231
ərazilərdə 10-a yaxın yabanı növü yayılmıĢdır. Yabanı növlər bu ərazilərdə geniĢ cəngəlliklər təĢkil
edirlər. Bunların içərisində gövdəsi budaqlanan kol formalı növlərinə də tez-tez rast gəlmək olur.
Belə güman edilir ki, guya ilk dəfə mədəni günəbaxanı hindular əkib-becərmiĢlər. Bu fikri bir çox
alimlər inkar edirlər. Avropaya günəbaxanı ilk dəfə XVI əsrdə ispanlar gətirmiĢlər. Həmin
günəbaxanlar indiki günəbaxanlardan fərqli idi; ilk günəbaxan növünün iri, güclü 0,5 metr diametri
olan gövdəsi və nəhəng səbəti varmıĢ. Avropa ölkələrində əkilən bitkinin hündürlüyü 2-3 metr
olmuĢ, yuxarı hissədən budaqlanan, hər budağın üzərində isə diametri 2-3 sm olan çiçək səbətciyi
varmıĢ. Çiçəklənməsi payızın axırlarına qədər davam edir və xırda toxumlar əmələ gətirir.
1810-cu ildə birinci dəfə xaricdən gətirilərək Madrid Botanika bağına əkilmiĢdir. Sonralar
günəbaxanı bir bəzək bitkisi kimi Portuqaliya, Fransa, Ġtaliya və bir sıra Avropa ölkələrində əkib-
becərmiĢlər. Həvəskar bağbanlar günəbaxanın daha gözəl, gözoxĢayan sortlarını yaradıb, bəzək
məqsədləri üçün park və bağçaları bəzəyirmiĢlər. Bu dövrlərdə onun sədbək, çoxləçəkli,
yarımləçəkli, georgin, xrizantema kimi formaları yaradılmıĢdı. Bu yeni yaradılan sortların
çiçəklərinin rəngi ağımtıl, qırmızı, albalı-qırmızı və s. rəngdə olur. O vaxtlar bu yeni sortları «Peru
xrizanteması», «Amerika xrizanteması», «Hind qızılçiçəyi», «Meksika ğunəĢ çiçəyi» və s.
adlandırırdılar.
Birinci dəfə günəbaxanın bioloji təsvirini 1568-ci ildə Hollandiya alimi Rembert Dedoneus
(1517-1585) vermiĢdir. 8 ildən sonra botanik Matpas Lobelius (1538-1616) buna latınca ad qoyaraq
bitkini Heliantus - yəni günəĢ çiçəyi (yunanca «Helios» günəĢ və «antus» çiçək deməkdir)
adlandırmıĢdır. Sonralar Ġsveç təbiətĢünası K.Linney bu cinsin yanına onun növünü «annus» əlavə
etmiĢdir. Hazırkı botanik termin kimi günəbaxan K.Linney tərəfindən verilmiĢ adla, yəni
«Heliantus annus» adlandırılır.
Vaxtilə «günəĢçiçəyi» Avropada ən geniĢ yayılan və bəzək bitkisi kimi sevilən qiymətli
bitkilərdən biri hesab edilirdi. ġairlər ona Ģerlər həsr etmiĢ, rəssamlar onun müxtəlif formada Ģəklini
çəkmiĢlər. XVII əsrdə avropalılar günəbaxan toxumlarından hazırlanmıĢ çərəzlərdən, Ģirniyyatdan
geniĢ istifadə etməyə baĢlamıĢlar. Onun toxumlarından qəhvə əvəzi kimi, yaĢıl hissələrindən isə
qida kimi istifadə edilmiĢdir. Bu barədə məĢhur aqronom A.T.Bolotov belə yazırdı: «Cücərən
zaman onun gövdəsinin cavan və yumĢaq hissələrini qırıb, açılmayan qönçələri də qabıq hissədən
azad edərək, yumĢalıb tam biĢənə qədər qaynadırdılar. Suyunu süzüb tullayır, biĢmiĢ tərəvəzin
üzərinə bir az üzüm Ģərbəti, donuz piyi, duz, qoz çiçəyi (ədviyyə kimi) əlavə edib, Ģorba hazırlayıb
ləziz xörək kimi yeyərmiĢlər. Günəbaxanın cavan zoğ və qönçələrindən hazırlanan bu cür ləziz
xörək növləri xalq tərəfindən o qədər də rəqabətlə qarĢılanmadı.
Bir qədər sonra, 1716-cı ildə ingilis mütəxəssisi A.Benua ilk dəfə günəbaxan toxumlarından
yağalma üsulunu iĢləyib hazırladı və bunu həyata keçirməyə nail oldu. Əldə olunan yağdan ilk
dövrlərdə boyaq və gön-dəri sənayesində istifadə edilirdi.
Sahibkarlar, A.Benua üsulu ilə toxumdan alınan yağ məhsulunu bir sıra xarici ölkələrə də
satmağa çalıĢırdılar. Lakin sahibkarlar ilk vaxtlar bu məqsədlərinə nail ola bilməmiĢlər. Çünki
xaricilərin bu yağın xüsusiyyətləri haqqında tam təsəvvürləri yox idi. Lakin bu çətinliklərə
baxmayaraq günəbaxan bitkisi öz «xoĢbəxtliyini» rus torpaqlarında tapdı. «GünəĢ çiçəyinin»
Rusiyaya nə vaxt gətirilməsi barəsində heç bir yazılı mənbə yoxdur. Buna baxmayaraq bir çox
alimlər bunun I Pyotrun qrafı A.Razumovski tərəfindən, digərləri isə A.V.Suvorov Avropa
yürüĢündən qayıdan zaman adı məlum olmayan əsgər tərəfindən gətirildiyini irəli sürürlər. Bəziləri
bitkinin toxumunun rus bağça sevərləri tərəfindən xaricdən alınmasını və yaxud Rusiyaya sürgün
edilən alman koloniyaları tərəfindən gətirildiyini deyirlər. Bütün deyilənlərə baxmayaraq, XVIII
əsrin ikinci yarısında bəzək bitkisi kimi sayılan günəbaxan bitkisinin çoxlu səbəti olan yeni-yeni
sortları alınıb əkilməyə baĢlandı. Bir müddətdən sonra Qərbi Avropa ölkələrinin bəzəyi olan
günəbaxan bitkisi sortlarının əksəriyyəti Rusiyanın bağ və bağçalarının bəzəyinə çevrildi. Sonralar
isə əkin sahələrində toxum məqsədləri üçün geniĢ əkilib-becərilmiĢdir. Təbiidir ki, əkinçilər ilk
anlar bunun çoxsaylı səbət formalarından yox, əksinə iri toxumlu və iri səbətçiyi olan formalarını
əkib-becərməyə baĢlamıĢdılar. Sahələrdə yaxĢı ĢumlanmıĢ, alaq otlarından təmizlənmiĢ,
gübrələnmiĢ, aqrotexniki üsulları tətbiq etməklə günəbaxan bitkisinin yeni-yeni iritoxumlu, yağla
zəngin olan sortlarını yaratmıĢlar. Kənd təsərrüfatı bitkilərinin tarixi ilə məĢğul olan məĢhur
232
tədqiqatçı F.X.Baxteyev qeyd edirdi ki, mutasiyanın köməyi ilə səbətinin diametri 40 sm,
toxumunun uzunluğu 25 mm olan günəbaxan sortları yaradılmıĢdır. XVIII əsrin ortalarında belə bir
fıkir irəli sürməyə baĢladılar ki, görəsən günəbaxandan daha hansı sahələrdə istifadə etmək olar.
Yalnız çərəz hazırlanması üçün Ukrayna, eləcə də Saratov vilayətində geniĢ sahələrdə günəbaxan
əkməyə baĢlamıĢdılar. Keçdikcə sahibkarlar sonralar bitkinin ən əhəmiyyətli cəhətlərindən biri
yüksək qidalılıq keyfiyyəti olan yağın alınmasını aĢkar etdilər.
Lakin bir müddət bu gözəl xüsusiyyətlərinə baxmayaraq onun əkilməsi dayandırıldı.
XIX əsrin 30-cü illərində Rusiyada yağ almaq məqsədi ilə günəbaxan bitkisini yenidən geniĢ
sahələrdə əkib-becərməyə baĢlandı. Bu iĢlər Alekseyevka qəsəbəsində qraf ġeremetyev tərəfindən
həyata keçirilirdi.
40-cı illərdə Alekseyev malikanəsinin məlumatına görə əkilən günəbaxandan 30 min puda
qədər toxum əldə edilmiĢdi. Lakin Rusiyada günəbaxan toxumundan yağ istehsalını irəli sürən və
buna təĢəbbüs göstərən adamın adı məlum deyildi.
Birinci dəfə günəbaxan toxumundan yağalma təĢəbbüsünü irəli sürən Ģəxsin adı xalqa 1860-
cı ildə məlum oldu. 1860-cı ildə mülkədar A.Terentiyevin günəbaxanın becərilməsinə dair Moskva
Kənd Təsərrüfatı Cəmiyyətinin jurnalında dərc edilən məqaləsində deyilir: «1841-ci ildə zadəgan
ġeremetyevanın zavodunda xalqın xatirəsində qalan Bokarev adlı bir ixtiraçı mühəndis çalıĢmıĢdır..
Bokarev əldə etdiyi günəbaxan toxumunu öz əkin sahəsində əkməyi qərara alır. O, yay aylarının
sonunda əldə etdiyi toxumdan , əl üsulu ilə yüksək keyfiyyətli yağ ala bilmiĢdir.
O, yağı heç yerdə, hətta bazarlarda da görməmiĢdi. Bokarev yüksək keyfiyyətli yağ əldə
etdiyi üçün onun sevincinin həddi-hüdudu yox idi. O birisi ili, yəni 1942-ci ildən baĢlayaraq
Bokarev günəbaxanın əkin sahəsini ilbəil artıraraq, xeyli toxum əldə etmiĢ, çoxlu miqdarda yağ
alıb, satıĢa göndərmiĢdi. Bokarevdən sonra Alekseyev qəsəbəsinin baĢqa bir əkinçisi də günəbaxan
toxumundan yağ almağa baĢlamıĢdır. Bir müddətdən sonra Alekseyev və Biryuçinski qəzalarından
əlavə bütün Voronej quberniyası tamamilə günəbaxan bitkisi əkib-becərməklə məĢğul olmuĢdur.
Buradan da Ukrayna, Kuban, ġimali Qafqaz, xüsusən Saratov quberniyasında və s. yerlərdə «günəĢ
çiçəyi» bitkisinin yeyilən «çırtlanılan» sortları geniĢ sahələrdə əkilmiĢdir. Yağ almaq məqsədi ilə
əkilən günəbaxan sahəsinin çoxluğuna görə o dövrlərdə Saratov quberniyası birinci yerə çıxmıĢdı.
90-cı illərdə yalnız Saratov quberniyasında günəbaxan yağının 80 faizi istehsal olunmuĢdur. Yağ
istehsalı ilə məĢğul olan baĢqa 10 quberniyada isə ancaq 20 faizə qədər yağ istehsal etmək mümkün
olmuĢdur. 90-cı illəıdə Saratov quberniyasının Volski, Saratov, Atkarski vilayətlərində əkilən tarla
bitkilərinin 32-34%-dən çoxu günəbaxanın payına düĢürdü. Bu illər çoxlu toxum məhsulu əldə
edilmiĢdi. Belə ki, əkilən hər hektar sahədən 98-100 puda qədər toxum əldə olunurdu. Bu dövrdə
günəbaxan toxumu, taxıl toxumlarından üstün sayılırdı. Günəbaxan yağına tələbat günü-gündən
artırdı. Bunu nəzərdən qaçırmayan sahibkarlar əkin sahələrini durmadan geniĢləndirirdilər. Bu
zaman Voronej, Saratov və digər quberniyaların seleksiyaçıları məhsuldar və yağ çıxımı yüksək
olan sortların yaradılması ilə məĢğul olmuĢlar. Bu dövrlərdə yüksək məhsuldar sortlar
yaradılmıĢdır. BaĢqa ərazilərdən toxum əldə edilib, bu ərazilərdə əkilən toxumdan əmələ gələn bitki
5 aydan sonra toxum verdiyindən, əkinçilər bununla qane olmayıb, yeni tezyetiĢən sortlar
yaratmağa çalıĢdılar. Onların gərgin əməyi hədər getmədi. Belə ki, 70-80 gün ərzində vegetasiya
dövrünü baĢa vuran sortların əldə edilməsinə nail oldular. Xalq seleksiyaçıları öz təcrübələrini
sürətlə davam etdirərək yaxın illərdə 10-a qədər yeni məhsuldar və tezyetiĢən sortlar eldə etməyə
nail oldular. Sonralar isə yağ çıxımı yüksək olan sortlar yaradılmağa baĢlandı. Çırtlama - «yemək»
məqsədi ilə yaradılan günəbaxan sortlarının toxumları uzun, qabıqları qalın, yağ təbiətinə malik
olanlar isə əksinə qısa, sıx rüĢeymə malik nazik qabıqlı, yağı yüksək olan ĢiĢtəhər toxumlu sortlar
idi. Beləliklə, günəbaxanı Rusiyada bir neçə istiqamətdə: toxumları xırda olub, bəzək bitkisi kimi,
toxumları iri yemək məqsədi üçün, tərkibində çoxlu yağı olan və s. sortları inkiĢaf etdirməyə
baĢlamıĢdılar. Ġldən-ilə günəbaxanın sahələrini geniĢləndirən əkinçilər, mülkədarlar, yağ istehsal
edən sahibkarlar, tacirlər, satıcılar böyük miqdarda gəlir əldə edib varlanırdılar. Birdən əkin
sahələrinin üzərini pas göbələkləri bulud kimi aldı. Ani halda bitkinin yarpaqları qaralıb külə
döndü, bitki məhv olmağa baĢladı. Məhsuldarlıq demək olar ki, tamamilə yox dərəcəsinə endi.
1869-cu ildə Voronejin zəngin sənayeçisi A.R.Mixaylov «Yer quruluĢu» qəzetində yazırdı:
Dostları ilə paylaş: |