199
gün təkrar edin. 1 həftə fasilədən sonra müalicəni davam etdirin.
Dəri səpmələrində, zədələnmələrdə və çibanların müalicəsində. Kartofun sıyığından gündə
bir neçə dəfə zədələnmiĢ nahiyələrə yaxıb bağlayın. Əməliyyatı hər 3-4 saatdan bir təkrar edin.
Böyrək daşlarının müalicəsində. 2 ədəd qabığı təmizlənmiĢ təzə kartof götürüb yumĢalana
qədər biĢirin. Sonra ondan məhlul düzəldib gündə 2-3 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin.
Artrit zamanı. Bunun üçün biĢmiĢ kartof ekstraktından səhər və yatmazdan əvvəl 1 stəkan
qəbul edin. Daha yaxĢı olar ki, hər gün qabığı ilə birlikə sürtgəcdən keçirilmiĢ təzə kartof sıyığını
çiy-çiy qəbul edəsiniz. Müalicə kursu 10 gündür.
Diqqət! Kartof Ģirəsindən Ģəkərli diabeti olan xəstələrin qəbul etmələri məsləhət görülmür.
Kartofdan bir neçə yeni qida məhsullarının hazırlanması.
Kartofdan «kəndli xoşbəxtliyi» yeməyinin hazırlanması. 0,5 kq kartof, 2 xörək qaĢığı un,
50 q kərə yağı, 3 ədəd yumurta və duz götürün. Kartofu qabığı ilə birlikdə biĢirib, təmizləyin və iri
dairələrə kəsib duzlayaraq üzərinə un səpin və yumurta vurub qızardın.
Kartofdan «işıqlı oyun» yeməyinin hazırlanması. 8-10 ədəd kartof, 2 stəkan süd, 20 q kərə
yağı, 2 ədəd soğan, göyərti, zövqünüzə görə duz götürün. Kartofu kub formasında doğrayıb, 8-20
dəqiqə biĢirib, suyunu süzün və üzərinə isti süd əlavə edib, duz səpib hazır olana qədər biĢirin.
Sonra üzərinə kərə yağı, qızardılmıĢ soğan əlavə edib ehtiyatla qarıĢdırın. Süfrəyə verməzdən qabaq
üzərinə göyərti səpin.
Qozla «şirin kartof» biskivitinin hazırlanması. 6-8 ədəd kartof, 0,5 stəkan un, 0,5 stəkan
Ģəkər tozu, 4 xörək qaĢığı bitki yağı, 0,5 stəkan xırdalanmıĢ qoz, 2 ədəd yumurta, çay sodası, darçın,
limon qabığı götürün. Kartofun qabığını soyub biĢirib əzin. Sonra üzərinə Ģəkərlə çalınmıĢ yumurta,
bitki yağı, əzilmiĢ qoz, darçın, narın doğranmıĢ limon qabığı, çay sodası və 0,5 stəkan un əlavə
edin. AlınmıĢ xəmirdən qalınlığı 3-4 sm iri hörüklər düzəldin və üzərinə kərə yağı tökərək mətbəx
peçinə qoyun və hazır olana qədər qızardın.
Kartofdan «yeralması» peçenyesiniıı hazırlanması. 1 ədəd kartof, 60 q kərə yağı,
zövqünüzə görə duz götürün. Orta ölçülü kartofu yuyun, qurulayın üzərinə kərə yağı sürtün, tavanın
içində mətbəx peçinə qoyun. Kartof biĢib yumĢaq hala düĢdükdən sonra götürün. Onu yarıya
bölərək duzlayıb üzərinə kərə yağı sürtüb isti halda süfrəyə verin.
Badımcan – Solanum melongena L.
Badımcan cinsinə daxil olan növlərdən biri də badımcan - S. melongena L.-dir. Bu çoxillik,
istisevən, mədəni halda becərilən tərəvəz bitkisidir. Bitkinin əsas vətəni olan Hindistan ərazilərində
yabanı növünə rast gəlmək olar. Bitkinin mədəni halda Çində və Misirdə əkilib-becərilməsi
haqqında məlumat verilir. Orta əsrlərdə isə Ġtaliyada, Ġspaniyada və nəhayət qısa bir zamanda bütün
Avropa ölkələrinə yayılaraq becərilməyə baĢlanmıĢdır. Amerika qitəsinə səyahət edən X.Kolumb
özü ilə bu qiymətli bitkini də ora aparmıĢdı. 200 il bundan qabaq bu gəzəyən ―hörmətli qonaq‖
Türkiyəyə, Qafqaza, sonra da Rusiya ərazisinə gəlib çıxmıĢdır.
Düzdür, ilk vaxt tərəvəz əkməklə məĢğul olanlar hələ bu «göy qonaqla» asanlıqla dil tapa
bilməmiĢdilər. Tropik ölkələrin «sakini» olan badımcan bitkisinin birdən-birə Ģimala gəlib çıxması
çoxlu çətinliklərlə qarĢılaĢdı. Ġlk vaxtlar badımcan Rusiyanın orta ərazilərində ancaq istixanalarda
yetiĢdirilirdi. Badımcan Rusiya ərazisində özünü çox ―Ģıltaq‖ aparmasına baxmayaraq, ruslar onu
yunan balqabağı kimi sevməyə baĢladılar.
Ġlk əvvəl badımcan vətəni sayılan Hindistan və Çin
xalqları tərəfindən ancaq müalicə məqsədələri üçün istifadə
olunurdu. Bu ölkələrdə badımcan qida kimi aterosklerozdan
əziyyət çəkən xəstələrə verilir, infarktın qarĢısını almaq üçün
profilaktik vasitə kimi istifadə edilirdi. Bitkinin yumĢaq
meyvəsinin tərkibindəki pektin maddəsi xolesterini həll edib
orqanizmdən
kənarlaĢdırır.
Damarların
divarlarını
tullantılardan təmizləyir və onların elastiklik qabiliyyətini
200
artırır və kapilyarları möhkəmləndirir. Badımcanın 90%-ni su, 2,5-4,0%-ni Ģəkər,
1,5%-ni sellüloza, 0,5%-ni pektin C, PP və B qrupu vitaminləri, A provitamini, çoxlu miqdarda
kalium, bunlardan baĢqa fosfor, kalsium, manqan, kobalt, dəmir makro- və mikroelementləri, zülal,
sulu karbohidratlar, xüsusi müalicəvi keyfiyyətə malik melogen (solanin) və s. maddələr aĢkar
edilmiĢdir. Uzun müddət badımcandan qida kimi istifadə edildikdə qanda piyin və xolesterinin
kəskin surətdə azalması müĢahidə edilmiĢdir. Badımcan orqanizmdə gedən su-duz mübadiləsini
nizamlayır, orqanizmi artıq sidik turĢularından azad edir. Tam yetiĢmiĢ meyvəsi dalağın, beyin
iliyinin fəaliyyətinə kömək edir, qanda hemoqlobini artırır, aybaĢı qanaxmaları zamanı baĢ verən
ağrıları sakitləĢdirir. Badımcanın buxarda və adi halda biĢirilmiĢindən hamilə qadınlara və kiçik
yaĢlı uĢaqlara verdikdə uĢaqlar gumrah və xarici mühitin zərərli təsirlərinə qarĢı davamlı olurlar.
Diqqət! Badımcanın tərkibində solanin maddəsi olduğu üçün o orqanizmi zəhərləyə bilər.
Ona görə də badımcanı çiy halda yemək məsələhət görülmür.
Badımcanın tərkibi kalium duzları ilə zəngin olduğundan ürəyin fəaliyyətinə təsir edir,
orqanizmdə olan artıq suyun kənar edilməsində mühüm rol oynayır. Buna görə də, skleroz baĢlanan
yaĢlı adamlara və ürək-damar çatıĢmazlığından əziyyət çəkən xəstələrə badımcandan pəhriz qidası
kimi vermək məsləhət görülmür.
Badımcandan müalicə preparatlarının hazırlanması.
Ürək-damar xəstəliklərindəıı əziyyət çəkən xəstələrin müalicəsində. 13-14 badımcanı
qurudub, qəhvəüyüdəndən keçirib əldə etdiyiniz tozu bankalara doldurub ağzını möhkəm bağlayın.
Səhər 4-5 xörək qaĢığı götürüb 1/2 stəkan ağ çaxırın üzərinə töküb Ģiddətli yanan odun üzərinə
qoyun və tez götürüb əldə etdiyiniz sıyığı 2 yerə bölün. Həmin sıyığın bir hissəsini səhər tezdən,
ikinci hissəsini isə günorta vaxtı yeyin. Müalicə kursu 14 gündür.
Yanıq zamanı. Təzə badımcanı iki bərabər hissəyə bölüb yanmıĢ dərinin üzərinə qoyub
leykoplastrla bərkidin və hər yarım saatdan bir dəyiĢin.
Çiban və yaralarıtı müalicəsində. Badımcandan aldlığınız Ģirəni gündə 2-3 dəfə xəstə
nahiyələrə sürtmək məsləhət görürlür.
Ağızın selikli qişası (parodontit, stomatit, gingivit) xəstəliklərinin müalicəsində. Təzə
yumĢaq badımcanı sürtgəcdən keçirib 1:1 nisbətində duzla qarıĢdırın. Gündə bir neçə dəfə
hazırladığınız pasta ilə diĢinizi yuyun. Əməliyyat baĢa çatdıqdan sonra, ağzınızı soyuq su ilə
yaxalayın.
Damar genişlənmələrində. Bunun üçün gecələr yatmazdan qabaq ayaqlarınızı isti vannaya
qoyun. Sonra badımcanı uzununa nazik hissələrə bölüb günəbaxan və yaxud qarğıdalı yağında
isladıb geniĢlənmiĢ damarların üzərinə bintlə bağlayıb, bütün gecəni saxlayın.
Badımcandan müalicəvi xörəklərin hazırlanması.
Pəhriz kürüsü. 1 kq çox da iri olmayan badımcan, 1/2 kq pomidor, 1/2 ağ çörəyin içi, 2
xörək qaĢığı zeytun yağı, zövqünüzə görə duz, istiot, sarımsaq götürün. Badımcanm saplağını kəsib,
suya tökün, yumuĢalana qədər 5-10 dəqiqə saxlayın. Sonra sürtgəcdən keçirib suyunu sıxın.
Pomidor və badımcanın qabığını soyub dörd hissəyə bölün, çörək və sarımsaqla birlikdə ət
maĢınından keçirin. Sonra üzərinə zeytun yağı, duz və istiot əlavə edin. Aldığınız ədviyyatlardan ət,
makaron, kartof və düyü xörəklərində istifadə edin.
«Krepis» kotletinin hazırlanması. 1 kq badımcan, 1 kq çəkilmiĢ dana əti, 4 xörək qaĢığı
zeytun mayonezi, 4 ədəd biĢirilmiĢ yumurta, 1 stəkan fəsəli unu, 3/4 stəkan bitki yağı, zövqünüzə
görə duz, qara istiot, ədviyyat götürün. Badımcanı saplağından təmizləyib, yumĢalana qədər biĢirin.
Sonra sürtgəcdən keçirib suyunu çıxarın. Ət maĢınından keçirib, qiymə ilə qarıĢdırıb, üzərinə
mayonez, yumurta, ədviyyat və fəsəli unu əlavə edin. Sonra kotlet halına salıb unlayın və bitki
yağında qızardın.
Qiymədən hazırlanmış «dil» xörəyi. 3 ədəd iri badımcan, 2 ədəd kök, 2 biĢirilmiĢ yumurta,
stəkanın 1/2 hissəsi qədər biĢmiĢ və doğranmıĢ göbələk, 4 xörək qaĢığı quru brinza pendiri, 1 ədəd
soğan, stəkanın 3/4 hissəsi qədər bitki yağı, zövqünüzə görə qara istiot və duz götürün. Badımcanın
qabığını soyub nazik hissələrə doğrayıb, unlayıb, bitki yağında qızardın. Sonra qızardılmıĢ
göbələyi, kökü, soğanı, narın pendiri duz, istiot, doğranmıĢ yumurta ilə qarıĢdırın. Badımcanı orta
hissədən kəsib rulet kimi içərisinə içdən doldurun. Sonra qaba düzüb 1 saat soyuducuda saxlayın.
Dostları ilə paylaş: |