203
sarımsaq, 1 litr təmiz bulyon, paprika, qara istiot, reyhan, cəfəri və duz götürün. Salanı xırda
hissələrə doğrayıb, qazana töküb əridin, kartofu, ĢəkərlənmiĢ meyvəni, badımcanı, soğanı xırda
hissələrə salıb, sarımsağı əzin. Bunların hamsını sala olan qazana töküb 10-15 dəqiqə biĢirin.
Pomidoru pörtlədib qabığnı soyun, doğrayıb qazana tökün, üzərinə bulyonu əlavə edin. Sonra
ədviyyə əlavə edib, duzlayın, qazanın ağzını möhkəm örtün, 10 dəqiqə biĢirin. Üzərinə düyü, lobya
əlavə edib yenidən 10 dəqiqə biĢirin. Hazır olan Ģorbanın üzərinə doğranmıĢ göyərti səpib süfrəyə
verin.
Pomidorlu duru xörəyin hazırlanması. 2-3 ədəd pomidor, 1-2 ədəd soğan, 3 l ət bulyonu,
60 q kərə yağı və yaxud marqarın, 1/2 stəkan darı yarması, 1-2 ədəd kök, 5-6 ədəd orta böyüklükdə
kartof, xama, doğranmıĢ Ģüyüd, zövqünüzə görə duz götürün.
Soğanı doğrayıb dərin tavaya töküb qızardın. Soğan qızılı rəng almağa baĢlayanda üzərinə
qabığı təmizlənmiĢ pomidor və kökü əlavə edib, tavanın ağzını örtüb vam odun üzərinə qoyun və
10 dəqiqə biĢirin. Tərəvəz biĢənə qədər qazana ət bulyonu, duz əlavə edib qaynama dərəcəsinə
çatdırın. Kartofu nazik doğrayıb, darı yarmasını yuyub qanyar bulyona əlavə edin. Hazır olmağa 5
dəqiqə qalmıĢ tavada olan biĢmiĢ tərəvəzi qazana tökün. Stola verməmiĢdən əvvəl üzərinə göyərti
və xama əlavə edin.
Pomidor və çuğundurdan şorbanın hazırlanması. Bu Ģorba nəinki xeyirli, həm də çox
dadlıdır. 2-3 ədəd yetiĢmiĢ pomidor, 2 ədəd çuğundur, 3 ədəd kartof, 1 ədəd kök, 1 ədəd təzə xiyar,
2 ədəd yumurta, Ģüyüd, zövqünüzə görə duz götürün.
Hazırlanması: pomidoru yuyub, doğrayıb, duzlayıb Ģirəsini çəkin. Çuğunduru sürtgəcdən
keçirib onu sıxaraq Ģirəsini çıxarın. Pomidor və çuğundurdan qalmıĢ lətli (əzik) hissəni baĢqa bir
qaba töküb üzərinə az miqdarda su əlavə edərək odun üzərində 10 dəqiqə saxlayın. Əldə olunan
həlimi süzüb soyudun, pomidor və çuğundur Ģirəsindən ibarət qarıĢığın tərkibinə əlavə edin. BiĢmiĢ
kartof və kökün qabığını təmizlədikdən sonra soyulmuĢ xiyarı və göyərtini xırda-xırda doğrayın.
Sonra alınan qarıĢığı boĢqablara töküb üzərinə xama, tərəvəz həlimi və Ģirəni əlavə edin. Stola
verməmiĢdən qabaq xörəyin üzərinə xama əlavə edin.
Pomidor və yumurta salatının hazırlanması. Bu salat vitaminlərlə və likopinlə zəngin olur,
çünki proses qızdırmaqla (biĢirməklə) aparılmır. Pomidor salatının üzərinə xama və bitki yağı əlavə
edilib süfrəyə verilir.
Bunun üçün 3-6 ədəd pomidor, 3 ədəd yumurta, 2-3 xörək qaĢığı bitki yağı, 1 çay qaĢığı
hazır qıtıqotu, 1 çay qaĢığı sirkə turĢusu, 2 xörək qaĢığı yağlı xama, istiot, cəfəri, zövqünüzə görə
duz götürün.
Pomidoru və yumurtanı biĢirib eyni böyüklükdə dairəvi nazik doğrayıb xörəyin içərisinə
tökün. Üstünə doğranmıĢ göyərti səpib duzlayın, bitki yağı, xama, qıtıqotu və sirkə əlavə edib
süfrəyə verin.
Brınza, pomidor və zeytun yağı ilə qəlyanaltının hazırlanması. Bu xərçəng əleyhinə
hazırlanan xüsusi qəlyanaltıdır. Bunun hazırlanması üçün pomidor, xama, zeytun və yağ götürmək
lazımdır.
Qəlyanaltını hazırlamaq üçün 600 q qoyun brinzası, 10 ədəd qara zeytun, 10 ədəd yaĢıl
zeytun, 10 ədəd pörtlədilmiĢ bibər, 2 diĢ sarımsaq, 1 ədə pomidor, 2 xörək qaĢığı bitki yağı, 1 xörək
qaĢığı limon Ģirəsi, 1 çay qaĢığı sirkə turĢusu, qırmızı istiot, çay qaĢığının 1/2 hissəsi qədər
qaraqınıq, 1 çay qaĢığı xama, 1 ədəd soğan, keĢniĢ, cəfəri, zövqünüzə görə duz götürün.
Brınzanı 1-2 sm qalınlığında doğrayıb, qril çəpərinin üzərinə qoyub, 200ºC-də qızılı-qəhvəyi
rəng alana qədər 4 dəqiqə qızardın. Sonra 10 ədəd qara zeytunu və 10 ədəd yaĢıl zeytunla birlikdə
pörtlədilmiĢ bibəri dilimləyin, sarımsağı əzib, pomidoru kub Ģəklində doğrayın. Hamsını qarıĢdırıb
üzərinə bitki yağı, limon Ģirəsi və sirkə əlavə edin. Salatın üzərinə bir çimdik qırmızı istiot,
qaraqınıq və duz səpin. Soğanı halqavari doğrayın. Qəlyanaltını brınza, zeytunun üzərinə kəsib
kesniĢ, doğranmıĢ cəfəri və smetanla bəzəyib stola verin.
Likopinlə zəngin salatın hazırlanması. Bu salatın tərkibinə əlavə olunmuĢ tomatın likopinlə
zəngin olmasında yağ, pendir və xamanın rolu böyükdür.
Bunun üçün 400 q spagetti, 1 xörək qaĢığı zeytun yağı, zövqünüzə görə duz götürün.
Sous hazırlamaq üçün: 1 xörək qaĢığı bitki yağı, 1 diĢ sarımsaq, 4 xörək qaĢığı təmizlənmiĢ
204
badam, 1 çay qaĢığı acımtıl qırmızı istiot, 1 ədəd soğan, 400 q tomat Ģirəsi, 2 xörək qaĢığı portağal
Ģirəsi, 1 ədəd qurudulmuĢ portağal, 1 dəstə cəfəri, 1/2 çay qaĢığı karri, 3 xörək qaĢığı qatı xama, 4
xörək qaĢığı sürtgəcdən keçirilmiĢ pendir, zövqünüzə görə duz və qırmızı istiot götürün.
Sarımsağı, badamı, qırmızı bibər və cəfərini xırda-xırda, soğanı halqa Ģəklində doğrayın.
Soğanı bitki yağında qızılı rəng alana qədər qızardın. Bundan sonra qızardılmıĢ soğanı baĢqa qaba
qoyub, badamı da həmin yağda qızardın. Sonra onların üzərinə əzilib lət Ģəklinə salınmıĢ pomidor,
xama, istiot və soğanı əlavə edib vam od üzərinə qoyub biĢirin. Sonra portağal Ģirəsini, qurudulmuĢ
portağal qabığını, ədviyyə əlavə edib duzlayın və bütün qarıĢığı biĢirin.
Spagettini duzlu suda biĢirin. Su qaynayan zaman zeytun yağı əlavə edin. Hazır olmuĢ
spagettini süzüb iri boĢqaba qoyub stola verməmiĢdən qabaq üzərinə sous, sarımsaq, badam, və
narın hala salınmıĢ pendir əlavə edib, duzlayin.
Tomat və balıqdan salatın hazırlanması. Xərçəngin profilaktikasında istifadə edilən
likopinlə zəngin salatın tərkibinə sous əlavə edilməsi məsləhət görülür.
Bunun üçün 150 q balıq, 2 ədəd kartof, 3 yumurta, 2 ədəd orta dərəcəli Ģorbaya qoyulmuĢ
xiyar, cəfəri, salat yarpağı, zövqünüzə görə duz və narın istiot götürün.
Sous üçün: 1 stəkan tünd mayonez, 4 xörək qaĢığı tomat pastası götürün.
Balığı, kartofu və yumurtanı biĢirin. BiĢmiĢ balığı sümükdən təmizləyib, xırda hissələrə
doğrayın. Kartofu, duzlu xiyarı, yumurtanı təmizləyib dilimləyin. Bunların hamısını ehtiyatla
qarıĢdırın. Sous hazırlamaq üçün, mayonez, tomat pastası və zövqünüzə görə istiot əlavə edin.
Salatı sousa əlavə edib, qarıĢdırıb, üstünü doğranmıĢ cəfəri və kahı yarpağı ilə bəzəyib süfrəyə
verin.
Kabare salatının hazırlanması. Bu salat vitaminlərlə və likopinlə zəngindir, ilin
fəsillərindən asılı olaraq onu təzə və həmçinin konservrləĢdirilmiĢ pomidordan da hazırlamaq olar.
0,5 kq təzə və yaxud 400 q konservləĢdirilmiĢ pomidor və yaxud tomat, 300 q lobya, 1 ədəd
soğan, 3 ədəd Ģirin bibər, 3 diĢ sarımsaq, 2 xörək qaĢığı zeytun yağı, 4 yumurta, 1 çay qaĢığı
doğranmıĢ cəfəri, 50 q zeytun, zövqünüzə görə narın qara istiot və duz götürün.
Lobyanı qabıqdan çıxarıb, duzlu suda 10 dəqiqə biĢirin. Yumurtanı biĢirib təmizləyin. Bibəri
nazik doğrayın.
Soğanı və sarımsağı doğrayıb yağla qarıĢdırın. Sonra lobyanı, bibəri və kəklikotunu əlavə
edin. Bütün bunları 3-4 dəqiqə qızardın. Sonra çaxır əlavə edib 10 dəqiqə biĢirin. Pomidoru
doğrayıb tavaya tökün və yarım saat saxlayın. Sonra duz və istiot əlavə edin. Yumurtanı xırda
hissələrə bölüb, üzərinə doğranmıĢ cəfəri əlavə edərək salatla qarıĢdırıb süfrəyə verin.
Valdorf salatının hazırlanması. Bu qəlyanaltı faydalı, heç bir zərəri olmayan bütün xərçəng
xəstəlikləri üçün əhəmiyyətlidir. Bunun hazırlanmasında zəngin qida keyfiyyətli qoz, pomidor və
xamadan istifadə olunduğu üçün likopinin təsirini artırır.
Bunun üçün 4 iri yetiĢmiĢ pomidor, 250 q kərəvüz, 3 ədəd alma, 2 xörək qaĢığı xırdalanmıĢ
qoz ləpəsi, 2 xörək qaĢığı mayonez, 2 xörək qaĢığı limon Ģirəsi, 1 stəkan xama, zövqünüzə görə
duz götürün. Bəzək üçün 3-4 ədəd kahı yarpağı da götürün.
Almanı dörd hissəyə ayırıb qabığını və toxumun özəyini təmizləyib, dilimlərə bölün.
Kərəvüzü doğrayın, mayonez, limon Ģirəsi,qoz, qaymaq və yaxud xama ilə qarıĢdırın. Bütün kütləni
bir-birilə qarıĢdırıb salatı soyuducuda 30-40 dəqiqə saxlayın. BoĢqaba kahı yarpağı sərib dairələrlə
və yaxud dilimlərlə doğranmıĢ bir qat pomidor və bir qat qəlyanaltı düzüb hazir Pomidoru dairəvi
və yaxud dilim halında doğrayıb boĢqaba salat yarpağı sərib, bir qat pomidor bir qat qəlyanaltı
düzüb, hazır salatı stola verin.
Sandviç, pomidor və toyuqdan salatın hazırlanması. Sandviçin tərkibindəki piy likopinin
orqanizmdə asan mənimsənilməsinə çox yaxĢı təsir edir.
Bunun üçün 2 ədəd pomidor, 300 q sümüksüz yağlı beçə əti, 8 tikə çörək, 4 ədəd kahı
yarpağı, 2 xörək qaĢığı mayonez, 4 tikə vetçina kolbasası, 2 xörək qaĢığı kərə və yaxud marqarin
yağı, 3-4 dilim xiyar, cəfəri götürün.
Pomidoru doğrayıb, vetçinanı 1 xörək qaĢığı yağda qızardın. Çörəyə yağ sürtüb 4 tikədən
birini kahı yarpağına büküb azca mayonez yaxıb, sonra pomidor tikələrini, xiyarı, 1 qıça cəfəri, üst
hissəyə isə zəif qızardılmıĢ vetçina qoyub stola verin. Sümüksüz beçə ətini çox da böyük olmayan
Dostları ilə paylaş: |