189
hər yerdə rast gəlmək olar.
Çox vaxt mayın axırı meĢə sahələrində kolluqlarda, dağ yamaclarında qırmızı rəngli
«sünbülvari» çiçəkləri açılmağa baĢlayır. Xalq arasında mərcanotuna çöl sürvəsi (Ģalfeyi) deyirlər.
Ən çox Quba və Qusar zonasında təsadüf edilir.
Mərcanotunun tam çiçək açan dövründə toplanan ot hissəsindən çox qədim dövrlərdən xalq
təbabətində geniĢ istifadə edilmiĢdir.
Qədim ərəblər mərcanotundan hazırlanan preparatların köməyi ilə ağ ciyər, revmatizm, sistit
xəstəliklərini, Çində isə baĢ və diĢ ağrılarım müalicə edirmiĢlər.
Böyük rus sərkərdəsi Suvorov özünün yazdığı «Elmin qələbəsi» əsərində qeyd edir ki,
mədənizin normal iĢləməsi üçün mütləq mərcanotu çayı için.
Müalicə məqsədləri üçün bitkinin çiçək açan dövründə toplanan ot və kök hissələrindən
istifadə edilir.
Tam çiçək açan zaman ot hissəsinin tərkibindən 1,54% flavonoid maddələri, 2,72%
stahidrin, 1% iridoid, 0,83% efir yağı, 2%-ə qədər üzvi turĢular, 3,1% qətran maddəsi, 54 mq%
askorbin turĢusu, K vitamini, fenolkarbon turĢusu, estrogen hormonu və s. aĢkar edilmiĢdir.
Bitkinin yerüstü hissəsindən 6,23% kül, mq/q olmaqla 23,60 – K, 12,60 - Ca, 2,10 - Mg,
0,04 - Fe makroelementləri, mkq/q olmaqla 0,24 - Mn, 0,67 - Cu, 0,72 - Zn, 0,12 - Cr, 0,25 - Al,
0,01 - Ba, 0,04 - V, 5,56 - Se, 0,02 - Ni, 0,34 - Sr, 0,01 - Pb, 56,40 - B mikroelementləri və s. aĢkar
edilmiĢdir.
Mərcanotunun preparatlarından sakitləĢdirici, təzyiq aĢağısalıcı, antiseptik, soyuqdəymə,
qankəsici, bəlğəmgətirici, ödqovucu kimi, qusma və s. əleyhinə istifadə edilir.
Bağırsaq pozuntularında 1 çay qaĢığı doğranmıĢ otundan götürüb 1 stəkan qaynar suya
töküb, 15 dəqiqə saxlayıb süzün. Sonra aldığınız ekstraktdan gündə 3-4 dəfə yeməyə 15-20 dəqiqə
qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Qastrit zamanı turşuluğun artmasında, mədə və bağırsaq ağrılarında, həzm
pozuntularında. 1 xörək qaĢığı doğranmıĢ təzə otundan götürüb 0,5 litr qaynar suya töküb zəif od
üzərinə qoyun və 5-7 dəqiqə saxladıqdan sonra süzün. Gündə 4 dəfə 0,5 stəkan həcmində yeməyə
yarım saat qalmıĢ daxilə qəbul edin.
Ağ ciyər qanaxmalarında. 2 xörək qaĢığı doğranmıĢ ot hissəsindən götürüb 1 stəkan qaynar
suya tökün və zəif od üzərinə qoyub 25-30 dəqiqə dəmləyin. Sonra süzüb üzərinə 2 xörək qaĢığı
portveyn əlavə edib gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməyə yarım saat qalmıĢ daxilə qəbul
edin.
Bronxit, radikulit, böyrək xəstəliklərində, əsəb gərginliyi zamanı. 2 xörək qaĢığı doğranmıĢ
təzə otundan götürüb 1 stəkan qaynar suya töküb yarım saat dəmlədikdən sonra süzüb, gündə 2-3
dəfə yeməyə 15-20 dəqiqə qalmıĢ stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Qaymarit və sinusit zamanı. 2 çay qaĢığı doğranmıĢ təzə otundan götürüb 0,5 stəkan qaynar
suya töküb 1 saat dəmləyin. Sonra süzüb gündə 5 dəfə 4 damcı hər iki burun dəliyinə damızdırın.
Kəsik və yaraların müalicəsində. Təzə yarpaqlarından götürüb əzib Ģirəsini çıxardın və
yaxma Ģəklinə salıb xəstə nahiyənin üzərinə qoyub bağlayın. 1-ci gün sarğını 3 dəfə dəyiĢin. Qalan
günlərdə isə sarğını 1 dəfə dəyiĢmək məsləhət görülür.
Dərman bədrənci – Melissa officinalis L.
Çox qədim zamanlarda bədrənci qiymətli müalicəvi təsirə malik ot bitkisi kimi Yunanıstan
və Romada geniĢ sürətdə əkib-becərmiĢlər. Bədrəncdən alınan cövhərlər ürək ağrılarının aradan
qaldırılmasında, əhvali-ruhiyyənin yaxĢılaĢdırılmasında tətbiq edilirdi. Xeyirli bitki kimi insanlar
tərəfindən çox sevilirdi. Kilsə xadimləri bədrəncdən
(həvəsləndirici)
həyəcanlandırıcı
içkilər
hazırlayırmıĢlar.
Bədrənc
fövqəladə
müalicəvi
təsirlərə malik olub, insana güc verir, ruhlandırır,
ilhama
gətirir,
onu
baĢqa
insanlara
qarĢı
mehribanlaĢdırır. Bədrənc xoĢ ətirli, müalicə
190
əhəmiyyətli bitki kimi xalqlar tərəfindən yüksək qiymətləndirilir. Bəzən bitkini limonlu bədrənc və
yaxud limonlu yaıpız adlandırırlar. Belə ki, bitkinin yarpaq və cavan gövdələrindən alınan efır
yağının iyi sitrus bitkilərinin iyini xatırladır.
Orta əsrlərin məĢhur təbiblərindən sayılan Ġbn Sina bədrəncdən hazırladığı bir sıra
preparatların köməyi ilə ürək, həzm sistemlərində yaranan xoĢagəlməz qüsurların aradan
qaldırılmasında istifadə edirmiĢ.
Bədrəncdən hazırlanmıĢ isti çay baĢ ağrılarını və baĢ gicəllənmələrini aradan qaldırır.
Bir sıra ölkələrdə bədrənci nektar verən bir bitki kimi də əkib-becərmiĢlər. Bitkinin adının
mənası da «balverən»dir. Bitkinin iyindən bal arılarının çox xoĢu gəlir. Bal arılarına qulluq edən
arıçı arı qutularına yaxınlaĢmazdan əvvəl üzünü bədrənc yarpaqları ilə silir və sonra iĢinə baĢlayır.
Dərman bədrənci - Melissa officinalis L. çoxillik ot bitkisidir. Xarici görüniiĢünə görə
bədrənc yarpızı xatırladır.
Müalicəvi xüsusiyyətləri. Nahaq yerə bitkini «dərman bədrənci» adlandırmırlar. Bu bitkinin
otunun tərkibindən kəskin limon iyi verən efır yağı əldə edilir. Efır yağının əsas hissəsini (siterol və
mirsen təĢkil edir), C vitamini, aĢı maddəsi, qatran, kofein, kresol turĢusu və s. aĢkar edilmiĢdir.
Xalq təbabətində bədrəncdən sakitləĢdirici, ağrıkəsici, qıcolma, spazma əleyhinə, ürək fəaliyyətini
nizama salan vasitə kimi istifadə edilir. Ġnsanlar bədrənc preparatlarından istifadə edən zaman
təngnəfəsliyi, ürək döyüntüləri sakitləĢir, ürək ətrafında olan ağrılar aradan qalxır, qan təzyiqi aĢağı
düĢür. Bundan baĢqa bədrənc preparatları miqren, yuxusuzluq, həyəcanlanma zamanı, cinsi həvəsin
artırılmasında, müxtəlif əsəb gərginliklərinin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
Bədrəncdən həmçinin astmanın, köpmənin aradan qaldırılmasında, çibanların və müxtəlif dəri
xəstəliklərinin müalicəsində istifadə edilir.
Bədrəncdən hazırlanan cövhərlər aybaĢı xəstəliklərində, hamiləlik vaxtı özünü büruzə verən
toksikozların, klimaksın nizama salınmasında mühüm rol oynayır. Bədrənc cövhəri həmçinin
spazmanın aradan qaldırılmasında, mədə-bağırsağın normal iĢləməsində, öskürəkdə, yüksək
temperaturun aĢağı salınmasında mühüm rol oynayır. Bitki insanları bir sıra qorxunc xəstəliklərdən
xilas edir. Lakin bədrəncdən istifadə edərkən heç vaxt tələsməyin, həmiĢə həkim məsləhətlərinə
qulaq asın.
Bədrəncdən müalicə preparatlarının hazırlanması.
Ürək döyüntülərində, nevrozda, miqrenin aradan qaldırılmasında, yuxusuzluqda,
depressiya zamanı. 100 q doğranmıĢ təzə otundan götürüb 0,5 litr qaynar suya töküb 1 saat
dəmləyin. Sonra süzüb gündə 2-3 dəfə 10 gün ərzində 100 ml qəbul edin. 50 q doğranmıĢ otundan
götürüb 200 ml arağın üzərinə töküb 7 gün saxlayıb süzün. Cövhərdən gündə 3 dəfə 1-2 çay qaĢığı
qəbul edin.
Bronxial astma, öskürək, temperaturun yüksəlməsi zamanı. 20 q qurudulmuĢ bədrəncdən
götürüb termosa töküb 2 saat dəmləyin. Antiseptik, bəlğəmgətirici, istiliyi aĢağı salmaq üçün gündə
3-4 dəfə hər dəfə 1 stəkan qəbul edin. Bədrənc yağı ilə xəstənin döĢ və bel nahiyələrinə maz çəkin.
Qarın köpü, bağırsaq spazmalarının, aradan qaldırılmasında. Bədrəncdən götürüb
çaynikdə dəmləyin. Hər iki saatdan bir yarım litr bədrənc çayı için.
Zəhərlənmə zamanı. Hər yarım saatdan bir xəstəyə limonlu bədrənc çayı içirdin.
Həşarat sancmalarında. HəĢərat sancan nahiyəyə bədrənc yağı sürtün.
Revmatizm, əzik və yaraların müalicəsində. 3-4 xörək qaĢığı bədrəncin yuxarı hissəsindən -
zoğ və yaxud yarpaqlarından götürüb biĢirin, sonra tənzifə büküb ağrıyan nahiyənin üzərinə qoyub
bağlayın.
Halsızlığın və maddələr mübadiləsi pozuntularının aradan qaldırılmasında. 10 q
doğranmıĢ bədrənc otundan götürüb 400 q qaynar suya töküb cövhərini alıb süzün. Gündə 3 dəfə
hər dəfə 0,5 stəkan qəbul edin.
Ağrıkəsici vasitə kimi. Bədrəncin yarpağını götürüb qaynar suda isladıb ağrıyan nahiyəyə
qoyub 1-2 saat saxlayın. Prosesi gün ərzində bir neçə dəfə təkrar edin.
Xırda hissələrə salınmıĢ bədrənci 40%-li spirtin və yaxud arağın üzərinə töküb 7 gün
cövhərini aldıqdan sonra süzün. Cövhərdən gündə 3 dəfə 1-2 çay qaĢığı qəbul edin.
Bədrənc çayı yuxusuzluğu müalicə edir. Əsəbi insanlar tez-tez narahat olurlar, bir yerdə
Dostları ilə paylaş: |