Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə123/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   119   120   121   122   123   124   125   126   ...   149

245 
 
nəticəsində tənəffüs yollarında baĢ verən xəstəlikəlrdə sinəyumĢaldıcı və bəlğəmgətirici, xüsusən də 
bronxit  və  ağ  ciyər  xəstəliklərində  iltihabı  aradan  qaldıran  dərman  kimi  qəbul  edilir.  Təzə 
yarpaqlarından alınmıĢ ekstraktdan Ģiddətli öskürək zamanı gündə 4-6 dəfə, bir xörək qaĢığı qəbul 
edirlər.  Ondan  bəlğəmgətirici,  tərlədici,  mikrob  əleyhinə,  yumĢaldıcı,  ağ  ciyər  xəstəliklərində, 
bronxitdə,  astmada,  qanqrenada,  mədə,  böyrək,  qara  ciyər,  sidik  kisəsi  və  s.  xəstəliklərin 
müalicəsində geniĢ istifadə edilir. 
Xalq  təbabətində  qurudulmuĢ  yarpaqlarını  yandırıb  tüstüsündən  boru  vasitəsilə  quru 
öskürəyə  və  ya  astmaya  tutulmuĢ  xəstələr  inqalyasiya  edirlər.  Yapaq  və  çiçəklərindən  çay  kimi 
dəmləyib  soyuqdəymələrdə  tərlədici  kimi,  sarılıqda,  mədə  xəstəliklərində,  bağırsaqların  selikli 
qiĢasının iltihabında, böyrək və sidik kisəsində əmələ gələn iltihaba qarĢı içirlər. 
Kosmetika sahəsində də geniĢ tətbiq edilir. Təzə yarpaqlarından hazırlanmıĢ Ģirədən dəridə 
əmələ gələn çətin sağalan yaraların, ĢiĢlərin, qızartıların, müalicəsində iĢlədilir. Yarpaqların sıyığını 
qabar və döyənəyin üzərinə qoyurlar. Yarpağına gicitkəni 1:1 nisbətində qarıĢdırıb, alınan cövhərlə 
saçı yuyaraq dibini bərkidir və qovağı təmizləyirlər. Bundan baĢqa otundan hazıranan preparatlarla 
soyuqdəymə,  bəlğəmgətirici,  yumĢaldıcı,  tərlədici  və  ödqovucu  vasitə  kimi  istifadə  olunur.  Bu  
cövhərlə həftədə üç dəfə baĢı yumaq məsləhət görülür. 
Yarpaqlarını  qurudub  toz  halına  salır,  müalicə  məqsədilə  irinli  və  sulu  yaraların  üzərinə 
səpirlər. 
Bir çox xarici ölkələrdə, məsələn, Bolqarıstan, PolĢa və Almaniyada yarpağından sarğı kimi 
dəridə  baĢ  verən  irinli  yaraların,  vena  xəstəliklərində,  ĢiĢlərin  üzərinə  qoyub  sağaldırlar.  Fransada 
vannasını hazırlayıb dəri xəstəliklərinə tutulmuĢ xəstəni çimdirirlər. 
Bir  sıra  qərb  ölkələrində  «ögey  ananın»  çiçək  və  yapaqlarından  ədviyyat  kimi  Ģorba  və  ət 
xörəklərinin  tərkibinə  qatırlar.  Çiçəkləri  isə  ət  xörəklərinə  qızılı  sarı  rəng  vermək üçün  qatqı  kimi 
istifadə edilir.. 
Dərman və kosmetika sahəsində istifadə etmək üçün yayın birinci  yarısında  yarpaqlarını əl 
ilə toplayıb açıq havada, talvar altında, ya da quruducuda qurudurlar. 
Bitki öz müalicəvi xüsusiyyətləri ilə seçilir. Onu insanlar xüsusilə də dindarlar dini ayinlər 
zamanı  döĢlərinə,  boyunlarına  taxırlar.  Müalicə  məqsədləri  üçün  çiçək  və  yarpaqlarından  istifadə 
edilir.  Çiçəklərini  yazın  əvvəllərində  toplayır,  yarpaqlarını  isə  iyun  ayında  tədarük  edirlər. 
ToplanmıĢ  xammalı  meh  dəyən,  kölgəli  yerlərə  sərib  qurudur,  ĢüĢə  qablara  və  yaxud  kağız 
paketlərə doldurub quru havalı otaqlarda saxlayırlar. 
Bronxit, pnevmoniya, həmçinin irinli yaraların, çiban və səpkilərin müalicəsində. 1 xörək 
qaĢığı  quru  çiçəyini  1  stəkan  qaynar  suya  tökün,  yarım  saat  dəmlədikdən  sonra  süzün.  Gündə  3-4 
dəfə, yeməyə 20 dəqiqə qalmıĢ 2 xörək qaĢığı qəbul edin. 
Mədə və bağırsaq soyuqdəymələrində. 2 xörək qaĢığı təzə çiçəyini 0,5 litr qaynadılmıĢ suya 
töküb  bir  saat  dəmlədikdən  sonra  süzün.  Gündə  4  dəfə,  yeməyə  30  dəqiqə  qalmıĢ  stəkanın  1/3 
hissəsi qədər qəbul edin. 
Ağ  ciyər  vərəmində.  Təzə  çiçəklərindən  yarpaqlarıdan  götürüb  yarımlitrlik  ĢüĢə  bankaya 
lay-lay  qoyun,  üzərinə  Ģəkər  tozu  səpib,  bir  həftə  qaranlıq  yedə  saxlayın.  Cövhəri  alınan  zaman 
üzərinə  250  q  bal  əlavə  edin,  ehtiyatla  qarıĢdıııb  gündə  3  dəfə,  yeməyə  20-30  dəqiqə  qalmıĢ  bir 
xörək qaĢığı qəbul edin. 
Yaraların,  mədə  yarasının,  səpki  və  çibanların  müalicəsində.  DoğranmıĢ  təzə  yarpaqları 
xəstə  nahiyəyə  qoyub  üzərini  sarğı  ilə  bağlayın.  Əməliyyatı  günaĢırı  təkrar  edin.  Prosesi  yara 
sağalana qədər davam etdirin. 
Tükün  tökülməsində və  qovağın  təmizlənməsində.  1  xörək  qaĢığı  gicitkən  və  «ögey  ana» 
çiçəyini 1 stəkan qaynar suya tökün,  yarım saat dəmlədikdən sonra, gündə 1-2 dəfə bu ekstraktla 
saçın dibini silin. 
Tromboflebitin  müalicəsində.  3  xörək  qaĢığı  çiçək  və  yarpaqlarından  götürüb,  yarım  saat 
dəmlədikdən sonra süzün, alınmıĢ ekstraktla tənzifı isladıb xəstə vena damarını 30-40 dəqiqədən bir 
kompres edin. 
Dərinin  qızılyel  xəstəliyində.  Çiçək  və  yarpaqlarını  ovub  toz  halına  salın,  xəstə  nahiyənin 
üzərinə səpin. 


246 
 
 
Gülümbahar  Calendula officinalis L. 
 
Dünya florasının tərkibində 20-30-a qədər növünə rast gəlmək olar. 
Bu  növlərin  mənĢəyini  Kanar  adalarından  məlumdur.  Çin  ərazilərinə  qədər  yayılmıĢdır. 
Azərbaycan  ərazisinə  gülümbahar  növlərinin  toxumları  XIII  əsrdə  Orta  Aralıq  dənizi  ölkələrindən 
əsən küləklər vasitəsilə gəlib çıxmıĢdır. Gülümbahar cinsinin Qafqazda, o cümlədən Azərbaycanda 
3  növü  yayılmıĢdır.  Bu  növlərdən  ikisi  yabanı,  bir  növü  isə  mədənidir.  Gülümbahar  torpağa  az 
tələbkar  olmaqla,  az  qulluq  tələb  edən  bütün  ili  çiçək  açan 
bitkilərdəndir.  Calendula-nın  latınca  mənası  hər  ayın  birinci 
gününü bildirir. Qədim Roma xalqı gülümbaharı «hər ayın birinci 
günü» adlandırmıĢlar. Botaniklər qədim Romada gülümbaharın 12 
sortunu  əkib  və  bu  sortları  elə  seçiblər  ki,  hər  biri  baĢlanan  ayın 
birinci  günü  çiçək  açırmıĢ.  Əvvəllər  insanlar  gülümbahardan  öz 
mətbəxlərində xörəklərə zövq oxĢayan qızılı sarı rəng və xoĢ tam 
vermək  üçün  ədviyyat  kimi  istifadə  etmiĢlər.  Az  sonra 
gülümbahar  ilə  həkimlər  maraqlanmağa  baĢlamıĢlar.  Ġnsanları  ən 
çox Calendula officinalis maraqlandırmıĢdır. Calendulanı bir çox 
xalqlar  toxumunun  quruluĢuna  görə  «piĢik  caynağı»  adlandırmıĢlar.  Doğrudan  da  gülümbaharın 
toxumları piĢik caynağına oxĢayır. Gülümbahar çiçəklərinin rəngi nə qədər çox parlaq olarsa, onun 
tərkibindəki müalicəvi təsirə malik maddələrin miqdarı bir o qədər çox olacaqdır. Bitkiyə xoĢ ətirli 
iy  verən tərkibindəki efir yağı  və qatran maddələridir. Gülümbahar çiçəklərini toplayan  zaman bir 
neçə  dəqiqədən  sonra  barmaqlarınızın  üzəri  ətəoxĢar  ətirli  təbəqə  ilə  örtüldüyünün  Ģahidi 
olacaqsınız.  Gülümbahardan  hazırlanan  cövhər  dezinfeksiyaedici  xüsusiyyətlərə  malik  olub 
yaraların  tez  sağalmasına  təsir  edir,  mazından  isə  dəridə  əmələ  gələn  çiban,  çivzə,  səpkilərin, 
ekzemaların  və  s.  müalicəsində  sürtkü  kimi  istifadə  edilir.  Qurudulub  narın  toz  halına  salınmıĢ 
Çiçəklərini«zəfəran» əvəzi kimi kulinariyada istifadə edilir. 
Gülümbahar birillik, nadir hallarda isə çoxillik ot bitkisidir. Gövdəsi 20-25, bəzən də 75 sm 
hündürlüyündə,  saçaqlı  budaqlanan,  qabırğalı  olub,  tüklərlə  öıtülmüĢdür.  Yarpaqları  növbəli, 
uzunluğu  13  sm  olub,  aĢağı  yarpaqları  saplaqlı,  uzunsov-tərs  yumurtavari,  yuxarıdakılar  oturaq  
uzunsov-lansetvaridir. Çiçəkləri iri, gövdənin yuxarı hissəsində tək-tək yerləĢən parlaq sarı-narıncı 
və  yaxud  naııncı-qırmızı  rəngli  səbətdə  toplaĢmıĢdır.  Bitki  mart-aprel-may  aylarından  payızın  son 
ayına  qədər  çiçəkləyir.  Ġyulda  meyvə  verir.  Gülümbahar  cinsinin  dünyada  yabanı  halda  20  növü 
yayılmıĢdır. Bunlara ən çox Orta Aralıq dənizi ətrafındakı ölkələrdə və Ġranda rast gəlinir. Mədəni 
halda becəriləni isə dərman gülümbaharıdır. Onu bütün Avropa ölkələrində, ABġ-da və s. qiymətli 
dərman  və  bəzək  bitkisi  kimi  geniĢ  əkib-becərirlər.  Ukraynada  ən  yaxĢı  dərman  və  bəzək  bitkisi 
sayılır. 
Respublikamızda  gülümbahar  çoxdandır  ki,  yalnız  bəzək  bitkisi  kimi  becərilir.  Onu 
Azərbaycanın hər yerində xüsusən, rayon mərkəzlərində, bağlarda, bağçalarda, həyətlərdə əkirlər. 
Gülümbahar çox qiymətli dərman, boyaq və bəzək bitkisidir. Çiçəklərinin tərkibində karotin 
(C
40
H
56
), likopin (C
40
H
56
O
4
), rubiksantin (C
40
H
56
), violaksantin (C
40
H
56
O
4
), rubiksantin (C
40
H
56
O), 
neolikopin  A,  tsikloksantin  (C
40
H
56
O),  flavoxrom  (C
40
H
56
O),  flavoksantin  (C
40
H
56
O
3
), 
xrizantemonsin,  sitraksantin  və  s.  maddələr  tapılmıĢdır.  Çiçəkdə  karotinoidlərin  ümumi  miqdarı 
3%-ə qədər olur. Bundan əlavə çiçəklərinin tərkibində izoramnetin, rutin, izoramnetin-3- qlükozid, 
kversetin-3-D-qlükozid, narsissin flavonoidləri, 0,02% efır yağı, 3,4% qətran, 4,0% selik, albumin, 
6,8%  alma  turĢusu,  pentadtelsin  (C
15
H
30
O
2
),  kalendulozid,  A,  B,  C,  D,  D
2
  və  F,  S  vitaminləri, 
alkaloidlərin  izi  və  s.  tapılmıĢdır.  Ot  hissəsinin  tərkibində  isə  kalenden  (C
23
H
38
O
7
),  aĢı  maddəsi, 
arindol, farodiol triterpenləri, toxumunda isə piyli yag maddəsi və s. aĢkar edilmiĢdir. Bundan əlavə 
çiçəklərinin tərkibində 8,01% kül maddəsi, mq/q olmaqla: 29,80 - K, 11,40 - Ca, 2,50 - Mg, 0,15 - 
Fe makroelementləri, mkq/q olmaqla: 0,20 - Mn, 0,86 - Cu, 1,31 - Zn, 0,03 - Co, 1,47 - Mo, 0,09 - 
Cr, 0,05 - Al, 4,20 - Se, 0,25 - Ni, 0,10 - Sr, 0,03 - Pb, 0,05 - I, 48,40 - B mikroelementləri aĢkar 
edilmiĢdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə