209
çay qaĢığı doğranmıĢ boyaqotu kökü 1 stəkan qaynanmıĢ suda 8 saat müddətində dəmlənir,
tənzifdən süzülür, stəkanda qalan köklərin üstünə bir stəkan da qaynar su tökməklə 15 dəqiqə
dəmlənir, yenə tənzifdən süzülür. Sonra hər iki maye qarıĢdırılır. Bir gün müddətində hər dəfə
yarım stəkan miqdarında gündə 4 dəfə, daxilə qəbul edilir. Güclü sidikqovucu xassəyə malik olduğu
üçün onu çox iĢlətmək olmaz. Böyrək daĢı xəstəliyində boyaqotu kökü iĢlədən xəstələr bunu ancaq
həkimin icazəsi ilə edə bilərlər.
Təəssüflə qeyd etmək lazımdır ki, respublikamızda boyaqotunun ehtiyatı xeyli azalmıĢdır.
Unutmaq olmaz ki, boyaqotu mühafızə olunan bitkilər sırasına daxildir. Hazırda Azərbaycanın heç
bir yerində boyaqotu bitkisi əkilib-becərilmir.
Azərbaycan xalçalarının keçmiĢ Ģan-Ģöhrətini özünə qaytarmaq və eyni zamanda
apteklərimizi xammalla təmin etmək üçün bu qiymətli bitkini geniĢ sahələrdə əkib-becərmək
lazımdır.
Bitkini toxum vasitəsilə artırıb-çoxaldırlar. Toxumlarını yaz fəslində 2-3 sm dərinlikdə
əkirlər. Cərgələrin arası 60-70 sm olmaqla hər hektar sahəyə 15-20 kq toxum səpmək məsləhət
görürlür.
Qazılıb çıxarılmıĢ kök və kökümsovları əl ilə torpaq və digər qarıĢıqlardan təmizləyərək
sakit axar suda yuyur, mehdəyən kölgəli yerlərdə açıq havada və yaxud 45-50 dərəcə temperaturda
odla qızdırılan sobalarda qurudurlar. Kökün saxlanma müddəti 3 ildir.
Boyaqotu kökündən müalicə preparatlarının hazırlanması.
Boyaqotundan hazırlanan preparatlardan bakterisid, sidikqovucu, ödqovucu, spazma
əleyhinə, böyrək və sidik kisəsində daĢlaĢıb qalmıĢ oksalat, fosfat birləĢmələrinin parçalanıb
orqanizmdən kənar edilməsində geniĢ istifadə edilir.
Böyrək və öd kisəsində olan daşların əridilib kənar edilməsində. 1 çay qaĢığı doğranmıĢ
boyaqotu kökünü 1 stəkan qaynadılmıĢ soyuq suyun üzərinə tökün və 8 saat saxlayıb süzün.
QaynadılmıĢ xammalın üzərinə yenidən 1 stəkan qaynar su əlavə edib, 10 dəqiqə dəmə qoyduqdan
sonra süzüb birinci dəfə aldığınız ekstraktla qarıĢdırın. 5 dəqiqə qaynadıb süzün. Aldığınız
dəmləməni səhərlər isti halda qəbul edin.
Böyrəkdə fosfat birləşmələrindən olan daşların əridilməsi. 1 çay qaĢığı doğranmıĢ
boyaqotu kökünü 1 stəkan qaynadılmıĢ soyuq suya tökün və 10 saat dəmlədikdən sonra 5 dəqiqə
qaynadıb süzün. Səhərlər isti halda qəbul edin.
Sidik kisəsiııdə olan daşların orqanizmdən kənar edilməsində. Narın toz halına salınmıĢ
boyaqotu kökünün tozundan çay qaĢığının 1/4 hissəsi qədər götürüb gündə 3-4 dəfə yeməkdən
sonra qəbul edin. Müalicəni 1 həftə davam etdirin. Bu zaman sidiyin rəngi qırmızıya çalacaqdır. Bu,
sizi təĢviĢə salmasın. Bu vasitənin nəticəsi belə olmalıdır.
Böyrək və sidik kisəsində olan oksalat və yaxud fosfat birləĢmələri çıxarılıb qurtardıqdan
sonra qəhvəüyüdəndən keçirilmiĢ boyaqotu tozundan çay qaĢığının 1/4 hissəsi qədər götürüb gündə
2-3 dəfə qəbul edin. Müalicə kursunu 3-5 gün davam etdirin.
Uşaqlıq qanaxmalarında. Bunun üçün toz halına salınmıĢ boyaqotu toxumundan çay
qaĢığının 1/4 və yaxud 1/5 hissəsi qədər, gündə 2-3 dəfə yeməkdən sonra qəbul edin. Müalicə kursu
5-7 gündür.
Revmatizm xəstəliyinin müalicəsində. Gərgin fıziki iĢdən sonra ağrıyan qollarınızı normal
hala salmaq üçün eyni miqdarda bal və boyaqotu tozu götürüb qarıĢdırıb, alınan mazı ağrıyan yerə
sürtüb, müalicə edin.
Diqqət! Boyaqotu az-çox dərəcədə zəhərli olduğundan müalicə preparatları hazırlayarkən
götürülən dozaların miqdarına diqqət edin. Boyaqotu dəmləmələri mədə və onikibarmaq bağırsaq
yaraları olan xəstələr üçün məsləhət görülmür.
Doqquzdon – Caprifoliaceae Juss. fəsiləsi
KəndəlaĢ – Sambucus nigra L.
Dünya florasının tərkibində doqquzdon fəsiləsinin 15 cinsi, 300-dən artıq növü yayılmıĢdır.
Bunlara ən çox Ģimal zonalarının mülayim iqlim qurĢaqlarında rast gəlmək olar. Cinsin növləri
210
içərisində dərman, boyaq, nektar, bəzək üçün yararlı növmüxtəliflikləri spektrinə təsadüf edilir.
Qədim dövrün insanları kəndəlaĢı uzun müddət müqəddəs bir varlıq kimi qiymətləndirərək
onu həmiĢə mühafizə etmiĢlər. Onlar insanları qorxudaraq deyirdilər ki, kim kəndəlaĢı qırsa və
yaxud kəssə Allahın qəzəbinə tuĢ olar.
KəndəlaĢın bütün hissələrindən - çiçək, meyvə,
qabıq, kök və yarpaqlarından müalicə məqsədləri üçün bir
sıra xəstəliklərin sağaldılmasında istifadə edirmiĢlər.
Bitkinin ağ rəngli çiçəkləri may-iyun aylarında
açır, avqust-sentyabr aylarında Ģirəli qara-bənövĢəyi rəngli
meyvələri yetiĢir. Müalicə məqsədləri üçün ən çox çiçək
və yetiĢmiĢ meyvələrindən istifadə edilir.
KəndəlaĢın tərkibində zəngin C, E vitaminləri,
mineral duzlar kompleksi aĢkar edilmiĢdir. Giləmeyvənin
tərkibində karotin, rutin, efir yağı, üzvi turĢular və s.
tapılmıĢdır. Çiçək və meyvələrindən hazırlanan ekstrakt və dəmləmələrdən öskürək, soyuqdəymə,
homeopatiya, tənəffüs yolları xəstəliklərində (xüsusən də astmada) və yeyeinti sənayesində istifadə
edilir. Meyvə, yarpaq və budaqlarından alınan ekstraktlarından laringit, qrip, quru öskürək, bronxit,
böyrək xəstəliklərində istifadə edilir. Meyvəsindən hazırlanmıĢ Ģirəsindən Ģəkər, hepatit, mədə
yaralarında, revmatizm, əsəb sistemi pozuntularında və s. xəstəliklərin müalicəsində istifadə edilir.
KəndəlaĢın meyvəsi zəhərlənməyə qarĢı əvəzolunmaz vasitə hesab edilir. Meyvələri orqanizm üçün
zəhərli təsirə malik toksiki maddələri orqanizmdən tez kənar edir. KəndəlaĢın çiçəklərindən
hazırlanan çaydan damar divarlarının möhkəmləndirilməsində və elastikliyinin artırılmasında
istifadə edilir. Ukrayna və Belarusda kəndəlaĢdan qurdqovucu, qabıqlarından soyuqdəymənin,
podaqra, sümük sınıqlarında, diĢ ağrılarının aradan qaldırılmasında istifadə edilir. Bosniya və
Hersoqovina xalq təbabətində yarpaqlarının üzərinə bitki yağı əlavə edib qızdırmaqla, çiçəyinin isə
isti ağ Ģərabda ekstraktını hazırlayıb ayaq ağrılarını, suçiçəyini, PolĢada çiçəyindən hazırlanan
ekstraktından öskürəyin, qulaq ağrılarının, Ġngiltərədə meyvə və nektarından dadlı Ģərab növləri
hazırlayıb bir sıra xəstəliklərin müalicəsində istifadə edilir.
KəndəlaĢdan müalicə prepartlarının hazırlanması.
Qrip, kəskin tənəffüs yolları xəstəliklərinin müalicəsiııdə. Bərabər miqdarda, yəni 1:1
nisbətində qara kəndəlaĢın qurudulmuĢ yarpaq və çiçəklərindən 1 xörək qaĢığı götürüb 1 stəkan
qaynadılmıĢ suya tökün və 1 saat dəmləyib süzün. Aldığınız dəmləmədən gündə 3-4 dəfə, stəkanın
1/4 hissəsi qədər qəbul edin.
Sidikqovucu vasitə kimi. 1 xörək qaĢığı qurudulmuĢ qara kəndəlaĢ yarpağından götürüb 1
stəkan qaynar suya töküb vam od üzərində 5 dəqiqə qaynadın, soyudub süzün. Aldığınız
ekstraktdan gündə 3 dəfə, 1 xörək qaĢığı qəbul edin.
Babasil və dəri səpmələrinin (bolqar xalq təbabətindən) müalicəsi üçün. 2 çay qaĢığı
kəndəlaĢ çiçəyini 10-15 dəqiqə dəmləyib süzün. Aldığınız ekstraktı bütün gün ərzində qurtum-
qurtum qəbul edin.
Baş ağrılarının aradan qaldırılmasında. 1 xörək qaĢığı qara kəndəlaĢın qurudulmuĢ
çiçəklərini 1 stəkan qaynar suya töküb 20 dəqiqə dəmləyin. Sonra süzüb gündə 3 dəfə, tərkibinə
zövqünüzə görə bal qatıb stəkanın 1/4 hissəsi qədər yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin.
Ağız boşluğunun qarqara edilməsi üçün. 1 xörək qaĢığı qurudulmuĢ kəndəlaĢ meyvəsini 1
stəkan qaynadılmıĢ suya töküb, 30 dəqiqə dəmləyib süzün. Aldığınız ekstraktdan ilıq halda ağız
boĢluğunu gündə bir neçə dəfə qarqara edin.
Mastopatiya zamanı. 1 stəkan qara kəndəlaĢ meyvəsinin üzərinə bir o qədər də Ģəkər tozu
səpin. Otaq temperaturunda 21 gün saxlayın. Sonra süzüb gündə 1 stəkanı 3 dəfə olmaqla acqarına
az-az qəbul edin. Müalicə müddəti bir aydır.
Qara meyvəli kəndəlaşdan ləzzətli yeməklərin hazırlanması.
Qara kəndəlaĢın çiçəklərindən mürəbbə və marmelad hazırlanır, xəmirə qatıb müxtəlif növ
yeməli məmulatlar biĢirilir, meyvəsindən Ģorbanın tərkibinə ədviyyat kimi qatılır. Meyvəsindən
mus, qoğal içi, cem, kisel, çay və qəhvə əvəzi kimi istifadə edirlər. ġirintəhər-turĢ dada malik olan
Dostları ilə paylaş: |