201
Soyuq halda mayonez yaxıb süfrəyə verin.
Qış badımcan bişmişinin hazırlanması. 4 ədəd orta böyüklükdə biĢmiĢ badımcan, 1 ədəd
pomidor, 2 ədəd biĢmiĢ bolqar bibəri, 1 xörək qaĢığı duz götürün. Tünd-bənövĢəyi rəngli ətli
badımcan götürüb yarıya bölüb biĢirin. Bolqar bibərini buxara verdikdən sonra toxum və saplağını
təmizləyin. Pomidoru 8 hissəyə bölüb qabaqcadan sterilizə olunmuĢ bankaya doldurub, üzərinə duz
səpərək ağzını qapaqla örtüb 70-80 dəqiqə qaynadın.
Pomidor – Lycopersicon esculentum Mill.
Fəsiləyə daxil olan faydalı cinslərdən biri də pomidor - Lyopersicon Hill.-dir. Cinsin ən
geniĢ yayılan növü olan pomidor - Lyopersicon esculentum Mill. birilik ot bitkisi olub, geniĢ əkilib,
becərilir. Yarpaqları lələkvari parçalanmıĢ, çiçəkləri sadə və yaxud mürəkkəb, tacı sarımtıldır.
Meyvəsi giləmeyvə olub ətli Ģirəli və çoxtoxumludur. Vətəni Cənubi Amerikadır. D.D.Brejnev
(1958) pomidor cinsini 3 növə ayırır. Peru pomidoru – L.peruvianum (L.) Mill., tüklü pomidor –
L.hirsutum Humb. et Bonp., adi pomidor – L.esculentum Mill.
Pomidorun yabanı növü Peru, Ekvador, Çili ölkələrinin
ərazilərində aĢkar edilmiĢdir.
Giləmeyvəsindən təzə, Ģirə (tomat), konserv halında
qida kimi geniĢ istifadə edilir. Ġlk dəfə pomidor hindu tayfaları
tərəfindən Peruda mədəni halda əkilib becərilmiĢdir. Oradan
da ġimala doğru yayılaraq Meksikaya qədər gəlib çıxmıĢdır.
XVI əsrin ortalarında pomidor Ġspaniyaya gətirilmiĢ, oradan
da Avropa ölklərinə yayılmıĢdır.
Ġlk vaxtlar pomidordan bəzək bitkisi kimi istifadə
edilmiĢ, sonralar isə dərman bitkisi kimi becərilmiĢdir.
Nəhayət, XIX əsrdə qida bitkisi kimi istifadə edilməyə
baĢlamıĢdır. Avropalılar pomidorun qida və müalicəvi
xüsusiyyətləri haqqında biliklərə yiyələndikcə, bu bitkiyə
maraq ildən-ilə artmağa baĢlamıĢdır. Ġlk vaxt rus xalqı bu
bitkidən qida kimi istifadə etməyə çox ehtiyatla yanaĢmıĢ, uzun müddət tərəddüd edərək onu
―quduz giləmeyvə‖ adlandırmıĢlar. Ona görə də pomidordan uzun müddət qida kimi yox, ancaq
müalicə məqsədləri üçün istifadə etmiĢlər. Krımda, Volqanın aĢağı tərəflərində, HəĢtərxan
vilayətində pomidoru dərman bitkisi kimi əkib becərməyə baĢlamıĢlar. Pomidor giləmeyvəsi
müxtəlif növ çibanların müalicəsində müvəffəqiyyətlə istifadə olunmuĢdur. Bu dövrdən baĢlayaraq
pomidordan Ģı, solyanka, borĢ, ət xörəklərinin, yumurta çığırtmasının, quĢ, balıq, istənilən salat
növlərinin tərkibinə iĢtahaçıcı ədviyyə kimi əlavə etməyə baĢlamıĢlar. Pomidordan müxtəlif
Ģorbalar tutulur. Hazırda pomidordan qida kimi dünyanın bütün ölkələrində istifadə edilir. Pomidor
meyvəsinin tərkibində 95% su, 4,5-8,1% quru maddə, onun 50%-i suda həll olan Ģəkər, 3,5-8,5%-i
üzvi turĢular (xüsusən də limon və alma), 0,8-1,1%-i pektin, 0,8-1,7%-i sellüloza, 0,7%-i kül,
0,33%-i piy maddələri, 1,6-4,5%-i karotin, həmçinin fitonsid, ferment maddələri, A, C, B
1
, B
2
, B
3
,
B
6
, B
9
, H, E, PP vitaminləri, dəmir, kükürd, xlor, kobalt, sink makro- və mikroelementləri, mineral
birləĢmələri, o cümlədən də ən çox kalium, manqan duzları və s. aĢkar edilmiĢdir.
Son bir neçə il ərzində dünya alimləri xərçəng xəstəliyinin müalicəsi üçün vasitələr
axtarmağa baĢlamıĢ və yaxın illərdə bu vasitəni tapmağa nail olmuĢlar. Yaxın illərdə bu vasitəni
tapmağa nail olurlar. Qida məqsədi ilə hər yerdə əkilib becərilən pomidorun xərçəng xəstəliyi ilə
mübarizədə mühüm rolu tibbi sınaqlarla təsdiq olunmuĢdur. Parlaq qırmızı rəngli pomidorun
tərkibində olan likopin piqmentinin yüksək antioksidant xüsusiyyətlərə malik olduğu aĢkar
olunmuĢdur. Likopin insan orqanizminin müxtəlif orqanlarında, həzm sistemində, mədədə,
ağciyərdə, süd vəzilərində, qadınların cinsi orqanlarında əmələ gələn xərçəngin qarĢısını alır.
Likopinin β-karotin kimi ―A‖ vitamininə yaxın olması, ondan iki dəfə artıq antioksidant
xüsusiyyətlərə malik olduğu müəyyən edildi.
Likopin orqanizmdə olan zərərəli radikalların neytralaĢdırılmasında mühüm rol oynayır.
202
Likopin piqmenti ən çox xərçəng xəstəliyinə tutulmuĢ qadınlara müsbət təsir göstərir. Belə
ki, β-karotin A vitamininin sələfi hesab edilir. β-karotin antioksidant fəallığına görə 2 dəfə A
vitaminindən güclüdür. Pomidoru ən çox bitki yağı, qaymaq və yaxud yağ təbiətli qida məhsulları
ilə yedikdə yaxĢı effekt verir. YaxĢı olar ki, pomidoru yağdan düzəldilmiĢ buterbrodla qəbul
edəsiniz.
Harvard Tibb Ġnstitutunun əməkdaĢları isbat etmiĢlər ki, parlaq qırmızı rəngli pomidorun
tərkibində eləcə də tomatda olan likopin ən yaxĢı köməkedici vasitədir. Həm də pomidorun
tərkibindəki likopin yüksək temperaturda xörək və tomat hazırladıqda parçalanmır.
Müalicəvi xüsusiyyətlərinə görə parlaq qırmızı rəngli pomidor birinci, tomat Ģirəsi və
konservləĢdirmiĢ tomat isə ikinci yeri tutur.
Nəzərə almaq lazımdır ki, ən çox açıq sahələrdə əkilmiĢ tünd-qırmızı pomidorda likopin
daha çox olur. Yəqin ki, istixana Ģəraitində becərilən qırmızı-sarı rəngli pomidorun dadı yaxĢı olsa
da müalicəvi xüsusiyyətləri çox aĢağı ola bilər. YaĢıl pomidor kalium elementi ilə zəngin olmasına
baxmayaraq tərkibində likopin maddəsi yox dərəcəsindədir. Yapon alimləri bu yaxınlarda elm
aləminə gözlənilməz bir xoĢ xəbər vermiĢlər. Onlar QĠÇS-ə qarĢı yeni preparatlar hazırlayan zaman
tomat Ģirəsindən istifadə etməyə baĢlamıĢlar. Hazırda tibb mütəxəssisləri xərçəng xəstəliyinə qarĢı
profilaktik vasitə kimi yetiĢmiĢ tünd-qırmızı rəngli pomidor yeməyi məsləhət görürlər.
Mütəxəssislər hesablamıĢlar ki, orqanizmin likopinə qarĢı olan tələbatını təmin etmək üçün 400 q
təzə pomidor, yaxud 2 stəkan təzə tomat Ģirəsi və ya 3 xörək qaĢığı tomat pastası qəbul etməlidirlər.
Ġsrail həkimləri sübut etmiĢlər ki, likopindən nəinki profilaktika məqsədilə, hətta xərçəngin
müalicəsində də müvəffəqiyyətlə istifadə etmək olar. Likopin xərçəng hüceyrələrinə güclü təsir
edərək onun inkiĢafını dayandırır. Pomidorun tərkibində qiymətli vitamin kompleksi olduğundan və
tərkibində az miqdarda kalori saxladığından xəstələr pəhriz zamanı öz xörəklərində pomidordan
geniĢ istifadə edirlər. Hazırda dünyada pomidorun 3000-ə qədər sortu əldə edilmiĢdir.
Pomidordan xərçəng xəstəliyinə qarşı profilaktik xörəklərin hazırlanması.
Tomat içkisi: bu içki təzə pomidordan hazırlanır. Bunun tərkibində insan orqanizmi üçün
qiymətli maddələr vardır. Bu da orqanizmin iĢ qabiliyyətinin saxlanmasına Ģərait yaradır. Əgər
xərçəng xəstəliyi baĢ verərsə, içkinin miqdarını 3-4 dəfə artırmaq məsləhət görülür.
Bunun üçün 4 stəkan pomidor Ģirəsi, 1 xörək qaĢığı quru yarpız, 1 yumurta, bəzəmək üçün
Ģüyüd, zövqünüzə görə duz və istiot götürün.
Tomat Ģirəsini qaynadıb, zövqünüzə görə duz və istiot əlavə edin. AlınmıĢ kütlənin üzərinə
yarpız tozu səpib qarıĢdırın. Hazır içkini ağzı möhkəm qapanmıĢ ĢüĢə bankaya doldurub 15-20
dəqiqə dəmləyib, süzüb və soyudun.
Ġçməzdən qabaq stəkanın kənarlarını yumurta zülalı ilə mazlayın. Hazır içkini Ģüyüdlə
bəzəyib qəbul edin.
Pomidordan müalicəvi şorbanın hazırlanması. Pomidor Ģorbasını asanlıqla hazırlamaq
olar. Bu Ģorbanın tərkibi vitaminlərlə zəngin olub, xoĢ tamlı vasitə kimi istifadə oluna bilər. Belə
Ģorba italyan kulinariyasına məxsus olmasına baxmayaraq rus kulinariyasının sevimlisinə
çevrilmiĢdir. Ondan bir çox xalqların təbabətində müalicə məqsədləri üçün istifadə edilir.
Bunun üçün 600 q pomidor, 1 ədəd kök, 250 q xama, 1 çay qaĢığı kərə yağı, 200 q cəfəri
kökü, 30 q un, 1 ədəd soğan, 1,5 stəkan su, Ģəkər, zövqünüzə görə duz və istiot götürün.
Cəfəri və kökü yuyub təmizləyin. Sonra qabın yarısına qədər su əlavə edib odun üzərinə
qoyub 10-15 dəqiqə qaynadın. YuyulmuĢ pomidoru xırda hissələrə doğrayıb baĢqa bir qazana
töküb, o biri qazanda qalmıĢ suyu əlavə edib yağ və dairəvi doğranmıĢ soğan əlavə edin. Pomidor
və soğan biĢib hazır olan zaman süzgəcdən keçirib, birinci dəfə alınmıĢ məhlulun üzərinə əlavə
edərək süzün. Qaynar məhluldan stəkanın 1/4 hissəsi qədər götürüb çox da dərin olmayan qaba
töküb, üzərinə un əlavə edib qarıĢdırın. AlınmıĢ qarıĢığı Ģorbaya əlavə edin. Qaynama dərəcəsinə
çatdırıb, xama, duz, zövqünüzə görə Ģəkər əlavə edib süfrəyə verin.
Pomidorla düyü şorbasının hazırlanması. Tomatdan hazırlanmıĢ bu yemək faydalı və dadlı
olur. GörünüĢünü itirməmək üçün pomidoru həddindən artıq biĢirmək olmaz.
500 q pomidor, stəkanın 1/3 hissəsi qədər biĢirilmiĢ düyü, 50 q sala, 2 ədəd kartof, 400 q ağ
rəngli konservləĢdirilmiĢ lobya, 1 ədəd badımcan, 1 ədəd ĢəkərlənmiĢ meyvə, 1 ədəd soğan, 1 diĢ
Dostları ilə paylaş: |