217
Jasq.
Hər iki növ çoxillik bitkidir. Ağ küstüĢam sarmaĢan, uzunluğu 3-4 metr olan yarpaqları zəif
tüklərlə əhatələnmiĢdir. Ağ küstüĢamın kökü xaricdən sarımtıl, daxildən isə ağ rəngdədir.
Yarpaqları növbəli, saplaqlı barmaqvari-dilimlidir. Uzunsov ətli kok hissəsinin kütləsi 1 kq-a qədər
olur. Xalq arasında ağ küstüĢama «Ģeytan turpu» da deyilir. Avropa botanika bağlarında bəzək
bitkisi kimi əkilib becərilən nümunələrinin kökü 5-6 kq-dan artıq olur. Meyvəsi qara rəngli
giləmeyvə olub diametri 7-8 mm-dir.
Azərbaycanın əksər rayonlarının orta dağ qurĢaqlarında, meĢə kənarlarında, çay vadilərində,
alaq bitkiləri içərisində, dincə qoyulmuĢ torpaqlarda, bağlarda, bostanlarda geniĢ yayılaraq bol
ehtiyata malikdir.
Ağ küstüĢamın kök hissələrinin tərkibində sulu karbohidratlardan saxaroza, polisaxaridlər,
0,34% efır yağı, 0,24 alkaloid, zəhərli brionin, brionidin, 0,75% kumarin, yarpaqlarında efır yağı, E,
C vitaminləri, karotin, çiçəklərində karotinoid birləĢmələri, toxumlarında isə 13,7-25%-ə qədər yağ
və likopin maddələri və s. aĢkar edilmiĢdir. Bitkinin kök hissəsindən hazırlanmıĢ cövhərindən
«Akofit» kompleks preparatının hazırlanmasında istifadə olunur. Həmin preparatın köməyi ilə
revmatizm, radikulit, homeopatiya, soyuqdəymə, xroniki artritdə, nevrit və s. xəstəliklərin
müalicəsində istifadə edilir. Ağ küstüĢamdan hazırlanan preparatlar bronxitini, bronxitli
pnevmoniyaların, quru pnevmoniyanın, baĢ ağrılarının, göz xəstəliklərinin müalicəsində də tətbiq
edilir. Avropa xalqları çox qədim zamanlardan baĢlayaraq bitkini astit, ürək xəstəliklərində, eyni
zamanda podaqra, qusma, zəif iĢlədici vasitə kimi istifadə edirdilər. Bolqarıstanda çiban və
səpkilərin, trofık yaraların, diatezin, ziyillərin, piqment ləkələrinin müalicəsində istifadə edilir.
Qaraçay-Çərkəz xalqları vərəm, pnevmoniya, mədə və boğaz xəstəlikləri, revmatizm,
paraliç, epilepsiya və s. zamanı iĢlədirlər. Ağ küstüĢamın preparatlarından malyariyada, miozitdə,
miqrendə, öskürəkdə, yarasağaldıcı, istiqovucu və s. kimi tətbiq edilir. Ondan alınan cövhərlə qan
laxtalanmasının, xərçəng çöplərinin inkiĢafının qarĢısını alırlar. Kök, zoğ, yarpaq və
giləmeyvələrindən qədimlərdə bəd və xoĢxassəli ĢiĢlərin müalicəsində geniĢ surətdə istifadə
edilmiĢdir.
Bütün hissələri: yarpaq və zoğları, meyvəsi, xüsusən də kökləri zəhərli təsirə malikdirlər.
Xalq təbabətində qurudulmuĢ köklərindən çay dəmləyib ağrıkəsici vasitə kimi, eləcə də
malyariyaya qarĢı istifadə edilir. QurudulmuĢ köklərindən toz hazırlayıb kapliyar qanaxmalarında,
dəri yaralarının müalicəsində, araqda hazırlanmıĢ spirtli cövhərindən isə revmatizmdə, podaqrada
xarici nahiyəyə sürtmə dərmanı kimi iĢlədilir.
Toxumlarının tərkibində olan piyli maddədən kustar üsulla sabun hazırlanır.
Giləmeyvələrindən qırmızı boyaq alınır. Müalicə məqsədləri üçün ən çox ətli kök hissəsindən
istifadə edilir. Kökünü çiçək açana qədər toplamaq məsləhət görülür. Dərman hazırlamaq üçün
nadir hallarda yarpaq və cavan zoğlarından istifadə edilir. Ġkievli küstüĢam birevli küstüĢam kimi
eyni müalicəvi xüsusiyyətlərə malikdir.
Müalicə məqsədləri üçün kütləsi 1 kq-a qədər olan ətli kökündən, nadir halda isə gövdə və
yarpaqlarından istifadə edilir.
Bitkinin bütün hissələrinin tərkibində, xüsusilə də kök hissəsində zəhərli amorf (formasız)
qlükozid brionin (C
48
H
66
O
18
, hidroliz olunaraq formasız briogenin (C
30
H
46
O
6
) və qlükoza əmələ
gətirir, az öyrənilən brionindir), aĢı maddəsi, qətran, sidik cövhəri, alma turĢusu duzu və s.
maddələr, toxumlarının tərkibində 25%-ə qədər likopin, yarpaqlarında askorbin turĢusu aĢkar
edilmiĢdir.
Ağ brioniyadan hazırlanan preparatlardan bakterisid kimi ağrıkəsici, yarasağaldıcı,
bəlğəmgətirici, sidikqovucu, iĢlədici, diabet əleyhinə, ĢiĢ əleyhinə, parazit qurdların tökülməsində,
arterial təzyiqin aĢağı salınmasında və ürək fəaliyyətinin iĢinin yaxĢılaĢdırılmasında tətbiq edilir.
S.E.Zemlinskiyə görə ağ brioniyadan hazırlanan ekstrakt və cövhərlərdən ağrıkəsci və
qankəsici kimi istifadə edilir. Onun preparatları fəqərəarası sinir ağrılarında iĢlədilir. Az dozalarda
(10%-li cövhərindən 30 damcı) götürməklə arterial təzyiqin aĢağı salınmasında, ürək fəaliyyətinin
yaxĢılaĢdırılmasında, ürək ağrılarının aradan qaldırılmasında, miqrenin, epilepsiya, paraliç,
həmçinin uĢaqlıq qanaxmalarında istifadə edilir (V.Ġ.Zavrajnov və b., 1977).
218
Xalq təbabətində sulu dəmləməsindən epilepsiyada, udlaq və diĢ ağrılarında istifadə edirlər.
Bunun üçün 1 çay qaĢığı bitkinin kök hissəsini 1 stəkan qaynar suya töküb dəmləyib ilıq halda
qarqara etməyi məsləhət görürlər. Bitkinin kök hissəsindən götürüb çətin sağalan irinli yaraların
üzərinə qoyub bağlayır və yaranın tez deĢilib irindən təmizlənməsinə səbəb olur (B.Q.Nikolayeva).
KüstüĢamdan hazırlanan preparatlar bakteroid, ağrıkəsici, yarasağaldıcı, soyuqdəymə,
bəlğəmgətirici, sidikqovucu, zəif iĢlədici, Ģəkər, xərçəng ĢiĢi, qurd əleyhinə, arterial təzyiqi aĢağı
salan və ürək əzələlərinin iĢləmə qabiliyyətini artıran xassələrə malikdir.
Astma, bronxit, plevrit, pnevmoniya xəstəliklərinin müalicəsində. 1 xörək qaĢığı doğranmıĢ
kök hissəsindən 1 stəkan qaynar suya tökün və 20 dəqiqə su hamamında saxladıqdan sonra ikiqat
tənzifdən süzüb, üzərinə isti sü əlavə edərək bir stəkan həcminə çatdırın. Yeməkdən sonra gündə 3
dəfə, 1 çay qaĢığı qəbul edin. Müalicə kursu 5-7 gündür. Məhlulu soyuducuda saxlamaqla yanaĢı,
uĢaqlardan qoruyun.
Mədə və onikibarmaq bağırsaq yaralarında, hipertoniyada, ağ ciyər vərəmində,
epilepsiyada, qıcolmalarda və miixtəlif mənşəli şişlərin müalicəsində. 1 çay qaĢığı doğranmıĢ ot
hissəsindən bir stəkan qaynar suya töküb, su hamamında 10 dəqiqə saxladıqdan sonra süzün. 1
stəkan həcminə gətirib gündə 3 dəfə, yeməkdən sonra 1 xörək qaĢığı qəbul edin. 5 gün qəbul
etdikdən sonra 2-3 gün fasilə verib, müalicə kursunu davam etdirin.
Hipertoniyada, ürək çatışmazlığında, ürək ağrılarında. 2 xörək qaĢığı otundan 1 stəkan
arağın üzərinə töküb, qaranlıq yerdə 1 həftə saxlayıb cövhərini aldıqdan sonra süzün. Gündə 3 dəfə,
30 damcı götürüb stəkanın 1/4 hissəsi qədər suya qarıĢdrraraq yeməkdən sonra qəbul edin.
Müalicəni 7 gün davam etdirin.
Damar və poliartrit revmatiznılərində, podaqrada, fəqərələr arası nevralgiyada, plevrit və
bel ağrılarında. 1 çay qaĢığı doğranmrĢ kök hissəsindən 0,5 stəkan təmiz bitki yağının üzərinə
əlavə edib, gün düĢən yerə qoyun. 2 həftə hər gün çalxalamaqla saxlayın. Sonra süzüb xəstə
nahiyəyə sürtün.
Revmatizm, həmçinin diabet zamanı. Pəhriz saxlamaqla bitki yığımlarından istifadə edin.
Bunun üçün 5 xörək qaĢığı doğranmıĢ kökündən 1 litr qaynar suya töküb 15-20 dəqiqə qaynadın.
Yarım saat saxladıqdan sonra süzüb vannaya tökün. Yatmağa 1 saat qalmıĢ vanna qəbul edin.
Vannanı günaĢırı qəbul etməyi məsləhət görürlər. Müalicə kursu 12-14 gündür.
Diş ağrılarında. Yarım çay qaĢığı otundan 0,5 litr qaynar suya töküb, 15 dəqiqə su
hamamında saxladıqdan sonra soyudub süzün. Aldığınız dəmləmə ilə ağzınızı tez-tez yaxalayın.
Apteklərdə ağ küstüĢamdan hazırlanmıĢ «Brioniya» mazı satılır. Maz soyuqdəymə,
ağrıkəsici, damar revmatizmlərinin və artrit ağrılarının müalicəsində gözəl effekt verir.
Diqqət! Bitki zəhərli olduğundan ondan hazırlanan preparatlardan daxilə qəbul edən zaman
göstərilən dozaların düzgün miqdarda götürülüb istifadə edilməsinə diqqət yetirin. Bitkinin
preparatlarından hamilə qadınların və kəskin qlomerylonefritə tutulmuĢ xəstələlrin qəbul etmələrinə
icazə verilmir.
Qovun (Adi yemiĢ) – Melo sativus Sager. ex M.Roem.
Balqabaqkimilər fəsiləsi 120 cinsi və 640-800-ə qədər növü əhatə edib (Jukovski, 1971;
Qurbanov və baĢqaları 1976) birillik və yaxud çoxillik lianaoxĢar ot bitkisidir. Nadir hallarda
kolcuq və ağac formalarında olub yer kürəsinin tropik və subtropik ölkələrinin ərazilərində təsadüf
edilir. Qovunun vətəni Orta Asiya ölkələri hesab edilir. Balqabaq fəsiləsinin ən qiymətli
cinslərindən biri də qovundur. ġərq ölkələrinin xalqları qeyd edirlər ki, «Qovun tükləri parlaq edir,
gözü cavanlaĢdırır, dodağı təravətləndirir». Qovun haqqında deyilən həqiqətlər təcrübədə özünü
təsdiq edir. Qovunun tərkibində 10-15%-ə qədər Ģəkər, fruktoza olduğundan o çox dadlı və xoĢ
tamlıdır. Qovun nəinki insanı gözəlləĢdirir,
həmçinin onu gümrah və sağlam edir. Qovunun
geniĢ əkilib-becərilməsinə baxmayaraq o ekzotik
qida hesab edilir. Qarpız qovunun analoqudur.
Elmi təsnifata görə bu tərəvəz desert (çərəz) hesab
Dostları ilə paylaş: |