225
Dünya florasının tərkibində 5-10 növü yayılmıĢdır. Cinsin növlərinə Avropa və Asiyada,
Suriyada, ġimali Afrikada rast gəlmək olar.
Ġncə, çəhrayı, al-qırmızı və qar kimi ağappaq çiçəkləri yaz çəmənliklərinə, olduğu bağ-
bağçalara yaraĢıq verir.
Azərbaycan ərazisində ən geniĢ yayılan növ
çoxillik qızçiçəyi – Bellis perennis L. hesab edilir.
Bu zəif və sıx çəmənliklərlə əhatə olunan və
qısa kökümsovlu çoxillik ot bitkisidir. Gövdəsi tək,
bəzən isə bir neçə ədəddən ibarət olub 517 sm
hündürlükdədir. Bitki may-iyun aylarında çiçək açır,
iyun-iyul aylarında meyvə verir.
Çoxillik
qızçiçəyi
Azərbaycanda
Quba
ərazisində, Kiçik Qafqazın Ģimal və cənub
rayonlarında, eləcə də meĢəliklərdə, çöllük və
çəmənliklərdə təsadüf edilir.
Belə bir rəvayətdə deyilir ki, qızlardan kim birinci bunu dərib balıĢının altına qoyub yatarsa,
onun ürəyində tutduğu niyyət tez yerinə yetər.
Qızçiçəyi ilə vərəm xəstəliyinin müalicəsi özünü çoxdan doğrultmuĢdur.
Çoxillik qızçiçəyi çiçəklərindən hazırlanan preparatlarla soyuqdəymə, bəlğəmgətirici,
ödqovucu, sidikqovucu, qankəsici, ağrıkəsici vasitə kimi istifadə edilir.
Ağ ciyər vərəminin, bronxial astmanın, yuxarı tənəffüs yolları xəstəliklərinin və çətin
təmizlənən bəlğəmin aradan qaldırılmasında. 3 çay qaĢığı doğranmıĢ ot və çiçəklərindən 2 stəkan
qaynadılmıĢ soyuq suya töküb 3 saat dəmlədikdən sonra süzün. AlınmıĢ ekstraktdan gündə 4 dəfə
yeməyə 30 dəqiqə qalmıĢ 0,5 stəkan daxilə qəbul edin.
Mədə və onikibarmaq bağırsaq yaralarında, nazik və yoğun bağırsaq soyuqdəymələrində,
böyrək və sidik kanalında baş verən xəstəliklərin müalicəsində istifadə etmək üçün. 2 xörək
qaĢığı doğranmıĢ ot və çiçəklərindən 1 stəkan qaynar suya tökün və qapaqla örtüb, 2 saat dəmləyin.
Sonra gündə 3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ stəkanın 1/3 hissəsi qədər daxilə qəbul edin.
Sistit və pielonefritin müalicəsində. 10 ədəd təzə qızçiçəyi və 1 xörək qaĢığı ayıqulağı
qarıĢığını 1 stəkan qaynar suya töküb 1 saat dəmlədikdən sonra süzün. Gündə 4 dəfə yeməkdən
yarım saat sonra 1 xörək qaĢığı qəbul edin.
Revmatizm, podaqra, artrit və artrozda. Bunun üçün təzə yarpaqlarını qaynar suda pörtlədin
və ağrıyan nahiyənin üstünə qoyub sarıyın. Əməliyyatı axĢamlar aparın.
Qafqaz qurucası – Omalotheca caucasica (Sommier & Levier) Czerep.
(Gnaphalium caucasicum Sommier & Levier)
Dünya florasının tərkibində Q.Axundova (1961) görə qurucanın 300, S.A.Qurbanov və b.
(1976) görə 200 növü məlumdur. Cinsə daxil olan növlərin hamısı birillik və çoxillik ot bitkiləri
olub, Yer kürəsinin hər yerində yayılmıĢdır. Bitkinin Qafqazda 6, o cümlədən Azərbayacnda 5
növünə rast gəlinir. Cinsin bir neçə növündən xalq təbabətində geniĢ istifadə edilir. Bunladan biri
də Qafqaz qurucası - Gnaphalium caucasicum Sommier & Levier-dir.
Bu, hündürlüyü 10-30 sm olan düz qalxan çoxillik ot bitkisidir. Yarpaqları lanset və yaxud
xətvari-lanset formalı, ortasında yerləĢən damarlar aydın görünən yaĢılımtıl rəngdədir. Çiçək
səbətləri qoltuqda yerləĢməsinə baxmayaraq bəzən gövdənin yuxarı hissəsində mürəkkəb
sünbülvari hamaĢçiçək əmələ gətirir. Ġyul-avqust aylarında çiçək açır və meyvə verir.
Qafqaz qurucası Azərabycanda Böyük Qafqazın dağlıq sahələrindən Göyçay rayonunun
ərazisinə qədər yayılmıĢdır. Bundan baĢqa bitkiyə yuxarı meĢə ərazilərindən baĢlayıb subalpdan
alpın aĢağı hissələrinə qədər təsadüf edilir. Bitki kollar arasında otluqlarda və çəmənliklərdə də
yayılmıĢdır. Quruca preparatlarından soyuqdəymə, qıcolma, təzyiqin aĢağı düĢməsi zamanı,
bakterisid ağrıkəsici və sakitləĢdirici, yarasağaldıcı vasitə kimi geniĢ istifadə edilir.
226
Qurucadan müalicə preparatlarının hazırlanması.
Mədə və onikibarmaq bağırsaq xəstəliklərinin müalicəsində. Bunun üçün doğranmıĢ
quruca, dazıotu, boymadərən, bağayarpağı, çöl qatırquyruğu, gülümbahar çiçəyi, kənaf toxumu
yaxĢı qarıĢdırın. QarıĢıqdan 2 xörək qaĢığı 0,5 litr qaynar suya tökün, vam od üzərinə qoyub 3-5
dəqiqə saxlayın. Yarım saatdan sonra süzün. Aldığınız ekstraktdan isti halda, gündə 2-3 dəfə,
yeməyə 30 dəqiqə qalmıĢ daxilə qəbul edin. Müalicə kursu 2 aydır.
Hipertoniyanın ilk aylarında, əsəb gərginliyinin artmasında, beyinə çoxlu nıiqdarda qan
axması, baş ağrıları, taxikardiya zamanı. 1 xörək qaĢığı doğranmıĢ ot hissəsindən 1 stəkan qaynar
suya tökün və 2-3 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə, yeməyə 20-30 dəqiqə
qalmıĢ qəbul edin.
Kəskin xroniki qastritin müalicəsində. 2 xörək qaĢığı
doğranmıĢ otu 0,5 litr qaynar suya tökün və vam od üzərində 5
dəqiqə saxlayıb, götürün, 2 saat dəmləyib süzün. Aldığınız
ekstraktdan gündə 2-3 dəfə, yeməyə yarım saat qalmıĢ 0,5 stəkan
qəbul edin.
Ağ ciyər vərəminin müalicəsində köməkçi vasitə kimi. 5
xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan arağın üzərinə töküb, 2
həftə ərzində cövhərini çıxarın. Sonra süzüb gündə 3 dəfə,
yeməkdən əvvəl 1 çay qaĢığı qəbul edin.
Uşaqlıq yolu eroziyalarının müalicəsində. 2 xörək qaĢığı
doğranmıĢ otu 0,5 litr qaynar suya töküb 3-4 saat dəmləyib
süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə, 1 çay qaĢığı azca su
əlavə etməklə için.
Yanıqların,
kəsiklərin,
çətin sağalan yaraların
müalicəsi üçün mazın hazırlanması. Quruca tozu, bal və kərə yağını bərabər miqdarda götürüb
qarıĢdırın, 3 4 gün saxlayın. Aldığınız mazdan gündə 1-2 dəfə xəstə nahiyəyə sürtün.
Diqqət! Quruca ekstraktından arterial təzyiqi aĢağı, qanı qatı olan və tromba meylli
xəstələrin istfıadə etmələri məsləhət görülmür.
Qatlı quruçiçək – Helichrysum plicatum DC.
Solmazçiçəkdən
(Quruçiçəkdən)
hazırlanan
preparatlardan
ödqovucu, sekresiya,
sidikqovucu, tərlədici, dezinfeksiyaedici, qankəsici, büzüĢdürücü, bəlğəmgətirici, qantəmizləyici,
hipertoniya, ağrıkəsici, turĢuluğu azaldan, qara ciyərin, öd kisəsinin ifrazat fəaliyyətini artıran vasitə
kimi istifadə edilir.
Hindistanda solmazçiçəyindən Ģəkər xəstəliyində, iĢemiya, ateroskleroz, piylənmə, mədəaltı
vəzinin fəaliyyətinin gücləndirilməsində, revmatizmdə, podaqra, əsəb, qara ciyər və yumurtalıq
xəstəliklərinin müalicəsində iĢlədilir. Tibet təbabətində solmazçiçəyindən hipertoniya və iĢlədici,
Rusiyada qara ciyər, sidikqovucu, böyrək qıcıqlanmalarında və həmçinin böyrək və sidik kisəsində
olan daĢ və qumların təmizləmnəsində iĢlədilir.
Qatlı quruçiçək - H.plicatum DC. hündürlüyü 20-40(50) sm olan çoxillik ot bitkisidir. Düz
qalxan gövdəsi yumĢaq yunlu, sıx ağ tüklərlə örtülmüĢdür. Zoğlarının üzərindəki yarpaqları
uzunsov, tərs, lansetĢəkillidir. Xırda, seyrək qalxan çıçək qrupunda toplanmıĢ çoxsaylı çiçək
səbətindən ibarətdir. Çiçəkləri limonu-sarı, narıncı, sarğının yarpaqcıqları iri tüksüz, parlaq, sarı,
bəzən isə açıq-sarı rəngdədir. Meyvəsi uzunsov-yumuıtavari, kəkilli toxumcadır. Bitki iyun-iyul
aylarında çiçəkləyir, çiçəkləri bitki quruyana qədər üstündə qalır, meyvələri iyul-avqustda yetiĢir.
Qatlı quruçiçək yabanı halda Naxçıvan MR-in və Diabarin orta dağ qurĢağından baĢlayaıaq
subalp zonasına kimi yayılmıĢdır. Buna ən çox quru, gilli, daĢlı-çınqıllı yamaclarda və kolluqlarda
rast gəlmək olar. Çiçəkləri qurudulduqda belə rəngini dəyiĢmədiyinə görə xalq arasında buna
solmazçiçək də deyirlər. Müalicə məqsədi ilə bitkinin çiçəklərindən istifadə olunur. Çiçəyindən
hazırlanmıĢ dəmləmələr və ekstraktlar xəstələr üzərində sınaqdan keçirilərək gözəl ödqovucu
xassəsi aĢkar edilmiĢdir. Çiçəklərinin ödqovucu təsiri onun tərkibindəki flavonoidli birləĢmələrlə
Dostları ilə paylaş: |