245
nəticəsində tənəffüs yollarında baĢ verən xəstəlikəlrdə sinəyumĢaldıcı və bəlğəmgətirici, xüsusən də
bronxit və ağ ciyər xəstəliklərində iltihabı aradan qaldıran dərman kimi qəbul edilir. Təzə
yarpaqlarından alınmıĢ ekstraktdan Ģiddətli öskürək zamanı gündə 4-6 dəfə, bir xörək qaĢığı qəbul
edirlər. Ondan bəlğəmgətirici, tərlədici, mikrob əleyhinə, yumĢaldıcı, ağ ciyər xəstəliklərində,
bronxitdə, astmada, qanqrenada, mədə, böyrək, qara ciyər, sidik kisəsi və s. xəstəliklərin
müalicəsində geniĢ istifadə edilir.
Xalq təbabətində qurudulmuĢ yarpaqlarını yandırıb tüstüsündən boru vasitəsilə quru
öskürəyə və ya astmaya tutulmuĢ xəstələr inqalyasiya edirlər. Yapaq və çiçəklərindən çay kimi
dəmləyib soyuqdəymələrdə tərlədici kimi, sarılıqda, mədə xəstəliklərində, bağırsaqların selikli
qiĢasının iltihabında, böyrək və sidik kisəsində əmələ gələn iltihaba qarĢı içirlər.
Kosmetika sahəsində də geniĢ tətbiq edilir. Təzə yarpaqlarından hazırlanmıĢ Ģirədən dəridə
əmələ gələn çətin sağalan yaraların, ĢiĢlərin, qızartıların, müalicəsində iĢlədilir. Yarpaqların sıyığını
qabar və döyənəyin üzərinə qoyurlar. Yarpağına gicitkəni 1:1 nisbətində qarıĢdırıb, alınan cövhərlə
saçı yuyaraq dibini bərkidir və qovağı təmizləyirlər. Bundan baĢqa otundan hazıranan preparatlarla
soyuqdəymə, bəlğəmgətirici, yumĢaldıcı, tərlədici və ödqovucu vasitə kimi istifadə olunur. Bu
cövhərlə həftədə üç dəfə baĢı yumaq məsləhət görülür.
Yarpaqlarını qurudub toz halına salır, müalicə məqsədilə irinli və sulu yaraların üzərinə
səpirlər.
Bir çox xarici ölkələrdə, məsələn, Bolqarıstan, PolĢa və Almaniyada yarpağından sarğı kimi
dəridə baĢ verən irinli yaraların, vena xəstəliklərində, ĢiĢlərin üzərinə qoyub sağaldırlar. Fransada
vannasını hazırlayıb dəri xəstəliklərinə tutulmuĢ xəstəni çimdirirlər.
Bir sıra qərb ölkələrində «ögey ananın» çiçək və yapaqlarından ədviyyat kimi Ģorba və ət
xörəklərinin tərkibinə qatırlar. Çiçəkləri isə ət xörəklərinə qızılı sarı rəng vermək üçün qatqı kimi
istifadə edilir..
Dərman və kosmetika sahəsində istifadə etmək üçün yayın birinci yarısında yarpaqlarını əl
ilə toplayıb açıq havada, talvar altında, ya da quruducuda qurudurlar.
Bitki öz müalicəvi xüsusiyyətləri ilə seçilir. Onu insanlar xüsusilə də dindarlar dini ayinlər
zamanı döĢlərinə, boyunlarına taxırlar. Müalicə məqsədləri üçün çiçək və yarpaqlarından istifadə
edilir. Çiçəklərini yazın əvvəllərində toplayır, yarpaqlarını isə iyun ayında tədarük edirlər.
ToplanmıĢ xammalı meh dəyən, kölgəli yerlərə sərib qurudur, ĢüĢə qablara və yaxud kağız
paketlərə doldurub quru havalı otaqlarda saxlayırlar.
Bronxit, pnevmoniya, həmçinin irinli yaraların, çiban və səpkilərin müalicəsində. 1 xörək
qaĢığı quru çiçəyini 1 stəkan qaynar suya tökün, yarım saat dəmlədikdən sonra süzün. Gündə 3-4
dəfə, yeməyə 20 dəqiqə qalmıĢ 2 xörək qaĢığı qəbul edin.
Mədə və bağırsaq soyuqdəymələrində. 2 xörək qaĢığı təzə çiçəyini 0,5 litr qaynadılmıĢ suya
töküb bir saat dəmlədikdən sonra süzün. Gündə 4 dəfə, yeməyə 30 dəqiqə qalmıĢ stəkanın 1/3
hissəsi qədər qəbul edin.
Ağ ciyər vərəmində. Təzə çiçəklərindən yarpaqlarıdan götürüb yarımlitrlik ĢüĢə bankaya
lay-lay qoyun, üzərinə Ģəkər tozu səpib, bir həftə qaranlıq yedə saxlayın. Cövhəri alınan zaman
üzərinə 250 q bal əlavə edin, ehtiyatla qarıĢdıııb gündə 3 dəfə, yeməyə 20-30 dəqiqə qalmıĢ bir
xörək qaĢığı qəbul edin.
Yaraların, mədə yarasının, səpki və çibanların müalicəsində. DoğranmıĢ təzə yarpaqları
xəstə nahiyəyə qoyub üzərini sarğı ilə bağlayın. Əməliyyatı günaĢırı təkrar edin. Prosesi yara
sağalana qədər davam etdirin.
Tükün tökülməsində və qovağın təmizlənməsində. 1 xörək qaĢığı gicitkən və «ögey ana»
çiçəyini 1 stəkan qaynar suya tökün, yarım saat dəmlədikdən sonra, gündə 1-2 dəfə bu ekstraktla
saçın dibini silin.
Tromboflebitin müalicəsində. 3 xörək qaĢığı çiçək və yarpaqlarından götürüb, yarım saat
dəmlədikdən sonra süzün, alınmıĢ ekstraktla tənzifı isladıb xəstə vena damarını 30-40 dəqiqədən bir
kompres edin.
Dərinin qızılyel xəstəliyində. Çiçək və yarpaqlarını ovub toz halına salın, xəstə nahiyənin
üzərinə səpin.
246
Gülümbahar – Calendula officinalis L.
Dünya florasının tərkibində 20-30-a qədər növünə rast gəlmək olar.
Bu növlərin mənĢəyini Kanar adalarından məlumdur. Çin ərazilərinə qədər yayılmıĢdır.
Azərbaycan ərazisinə gülümbahar növlərinin toxumları XIII əsrdə Orta Aralıq dənizi ölkələrindən
əsən küləklər vasitəsilə gəlib çıxmıĢdır. Gülümbahar cinsinin Qafqazda, o cümlədən Azərbaycanda
3 növü yayılmıĢdır. Bu növlərdən ikisi yabanı, bir növü isə mədənidir. Gülümbahar torpağa az
tələbkar olmaqla, az qulluq tələb edən bütün ili çiçək açan
bitkilərdəndir. Calendula-nın latınca mənası hər ayın birinci
gününü bildirir. Qədim Roma xalqı gülümbaharı «hər ayın birinci
günü» adlandırmıĢlar. Botaniklər qədim Romada gülümbaharın 12
sortunu əkib və bu sortları elə seçiblər ki, hər biri baĢlanan ayın
birinci günü çiçək açırmıĢ. Əvvəllər insanlar gülümbahardan öz
mətbəxlərində xörəklərə zövq oxĢayan qızılı sarı rəng və xoĢ tam
vermək üçün ədviyyat kimi istifadə etmiĢlər. Az sonra
gülümbahar ilə həkimlər maraqlanmağa baĢlamıĢlar. Ġnsanları ən
çox Calendula officinalis maraqlandırmıĢdır. Calendulanı bir çox
xalqlar toxumunun quruluĢuna görə «piĢik caynağı» adlandırmıĢlar. Doğrudan da gülümbaharın
toxumları piĢik caynağına oxĢayır. Gülümbahar çiçəklərinin rəngi nə qədər çox parlaq olarsa, onun
tərkibindəki müalicəvi təsirə malik maddələrin miqdarı bir o qədər çox olacaqdır. Bitkiyə xoĢ ətirli
iy verən tərkibindəki efir yağı və qatran maddələridir. Gülümbahar çiçəklərini toplayan zaman bir
neçə dəqiqədən sonra barmaqlarınızın üzəri ətəoxĢar ətirli təbəqə ilə örtüldüyünün Ģahidi
olacaqsınız. Gülümbahardan hazırlanan cövhər dezinfeksiyaedici xüsusiyyətlərə malik olub
yaraların tez sağalmasına təsir edir, mazından isə dəridə əmələ gələn çiban, çivzə, səpkilərin,
ekzemaların və s. müalicəsində sürtkü kimi istifadə edilir. Qurudulub narın toz halına salınmıĢ
Çiçəklərini«zəfəran» əvəzi kimi kulinariyada istifadə edilir.
Gülümbahar birillik, nadir hallarda isə çoxillik ot bitkisidir. Gövdəsi 20-25, bəzən də 75 sm
hündürlüyündə, saçaqlı budaqlanan, qabırğalı olub, tüklərlə öıtülmüĢdür. Yarpaqları növbəli,
uzunluğu 13 sm olub, aĢağı yarpaqları saplaqlı, uzunsov-tərs yumurtavari, yuxarıdakılar oturaq
uzunsov-lansetvaridir. Çiçəkləri iri, gövdənin yuxarı hissəsində tək-tək yerləĢən parlaq sarı-narıncı
və yaxud naııncı-qırmızı rəngli səbətdə toplaĢmıĢdır. Bitki mart-aprel-may aylarından payızın son
ayına qədər çiçəkləyir. Ġyulda meyvə verir. Gülümbahar cinsinin dünyada yabanı halda 20 növü
yayılmıĢdır. Bunlara ən çox Orta Aralıq dənizi ətrafındakı ölkələrdə və Ġranda rast gəlinir. Mədəni
halda becəriləni isə dərman gülümbaharıdır. Onu bütün Avropa ölkələrində, ABġ-da və s. qiymətli
dərman və bəzək bitkisi kimi geniĢ əkib-becərirlər. Ukraynada ən yaxĢı dərman və bəzək bitkisi
sayılır.
Respublikamızda gülümbahar çoxdandır ki, yalnız bəzək bitkisi kimi becərilir. Onu
Azərbaycanın hər yerində xüsusən, rayon mərkəzlərində, bağlarda, bağçalarda, həyətlərdə əkirlər.
Gülümbahar çox qiymətli dərman, boyaq və bəzək bitkisidir. Çiçəklərinin tərkibində karotin
(C
40
H
56
), likopin (C
40
H
56
O
4
), rubiksantin (C
40
H
56
), violaksantin (C
40
H
56
O
4
), rubiksantin (C
40
H
56
O),
neolikopin A, tsikloksantin (C
40
H
56
O), flavoxrom (C
40
H
56
O), flavoksantin (C
40
H
56
O
3
),
xrizantemonsin, sitraksantin və s. maddələr tapılmıĢdır. Çiçəkdə karotinoidlərin ümumi miqdarı
3%-ə qədər olur. Bundan əlavə çiçəklərinin tərkibində izoramnetin, rutin, izoramnetin-3- qlükozid,
kversetin-3-D-qlükozid, narsissin flavonoidləri, 0,02% efır yağı, 3,4% qətran, 4,0% selik, albumin,
6,8% alma turĢusu, pentadtelsin (C
15
H
30
O
2
), kalendulozid, A, B, C, D, D
2
və F, S vitaminləri,
alkaloidlərin izi və s. tapılmıĢdır. Ot hissəsinin tərkibində isə kalenden (C
23
H
38
O
7
), aĢı maddəsi,
arindol, farodiol triterpenləri, toxumunda isə piyli yag maddəsi və s. aĢkar edilmiĢdir. Bundan əlavə
çiçəklərinin tərkibində 8,01% kül maddəsi, mq/q olmaqla: 29,80 - K, 11,40 - Ca, 2,50 - Mg, 0,15 -
Fe makroelementləri, mkq/q olmaqla: 0,20 - Mn, 0,86 - Cu, 1,31 - Zn, 0,03 - Co, 1,47 - Mo, 0,09 -
Cr, 0,05 - Al, 4,20 - Se, 0,25 - Ni, 0,10 - Sr, 0,03 - Pb, 0,05 - I, 48,40 - B mikroelementləri aĢkar
edilmiĢdir.
Dostları ilə paylaş: |