191
sakit əyləĢib iĢ görəndə narahat olur, iĢi tam görüb baĢa çatdırmağa nail ola bilmirlər. Bu cür
xəstələr gecələr narahat və gec yatır, kiçik səsə qarĢı tez reaksiya verib yataqdan durur və s. Bu cür
xoĢagəlməyən hadisələri aradan qaldırmaq üçün bədrənc çayı ilə müalicə kursu keçməyi məsləhət
görürük. 3 çay qaĢığı xırda doğranmıĢ yarpağından götürüb fıncana töküb üzərinə stəkanın 1/4
hissəsi qədər qaynar su tökün və üzərini örtüb 10 dəqiqə dəmləyin. Bədrənc çayının da adi çay kimi
rəngi bir az tünd olmalıdır ki, xəstə insana yaxĢı təsir göstərsin. Aldığınız bədrənc çayından gündə 3
fincan içmək məsləhətdir. Əgər siz bədrənc çayının içərisinə 1 çay qaĢığı bal əlavə edib içsəniz bu
zaman tez yuxuya gedərsiniz. Beləliklə bədrənc çayından mütəmadi qəbul etsəniz sizin əsəb
sisteminizdə heç bir fəsadlar yaranmaz və siz normal iĢ qabiliyyətinizi bərpa etmiĢ olarsınız.
Bədrəncin təzə dərilmiĢ yarpaqları çox gözəl ətirli iyə malik olur, ondan ədviyyat kimi
salatların, borĢ və Ģorbaların, tərəvəz xörəklərinin hazırlanmasında iĢlədilir. Nazik doğranmıĢ
bədrənc yarpağı yumĢaq pendirin üzərinə ədviyyat kimi səpilir.
Bədrəncdən taxtadan düzəldilmiĢ mebellərə sürtüb onların parlaq və xoĢ iyə malik
olmasında da istifadə etmək olar.
Qaraqınıq – Origanum vulgare L.
Bitkinin adının rusca «душица» adlandırılması onun xoĢətirli iyə malik olmasından xəbər
verir. Bu doğrudan da belədir. Qaraqınıq çoxillik ot bitkisi olub xırda və açıq-qırmızı rəngli
çiçəkləri insanı uzaqdan özünə cəlb edir. Xalq qaraqınığı
müxtəlif adlarla çağırır. Məsələn mehriban qaraqınıq, ətirli,
xoĢ iyli çiçək və s. deyə dindirib, əziləyirlər.
Qaraqınığa Azərbaycanda ovalıqdan tutmuĢ subalp
qurĢağına kimi bütün rayonlarda təsadüf edilir. Ona tez-tez
meĢə kənarlarında, bağ və meĢə açıqlıqlarında, kolluq və
çəmənliklərdə, bağçalarda rast gəlmək olar.
Müalicə məqsədilə bitkini çiçək açan dövrdə
toplayırlar. ToplanmıĢ xammalı açıq hava Ģəraitində kölgəli
yerlərə sərib qurudurlar. QurumuĢ xammalı kağız paketlərə,
yaxud karton qutulara yığıb quru, havası həmiĢə dəyiĢilən
anbarlarda
saxlayırlar.
Qaraqınıqdan
hazırlanan
ətirli
preparatlardan mikroba qarĢı, soyuqdəymə, yarasağaldıcı,
ağrıkəsici, sakitləĢdirici, bəlğəmgətirici, tərqovucu, həzm sisteminin yaxĢılaĢdırılmasında, qan
təzyiqinin aĢağı salınmasında istifadə edilir.
Qaraqınıqdan müalicəvi preparatların hazırlanması.
Qrip, öskürək və tərqovucu vasitə kimi. 2 xörək qaĢığı doğranmıĢ otundan götürüb 2 stəkan
qaynar suya tökün və 2 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə yeməyə yarım saat
qalmıĢ qəbul edin.
Mədə spazmalarında, mədə şirəsi turşuluğunun aşağı düşməsində, enterokolitdə,
qəbizliyin aradan qaldırılmasında, xolesistitdə. 2 xörək qaĢığı otundan götürüb 1 stəkan qaynar
suya tökün, 20 dəqiqə qaynatdıqdan sonra süzün. Ekstraktdan isti halda gündə 4 dəfə stəkanın 1/4
hissəsi qədər qəbul edin.
Nevrozda yuxusuzluğun aradan qaldırılmasında, depressiyada. 1 stəkan doğranmıĢ
otundan götürüb 1 stəkan qaynar suya töküb 2 saat dəmləyib süzün. Ekstraktdan gündə 3 dəfə 1
xörək qaĢığı yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin.
Aybaşı pozuntularında və yaxud vaxtından qabaq baş verən klimaksda. 2 xörək qaĢığı
doğranmıĢ otundan götürüb 0,5 litr qaynar suya töküb yarım saat dəmləyib süzün. Aldığınız
ekstraktdan gündə 4 dəfə yeməyə 20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər götürüb üzərinə bir
xörək qaĢığı süd və yaxud 1 çay qaĢığı bal əlavə edib qəbul edin.
Qadınlarda südün azalması zamanı. 1 xörək qaĢığı doğranmıĢ otdan götürüb 1 stəkan
qaynar suya töküb 2 saat dəmləyib süzün. Gündə 4 dəfə 2 xörək qaĢığı yeməkdən əvvəl qəbul edin.
Baş ağrıları, miqren, damar spaznıalarında. 4 xörək qaĢığı götürüb 1 litr qaynanmıĢ suya
192
töküb yarım saat dəmləyin və süzün. Aldığınız ekstraktla baĢınızı yuyun.
Zökəm zamanı. Qurudulub toz halına salınmıĢ bitkidən gündə 3-4 dəfə iyləyin.
Diqqət! Hamilə qadınların qaraqınıq preparatlarından daxilə qəbul etmələri məsləhət
görülmür.
Ətirli reyhan – Ocimum basilicum L.
Reyhan - qara-bənövĢəyi, tünd-bənövĢəyi, açıq-bənövĢəyi və yaxud yasəmən rəngli
yarpaqları olan, kəskin, azca acımtıl tama malik ədviyyat bitkisidir. Reyhandan hələ çox qədim
dövrlərdə Yunanıstan və Misirdə balzamlaĢdırma məqsədləri üçün istifadə edilirdi. Qədim dövrün
təbibləri belə söyləyirdilər ki, reyhan insanların kefini açır, onların enerji qabiliyyətlərini yüksəldir,
əqlini möhkəmləndirir və ömrünü uzadır.
Reyhanın yarpaqlarında zəngin vitamin kompleksləri və
bioloji aktiv maddələr aĢkar edilmiĢdir. Bitkinin tərkibində kalsium,
azot, fosfor, dəmir, mis və s. makro- və mikroelementləri müəyyən
edilmiĢdir.
Xalq təbabətində reyhan vasitəsilə revmatizm, dəri və əsəb
xəstəliklərini, epilepsiyanı müalicə edirlər. Müalicə məqsədləri üçün
bitkinin bütün hissələrindən istifadə edilir. Toxumundan və otundan
hazırlanan dəmləmə və cövhərlərindən xroniki qastrit, orqanizmin
parazit qurdlardan təmizlənməsində, böyrək və sidik kisəsi
soyuqdəymələrində, öskürək və göyöskürək zamanı daxilə qəbul edib
müalicə olunurlar. Reyhandan alınmıĢ efır yağını pambığa hopdurub
ağrıyan diĢin üzərinə qoyub, ağrını aradan qaldırırlar. Bitkinin
yarpaqlarını su ilə təmiz yuyub plastr kimi dəri səpmələrinin üzərinə yapıĢdırıb müalicə edirlər.
Ağır fiziki və zehni iĢ zamanı yorğunluğu aradan qaldırmaq üçün reyhanın vannasından istifadə
etməyi məsləhət görürlər. Bolqarıstanda reyhanın efır yağından qulaqda baĢ verən irinli
soyuqdəymələrdə damcı kimi, çətin sağalan yaraların isə üzərinə yaxıb müalicə edirlər.
Reyhandan müalicə preparatlarının hazırlanması.
Gingivit və stomatitdə. 5 xörək qaĢığı doğranmıĢ reyhandan götürüb 1 litr qaynar suya tökün
və 1 saat dəmləyib süzün. AlınmıĢ ekstraktla gündə 2 dəfə ağzınızı yaxalayın, stəkanın 1/4 hissəsi
qədər səhər və axĢam qəbul edin. Bundan baĢqa ağız nahiyəsində baĢ verən iyi aradan qaldırmaq
üçün bitkinin ədviyyəli yarpaqlarından çeynəyin.
Gözə güc düşdükdə, yorğunluğu aradan qaldırmaq üçün. 2 xörək qaĢığı quru otundan
götürüb 0,5 litr qaynar suya töküb, soyuyana qədər dəmləyib süzün. AlınmıĢ ekstraktla gözünüzü
yuyun, konyuktivitdə isə islatma vasitəsi kimi istifadə edin.
Göbələk xəstəliklərinin müalicəsində. Yuyulub təmizlənmiĢ bir dəstə reyhanı kiçik
hissələrə salıb sıyığını alın. Sıyığı tənzifdən süzüb, alınan Ģirədən gündə 2 dəfə zədələnmiĢ
nahiyənizə sürtün.
Dəridə olan gicişmə, qaşınma və allergiyaları müalicə etmək üçün. 2 xörək qaĢığı
qurudulmuĢ otundan götürüb 0,5 litr qaynar suya töküb, soyudub süzün. Ekstraktdan gündə 2-3 dəfə
stəkanın 1/2 hissəsi qədər yeməkqabağı qəbul edin və həmçinin cövhərlə zədələnmiĢ nahiyələri
silin.
Əsəb yorğunluğunun aradan qaldırılmasında, depressiyada. 1 xörək qaĢığı qurudulmuĢ
otunu 1 stəkan qaynar suya töküb 15-20 dəqiqə dəmləyib çay kimi için.
Soyuqdəymədə. 2 xörək qaĢığı reyhanın otundan götürüb 1 stəkan qayar suya töküb 45
dəqiqə dəmləyib süzün. Dəmləməni kiçik porsiyalarla gün ərzində için.
Kəskin ishalda. 4-5 xörək qaĢığı reyhan toxumundan götürüb quru tavaya töküb qızardın.
QızardılmıĢ toxumdan çay qaĢığının 1/2 hissəsi qədər gündə 3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ
yeyin.
Yara, kəsik və cızıqlaların müalicəsində. 1 xörək qaĢığı toxumundan götürüb 2 stəkan
qaynar suya töküb 20 dəqiqə dəmləyin. Xəstə nahiyələri dəmləmə ilə gündə bir neçə dəfə yuyun,
Dostları ilə paylaş: |