221
Balqabaq yabanı halda Meksika, Cənubi Amerika, Qvatemala, Honduras və s. ölkələrin
ərazilərində yayılmıĢdır. Qafqazda, o cümlədən də Azərbaycanda bir neçə növü, onlarla sortları
mədəni halda becərilir.
Bizim eradan 3 min il əvvəl Meksika ərazisində balqabaq bitkisinin toxumlarının qabıqları
aĢkar olunmuĢdur. Bu da onu göstərir ki, 3 min il əvvəl balqabaqdan qida bitkisi kimi istifadə
etmiĢlər. Balqabağın bir neçə növünü misirlilər də əkib-becərmiĢlər.
Balqabaq faydalı qida bitkilərindəndir. Onun yumĢaq meyvəsinin tərkibində 4,34-7,85%
Ģəkərli maddələr (2,31-5,17% saxaroza, 1,7-2,68% monosaxaridlər) vardır. Bəzi sortlarının
tərkibində 10-15%-ə qədər Ģəkər olur. Bəzi sortları karotinoidlə zəngindir. Toxumunun tərkibində
36,0-52,22%-ə qədər keyfiyyətli qida yağı saxlayır. Balqabaq çiy halda yeməli deyildir. Onu
buxarda biĢirilmiĢ, sıyıq halında və yaxud yağda qızaıdılmıĢ halda yeyirlər. Qafqazda, o cümlədən
də Azərbaycanda ən çox əkilib-becərilən növü müĢk balqabağıdır.
Toxumlarında fıtosterin, qatran maddəsi, üzvi turĢular vardır. Balqabağın 92%-ni su, makro-
və mikroelementlərdən - kalsium, kalium, manqan və dəmir təĢkil edir. Bundan baĢqa bitkinin ətli
hissəsində C, B
1
, B
2
,
PP vitaminləri, nikotin turĢusu və s. aĢkar edilmiĢdir.
Toxumlarının tərkibində 4,33% kül, mq/q olmaqla: K - 10,20, Ca - 0,40, Mg - 5,80, Fe -
0,07 makroelementləri, mkq/q olmaqla: Mn - 0,11, Cu - 0,61, Zn - 0,85, Mo - 0,60, Cr - 0,02, Se -
38,90, Ni - 0,24, Pb - 0,02, I - 0,07, B - 0,60 mikroelementləri aĢkar edilmiĢdir.
Balqabaqdan müalicəvi preparatların hazırlanması.
Böyrək və qara ciyərin müalicəsində. 1. Xalq təbabətində böyrək və qara ciyər
xəstəliklərində təzə balqabaq Ģirəsi ilə yanaĢı buxarda biĢirilmiĢ püresindən
istifadə etməyi məsləhət
görürlər. Bunun üçün gündə 100-200 ml balqabaq Ģirəsi və yaxud 500 q sürtgəcdən keçirilmiĢ
püresindən yeməyi təklif edirlər. Balqabaq Ģirəsi böyrək və sidik kisəsi nahiyələrində olan ağrıları
sakitləĢdiıir və onların fəaliyyətini nizamlayır.
2. Bunun üçün orta böyüklükdə balqabaq götürərək yuxarı hissədən dairəvi qapaq
formasında kəsib toxumunu və lifıni çıxarıb təmizləyin. Sonra litrin 1/4 hissəsi qədər bitki yağı, 250
q Ģəkər tozunu bir-birilə qarıĢdırıb balqabağın içərisinə töküb yuxarı hissədən dairəvi kəsilmiĢ
qapaqla örtüb sobada biĢirin. BiĢmiĢ balqabağı sobadan çıxarıb qabığını soyub taxta qaĢıqla
yumĢaldıb püre halına salın. AlınmıĢ püredən gündə 3 dəfə, yeməkdən əvvəl 1 xörək qaĢığı qəbul
edin. Qalan püreni isə soyuducuda saxlayın.
Ürək-damar sistemiı xəstəliyi zamanı baĢ veıən ürək ağrıları, stenokardiya və digər ürək
xəstəliklərindən yaxa qurtarmaq üçün mütəmadi olaraq balqabaq toxumu qəbul edin. Balqabaq
meyvəsinin tərkibində çoxlu miqdarda kalium elementi olduğu üçün aterosklerozun və qarın
boĢluğuna toplanan artıq suyun qarĢısının alınmasında istifadə edilir. Balqabaqdan qan azlığının
qarĢısının alınmasında da istifadə edilir.
Balqabaq meyvəsinin tərkibində selülozanın miqdarı az olduğundan ondan mədə-bağırsaq
xəstəliklərində istifadə edilir. Bundan baĢqa tərkibində zəngin pektin maddəsi olduğu üçün yoğun
bağırsaq soyuqdəymələrində istifadə edilir.
Balqabaqdan sidikqovucu kimi sıyığının tərkibinə 1 çay qaĢığı bal qataraq gündə 2 dəfə
qəbul etmək olar.
Pielonefrit, kəskin sistit zamanı. Gündə 2 dəfə 50 q balqabaq sıyığı yemək məsləhət
görülür.
Balqabaqdan mədənin fəaliyyətini nizama salan pəhriz xörəklərinin hazırlanmasında geniĢ
istifadə edilir. Tərkibində çoxlu miqdar pektin maddəsi olduğu üçün yoğun bağırsaq
soyuqdəymələrində çox iĢlədilir. Pektin orqanizmdən xolesterini kənar edir, aterosklerozun əmələ
gəlməsinin qarĢısını alır. Balqabağın ətli hissəsi bağırsaqların iĢləmə qabiliyyətini yaxĢılaĢdırır,
gündə 0,5 kq qida kimi qəbul etməklə qəbizlyin aradan qaldırılmasında istifadə edilir. Balqabaq
aĢağı kalorili (100 q/24 kkal) olduğu üçün ondan kimi piylənməyə qarĢı pəhriz xörəyi kimi istifadə
olunur.
Balqabaqdan sıyıq xörəklər hazırlayıb ürək-damar, böyrək və sidik kisəsi xəstəliklərində,
eləcə də sidikqovucu vasitə kimi istifadə edilir.
Helmintlərə öldürücü təsir göstərən preparatların hazırlanması. YaĢ və yaxud qurudulmuĢ