ  yarpaq  və  çiçəklərindən  1  xörək  qaĢığı  götürüb  1  stəkan 
qaynadılmıĢ suya tökün və 1 saat dəmləyib süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə, stəkanın 
1/4 hissəsi qədər qəbul edin. 
Sidikqovucu  vasitə  kimi.  1  xörək  qaĢığı  qurudulmuĢ  qara  kəndəlaĢ  yarpağından  götürüb  1 
stəkan  qaynar  suya  töküb  vam  od  üzərində  5  dəqiqə  qaynadın,  soyudub  süzün.  Aldığınız 
ekstraktdan gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin. 
Babasil  və  dəri  səpmələrinin  (bolqar  xalq  təbabətindən)  müalicəsi  üçün.  2  çay  qaĢığı 
kəndəlaĢ  çiçəyini  10-15  dəqiqə  dəmləyib  süzün.  Aldığınız  ekstraktı  bütün  gün  ərzində  qurtum-
qurtum qəbul edin. 
Baş  ağrılarının  aradan  qaldırılmasında.  1  xörək  qaĢığı  qara  kəndəlaĢın  qurudulmuĢ 
çiçəklərini  1  stəkan  qaynar  suya  töküb  20  dəqiqə  dəmləyin.  Sonra  süzüb  gündə  3  dəfə,  tərkibinə 
zövqünüzə görə bal qatıb stəkanın 1/4 hissəsi qədər yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin. 
Ağız boşluğunun qarqara edilməsi üçün. 1 xörək qaĢığı qurudulmuĢ kəndəlaĢ meyvəsini 1 
stəkan  qaynadılmıĢ  suya  töküb,  30  dəqiqə  dəmləyib  süzün.  Aldığınız  ekstraktdan  ilıq  halda  ağız 
boĢluğunu gündə bir neçə dəfə qarqara edin. 
Mastopatiya  zamanı.  1  stəkan  qara  kəndəlaĢ  meyvəsinin  üzərinə  bir  o  qədər  də  Ģəkər tozu 
səpin. Otaq temperaturunda 21 gün saxlayın. Sonra süzüb gündə 1 stəkanı 3 dəfə olmaqla acqarına 
az-az qəbul edin. Müalicə müddəti bir aydır. 
Qara meyvəli kəndəlaşdan ləzzətli yeməklərin hazırlanması. 
Qara kəndəlaĢın çiçəklərindən mürəbbə və marmelad hazırlanır, xəmirə qatıb müxtəlif növ 
yeməli  məmulatlar  biĢirilir,  meyvəsindən  Ģorbanın  tərkibinə  ədviyyat  kimi  qatılır.  Meyvəsindən 
mus, qoğal içi, cem, kisel, çay və qəhvə əvəzi kimi istifadə edirlər. ġirintəhər-turĢ dada malik olan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə