193
toxumunu isə yaraların, kəsiklərin üzərinə qoyub sarıyın.
Halsızlıq (impotensiya) zamanı. 1 litr qırmızı çaxırın üzərinə 5 xörək qaĢığı reyhan və
boymadərən çiçəyi əlavə edib, 20 gün mütəmadi çalxalamaqla saxlayıb, süzün. Aldığınız cövhərdən
gündə 3 dəfə stəkanın 1/3 hissəsi qədər yeməkdən sonra qəbul edin.
Bu cövhər orqanizmi möhkəmləndirdiyi üçün gündə 50 ml olmaqla kiçik yaĢlı uĢaqlara
ondan içirtmək məsləhət görülür.
Epilepsiya zamanı. Reyhandan alınmıĢ Ģirədən gündə 3 dəfə 10 damcı burnunuza
damızdırın.
Diqqət! Bitkidən istifadə edən zaman bir az ehtiyatlı olmaq lazımdır. Belə ki, reyhandan
hipertoniya, qan laxtalanması yüksək olan xəstələrin qəbul etməsi məsləhət görülmür.
Reyhandan xoĢiyli və tamlı qidaların hazırlanması.
Pomidor və reyhanı yarpağından salatın hazırlanması. 2-3 ədəd pomidor, bir neçə cəfəri
budağı, Ģüyüd, reyhan, 1 xörək qaĢığı xama, zövqünüzə görə duz götürün. Pomidoru və biĢmiĢ
yumurtanı iri hissələrə bölün. Reyhanı, cəfərini, Ģüyüdü doğrayıb üzərinə xama, azca duz əlavə
edib, yaxĢıca qarıĢdırıb, süfrəyə verin.
İtalyansayağı ədviyyatın hazırianması. 2 dəstə reyhan, 4 diĢ sarımsaq, 50 q duzlu pendir, 4
xörək qaĢığı zeytun yağı, zövqünüzə görə duz və istiot götürün.
Təzə dərilmiĢ reyhanı yuyub suyu çəkilənə qədər bir az gözləyin və xırda hissələrə ayırın.
Sarımsağı əzərək bitki ilə qarıĢdırıb, iri qaba qoyun. Sonra bitki kütləsinin üzərinə zeytun yağı əlavə
edin və iri deĢiyi olan sürtgəcdən keçirib qarıĢdırın. BiĢirib, üzərinə duz, bir neçə damcı limon Ģirəsi
damızdırın. Alınan ədviyyatı bankaya doldurub soyuducuda saxlayın. Yeri gəldikcə istənilən
xörəyin tərkibinə qatıb süfrəyə verin.
Pəhriz teftelisi. 300 q təmiz toyuq əti, 3 ədəd iri kartof, orta ölçülü 1 ədəd soğan, bitki
mayonezi, bir neçə reyhan budağı, zövqünüzə görə duz götürün. Bu xörəyi hazırlamaq üçün zər də
lazım olacaqdır. Əti və kartofu xırda hissələrə doğrayın, soğanı isə dairəvi hala salın. Zərin orta
hissəsinə duz qoyub, ətin, kartofun, soğanın üzərinə azca mayonez əlavə edin. Zəri elə qoyun ki,
sanki tryufel konfetini bükürsünüz. Aldığınız kütləni quru tavaya töküb sobada 30 dəqiqə biĢirin.
Hazır xörəyin üzərinə doğranmıĢ göyərti səpib süfrəyə verin.
Rozmarin – Rosmarinum L.
Dünya florasının tərkibində Dodaqçiçəklilər fəsiləsinin 300 cinsi və 3500-dən artıq növü
yayılmıĢdır. Bu cins və növlərə ən çox Aralıq dənizi
ölkələrinin ərazilərində rast gəlmək olar. Həyat
formalarına görə bu növlərin içərisində ən çox ot
bitkiləri üstünlük təĢkil edir. Növlərin iĢərisində
yarımkol və kollara da təsadüf edilir. Fəsilənin
növlərinin içərisində tərkibi efir yağı ilə zəngin olan
növlər də çoxdur. Bunlardan kəklikotunu, rozmarini,
lavandanı, sürvəni (Ģalfey), bədrənci, mərzəni,
yarpızı və s. qeyd etmək olar. Bunlardan alınan efir
yağlarından tibb, ətriyyat-kosmetika, kulinariya,
sabunbiĢirmə və s. sahələrdə geniĢ istifadə edilir. Azərbaycan florasının tərkibində bunövlərin
böyük ehtiyatı vardır. Tərkibində efir yağı bol olan növlərdən biri də rozmarindir.
Rozmarin haqqında çoxlu əfsanələr və rəvayətlər mövcuddur. Qədim yunanlar rozmarini
Afrodit çiçəyi adlandırırdılar. Rozmarinlə qədim insanlar evin qapı, pəncərə və divarlarını
bəzəyirdilər.
Tarixi mənbələrdə qeyd edilir ki, rozmarin çiçəyinin evdə saxlanılması həmın ailədə olan
insanları xəstəliklərdən, gözdəymələrdən, qorxunc, qəddar insanlardan, cin və Ģeytanlardan
194
qoruyurmuĢ. Rozmarin insanlara uzun gənclik illəri və sevgi bəxĢ edirmiĢ. Qədim yunan tələbələri
əllərində rozmarin budaqları tutaraq dərslərə gedərmiĢlər. Qədim romalılar isə yaddaĢlarını
möhkəmləndirmək üçün baĢlarında rozmarin budaqlarından düzəldilmiĢ çələnglər gəzdirirmiĢlər.
ġərq ölkələrində cinsi zəifliyi aĢağı olan insanlara rozmarin bitkisindən hazırlanan
preparatlardan istifadə etmələrini məsləhət görürmüĢlər. Bundan baĢqa həmin insanlar rozmarinin
çıçək və yarpaqlarını möhkəm torbalara doldurub baĢlarının altına qoyduqda tez yuxuya
gedərmiĢlər. Rozmarinin yarpaq və çiçəkli zoğlarından su buxarı vasitəsi ilə efir yağı alınır. 30-cu
illərdə Ġspaniyada hər il orta hesabla 60-150 ton efir yağı istehsal edilirdi. Hazırda Balkan
ölkələrində 22 ton, Tunusdə 19 ton efir yağı əldə edilir. Bu ölkələrdə rozmarinin geniĢ
plantasiyaları salınmıĢdır.
Rozmarin kəskin ətirli, Ģirintəhər, azca kamfora iyinə malik, Ģam iyini xatırladan ən yaxĢı
ədviyyat və bır az kəskin tamlıdır.
Yarpaqlarının tərkibində 1,5-2,0%-ə qədər eflr yağı, rozmarin alkaloidi, rozmarin turĢusu
aĢkar edilmiĢdir. Efır yağının əsas tərkib hissəsini 25-30% pinen, 10-20% kamfen, 10-30% sineol,
10-18% borneol, 6-17% kamfora və 6-10% seskviterpenlər təĢkil edir. Rozmarinin qurudulmuĢ
yarpaqlarını toz halına salıb, az miqdarda ədviyyatlara qatıb, balıq və konserva sənayesində istifadə
edirlər. Xarici ölkələrdə rozmarin tozunu bədənlərində gəzdirməyi və ondan qidalarına qatıb istifadə
etməyi məsləhət görürmüĢlər.
Ev Ģəraitində ―Afrodita çiçəyi‖ yaxĢı inkiĢaf edir. O iĢığı sevdiyindən onu gilli dibçəklərdə
basdırıb pəncərə qarĢısında saxlayın.
Dünya florasının tərkibində 5 növii yayılmıĢdır. Qafqazda, o cümlədən də Azərbaycanda 1
növünə təsadüf edilir.
Dərman rozrmarini – Rosmarinum officinalis L. Vətəni Qərbi Aralıq dənizi ölkələri hesab
edilir. Mədənı halda Ġtaliya, Fransa, Yunanıstan, Ġspaniya, Kiçik Asiya, Albaniya, ABġ-ın Florida
Ģtatında əkilib-becərilir. KeçmiĢ SSRĠ-də isə Krımın cənub sahələrində, Qara dəniz ətraflarında,
Azərbaycan və Orta Asiyada çox yayılmıĢdır. Bu bitki hələ Bibliya dövründən qədim xalqlara
məlıım olmuĢdur. Rozmarin Livanın dağ yamaclarında, təpəliklərində, lavanda, ardıc, adaçayı
(sürvə), zirə, bədrənc bitkiləri ilə birlikdə fıtosenozlar təĢkil edir. Qədim yunan xalqları rozmarini
müqəddəs kol bitkisi kimi təsvr edirmiĢlər. Bitki Avropaya rahiblər tərəfindən gətirilmiĢdir.
Rozmarin - həmiĢəyaĢıl, xoĢ ətirli, çox budaqlanan, hündürlüyü 1,0-1,5(2,0) m olan koldur.
Budaqları ensiz, xətvari, kənarları bükülmiiĢ, aĢağı hissəsi ağımtıl keçə ilə örtülmüĢ yarpaqlardan
ibarətdir. Yarpaq qoltuğunun dar hissəsində mavi və yaxud bənövĢəyi, bəzən ağ rəngli salxım
çiçəkləri toplanmıĢdır. Güclü kök sistemi budaqlanaraq yerin 3-4 m tərkinə iĢləyir. Çoxillik
budaqları tünd-boz, lay-lay təbəqədən ibarət olan qabığı odunlaĢmıĢ, birillikləri isə parlaq-boz
tüklərlə örtülmüĢdür. Toxumları qonurumtul rəngli xırda-qozmeyvədir. 100 ədədinin çəkisi 0,5-1,1
qramdır.
Qədim zamanlardan rozmarin dərman bitkisi kimi bir sıra xəstəliklərin müalicəsində istifadə
edilir. Bitkidən hazırlanan cövhərdən baĢ ağrılarında, soyuqdəymədə, mədə-bağırsaq
xəstəliklərində, sidikqovucıı vasitə kimi istifadə olunur. Yarpaqlarından papiros preparatları
hazırlanıb astma xəstəliklərində istifadə olunur. Rozmarin tonusartırıcı xüsusiyyətlərə malik olııb,
aĢağı qan təzyiqlərində, cinsi zəiflikdə müsbət nəticələr verir. Bitkidən pəhriz saxlayan Ģəkərli
xəstələrə, qara ciyər, öd kisəsi, damar xəstəliklərində, miokardda istifadə etrnəyi məsləhət görürlər.
Bundan baĢqa, yarpağından hazırlanan cövhərindən qadın xəstəliklərində, o cümlədən də aybaĢı və
əsəb pozğunluqlarında, qadınlarda baĢ verən klimakterik dövrdə, ürək nevrozlarında, halsızlıqda,
baĢ gicələnmələrində, yaddaĢın zəifləməsində istifadə olunur. Xalq təbabətində cövhərindən astma,
yuxarı nəfəs yollarında, mədənin xroniki kataraktında, qarın köplərində iĢlədilir. Mazından
nevralgiyada, revmatizmdə tətbiq edilir. Rozmarin öd ifrazının artırılmasına, mədə və bağırsağın
normal iĢləməsinə kömək edir.
Hazırda bir sıra ölkələrdə rozmarindən qıymətlı dərman bitkisi kimi muxtəlif xəstəliklərin
müalicəsində istifadə olunur.
Rozmarini müxtəlif nisbətlərdə ədviyyatlarla qarıĢdırıb kompozisiyasını əldə etməklə
müxtəlif xörəklərin tərkibinə qatırlar. Bu kompozisiyadan ən çox lobya, noxud, paxla, mərci,
Dostları ilə paylaş: |