Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   107   108   109   110   111   112   113   114   ...   149

221 
 
Balqabaq  yabanı  halda  Meksika,  Cənubi  Amerika,  Qvatemala,  Honduras  və  s.  ölkələrin 
ərazilərində  yayılmıĢdır.  Qafqazda,  o  cümlədən  də  Azərbaycanda  bir  neçə  növü,  onlarla  sortları 
mədəni halda becərilir. 
Bizim eradan 3 min il əvvəl Meksika ərazisində balqabaq bitkisinin toxumlarının qabıqları 
aĢkar  olunmuĢdur.  Bu  da  onu  göstərir  ki,  3  min  il  əvvəl  balqabaqdan  qida  bitkisi  kimi  istifadə 
etmiĢlər. Balqabağın bir neçə növünü misirlilər də əkib-becərmiĢlər. 
Balqabaq  faydalı  qida  bitkilərindəndir.  Onun  yumĢaq  meyvəsinin  tərkibində  4,34-7,85% 
Ģəkərli  maddələr  (2,31-5,17%  saxaroza,  1,7-2,68%  monosaxaridlər)  vardır.  Bəzi  sortlarının 
tərkibində 10-15%-ə qədər Ģəkər olur. Bəzi sortları karotinoidlə zəngindir. Toxumunun tərkibində 
36,0-52,22%-ə  qədər  keyfiyyətli  qida  yağı  saxlayır.  Balqabaq  çiy  halda  yeməli  deyildir.  Onu 
buxarda biĢirilmiĢ, sıyıq halında və yaxud yağda qızaıdılmıĢ halda yeyirlər. Qafqazda, o cümlədən 
də Azərbaycanda ən çox əkilib-becərilən növü müĢk balqabağıdır. 
Toxumlarında fıtosterin, qatran maddəsi, üzvi turĢular vardır. Balqabağın 92%-ni su, makro- 
və mikroelementlərdən - kalsium, kalium, manqan və dəmir təĢkil edir. Bundan baĢqa bitkinin ətli 
hissəsində C, B
1
, B
2
, PP vitaminləri, nikotin turĢusu və s. aĢkar edilmiĢdir. 
Toxumlarının  tərkibində  4,33%  kül,  mq/q  olmaqla:  K  -  10,20,  Ca  -  0,40,  Mg  -  5,80,  Fe  - 
0,07 makroelementləri, mkq/q olmaqla: Mn - 0,11, Cu - 0,61, Zn - 0,85, Mo - 0,60, Cr - 0,02, Se - 
38,90, Ni - 0,24, Pb - 0,02, I - 0,07, B - 0,60 mikroelementləri aĢkar edilmiĢdir. 
Balqabaqdan müalicəvi preparatların hazırlanması. 
Böyrək  və  qara  ciyərin  müalicəsində.  1.  Xalq  təbabətində  böyrək  və  qara  ciyər 
xəstəliklərində təzə balqabaq Ģirəsi ilə yanaĢı buxarda biĢirilmiĢ püresindən istifadə etməyi məsləhət 
görürlər.  Bunun  üçün  gündə  100-200  ml  balqabaq  Ģirəsi  və  yaxud  500  q  sürtgəcdən  keçirilmiĢ 
püresindən yeməyi təklif edirlər. Balqabaq Ģirəsi böyrək və sidik kisəsi nahiyələrində olan ağrıları 
sakitləĢdiıir və onların fəaliyyətini nizamlayır. 
2.  Bunun  üçün  orta  böyüklükdə  balqabaq  götürərək  yuxarı  hissədən  dairəvi  qapaq 
formasında kəsib toxumunu və lifıni çıxarıb təmizləyin. Sonra litrin 1/4 hissəsi qədər bitki yağı, 250 
q  Ģəkər  tozunu  bir-birilə  qarıĢdırıb  balqabağın  içərisinə  töküb  yuxarı  hissədən  dairəvi  kəsilmiĢ 
qapaqla  örtüb  sobada  biĢirin.  BiĢmiĢ  balqabağı  sobadan  çıxarıb  qabığını  soyub  taxta  qaĢıqla 
yumĢaldıb püre halına salın. AlınmıĢ püredən gündə 3 dəfə, yeməkdən əvvəl 1 xörək qaĢığı qəbul 
edin. Qalan püreni isə soyuducuda saxlayın. 
Ürək-damar  sistemiı  xəstəliyi  zamanı  baĢ  veıən  ürək  ağrıları,  stenokardiya  və  digər  ürək 
xəstəliklərindən  yaxa  qurtarmaq  üçün  mütəmadi  olaraq  balqabaq  toxumu  qəbul  edin.  Balqabaq 
meyvəsinin  tərkibində  çoxlu  miqdarda  kalium  elementi  olduğu  üçün  aterosklerozun  və  qarın 
boĢluğuna  toplanan  artıq  suyun  qarĢısının  alınmasında  istifadə  edilir.  Balqabaqdan  qan  azlığının 
qarĢısının alınmasında da istifadə edilir. 
Balqabaq  meyvəsinin  tərkibində  selülozanın  miqdarı  az  olduğundan  ondan  mədə-bağırsaq 
xəstəliklərində istifadə edilir. Bundan baĢqa tərkibində zəngin pektin maddəsi olduğu üçün  yoğun 
bağırsaq soyuqdəymələrində istifadə edilir. 
Balqabaqdan  sidikqovucu  kimi  sıyığının  tərkibinə  1  çay  qaĢığı  bal  qataraq  gündə  2  dəfə 
qəbul etmək olar. 
Pielonefrit,  kəskin  sistit  zamanı.  Gündə  2  dəfə  50  q  balqabaq  sıyığı  yemək  məsləhət 
görülür. 
Balqabaqdan  mədənin  fəaliyyətini  nizama  salan  pəhriz  xörəklərinin  hazırlanmasında  geniĢ 
istifadə  edilir.  Tərkibində  çoxlu  miqdar  pektin  maddəsi  olduğu  üçün  yoğun  bağırsaq 
soyuqdəymələrində çox  iĢlədilir.  Pektin orqanizmdən  xolesterini  kənar  edir,  aterosklerozun  əmələ 
gəlməsinin  qarĢısını  alır.  Balqabağın  ətli  hissəsi  bağırsaqların  iĢləmə  qabiliyyətini  yaxĢılaĢdırır, 
gündə  0,5  kq  qida  kimi  qəbul  etməklə  qəbizlyin  aradan  qaldırılmasında  istifadə  edilir.  Balqabaq 
aĢağı kalorili (100 q/24 kkal) olduğu üçün ondan kimi piylənməyə qarĢı pəhriz xörəyi kimi istifadə 
olunur. 
Balqabaqdan  sıyıq  xörəklər  hazırlayıb  ürək-damar,  böyrək  və  sidik  kisəsi  xəstəliklərində, 
eləcə də sidikqovucu vasitə kimi istifadə edilir. 
Helmintlərə öldürücü təsir göstərən preparatların hazırlanması. YaĢ və yaxud qurudulmuĢ 


222 
 
toxumları sərt qabıqdan, nazik yaĢıl rəngli örtüyü saxlamaqla təmizləyib həvəngdəstədə yaxĢı-yaxĢı 
əzin.  Sonra  300  q  toxumun  üzərinə  100  q  bal  və  yaxud  mürəbbə  əlavə  edib  acqarına  bütün  gün 
qurtum-qurtum çox da böyük olmayan hissələrlə qəbul edin, 3 saat sonra iĢlədici qəbul edin. Sonra 
imalə əməliyyatını həyata keçirin. Toxumdan 3-4 yaĢlı uĢaqlar üçün 75 qram, 10 yaĢlı uĢaqlar üçün 
isə 150 q götürmək məsləhətdir. 
İkinci üsul: 500 q toxumundan götürüb qabığını təmizləmədən xırda hissələrə bölüb 1 litr 
suya töküb su hamamına qoyub, qaynatmadan 2 saat saxlayın. Sonra toxumu sıxıb suyunu çıxardın 
və  sonra  dəmləməni  süzün.  Aldığınız  dəmləməni  1  saat  ərzində  az-az  qəbul  edin.  Dəmləmənin 
tammı  yaxĢılaĢdırmaq  üçün  tərkibinə  zövqünüzə  görə  duz  əlavə  edin,  2  saat  keçdikdən  sonra 
iĢlədici qəbul edin. 
10  yaĢlı uĢaqlar üçün 300 q toxum,  5-7 yaĢlılar üçün 200 q, 5 yaĢlılar üçün isə 100-150 q 
toxum  götürmək  lazımdır.  Götürülən  suyun  da  miqdarını  azaldın.  Helmintlər  əleyhinə  mübarizə 
aparmaq üçün toxumu 2 ildən artıq saxlamaq olmaz. Balqabaq və vələmir toxumu ilə qurdlara qarĢı 
mübarizə, baĢqa tibbi preparatlara nisbətən zəif olmasına baxmayaraq tamamilə təhlükəsizdir. 
Balqabaqdan müalicəvi ət xörəyinin hazırlanması. 
Çox  da  böyük  olmayan  balqabağın  yuxarı  hissəsini  qapaq  Ģəklində  kəsin.  Sonra içərisində 
olan toxumlarını və qabığını qalınlığı 2 sm olana qədər ətli hissəsindən kəsib kənara qoyun və tikə 
Ģəklində yaxĢı biĢirin, qızardılmıĢ əti balqabağın içərisinə doldurub qapağını bağlayıb sobaya qoyun 
və 20 dəqiqə biĢirin. Xörəyi isti halda yeyin. 
Xalq təbabətində böyrək və qara ciyər xəstəliklərinin müalicəsində gündə üç dəfə stəkanın 
1/2 hissəsi qədər təzə Ģirəsindən qəbul etmək məsləhət görürlür. Yuxusuzluğun və gecə qorxularının 
aradan qaldırılmasında sakitləĢdirici vasitə kimi yatmazdan qabaq Ģirəsini balla qarıĢdırıb 1 stəkan 
qəbul etmək məsləhətdir. 
Parlaq-narıncı  rəngli  ətli  hissəsinin  tərkibində  çoxlu  miqdarda  β-karotin,  provitamin  A 
maddəsi  olduğundan  dəridə  gedən  fizioloji  proseslərin  gediĢini  nizamlayır.  Belə  ki,  o  dəridə 
qırıĢların  əmələ  gəlməsinin  müddətini  uzadır,  orqanizmdə  immuniteti  gücləndirir.  Buna  görə  də 
tərkibində  zəngin  vitaminlər  olan  sortlarından  sənayedə  A  vitamin  konsentratlarının  istehsalında 
geniĢ  istifadə  edilir.  Ətli  hissəsindən  hazrlanan  sıyığı  dəridə  baĢ  verən  ekzema  və  yanıqların 
müalicəsində çox yararlıdır. Danimarka xalq təbabətində balqabaqdan xora yaraları müalicə edilir. 
Toxumundan isə tibb aləmində 150 ildən artıqdır ki, istifadə olunmaqdadır. Toxumunun göyümtül-
yaĢıl  örtüyünün  tərkibində  xüsusi  maddə  saxladığına  görə  ondan  qurdsalıcı  vasitə  kimi  istifadə 
edilir. Bundan orta əsrlərdə daha çox istifadə edilirdi. 1820-ci ildə həkimlər balqabaq toxumunun 
helmintlərə,  o  cümlədən  lentĢəkilli  qurdlara,  bəzən  isə  yumru  qurdlara  qarĢı  öldürücü  təsir 
göstərdiyini qeyd edirdilər. Ən çox qurdlara öldürücü təsir göstərən çılpaq balqabaq toxumudur. 
Balqabaqdan biĢirilmiĢ, qızardılmıĢ və turĢuya qoyulmuĢ halda istifadə edirlər. 
Amerikada «xərçəng əleyhinə aparılan mübarizə» cəmiyyətinin gəldiyi qərara görə hər gün 
yediyimiz qidalarla birlikdə balqabaq yemək məsləhətdir. 
Hindistanda  balqabağın  çiçəklərini  biĢirib  yeyirlər.  Rumıniyada  toxumlarından  alınan 
yağından  günəbaxan  və  zeytun  yağları  kimi  müxtəlif  qida  məhsullarının  hazırlanmasında  istifadə 
edilir. Fransada isə balqabağın cavan gövdələrindən qida kimi geniĢ istifadə edirlər. 
 
Yunan balqabağı – Cucurbita pepo var. giraumons Duch. 
 
Yunan  balqabağının  ətli  hissəsindəki  çoxlu  miqdarda  pektin  fermentləri  mədədə  həzmi 
asanlaĢdırmaqla  yanaĢı,  orqanizmdən  natrium  duzunun,  Ģlakların,  zərərli  xolesterinin 
təmizlənməsində  də mühüm  rol  oynayırlar.  Buna  görə  də  hal-hazırda  yunan  qabağı  insanlar  üçün 
gözəl bir tapıntı kimi qiymətləndirilir. Bitkidən bir çox xəstə insanlar üçün pəhriz və müalicəvi qida 
növlərinin  hazırlanmasında  geniĢ  istifadə  edilir.  Yunan  balqabağı  piylənməyə  meyilli,  Ģəkərli 
diabeti və maddələr mübadiləsi normal getməyən insanlar üçün çox mühüm əhəmiyyət kəsb edir. 
Yunan  balqabağından  hazırlanan  xörəklərdən  ən  çox  cavanların  qəbul  etmələri  məsləhət 
görülür.  Həftənin bir neçə günü ancaq yunan  balqabağından hazırlanan qidaları qəbul etməklə bir 
sıra  xoĢagəlməz  xəstəliklərin  qarĢısını  almaq  olar.  Yunan  qabağının  biĢmiĢindən,  buxara 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə