205
tikələrə bölüb, tomat Ģirəsi əlavə edib, üzərinə vetçina qoyub üstünü kahı yarpağı ilə örtün. Hər
buterbrodun üzərinə bir tikə çörək qoyub stola verin.
Qırmızı bibərlə pomidordan salatın hazırlanması. Bu xörək olduqca acımtıl və çox faydalı
olub sağlamlıqda böyük əhəmiyyət kəsb edir.
Pomidor, yağ, xama və pendir tərkibli bu xörək xərçəng xəstəliyinə tutulmuĢ insanlar üçün
hazırlanır.
Bu xörəyin hazırlanmasında çoxlu ədviyyat iĢlədildiyindən bundan çox ehtiyatlı istifadə
etmək lazımdır.
Allergiyası olan insanlar bu xörəyi yeməkdən bir qədət çəkinməlidirlər.
Bunun üçün 4 ədəd iri qırmızı bibər, 3 ədəd iri pomidor, 200 q bərk pendir, 100 q tumu
çıxarılmıĢ yaĢıl zeytun, 1 ədəd soğan, 2 diĢ sarımsaq, 2 xörək qaĢığı zeytun yağı, 2 xörək qaĢığı qatı
xama, 1 xörək qaĢığı kəklikotu, zövqünüzə görə duz və döyülmüĢ qara istiot götürün.
Bibəri 2 bərabər hissəyə bölüb toxumunu təmizləyin. Pomidoru qaynar suya salıb sonra
soyuq suda ehtiyatla yuyub, qabığından təmizləyib xırda hissələrə doğrayın, pendiri isə sürtgəcdən
keçirib zeytunu əzin. Soğanı və sarımsağı xırda hissələrə salıb zeytun yağında açıq-qızılı rəng alana
qədər qızartdıqdan sonra pomidor və zeytunla qarıĢdırın.
AlınmıĢ kütləyə ədviyyat, duz, kəklikotu əlavə edib pendir ilə qarıĢdırın. Əldə etdiyiniz
məhsula yağ sürtün. Yarım bibəri, pomidor, zeytun kütləsini, formaya salıb üzərinə narın pendir
səpin. Mətbəxt sobasında 25 dəqiqə biĢirib qızardın. Hazır xörəyin üzərinə xama töküb stola verin.
Pomidor və toyuqla gürcü xörəyinin hazırlanması. Yağlı toyuq ətinin bulyonu, tomat
pastası və təzə pomidor bir-birlərini gözəl tamamlayırlar. Bu çox müalicəvi təsirə malik olub
likopinin yaxĢı mənimsənilməsinə səbəb olur.
Bunun üçün çox da böyük olmayan yağlı toyuq, 3 ədəd soğan, 3-4 pomidor, 2 xörək qaĢığı
tomat pastası, 1 xörək qaĢığı sirkə turĢusu, 2 xörək qaĢığı çaxır (portveyn) stəkanın 1/2 hissəsi qədər
ət bulyonu, 2-3 xörək qaĢığı bitki yağı, 1 ədəd limon, istiot, zövqünüzə görə cəfəri, Ģüyüd, keĢniĢ
götürün. Tükdən təmizlənmiĢ toyuğu ehtiyatla isti suda yuyub, xırda hissələrə doğrayıb, yağda
qızardın. Sonra qızardılmıĢ toyuq ətinin içərisinə xırda doğranmıĢ soğan, tomat pastası, çaxır, sirkə,
ət bulyonu əlavə edin. Ədviyyat əlavə etdikdən sonra qazanın ağzını qapaqla örtüb vam od üzərində
2 saat biĢirin. Hazır olmağa 5 dəqiqə qalmıĢ xörəyə xırda doğranmıĢ pomidor və ətirli göyərtilər
əlavə edin.
Stola verməzdən qabaq xörəyin üzərini dairəvi doğranmıĢ limon və göyərti qıçaları ilə
bəzəyin.
Adi dəlibəng – Datura stramonium L.
Dəlibəng cinsinin dünya florasının tərkibində 20-yə qədər növü yayılmıĢdır. Bu növlərə ən
çox isti və mülayim iqlimli zonalarda təsadüf edilir. Bunlar ot Ģəklindən ağac növlərinə qədər
müxtəlif həyat formalarına malik bitkilər hesab edilir. Dəlibəng cinsinin Azərbaycan ərazisində 1
növünə: adi dəlibəngə - (D.stramonium L.) rast gəlmək olar.
Adi dəlibəng - xoĢagəlməz iyli, hündürlüyü 120 sm, kökü ağ rəngdə birillik ot bitkisidir.
Gövdəsi dikduran çəngəlvari budaqlanan, yuxarı hissəsindən çılpaqdır. Yarpaqları saplaqlı
yumurtavari 2,5-3,0 sm uzunluğunda olub ağ rənglidir. Meyvəsi düzduran yumurta formalı
qutucuqdan ibarət, uzunluğu 1 sm olan çoxsaylı sərt iynəvari tikanlarla əhatə olunmuĢdur.
Toxumları böyrək formasında olub qara rənglidir. Qutucuğun içərisində 500-dən 800-ə qədər
toxumu olur.
Dəlibəngə Azərbaycanın demək olar ki,
hər yerində, düzənlik sahədən tutmuĢ dağlıq
zonalarına qədər rast gəlmək olar. Bitkiyə ən çox
alaq otları arasında, çay vadilərində, yol
kənarlarında, bağ sahələrində və s. təsadüf etmək
olar.
Bitkinin bütün hissələri çox zəhərlidir.
206
Bitkini mal-qara, quĢlar səhvən yedikdə zəhərlənirlər.
Müalicə məqsədləri üçün dəlibəngin yarpaqlarından istifadə olunur. Yarpağının tərkibindən
0,37%-ə qədər alkaloid, qiostsianin, atropin və skopolamin, güclü tütün iyi verən 0,04%-ə qədər efır
yağı, 0,1% karotin, 1,7%-ə qədər aĢı maddəsi və s. aĢkar edilmiĢdir.
Bundan baĢqa yarpaqlarının tərkibində 12,36%-ə qədər kül, mq/q hesabı ilə 37,60 - K, 31,10
- Ca, 7,00 - Mg, 0,35 - Fe makroelementləri, mkq/q hesabı ilə Mn - 0,26, Cu - 0,56, Zn - 093, Co -
0,11, Mo - 72,00, Cr - 0,10, Al - 0,15, B - 15,23, Se - 4,10, Ni - 0,10, Sr - 2,18, Pb - 0,09, I - 0,45, B
- 131,60 mikroelementləri və s. aĢkar edilmiĢdir.
Dəlibəngin yarpaqlarından atropin preparatı hazırlanır ki, bundan da mədə və onikibarmaq
bağırsaq yaralarının, öd kisəsində əmələ gələn daĢların, xolesistitin, bağırsaq və sidik yolları
spazmalarının, bronxial astmanın, göz soyuqdəymələrinin müalicəsində geniĢ istifadə edilir.
Yarpağının tərkibində 0,15% skopolamin, qiostsiamin, qiostsin, tropin, asetiltropin,
kuskqiqrin (bellaradin), kökündən 0,08-0,6% qiostsiamin, skopolamin və s. alkaloidlər aĢkar
edilmiĢdir.
Dəlibəngdən hazırlanan preparatlardan əsəb sarsıntılarının, sinir hüceyrələrində əmələ gələn
pozuntuların, qıcolmaların, pəltəkliyin, iflicin, göyöskürəyin, epilepsiyanın, meningitin, mədə
yaralarının, yanıqların, xərçəng ĢiĢlərinin, göz və s. xəstəliklərin müalicəsində istifadə edilir. Qafqaz
xalqları plevritin, Qaraçay-Çərkəslilər vilayətində qurd əleyhinə, kökündən hazırlanan
preparatlardan respirator infeksiyalarının, Koreyalılar bronxial astmada, qusma, qıcolmada tətbiq
edirlər. Dəlibəngin yağından xarici nahiyələrdə baĢ verən pozuntuların, səpkilərin, revmatizmin,
Koreyada yarasağaldıcı, kosmetikada homeopatiyada, Bolqarıstan tibb aləmində tozundan
hazırlanan cövhərindən - fıkir dağınıqlarında, miqrendə, nitq pozuntularında, Belorusda
cövhərindən astma və epilepsiyada, Baykal ətrafında meyvəsindən mədədə əmələ gələn xərçəngin
müalicəsində, qıcolmada, əsəb xəstəliklərinin və s. müalicəsində istifadə edilir.
Dəlibəng əkilən hər hektar sahədən 1 ton quru kütlə əldə edilir.
Qadınların döş nahiyələrində əmələ gələn xoşagəlməz tüklərin dəlibəng otu ilə müalicəsi.
Bunun üçün 5 xörək qaĢığı dəlibəng otunu 1 litr qaynar suya töküb vam od üzərində biĢirin. Maye
qabın yarısına qədər buxarlananda biĢirməni saxlayın. Alınan mayeni pambığa hopdurub tük çıxan
sahələrə sürtün. Əməliyyatı ən yaxĢı olar ki, axĢamlar edəsiniz. Qeyd etmək lazımdır ki, dəlibəng
çox zəhərli olduğundan, səhər tezdən yuxudan duran kimi maye sürtülmüĢ nahiyələri sabunla
hökmən yumağı unutmayın. Müalicə kursu 15 gündür.
BOYAQOTU – Rubiaceae Juss. fəsiləsi
Dünya florasının tərkibində fəsilənin 400-ə qədər cinsi, 5000-ə qədər növü məlumdur. Həyat
formalarına görə bunlar ot, kol və ağac bitkiləridir.
Taclı dilqanadan – Cruciata (Galium) coronata Sibth. et Smith.
Dünya florasının tərkibində cinsin 400-ə qədər növü yayılmıĢdır. Bunlardan Qafqazda 48, o
cümlədən Azərbaycanda 41 növünə rast gəlmək olar. Yer kürəsinin hər yerində Dilqanadan cinsinin
bütün növlərininə rast gəlmək olar.
Xalq arasında dilqanadana «bal» adı verilmiĢdir. Dilqanadan südün çürüməsində, Ġngiltərədə
isə fermerlər bitkinin otundan maya kimi istifadə etməklə xoĢ iyli pendir istehsal edirlər.
Çox qədim dövrlərdən baĢlayaraq cinsin əksər növlərindən xalq təsərrüfatının müxtəlif
sahələrində, o cümlədən boyaq, aĢı, dərman, nektar, bəzək və s.
məqsədlər üçün geniĢ istifadə edilmiĢdir. Hal-hazırda G.verum,
G.triflorum, G.aparine, G.mollugo və s. növlərindən müalicə və
təbii boyaq xammalı kimi istifadə olunur. Dünya xalqları
təbabətində dilqanadanın bir neçə növündən bir sıra
xəstəliklərin müalicəsində geniĢ istifadə edilir. Bunlardan
hazırlanan preparatların köməyi ilə sağalmayan yaraların,
çibanların, həmçinin mədə, böyrək, suçiçəyi və s. xəstəliklərin
Dostları ilə paylaş: |