215
aşağı salınmasında. 2 xörək qaĢığı təzə baĢınağacı meyvəsini 1 stəkan qaynar suya töküb 2-3 saat
dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 2 dəfə, yeməyə yarım saat qalmıĢ yarım
stəkan qəbul edin. Müalicə kursu bir həftədən az olmamalıdır.
Qan təzyiqinin tez-tez aşağı və yuxarı olduğu zaman baş ağrılarının aradan
qaldırılmasında. Bunun üçün təzə meyvədən alınmıĢ Ģirədən gündə 2-3 dəfə, 2 xörək qaĢığı qəbul
edin. Müalicə kursunu vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin.
Aybaşı dövrünün pozuntularının qaydaya salınmasında. 3 xörək qaĢığı qurudulmuĢ
baĢınağacı və ardıc meyvəsi, 2 xörək qaĢığı qaytarma və sədo otundan götürün. Bir xörək qaĢığı
qarıĢığı 1 stəkan qaynar suya töküb vam od üzərinə qoyub 3-4 dəqiqə biĢirin və soyudub süzün.
Yatmazdan qabaq dəmləmədən 1 stəkan için. Müalicə kursu 10-14 gündür.
Mastopatiyanın müalicəsində köməkçi müalicə vasitəsi kimi. 1 stəkan təzə baĢınağacı
Ģirəsini 3 xörək qaĢığı balla qarıĢdırıb, gündə 2 dəfə, yeməkdən 1 saat sonra stəkanın 1/4 hissəsi
qədər qəbul edin. AxĢamlar isə bir neçə qat tənzifə ekstraktdan hopdurub xəstə döĢünüzün üzərinə
qoyun. Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin.
İmmunitetin artırılmasında. Bərabər miqdarda itburnu meyvəsi, baĢınağacı, bədrənc və
Ģüvərəni doğrayıb bir-biri ilə qarıĢdırın. Bir xörək qaĢığı doğranmıĢ qarıĢığı 1 stəkan qaynar suya
tökün və termosda 2 saat dəmləyin. Aldığınız cövhərdən gündə 3-4 dəfə, yarım stəkan qəbul edin.
Müalicəni hər yarım ildən bir 2-3 həftə təkrar edin.
Ekzema zamanı. Gündə 3-4 dəfə 4:1 nisbətində su ilə baĢınağacı Ģirəsini qatıĢdırıb xəstə
nahiyənin üzərinə sürtün. Bunun üçün 2 xörək qaĢığı təzə baĢınağacı meyvəsini həvəngdəstədə əzib,
1 stəkan qaynar suyun üzərinə tökün. Ağzını bağlayıb 20-30 dəqiqə dəmlədikdən sonra süzün.
Aldığınız içkidən gündə 2-3 dəfə, stəkanın yarısı qədər yeməyə yarım saat qalmıĢ qəbul edin.
Müalicəni vəziyyətiniz yaxĢılaĢana qədər davam etdirin.
Diqqət! BaĢınağacı meyvəsindən hazırlanan preparatlardan damar geniĢlənmələrində,
tromboflebitdə, qanı qatı olanların, mədə turĢusu artıq olan və hipertoniyalı xəstələrin qəbul
etmələri məsləhət görülmür.
Adi doqquzdon – Lonicera caprifolium L.
Dünya florasının tərkibində 200-ə qədər növü yayılmıĢdır. Qafqazda 7, o cümlədən
Azərbaycanda 5 növünə rast gəlmək olar. Bu növlər haqqında qısaca da olsa oxuculara məlumat
vermək lazımdır.
Adi doqquzdon - Lonicera caprifolium L. çox da hündür olmayan, sarmaĢan və yaxud
dırmaĢan gövdəli bitkidir. Sərt, qısa saplaqlı yarpaqları ovalĢəkilli olub, 3,5-10 sm uzunluğundadır.
Yuxarıda yerləĢən dairəvi ovalvari yarpaqları cüt-cüt birləĢərək kaĢavari forma əmələ gətirir.
Ətirli, iri oturacaq, çiçəkləri bir neçə süpürgəvari
hamaĢçiçək əmələ gətirir. Çiçək tacı çəhrayı, sarımtıl və
yaxud sarımtıl-ağ rəngdə olub 5 sm uzunluğundadır. Meyvəsi
qırmızımtıl-narıncı giləmeyvədir. Toxumları ellipsvaridir.
Adi
doqquzdon
Azərbaycanın
Samur-Dəvəçi
düzənliyində və Quba zonasında, Qobustanda, Kiçik Qafqaz
ərazilərində düzənlik sahələrdən baĢlamıĢ, orta dağ zonalarına
qədər yayılmıĢdır.
Təzə Ģirəsindən, eləcə də spirtli çıxarıĢından
(cövhərindən) homeopatiyada, mikrobəleyhinə və s. iĢlədilir.
Yarpağından hazırlanmıĢ dəmləmələrdən boğaz ağrılarında
yaĢ sarğı kimi istifadə edilir. Təzə Ģirəsindən mədə
yaralarında, bir sıra dəri xəstəliklərində, çiçəyindən hazırlanan
dəmləmələrdən isə bəlğəmgətirici, ağrıkəsici kimi, bronxial
astmada, göz ağrılarında və s. istifadə olunur. Ətriyyat sənayesində geniĢ iĢlədilir. Nektar, bəzək,
216
boyaq xüsusiyyətlərinə malik bitkidir.
Çiçəkaltlıqlı doqquzdon - L. bracteolaris Boiss. et Buhse çoxbudaqlı kol bitkisidir.
Tumurcuqları iki kasacıqda birləĢərək sıx yerləĢir. Çılpaq cavan budaqları nazik olur. Yarpaqlarının
uzunluğu 1,5-3,0 sm, eni 1,5-1,8 sm olub, qısa saplaqlı, ellipsvari-uzunsov və yaxud
yumurtaĢəkillidir. Çiçək tacı sarımtıldır. Meyvəsi birtoxumludur.
Azərbaycanda Naxçıvan MR-in dağlıq zonalarında yayılmıĢdır.
Gürcü doqquzdonu - L.iberica M.Bieb. 50-200 sm hündürlüyündə, dağınıq budaqlara malik
kol bitkisidir. Yarpaqları 2,0-3,5 sm uzunluğunda, qısa saplaqlı yumurtaĢəkilli, bəzən də dairəvi
olur. Çiçəkaltlığı uzunsov-lansetvaridir. Çiçək tacı sarımtıldır. Giləmeyvələri iki ədəd olub, bir-biri
ilə birləĢmiĢlər.
Gürcü doqquzdonuna Azərbaycanda aĢağı dağlıq zonalardan baĢlamıĢ, yuxarı meĢəliklərdən
subalp çəmənliklərinə qədər rast gəlmək olar.
Qafqaz doqquzdonu - L.caucasica Pall. hündürlüyü 0,5-3,0 m-ə qədər olan kol bitkisidir.
Qısa saplaqlı yarpaqları enli, ovalvari-yumurta formalı, uzunsovdur. Çiçəkləri qoltuqda tək-tək
yerləĢmiĢdir. Qırmızımtıl-bənövĢəyi rəngli çiçək tacı çılpaq olur. Meyvəsi sarımtıl, qara rəngdədir.
Qafqaz doqquzdonu Azərbaycanda Quba, Qobustan və Lənkəranın dağlıq ərazilərində
yayılmıĢdır. Qiymətli bəzək bitkisi sayılır.
MeĢə doqquzdonu – L. xylosteum L. hündürlüyü 1-2 m olan kol bitkisidir. Cavan budaqları
yumĢaq tüklərlə örtülmüĢdür. Qısa saplaqlı yarpaqları 3-6 sm uzunluğundadır. Çiçək tacı yumĢaq,
sarımtıl-ağ tüklərlə örtülmüĢdür. Meyvəsi qırmızı rəngdədir. Quba bölgəsinin orta, dağlıq
ərazilərində yayılmıĢdır.
Tərkibində efır yağı, loqanin, sverozid, saponin, alkaloid ksilostozidin, loksilostozidin A,
loksilostozidin B, aĢı və flavonoid maddələri, meyvəsində sekoloqanin və s. tapılmıĢdır.
Komi xalqı kökündən hazırlanan cövhəri ağrıyan yerlərə nəmli sarğı kimi qoyub, dəri
səpkilərində sürtkü kimi istfiadə edirlər. Kökündən hazırlanan preparatlar çibanların, irinli
yaraların, dəri səpkilərinin müalicəsində iĢlədilir. Meyvə, budaq və qabıq hissələrindən hazırlanan
dəmləmə, cövhər və vannaları dermatit, xənazir, isitmə, homeopatiyalar, qıcolma və paralic zamanı
iĢlədilir. Nektar, yem, bəzək bitkisi sayılır.
Doqquzdon meyvəsinin Ģirəsi qanazlığında da geniĢ tətbiq edilir. Qiymətli bəzək bitkisi kimi
bağ və parkların yaĢıllaĢdırılmasında istifadə olunur. Sıx kol formasında bitən bu növlər
uzunömürlü olub bağların bəzəyidir.
ġirəli meyvələrini təzə halda, Ģəkərlə qatıĢdırıb cem, mürəbbə, Ģirə, Ģərbət və s. hazırlayırlar.
Bundan əlavə meyvələrindən müalicə vasitəsi kimi Tibet təbabətində geniĢ istifadə edilir:
Meyvəsinin tərkibində sulu karbonlar, vitamin kompleksi, flavonoid maddələri aĢkar edilmiĢdir.
Doqquzdon meyvəsi kosmetika sahəsində də geniĢ tətbiq edilir. Həmçinin soyuqdəymədə,
kapilyarların möhkəmləndirilməsində, üzdə və dəridə olan dəmrov, yara və qaĢınmaların
müalicəsində də iĢlədilir.
QABAQKĠMĠLƏR – Cucurbitaceae Juss. fəsiləsi
Ağ küstüĢam («Ukrayna jenĢeni») – Bryonia alba L.
Dünya florasının tərkibində qabaqkimilər fəsiləsinin
120 cinsi, 800-ə qədər növü yayılmıĢdır. Bu növlərin
əksəriyyəti sarmaĢan və yaxud sürünən ot bitkiləri, nadir
hallarda isə yarımkol, kol hesab edilir. Bu bitkilər ən çox
tropik və subtropik ölkələrdə yayılmıĢdır.
Fəsilənin bir çox növlərindən qida, dərman və bəzək
məqsədləri üçün geniĢ istifadə edilir. Bu əhəmiyyətli
bitkilərdən biri də küstüĢamdır.
Azərabycan florasının tərkibində KüstüĢam –
Bryonia L. cinsinin 2 növünə yabanı halda rast gəlinir: ağ
küstüĢam - Bryonia alba L. və ikievli küstüĢam - B.dioica
Dostları ilə paylaş: |