207
müalicəsində istifadə edilir.
Müalicə məqsədləri üçün taclı dilqanadandan da istifadə etmək olar.
Taclı dilqanadan - Cruciata (Galium) coronata. Çoxillik ot bitkisi olub, kökümsovu Ģaquli
budaqlanan oduncaqvaridir. Gövdəsinin hündürlüyü 4-35 sm olub az-çox budaqlanandır. Çiçəkləri
sarı rəngdə olub diĢiciyinin sayı çoxdur. Taclı dilqanadana Azərabycanda Quba ərazisinin Ģərq və
qərb zonalarında, Qobustanda, Kür-Araz ovalığında, Alazan-Əyriçay vadisində, Naxçıvanm dağlıq
zonalarında rast gəlinir. Bitki quru daĢlı yamaclarda, kollar arasında bitir.
Dilqanadandan hazırlanan preparatlar bakteriosid, soyuqdəymə, yarasağaldan, ağrıkəsici,
sakitləĢdirici, sidikqovucu, büzüĢdürücü və s. xüsusiyyətlərə malikdir.
Soyuqdəymə nəticəsində böyrəkdə baş verən nasazlıqların aradan qaldırılmasında. 1
xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya töküb vam od üzərinə qoyun və 10-15 dəqiqə
saxladıqdan sonra süzün. Aldığınız dəmləmədən gündə 3 dəfə, yeməyə yarım saat qalmıĢ stəkanın
1/3 hissəsi qədər daxilə qəbul edin.
Dizenteriya və mədə ağrılarında. 1 xörək qaĢığı doğranmıĢ otunu 0,5 litr qaynar suya töküb,
qaynama dərəcəsinə çatdırın. 4 saat dəmlədikdən sonra süzüb, gündə 3-4 dəfə yeməyə yarım saat
qalmıĢ 0,5 stəkan qəbul edin.
Ürək və böyrək xəstəliklərində. 1 xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya töküb
3 saat dəmləyin. Sonra aldığınız dəmləmədən gündə 2-3 dəfə, yeməyə 20 dəqiqə qalmıĢ qəbul edin.
Revmatizm, dəri xəstəliklərində, o cümlədən ekzema, psoriaz, neyrodermitdə. 2 çay qaĢığı
doğranmıĢ otunu 1 stəkan qaynar suya tökün və qaynama dərəcəsinə çatdırın 2 saat dəmləyin. Sonra
süzüb gündə 4 dəfə, yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Burun qanaxmalarında. 2 xörək qaĢığı doğranmıĢ otunu 1 stəkan qaynar suya töküb,
qaynama dərəcəsinə çatdırın 2 saat dəmlədikdən sonra süzün. Aldığınız qatı cövhərdən buruna
damızdırın. Əməliyyatı gün ərzində 2-3 dəfə təkrar edin.
Çətin sağalan yaraların, kəsiklərin və irinli yaraların müalicəsində. Bitkinin qurudulmuĢ
çiçəklərindən alınan tozunu yara olan nahiyələrin üzərinə səpib, sarğı ilə bağlayın. Gün ərzində
sarğının 2 dəfə dəyiĢilməsi məsləhətdir.
Sarılıq (xənəzir), dəri səpkilərinin müalicəsində. 200 q doğranmıĢ otunu 3 litr qaynar suya
töküb 3-4 saat dəmlədikdən sonra süzüb tasa boĢaldın. Tasda olan müalicə ekstraktının 37-38ºC
temperaturadək soyudub 15 dəqiqə ərzində vannasını qəbul edin. Əməliyyatı günaĢırı etmək
məsləhət görülür. Müalicə kursu 10 vanna qəbul etməklə baĢa çatdırılmalıdır.
Gürcü boyaqotu – Rubia iberica (Fisch. ex DC.) C.Koch.
Dünya florasının tərkibində boyaqotu – Rubia L. cinsinin 55-60-a yaxın növü yayılmıĢdır.
Bunlardan Qafqazda 4, o cümlədən Azərbaycanda 3 növünə təsadüf edilir. Gürcü boyaqotu - Rubia
iberica, sərtyarpaq boyaqotu - R.rigidifolia Pojark., Zaqafqaziya boyaqotu - R.transcaucasica
Grossh. daha çox yayılmıĢdır. Bu növlərin içərisindən xalq təsərrüfatı üçün ən qiymətlisi gürcü
boyaqotu hesab edilir. Gürcü boyaqotu - Rubia iberica çoxillik ot bitkisidir. Gövdəsi yerin 3 metrə
qədər dərinliyinə iĢləyir. Çiçəkləri xırda, lələkvari sarı, meyvəsi qara rəngdədir. Kök sistemi qol-
budaqlı olub, əsas kökdən və kökümsovlardan ibarətdir.
Azərbaycanda gürcü boyaqotuna təbii halda düzənlikdən
baĢlayaraq dəniz səviyyəsindən 1000 m hündürlüyə qədər
sahələrdə rast gəlmək olar. O, ən çox Quba, Dəvəçi, Qusar,
Xaçmaz, ġamaxı, AbĢeron, Qazax, AğdaĢ, Lənkəran, Masallı və
Naxçıvan MR-də yayılmıĢdır.
3-4 illik boyaqotunun hər hektarından 4 sentnerdən 10-12
sentnerə qədər quru kök məhsulu, 0,3-3,4 sentnerə qədər isə toxum
əldə etmək mümkündür.
Xalq təsərrüfatı və tibbi əhəmiyyəti. Qədim zamanlardan baĢlamıĢ XIX əsrin axırları və XX
əsrin əvvəllərinə qədər pambıq, ipək və yun məmulatlarının qırmızı rəngə və onun çalarlarına
boyadılmasında boyaqotu kökündən geniĢ istifadə olunmuĢdur. Bitkinin kökündən alınan boyaq
208
maddələri rəssamlıqda, keramikada, abidələrin, eləcə də mebellərin rənglənməsində geniĢ tətbiq
edilmiĢdir.
Aparılan elmi-tədqiqat iĢlərinin nəticəsində məlum olmuĢdur ki, boyaqotunun kök və
kökümsovunun tərkibindəki üç rəng verən alarazin qlükozidi (ruberitin turĢusu - C
26
H
28
O
4
),
dekstroza Ģəkərinə, bir də hələ təmiz halda əldə olunmayan purpurin qlükozidinə çevrilir. Purpurin
qlükozidi isə öz növbəsində purpurin (yəni 3-oksiantraxinona) və dekstroza Ģəkərinə çevrilir.
Bitkinin kök hissəsindəki rəng verən əsas maddə qırmızı rəngdə olan alizarin, həmçinin yaĢıl
piqment olan xlorovnindən (rubixlor turĢusundan) ibarətdir. QurudulmuĢ kök hissəsinin tərkibindən
10%-ə qədər boyaq maddəsi, həmçinin alma və üzüm turĢusu, pektin, enzim, pentoza, zülali maddə,
az miqdarda yağ maddəsi və s. tapılmıĢdır. Kökünün tərkibində 15-17%-ə qədər Ģəkər maddəsi də
vardır. Boyaqotu bitkisinin köklərindən ikinci dərəcəli əsas - «krap spirtinin» tapılması da xüsusi
elmi əhəmiyyət kəsb edir.
Boyaqotunun kök və kökümsovlarında 11,30% kül maddəsi, mq/q hesabı ilə K - 28,80, Ca -
19,30, Mg - 1,90, Fe - 2,50 makroelementləri, mkq/q hesabı ilə Ba - 2,01, Mn - 0,43, Si - 1,71, Zn -
1,43, Co - 0,04, Cr - 0,65, Al - 0,50, Ba - 2,01, V - 0,46, Se - 0,50, Ni - 0,63, R - 0,60, Pb - 0,13, I -
0,09, B - 43,60 mikroelementləri aĢkar edilmiĢdir.
Bitkinin kökləri hələ eramızdan əvvəl qədim Misirdə, Ġranda, Romada, Yunanıstanda nəinki
rəngsazların, eyni zamanda təbabətlə məĢğul olanların da nəzərini özünə cəlb etmiĢdir. Hippokrat,
Dioskorid, sonralar isə Halen öz əsərlərində boyaqotunun dərman xüsusiyyətləri haqqında dönə-
dönə qeyd etmiĢlər. Onlar boyaqotunun köklərindən hazırlanmıĢ preparatların böyrək
xəstəliklərində, sarılıqda, raxitdə, vərəmdə, irinli yaraların sağaldılmasında iĢlədildiyini
göstərmiĢlər. Bundan baĢqa sınmıĢ və çatlamıĢ sümüklərin bitiĢdirilməsində kök hissəsindən alnmıĢ
cövhərdən (məlhəmdən) geniĢ istifadə olunmuĢdur. Tibet təbabət alimləri Monqolustan və
Buryatiya çəmənliklərinə gələrək, oradan boyaqotu köklərini toplayıb aparırdılar. Ġndi bu bitkinin
kökləri təsdiq olunmuĢ dərman bitkiləri sırasına daxildir.
Tibb aləmində boyaqotu kökündən hazırlanmıĢ ekstraktdan, həbdən və çay kimi
dəmləməsindən istifadə edilir. Ekstrakt böyrək daĢı xəstəliyində iĢlədilir. O, daĢı parçalamaqla
insanı bu xəstəlikdən tamamilə azad edir.
Boyaqotundan hazırlanan quru ekstrakt sidik kisəsi, öd və öd yollarında əmələ gələn daĢların
təmizlənməsində istifadə olunur. Bu preparat böyrəkdə baĢ verən kəskin spazmatik ağrıları azaldır,
kiçik qum və daĢların sidik vasitəsilə təmizlənməsinə Ģərait yaradır. Boyaqotundan hazırlanan
cövhər bir çox digər dərmanların tərkibinə qatılaraq «Sistenal» preparatı əldə olunur ki, bundan
sidik kisəsi, sidik yolları, böyrək ləyənlərində toplanıb qalmıĢ daĢların xırdalanıb əzilib
orqanizmdən kənar olunmasında istifadə edilir. Boyaqotu preparatı ilə fosfat və oksalat təbiətli
daĢlar əridilir. Preparat qəbul edilərkən alizarin və ruberitrin turĢusunun təsiri nəticəsində sidik
qırmızı və çəhrayı rəngdə olur.
Preparatdan gündə 3 dəfə, 2-3 həb qəbul etmək məsləhət görülür. Qəbuldan qabaq preparatı
stəkanın 1/2 hissəsinə qədər doldurulmuĢ suda həll etmək lazımdır. Müalicə müddəti 20-30 gündür.
Yenidən davam etdirmək lazım gələrsə müalicəni 4-6 həftədən sonra təkrar etmək olar.
Professor V.P.Maxlyuk göstərir ki, boyaqotu kökünün həlimi sidik və ödqovucu dərman
kimi yaxĢı təsir bağıĢlayır. Bu cür preparat bir sıra duzların həll edilməsinə və onların orqanizmdən
çıxarılmasına kömək edir. Bitki preparatları xalq təbabətində böyrək və öd daĢı xəstəliklərində
iĢlədilir. A.Ġ.ġreter qeyd edir ki, boyaqotunu uĢaqlarda iltihab aradan qaldıran, qan dövranını
sürətləndirən, hərarəti azaldan, oynaqlarda ĢiĢ əmələ gəldikdə, sümuk və əzələlərdə ağrılar baĢ
verdikdə ağrıları azaldan, boğaz nahiyəsində iltihab və ĢiĢ əmələ gəldikdə, ilan sancdıqda, ishalda
digər bu kimi xəstəliklərdə orqanizmə qüvvət verən bir dərman kimi də qəbul etmək olar. Boyaqotu
kökünün ekstraktı keçmiĢ SSRĠ klinikalarında sınaqdan keçirilmiĢ, böyrək və öd daĢı xəstəliklərinin
müalicəsində iĢlədilməsinə icazə verilmiĢdir.
Orta Asiya respublikalarının xalq təbabətində sarılıq xəstəliyini müalicə etmək üçün və eləcə
də yaddaĢ zəiflədikdə boyaqotu kökünün dəmləməsini iĢlədirlər. Kökün tərkibindəki qırmızı rəngli
qlükozid maddəsi böyrəkdə olan daĢı yumĢalda bilir və sidik vasitəsilə xaric olunur.
Müalicə məqsədləri üçün boyaqotundan aĢağıda göstərilən qaydada istifadə etmək olar: 1
Dostları ilə paylaş: |