229
Müalicə məqsədləri üçün yerüstü hissələrindən istifadə edilir.
Adi pıtrağın bütün yerüstü hissələrinin tərkibində yod aĢkar edilmiĢdir.
Xammalı bitki tam çiçək açan zaman toplamağı məsləhət görürlər.
Bitkidən hazırlanan preparatlar bakterisid, antiseptik, qankəsici, yarasağaldıcı, sidikqovucu,
tərlədici, istilik salan, sakitləĢdirici, zəif ağrıları aradan qaldıranvasitə kimi istifadə edilir.
Hipertoniya zamanı. 1 xörək qaĢığı doğranmıĢ pitrağı qaynar suya tökün və 10 dəqiqə vam
od üzərində 1 saat dəmləyib sonra süzün. Aldığınız ekstraktdan gündə 3-4 dəfə, yeməkdən qabaq,
stəkanın 1/4 hissəsi qədər daxilə qəbul edin. Bü məqsədlər üçün pıtraq cövhərindən də istifadə
etmək olar. Bunun üçün yarımlitrlik ĢüĢə bankanı yarısına qədər doğranmıĢ ot hissəsi ilə doldurub,
üzərinə araq əlavə edin, qaranlıq yerdə 2-3 həltə saxladıqdan sonra süzün. Sonra 1 xörək qaĢığı
götürüb bir qədəh suya əlavə edin və gündə 2-3 dəfə, yeməyə yarım saat qalmıĢ qəbul edin.
Revmatizm zamanı və böyrək daşının əridilməsində. 2 xörək qaĢığı doğranmıĢ otu 0,5 litr
qaynar suya töküb termosda 2-3 saat dəmlədikdən sonra süzün. AlınmıĢ ekstraktdan gündə 2-3 dəfə,
yeməyə yarım saat qalmıĢ, stəkanın 1/4 hissəsi qədər qəbul edin.
Allergiyaya qarşı. 1 çay qaĢığı doğranmıĢ ot hissəsindən götürüb 1 stəkan qaynar suya töküb
1 saat dəmləyin. Sonra alınmıĢ ekstraktdan stəkanın 1/3 hissəsi qədər gündə 3 dəfə yeməyə yarım
saat qalmıĢ qəbul edin.
Ekzemaya qarşı. 1 xörək qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, vam od üzərində
10 dəqiqə qaynadın. AlınmıĢ ekstaktı tənzifə hopdurub xəstə nahiyəyə sarıyın.
Dəri gicişmələrində, qaşınmalarda. 2 xörək qaĢığı doğranmıĢ otu təmizlənmiĢ bitki yağının
üzərinə töküb ehtiyatla qarıĢdırıb, 3 gün qaranlıq yerdə saxlayın. AlınmıĢ məhlulu süzüb xəstə
nahiyəyə sürtün.
Göbələk xəstəliklərinə qarşı. 2 xörək qaĢığı doğranmıĢ otu 1 stəkan qaynar suya töküb, vam
od üzərində 20 dəqiqə qaynadın. Sonra süzüb üzərinə isti su əlavə edib 1 stəkan həcminə çatdıırın.
AlınmıĢ ekstraktdan xəstə nahiyəyə kompres qoyun. Əməliyyatı xəstəlik sağalana qədər davam
etdirin.
Ayaqda olan göbələk xəstəliyinin müalicəsində. DoğranmıĢ ot hissəsindən bir qədər qaba
töküb, ağzı bağlı halda qaynar suda pörtlədib 10 dəqiqə vam od üzərində qaynatdıqdan sonra süzün.
AlınmıĢ məhlulu tənzifə hopdurub həftədə 2 dəfə xəstə nahiyəyə sürtün. Müalicə kursu
uzunmüddətlidir.
Diqqət! Pıtraq həddən artıq zəhərli olduğu üçün daxilə qəbul edən zaman göstərilən
xammalın miqdarına fıkir verin. Əgər məhluldan xarici nahiyələrə sürtən zaman giciĢmə baĢ verərsə
müalicəni dayandırın.
Günəbaxan – Helianthus annuus L.
Günəbaxan ilk dəfə 1576-cı ildə botanik M.Lobelius tərəfindən təsvir edilmiĢdir. O
günəbaxanı «günəĢ çiçəyi» və yaxud «heliantus» adlandırmıĢdır.
Günəbaxan polimorf bitki olub Amerika qitəsinin
«vətəndaĢı» hesab edilir. Bentam (Bentham) və Huker
(Hooker) günəbaxan cinsinin 50-yə qədər növü olduğunu
qeyd etdikləri halda, Uotson (Wathson) 108, Kokkerel isə
(Cockerell) 180 növünün yayıldığını göstərirlər. Helianthus
cinsi L. bölünmüĢ arealara malikdir. Bunun 50 növü əsas
etibarilə Kanadadan baĢlamıĢ ABġ-a, oradan da Meksikaya
qədər yayılmıĢdır. Cinsin 17 növü Cənubi Amerika, And,
Cənubi Kolumbiya daxil olmaqla Boliviyaya qədər gəlib
çıxmıĢdır.
Ġ.F.Satsıperova və bir neçə baĢqa botaniklər
bilməyərəkdən süni olaraq Helianthus cinsi ilə Viguiera
Kunth. və baĢqa cinsləri qarıĢıq saldıqlarına görə növlərin
sayında səhvə yol vermiĢlər. Hal-hazırda Amerika qitəsində
230
günəbaxan cinsinin 50-yə qədər yabanı növü yayılmıĢdır.
Günəbaxan növləri yem, qida, yağ, müalicə və bəzək təbiətli bitki hesab edilir.
Azərbaycanda 2 növü mədəni halda əkilib-becərilir. Güclü kök sısteminə malik birillik ot
bitkisidir.
Vegetasiya dövrünün sonunda bitkinin gövdəsi iriləĢir və oduncaqlaĢır, içərisi məsaməli
parenxim hüceyrələri ilə dolur. Gövdə xaricdən cod tüklərlə əhatə olunmuĢdur.
Sortundan asılı olaraq, hiindürliiyü 0,7-3,3 metrə çatır. Kökü saçaqlıdır, güclü inkiĢaf edib
2,5 metrə qədər torpağın dərinliyinə iĢləyir. Gövdə üzərində 4-5 yarpaq əmələ gələn zaman onun
kökü yerin 50-60 sm dərinliyində olur. Çiçək açan dövrdə kök öz inkiĢafının maksimum həddinə
çatır. Yarpaqları çox iri, tüklüdür, diametri 10-40 sm olur. Yarpaq saplağının uzunluğu 30-60 sm
olub, xaricdən cod tüklərlə örtülmüĢdür. CodlaĢmıĢ tüklər yarpaq ayasında isti vaxtlarda bitkidən
suyun kəskin dərəcədə buxarlanmasının qarĢısını alır. Çiçəkləri hamaĢ formalı səbətdir. Yağ verən
sortlarında yalnız bir çiçək səbəti olduğu halda, yabanı və mədəni növ və sortlarında isə gövdə
üzərində bir neçə budaq və səbət əmələ gəlir. Ġri səbətinin üzərində sıra ilə iki cərgədə çiçəklər
düzülmüĢ halda olur. Bunlardan birincisi dil Ģəkilli, meyvə əmələ gətirməyən parlaq-sarı rəngdə
olub, həĢəratları özünə cəlbetmə funksiyasını yerinə yetirir. Bütün səbətin içərisi boruĢəkilli
çiçəklərlə əhatə olunub, meyvə verəndir. Ekoloji Ģəraitdən, sortun inkiĢafından asılı olaraq,
boruĢəkilli çiçəklərin sayı müxtəlif dir. Günəbaxan bitkisinin inkiĢafının birinci fazasında onun
gövdəsinin üzərində 5-7 həqiqi yarpaq əmələ gəlir. YaxĢı ĢumlanmıĢ, alaq otlarından təmizlənmiĢ,
gübrələnmiĢ və yaxĢı aqrotexniki qulluq edilmiĢ sahələrdə bitki yaxĢı inkiĢaf edib, iri səbət və çoxlu
miqdarda boruĢəkilli çiçəklər əmələ gətirir. Bu boruĢəkilli çiçəklərin sayı 1000-1200-ə çatır.
ƏlveriĢsiz torpaq Ģəraitində günəbaxan özünü pis hiss edir, səbəti kiçik, boru çiçəklərinin sayı az
olur və məhsuldarliğı xeyli aĢağı düĢür. Günəbaxan toxumcuğunun içərisində toxumu (nüvəsi) olur.
1000 ədəd toxumunun çəkisi 40-170 q olur. Meyvəsinin örtüyü isə qabıq adlanır. Qabığın yuxarı
hissəsi epidermislə örtülü, müxtəlif rəngdə olur.
Günəbaxan çox qəribə bitkidir. Amerikada yabanı halda alaq otu kimi yayılmıĢdır. Avropa
ölkələrinə gətirildikdən sonra, o bu ölkələrin park, bağ və bağçalarının gözəl və yaraĢıqlı bəzək
bitkisinə çevrilmiĢdir.
Ġnsanlar bitkinin meyvəsini qida kimi istifadə etdikdən sonra tərkibində yağ maddəsinin
olduğunu baĢa düĢmüĢlər. Bundan sonra ondan bəzək bitkisi kimi istifadə etməklə yanaĢı, yağverən
bitki kimi geniĢ sahələrdə əkib-becərməyə baĢlamıĢlar. Əldə olunan toxum məhsulundan isə
yüksək keyflyyətli yağ almıĢlar.
Günəbaxan toxumlarından alınan yağ baĢqa bitki yağlarından qidalılıq və həzmolunma
keyfiyyətlərinə görə fərqlənir; bir çox yeyinti məhsullarının: marqarin, mayonez, qənnadı və s.
hazırlanmasında istifadə edilir. Qabığı təmizlənmiĢ toxumlarından isə halva, kozinaki və s. Ģirniyyat
növləri hazırlamr.
Dərman məqsədilə günəbaxanın yarpaqlarından, yağından, çiçəklərindən və meyvələrindən
istifadə edilir. Meyvələrinin tərkibində 35%-ə qədər piyli yağ, 14-16% zülal maddələri, fıtin,
xlorogen turĢusu, az miqdarda aĢı maddələri, üzvi turĢular və s. yarpaqlarında isə 11 mq%-ə qədər
karotin aĢkar edilmiĢdir. Dilcikvari sarı çiçəklərində acı maddələr, betain, xolin, karotin,
antosianidlər və s. aĢkar edilmiĢdir.
Günəbaxan yağı skleroza qarĢı istifadə edilən menetolun tərkibinə daxildir.
Çiçəklərindən və yarpaqlarından hazırlanmıĢ tinktura xalq təbabətində iĢtahartırıcı və
mədənin həzm fəaliyyətini qüvvətləndirici dərman kimi, çiçəklərindən alınan sarı rəngli karotinoid
yeyinti sənayesində boyayıcı kimi istifadə edilir.
Günəbaxandan hazırlanmıĢ jmıx iribuynuzlu mal-qara və donuzlar üçün qiymətli konsentrat
yem kimi istifadə edilir. Gövdə, səbət, püfə, qabıq, hissələri qiymətli xammal olub, potaĢ furfurol
(zəhərli həĢəratı qırmaq üçün maye), plastik kütlə, sınmayan ĢüĢə və s. hazırlanmasında istifadə
edilir.
Günəbaxan çiçəkləri yaxĢı nektar verdiyindən bir hektar günəbaxan əkilən sahədən 30-40 kq
bal əldə edilir.
Günəbaxanın vətəni ġimali Amerika qitəsinin cənub-qərb hissəsi hesab edilir. Onun bu
Dostları ilə paylaş: |