Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə108/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   104   105   106   107   108   109   110   111   ...   149

215 
 
aşağı salınmasında. 2 xörək qaĢığı təzə baĢınağacı meyvəsini 1 stəkan qaynar suya töküb 2-3 saat 
dəmlədikdən  sonra  süzün.  Aldığınız  cövhərdən  gündə  2  dəfə,  yeməyə  yarım  saat  qalmıĢ  yarım 
stəkan qəbul edin. Müalicə kursu bir həftədən az olmamalıdır. 
Qan  təzyiqinin  tez-tez  aşağı  və  yuxarı  olduğu  zaman  baş  ağrılarının  aradan 
qaldırılmasında. Bunun üçün təzə meyvədən alınmıĢ Ģirədən gündə 2-3 dəfə, 2 xörək qaĢığı qəbul 
edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
Aybaşı  dövrünün  pozuntularının  qaydaya  salınmasında.  3  xörək  qaĢığı  qurudulmuĢ 
baĢınağacı  və  ardıc  meyvəsi,  2  xörək  qaĢığı  qaytarma  və  sədo  otundan  götürün.  Bir  xörək  qaĢığı 
qarıĢığı  1  stəkan  qaynar  suya  töküb  vam  od  üzərinə  qoyub  3-4  dəqiqə  biĢirin  və  soyudub  süzün.  
Yatmazdan qabaq dəmləmədən 1 stəkan için. Müalicə kursu 10-14 gündür. 
Mastopatiyanın  müalicəsində  köməkçi  müalicə  vasitəsi  kimi.  1  stəkan  təzə  baĢınağacı 
Ģirəsini  3  xörək  qaĢığı  balla  qarıĢdırıb,  gündə  2  dəfə,  yeməkdən  1  saat  sonra  stəkanın  1/4  hissəsi 
qədər qəbul edin. AxĢamlar isə bir neçə qat tənzifə ekstraktdan hopdurub xəstə döĢünüzün üzərinə 
qoyun. Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
İmmunitetin  artırılmasında.  Bərabər  miqdarda  itburnu  meyvəsi,  baĢınağacı,  bədrənc  və 
Ģüvərəni doğrayıb bir-biri ilə qarıĢdırın. Bir xörək qaĢığı doğranmıĢ qarıĢığı 1 stəkan qaynar suya 
tökün və termosda 2 saat dəmləyin. Aldığınız cövhərdən gündə 3-4 dəfə, yarım stəkan qəbul edin. 
Müalicəni hər yarım ildən bir 2-3 həftə təkrar edin. 
Ekzema  zamanı.  Gündə  3-4  dəfə  4:1  nisbətində  su  ilə  baĢınağacı  Ģirəsini  qatıĢdırıb  xəstə 
nahiyənin üzərinə sürtün. Bunun üçün 2 xörək qaĢığı təzə baĢınağacı meyvəsini həvəngdəstədə əzib, 
1  stəkan  qaynar  suyun  üzərinə  tökün.  Ağzını  bağlayıb  20-30  dəqiqə  dəmlədikdən  sonra  süzün. 
Aldığınız  içkidən  gündə  2-3  dəfə,  stəkanın  yarısı  qədər  yeməyə  yarım  saat  qalmıĢ  qəbul  edin. 
Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin. 
Diqqət!  BaĢınağacı  meyvəsindən  hazırlanan  preparatlardan  damar  geniĢlənmələrində, 
tromboflebitdə,  qanı  qatı  olanların,  mədə  turĢusu  artıq  olan  və  hipertoniyalı  xəstələrin  qəbul 
etmələri məsləhət görülmür. 
 
 
 
Adi doqquzdon – Lonicera caprifolium L. 
 
Dünya  florasının  tərkibində  200-ə  qədər  növü  yayılmıĢdır.  Qafqazda  7,  o  cümlədən 
Azərbaycanda  5  növünə  rast  gəlmək  olar.  Bu  növlər  haqqında  qısaca  da  olsa  oxuculara  məlumat 
vermək lazımdır. 
Adi  doqquzdon  -  Lonicera  caprifolium  L.  çox  da  hündür  olmayan,  sarmaĢan  və  yaxud 
dırmaĢan gövdəli  bitkidir. Sərt, qısa saplaqlı yarpaqları ovalĢəkilli olub, 3,5-10 sm uzunluğundadır. 
Yuxarıda yerləĢən dairəvi ovalvari yarpaqları cüt-cüt birləĢərək kaĢavari forma əmələ gətirir. 
Ətirli,  iri  oturacaq,  çiçəkləri  bir  neçə  süpürgəvari 
hamaĢçiçək  əmələ  gətirir.  Çiçək  tacı  çəhrayı,  sarımtıl  və 
yaxud sarımtıl-ağ rəngdə olub 5 sm uzunluğundadır. Meyvəsi 
qırmızımtıl-narıncı giləmeyvədir. Toxumları ellipsvaridir. 
Adi 
doqquzdon 
Azərbaycanın 
Samur-Dəvəçi 
düzənliyində  və  Quba  zonasında,  Qobustanda,  Kiçik  Qafqaz 
ərazilərində düzənlik sahələrdən baĢlamıĢ, orta dağ zonalarına 
qədər yayılmıĢdır. 
Təzə  Ģirəsindən,  eləcə  də  spirtli  çıxarıĢından 
(cövhərindən)  homeopatiyada,  mikrobəleyhinə  və  s.  iĢlədilir. 
Yarpağından  hazırlanmıĢ  dəmləmələrdən  boğaz  ağrılarında 
yaĢ  sarğı  kimi  istifadə  edilir.  Təzə  Ģirəsindən  mədə 
yaralarında, bir sıra dəri xəstəliklərində, çiçəyindən hazırlanan 
dəmləmələrdən  isə  bəlğəmgətirici,  ağrıkəsici  kimi,  bronxial 
astmada,  göz  ağrılarında  və  s.  istifadə  olunur.  Ətriyyat  sənayesində  geniĢ  iĢlədilir.  Nektar,  bəzək, 


216 
 
boyaq xüsusiyyətlərinə malik bitkidir. 
Çiçəkaltlıqlı  doqquzdon  -  L.  bracteolaris  Boiss.  et  Buhse  çoxbudaqlı  kol  bitkisidir. 
Tumurcuqları iki kasacıqda birləĢərək sıx yerləĢir. Çılpaq cavan budaqları nazik olur. Yarpaqlarının 
uzunluğu  1,5-3,0  sm,  eni  1,5-1,8  sm  olub,  qısa  saplaqlı,  ellipsvari-uzunsov  və  yaxud 
yumurtaĢəkillidir. Çiçək tacı sarımtıldır. Meyvəsi birtoxumludur. 
Azərbaycanda Naxçıvan MR-in dağlıq zonalarında yayılmıĢdır. 
Gürcü doqquzdonu - L.iberica M.Bieb. 50-200 sm hündürlüyündə, dağınıq budaqlara malik 
kol  bitkisidir.  Yarpaqları  2,0-3,5  sm  uzunluğunda,  qısa  saplaqlı  yumurtaĢəkilli,  bəzən  də  dairəvi 
olur. Çiçəkaltlığı uzunsov-lansetvaridir. Çiçək tacı sarımtıldır. Giləmeyvələri iki ədəd olub, bir-biri 
ilə birləĢmiĢlər. 
Gürcü doqquzdonuna Azərbaycanda aĢağı dağlıq zonalardan baĢlamıĢ, yuxarı meĢəliklərdən 
subalp çəmənliklərinə qədər rast gəlmək olar. 
Qafqaz  doqquzdonu  -  L.caucasica  Pall.  hündürlüyü  0,5-3,0  m-ə  qədər  olan  kol  bitkisidir. 
Qısa  saplaqlı  yarpaqları  enli,  ovalvari-yumurta  formalı,  uzunsovdur.  Çiçəkləri  qoltuqda  tək-tək 
yerləĢmiĢdir. Qırmızımtıl-bənövĢəyi rəngli çiçək tacı çılpaq olur. Meyvəsi sarımtıl, qara rəngdədir. 
Qafqaz  doqquzdonu  Azərbaycanda  Quba,  Qobustan  və  Lənkəranın  dağlıq  ərazilərində 
yayılmıĢdır. Qiymətli bəzək bitkisi sayılır. 
MeĢə doqquzdonu – L. xylosteum L. hündürlüyü 1-2 m olan kol bitkisidir. Cavan budaqları 
yumĢaq tüklərlə örtülmüĢdür. Qısa saplaqlı yarpaqları 3-6 sm uzunluğundadır. Çiçək tacı yumĢaq, 
sarımtıl-ağ  tüklərlə  örtülmüĢdür.  Meyvəsi  qırmızı  rəngdədir.  Quba  bölgəsinin  orta,  dağlıq 
ərazilərində yayılmıĢdır. 
Tərkibində  efır  yağı,  loqanin,  sverozid,  saponin,  alkaloid  ksilostozidin,  loksilostozidin  A, 
loksilostozidin B, aĢı və flavonoid maddələri, meyvəsində sekoloqanin və s. tapılmıĢdır. 
Komi  xalqı  kökündən  hazırlanan  cövhəri  ağrıyan  yerlərə  nəmli  sarğı  kimi  qoyub,  dəri 
səpkilərində  sürtkü  kimi  istfiadə  edirlər.  Kökündən  hazırlanan  preparatlar  çibanların,  irinli 
yaraların,  dəri  səpkilərinin  müalicəsində  iĢlədilir.  Meyvə,  budaq  və  qabıq  hissələrindən  hazırlanan 
dəmləmə, cövhər və vannaları dermatit, xənazir, isitmə, homeopatiyalar, qıcolma və paralic zamanı 
iĢlədilir. Nektar, yem, bəzək bitkisi sayılır. 
Doqquzdon meyvəsinin Ģirəsi qanazlığında da geniĢ tətbiq edilir. Qiymətli bəzək bitkisi kimi 
bağ  və  parkların  yaĢıllaĢdırılmasında  istifadə  olunur.  Sıx  kol  formasında  bitən  bu  növlər 
uzunömürlü olub bağların bəzəyidir. 
ġirəli meyvələrini təzə halda, Ģəkərlə qatıĢdırıb cem, mürəbbə, Ģirə, Ģərbət və s. hazırlayırlar. 
Bundan  əlavə  meyvələrindən  müalicə  vasitəsi  kimi  Tibet  təbabətində  geniĢ  istifadə  edilir: 
Meyvəsinin tərkibində sulu karbonlar, vitamin kompleksi, flavonoid maddələri aĢkar edilmiĢdir. 
Doqquzdon  meyvəsi  kosmetika  sahəsində  də  geniĢ  tətbiq  edilir.  Həmçinin  soyuqdəymədə, 
kapilyarların  möhkəmləndirilməsində,  üzdə  və  dəridə  olan  dəmrov,  yara  və  qaĢınmaların 
müalicəsində də iĢlədilir. 
 
QABAQKĠMĠLƏR – Cucurbitaceae Juss. fəsiləsi 
Ağ küstüĢam («Ukrayna jenĢeni») – Bryonia alba L. 
 
Dünya  florasının  tərkibində  qabaqkimilər  fəsiləsinin 
120  cinsi,  800-ə  qədər  növü  yayılmıĢdır.  Bu  növlərin 
əksəriyyəti  sarmaĢan  və  yaxud  sürünən  ot  bitkiləri,  nadir 
hallarda  isə  yarımkol,  kol  hesab  edilir.  Bu  bitkilər  ən  çox 
tropik və subtropik ölkələrdə yayılmıĢdır. 
 Fəsilənin bir çox növlərindən qida, dərman və bəzək 
məqsədləri  üçün  geniĢ  istifadə  edilir.  Bu  əhəmiyyətli 
bitkilərdən biri də küstüĢamdır. 
Azərabycan  florasının  tərkibində  KüstüĢam  – 
Bryonia  L.  cinsinin  2  növünə  yabanı  halda  rast  gəlinir:  ağ 
küstüĢam  -  Bryonia  alba  L.  və  ikievli  küstüĢam  -  B.dioica 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə