227
əlaqədardır.
Tədqiqat nəticəsində müəyyənləĢdirilmiĢdir ki, qatlı quruçiçəyin çiçəklərindən qara ciyər, öd
kisəsi və öd yollarının kəskin və xronoki xəstəliklərində dərman kimi ayrılıqda və baĢqa qarıĢıqlarla
birlikdə istifadə etmək olar. Ev Ģəraitində bu çiçəyin dəmləməsindən istifadə etmək daha
məqsədəuyğundur. Bunun üçün iki xörək qaĢığı çicəyin üzərinə 2 stəkan qaynar su töküb vam odda
15 dəqiqə dəmlədikdən sonra 45 dəqiqə saxlayıb süzün, yeməkdən yarım saat qabaq gündə yarım
stəkan qəbul etmək məsləhət görülür. Müalicə kursu xəstəliyin
gediĢindən asılı olaraq 2-3 həftə davam etdirilir. Qatlı quruciçək
çiçəklərinin müalicəvi təsiri qara ciyər, öd kisəsi və öd yolları
xəstəliklərində geniĢ istifadə edilən alloxol, xoloqon, xolosas,
xolenzim dərmanlarından daha üstün sayılır.
Qatlı quruçiçək dəmləməsini qəbul etdikdən sonra öd
turĢusunun bağırsaqlara axması yaxĢılaĢır, öd turĢusunun və
bilirubinin öddə qatılığı azalır, mədənin və mədəaltı vəzinin
sekretor funksiyası nizamlanır. Xəstənin qara ciyər nahiyəsində
ağrı azalır, onun həcmi normaya düĢür, ürəkbulanma, qusma,
köpmə, mədə pozğunluğu halları aradan qalxır.
Solmazçiçəkdən flamin adlı həblər də hazırlanır.
Ödqovucu çay kimi də ödotu məsləhətdir. Bunun üçün
ödotundan 3 qram, nanə yarpağından 2 q götürüb, üzərinə bir
stəkan qaynar su löküb ağzını örtün və 20 dəqiqə dəmə
qoyduqdan sonra süzün. Dəmləmədən ilıq halda, gündə 3 dəfə, yeməkdən qabaq hər dəfə yarım
stəkan içmək məsləhətdir.
Azərbaycan florasında rast gəlinən bütün quruçiçək (solmazçiçək) növlərindən müalicə
məqsədləri üçün istifadə etmək olar.
Qumsal quruçiçək (solmazçiçək) – Helichrysum arenarium (L.) Moench
Qumsal quruçiçək (solmazçiçək) - Helichrysum arenarium (L.) Moench. Bu, hündürlüyü
20-30 sm olan gövdələri ağ yumĢaq tüklərlə əhatə olunan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları
uzunsov-tərs yumurtavari olduğu halda, gövdə yarpaqları
xətvaridir. Dairəvi səbəti sıx qalxanvari süpürgədə toplanmıĢdır.
Bütün yarpaqcıqları qatlanmıĢ pərdəvari, limonu-sarı, nadir
hallarda isə, narıncı rəngdədir. Daxildə olan çiçəkləri boruvari,
ikicinsli, kənarları sapvari-boru formasında olub, meyvəsi kəkilli
toxumcadır. Ġyun-avqustda çiçək açır, avqust-sentyabrda meyvə
verir.
Çiçəklərinin tərkibində
6,5%-ə
qədər
saliurirpozid
(C
21
H
22
O,
0
, bu da hidroliz olunaraq naringeninə (C
15
H
12
O
5
) və
qlükozaya
(C
6
H
12
O
6
)
çevrilir),
5-diqlükozid
naringenin
(C
27
H
32
O
15
); 3-diqlükozid kempferol (C
27
H
30
O
16
), qlükozid
apigenin (C
21
H
20
O
10
), izosalirurpozid (C
12
H
22
O
10
) və s. maddələr
tapılmıĢdır. Bundan əlavə çiçəklərinin tərkibində 5,7-dioksiftalid
(C
8
H
6
O
4
), steroid təbiətli C
27
H
46
O, C
35
H
58
O
7
birləĢmələri,
həmçinin fenol təbiətli C
18
H
16
O
7
və C
21
H
24
O
7
boyaq maddələri, piy turĢuları, inozit, 0,04%-ə qədər
efır yağı və s. maddələr aĢkar edilmiĢdir.
Solmazçiçəyi çiçəklərinin tərkibində 1,32% kül, mq/q-la: K - 16,30, Ca - 700, Mg - 1,20, Fe
- 0,13 makroelementləri, mkq/q-la: Mn - 0,38, Cu - 0,51, Zn - 0,39, Cr - 0,08, Al - 0,03, Se - 17,10,
Ni - 0,17, Sr - 0,38, Pb - 0,02, B - 85,20 mikroelementləri aĢkar edilmiĢdir. Yerüstü hissələrdən isə
19,48% kül, mq/q-la: K - 28,00, Ca - 9,40, Mg - 2,70, Fe - 1,70 makroelementləri, mkq/q-la: Mn -
0,27, Cu - 0,40, Zn - 0,71, Co - 0,44, Mo - 2,20, Cr - 0,66, Al - 1,21, Ba - 0,78, V - 0,32, Se - 5,70,
Ni - 0,34, Sr - 0,07, Pb - 0,09, B - 21,20 və s. mikroelementləri tapılmıĢdır.
228
Qumsal solmazçiçəyi S.P.Pavlovun laboratoriyasında elmi əsaslarla öyrənilməyə baĢlanmıĢ,
kliniki təcrübələr 30-cu illərdə aparılmıĢdır. Təcrübələr nəticəsində məlum olmuĢdur ki, qumsal
solmazçiçəyindən alınan preparatların köməyi ilə böyrək, öd kisəsi və öd yollarını müalicə etmək
olar. Ye.Yu.ġass tərəfindən aparılan tibbi təcrübələr zamanı isbat olunmuĢdur ki, bitkidən alınan
preparatları qəbul edən xəstələrdə ürəkbulanma, qusma, qarın köpü, böyrək və öd kisəsində baĢ
verən nasazlıqlar getdikcə aradan qalxır, dəridə və göz almasının xarici qiĢasında əmələ gələn
sarılıq tədricən çəkilməyə baĢlayır. Bundan baĢqa preparatların təsiri nəticəsində ödün ifrazı artır,
öd turĢusunun və bilirubinin qatılığı azalır, öd kisəsinin və öd kisəsi vəzisinin sekresiya fəaliyyəti
normalaĢır.
Hal-hazırda öd kisəsi iltihabı, hepatitin müalicəsində solmazçiçəyindən hazırlanan
dəmləmələrdən, sulu və quru ekstraktlardan ödqovucu vasitə kimi geniĢ istifadə edilir.
Ödqovucu çayın hazırlanması. 10 q solmazçiçəyini 250 ml suda dəmləyib, gündə 3 dəfə,
yeməyə 25-30 dəqiqə qalmıĢ daxilə qəbul edirlər.
Tərkibi bir neçə bitki qarışığından ibarət olan ödqovucu çayın hazırlanması. 4 hissə
solmazçiçəyi, 3 hissə üçyarpaq yonca yarpağı, 2 hissə nanə yarpağı, 2 hissə keĢniĢ toxumunu
qarıĢdırın. QarıĢıqadan bir xörək qaĢığı 2 stəkan qaynar suyun üzərinə töküb 20 dəqiqə dəmləyib
süzün. Gündə 3 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ yarım stəkan daxilə qəbul edin.
Qara ciyər və öd kisəsi xəstəliklərində. 3 çay qaĢığı solmazçiçəyindən götürüb 0,5 litr
qaynar suya töküb vam od üzərinə qoyub qaynama dərəcəsinə çatdırın. Sonra 2 saat dəmləyib,
süzün. AlınmıĢ dəmləmədən stəkanın 1/2 hissəsi qədər gündə 3-4 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ
daxilə qəbul edin.
Kəskin böyrək xəstəliklərində. 2 xörək qaĢığı solmazçiçəyini 2 stəkan qaynar suya töküb
vam od üzərinə qoyun. Mayenin 1/4 hissəsi qalanadək 1 saata qədər ehtiyatla qaynadın. Soyudub,
süzdükdən sonra gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq stəkanın 1/4 hissəsi qədər daxilə qəbul
edin.
Böyrəyin xroniki xəstəliyi və sidiyin çətinliklə ifrazı zamanı. 1 çay qaĢığı solmazçiçəyini
0,5 litr qaynar suya tökün, 15 dəqiqə dəmləyin sonra cövhəri süzüb gündə 2-3 dəfə, yeməyə 30
dəqiqə qalmıĢ stəkanın 1/2 hissəsi qədər daxilə qəbul edin.
Öd kisəsi pozuntuları zamanı. 2 çay qaĢığı solmazçiçəyini 1 stəkan qaynar suya töküb,
yarım saat dəmləyin. Sonra dəmləməni süzüb bütün günü çay kimi için.
Hepatit A, sidik kisəsi və mədə-bağırsaq pozuntuları zamanı. 1 xörək qaĢığı solmazçiçəyini
0,5 litr qaynar suya töküb yarım saat dəmləyin. Sonra cövhəri süzüb gündə 3 dəfə, stəkanın 1/2
hissəsi qədər daxilə qəbul edin.
Diqqət! Solmazçiçək az da olsa zəhərli təsirə malik olduğundan ondan göstəriĢdəki qaydalara
düzgün riayət edin. Solmazçiçəyin dəmləmə və ekstraktlarından 3 aydan çox qəbul etmək məsləhət
görülmür.
Solmazçiçəyini apteklərdən tapmaq olar.
Adi pıtraq – Xanthium strumarium L.
Dünya florasının tərkibində 10-a qədər növü yayılmıĢdır. Qafqazda, o cümlədən
Azərbaycanda 3 növünə təsadüf edilir.
Təbabətdə isə adi pıtraq - Xanthium strumariıım L. və iynəvari pıtraq - X. spinosum L.-dən
istifadə edilir.
Azərbaycanda yayılan pıtraqlar birillik ot
bitkiləridir. Növbə ilə yerləĢən yarpaqları və
bircinsli, birevli çiçək səbətləri və tikanlı iliĢkən
toxumca meyvələri vardır.
Göstərilən hər iki növ pıtraq Azərbaycanın
əksər rayonlarında, aĢağı dağ qurĢağına qədər
yayılmıĢdır. Onlara ən çox alaq bitkiləri içində, çay
və yol kənarlarında, meĢə açıqlıqlarında rast gəlinir.
Dostları ilə paylaş: |