239
quberniyasının 29 əyalətində bunun toplanıb tədarükü ilə məĢğul olmuĢlar. Çin və Tibet təbabətində
də üçbarmaq otundan soyuqdəymədə, ishalda geniĢ istifadə olunmuĢdur.
Xalq təbabətində üçbarmaq otundan hazırlanan məlhəmlərdən, cövhərlərdən xənazir, raxit,
iltihab əleyhinə, oynaq xəstəliklərində istifadə olunmaqla yanaĢı, sidikqovucu və tərlədici vasitə
kimi də iĢlədilir. Qədim zamanlarda ilan sancmasına qarĢı mübarizə effektli dərman preparatları
olmadığı dövrdə üçbarmaqdan hazırlanan məlhəmlərdən istifadə edilmiĢdir. Otundan hazırlanan
cövhərindən iĢtahaaçıcı, çətin həzm olunmaya qarĢı, eləcə də böyrək və dalaq xəstəliklərində
istifadə edilir.
Tərkibində çoxlu və qiymətli bioloji aktiv maddələr olduğundan kosmetika və
dermatologiya sahəsində geniĢ istifadə edilir. Belə ki, ondan hazırlanan məlhəmlərdən dəri
ekzemasına, qoturluğa, xənazirə, körpə uĢaqlarda əmələ gələn qartmağa qarĢı geniĢ istifadə edilir.
Toxumundan əldə olunan yağdan yaraların tez sağalmasında, dəri yanıqlarında, epitel hüceyrəsinin
sürətlə bərpa edilməsində iĢlədilir. Otundan hazırlanan vannalarından insanların sağlam, gümrah,
bədənin təravətli olmasında istifadə edilir. Üçbarmaq otunun tozağacı, gicitkən, atpıtrağı, çovdar,
zəncirotu, qaraqınıq qarıĢığından hazırlanan vannasından sağlamlaĢdırıcı, qüvvətləndirici vasitə
kimi həm də dəriyə sağlam rəng veıilməsində də istifadə edilir.
Yatıqqanqal otunun qönçə və ilk açan çiçəklərindən hazırlanan vannasından dəri
xəstəliklərində, diatezin müxtəlif formasında, qaĢınmalarda, səpkilərin müalicəsində geniĢ istifadə
edilir. Yayın axır aylarında, bitki qönçə və çiçək açan dövrdə gövdəni 30 sm hündürlüyündə kəsib
götürürlər. Bəzən onun yarpaq və yaxud kiçik yan budaqlarını da toplayırlar. Bir müddət keçəndən
sonra elə ki, bitkidə cavan budaqlar əmələ gəldi təkrar ikinci dəfə toplama iĢləri aparılır.
Üçbölümlü yatıqqanqal əkilən sahələri otbiçən maĢınlarla toplayır, silos kombaynları
vasitəsilə doğrayıb xırdalayır, talvar, çardaq və yaxud od quruducularında 45-50° temperaturda
qurudurlar. Hektar sahədən ~5-9 sentner yaĢıl quru kütlə əldə edildiyi halda, mədəni Ģəkildə
becərildikdə isə 24 sentner məhsul götürmək olar. Bitkinin kombaynlarla toxumunu döyüb
çıxarırlar. Yatıqqanqal otu yaxĢı ĢumlanınıĢ, mala çəkilmiĢ nəm torpaqlarda əkilib becərilsə bol
məhsul əldə etmək olar. Taxıl əkilən sahələrdə yaxĢı inkiĢaf edib bol məhsul verir. Dondurma
Ģumundan sonra hər hektar sahəyə 40 ton peyin və yaxud kompast, 30 kq mineral gübrə, əkinqabağı
isə 8-10 kq fosfor, verməyi məsləhət görürlər. Yatıqqanqal otunun toxumlarını əkindən qabaq
skarifikasiya edib, qıĢ dövründə sərin Ģaxtalı günlərdə yaxud erkən yazda əkirlər. Toxumları bir-
birindən cərgələrarası 60 sm olmaqla, 1 sm dərinliyində əkirlər. Bir hektar sahəyə norma olaraq 8-
12 kq toxum səpilir. Vegetasiya dövründə 4-5 dəfə kultivasiya iĢləri aparılır və sahə alaqdan
təmizlənir. XIX əsrin əvvəllərində yatıqqanqal otundan yun, ipək və pambıq məmulatlarını
boyamaq üçün Rusiyada geniĢ əkilib becərilmiĢdir.
Yatıqqanqal otunun təbii boyağından saçları qızılı sarı rəngə boyamaq olar.
Alaqanqal – Silybum marianum (L.) Gaertn.
Alaqanqal – Silybum Adans. cinsinin dünya florasının tərkibində 2 növünə təsadüf edilir.
Qafqazda, o cümlədən də Azərbaycanda 1 növü: adi alaqanqal - Silybum marianum (L.) Gaertn.
yayılmıĢdır. Hündürlüyü 150 sm olan ikillik ot bitkisidir. Kökü saçaqlı olub, birinci ili çoxsaylı
iynəvari yarpaqlar əmələ gətirir. Ġkinci ili seyrək budaqlı iri gövdə əmələ gətirir. Yarpaqları
uzunsov-ovalvari iri tünd-yaĢıl, üzəri ağımtıl keçəvari tüklərlə əhatə olunmuĢdür. Çiçəkləri boru
formasında olub, bənövĢəyi çiyələk və yaxud qırmızı rəngdə olub, dairəvi olan səbətdə
toplanmıĢdır. Meyvəsi parlaq, toxumları kəkilli olub, sarımtıl, tünd uzunsov lələklərlə əhatə
olunmuĢdur. Ġyul ayından payızın sonuna qədər
çiçəkləyir. Toxumları sentyabr-oktyabr aylarında
yetiĢir.
Adi qanqal Azərbaycanın Samur-Dəvəçi, Kür-
Araz düzənliklərində, Böyük Qafqazın Ģərq hissəsində,
Qobustanda, AbĢeronda, Kür sahillərində, Kiçik
Qafqazın cənub ərazilərində, Lənkəran Muğanında
240
yayılmıĢdır. Bundan baĢqa bitkiyə düzənlikdən tutmuĢ orta dağ qurĢaqlarına qədər təsadüf etmək
olar.
Adi alaqanqal dərman, efir yağlı, qida və bəzək təbiətli bitkidir. Bitkidən müalicə məqsədləri
üçün qədim dövrlərdə istifadə olunmağa baĢlanmıĢdır. Halen bitkidən «qarın xəstəliklərini» müalicə
edər preaparatlar hazırlayırmıĢ. Hazırda da alaqanqaldan hazırlanan preparatlardan qara ciyər
pozuntularında geniĢ istifadə edilir. Müalicə məqsədləri üçün alaqanqal bir sıra ölkələrin
ərazilərində geniĢ əkilib becərilir. Alaqanqalı məĢhur edən onun toxumlarının tərkibində nadir
keyfiyyətlərə malik flavanoid birləĢmələrinin aĢkar edilməsidir. Bundan əlavə toxumlarının
tərkibində 30-32%-ə qədər piyli yağ, 0,08% efir yağı, biogen təsirli amin turĢularından tirazin,
histamin amin turĢuları, qatran, selik, silibin, silidianin, taksifolin, silixristin flavonoidləri aĢkar
edilmiĢdir. Bundan baĢqa onun tərkibində A, D, E, K, F və B vitamini qrupları, 5,08% kül, mq%
olmaqla: K – 9,20, Ca – 16,60, Mg – 4,20, Fe – 0,08 makroelementləri, mkq/q olmaqla: Mn – 0,10,
Cu – 1,16, Zn – 0,7, Cr – 0,15, Al – 0,02, V – 0,01, Se – 22,90, Ni – 0,20, Sr – 0,08, Pb – 0,08, I –
0,09, B – 22,40 mikroelementləri və Co, Mo, Cd, La, Ba, Au, Br aĢkar edilmiĢdir. Cu, Se, xüsusən
də Se çoxluq təĢkil edir. Alaqanqal yaxĢı antioksidant xüsusiyyətlərə malik olub, vaxtından əvvəl
qocalmanın qarĢısını alır. Müalicə məqsədləri üçün onun toxumundan, yetiĢmiĢ meyvəsindən,
kökündən, ot və Ģirəsindən istifadə edilir. Alaqanqal xırda buynuzlu heyvanlar üçün zəhərli hesab
olmasına baxmayaraq, ondan hazırlanan preparatlardan tipdə geniĢ istifadə olunur. Spirtli içkilərin,
zəhərli göbələklərin, zəhərli dərman preparatlarının zəhərləyici təsirlərindən qara ciyəri qorumaq
üçün alaqanqal preparatlarından istifadə edilir. Bundan baĢqa bitkidən hazırlanan preparatlardan
qara ciyər pozuntularında, serrozun, kəskin və xroniki hepatitin müalicəsində geniĢ istifadə edilir.
Qeyd etdiyimiz preparatların orqanizmə heç bir mənfi təsir göstərmədiyi də müəyyən edilmiĢdir.
Alaqanqal böyük müalicəvi spektrli olduğundan ondan müxtəlif formalarda Ģrot, toxumlarından
hazırlanan tozundan (poroĢokundan), yaĢıl hissələrindən hazırlanan dəmləmə cövhər və çaylarından
geniĢ istifadə edilir. Alaqanqal az zəhərli olduğundan ondan hazırlanan preparatların reseptlərinə
düzgün riayət edilməlidir.
Alaqanqaldan müalicəvi preparatların hazırlanması.
Qara ciyər, o cümlədən assitin, toplanmış mayenin kənar edilməsi zamanı toxumundan
dəmləmənin hazırlanması: 30 q toxumu narın üyüdüb 0,5 litr qaynar suya tökün. Həmçinin 2 dəfə
azalana qədər su hamamında buxarlandırın. Sonra 3 qat tənzifdən keçirib hər saatdan bir, 1 xörək
qaĢığı qəbul edin. Müalicə kursu 1-2 aydır. Lazım gələrsə müalicəni iki həftədən sonra davam
etdirmək olar.
Dizenteriya, sidiyin gecikməsi, radikulit və qıcolma zamanı. 1 xörək qaĢığı xırda doğranmıĢ
kökünü 200 ml qaynar suya töküb su hamamına qoyun, ağzını örtüb 30 dəqiqə saxlayın. Ġsti halda
3 qat tənzifdən süzüb əvvəlki həcminə gətirmək üçün üzərinə qaynar su tökün. AlınmıĢ ekstraktdan
gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaĢığı qəbul edin.
Xərçəng xəstəliyi zamanı. Istifadə olunan kimyəvi preparatların orqanizmdə əmələ gətirdiyi
toksiki maddələri kənar etmək üçün: kök və otundan 2 xörək qaĢığı 0,5 litr qaynar suya töküb, 7-8
saat dəmləyib (bütün gecəni saxlaya bilərsiniz). Süzüb gündə 3 dəfə, 150 ml qəbul edin.
Revmatizm, xroniki qəbizlik, bronxit, babasil xəstəlikləri zamanı. Alaqanqalın doğranmıĢ
otundan 50 q götürüb üzərinə 0,5 litr araq tökün. Sonra qarıĢığı tünd ĢüĢə qaba töküb, 2 həftə
qaranlıq yerdə çaxlayıb, tez-tez çalxalayın. Aldığınız cövhərdən gündə 4 dəfə, yeməkdən qabaq 20-
25 damcı qəbul edin.
Sarılıq, öd daşlarının, xroniki öskürəyin, soyuqdəymə və damar genişlənmələri zamanı. 1
çay qaĢığı toxumundan və yaxud suya töküb 15-20 dəqiqə dəmləyib süzün. Səhər və axĢam isti
halda yeməkqabağı qurtum-qurtum için. Alaqanqaldan hazırlanan çayı tamlı və ətirli etmək üçün
1:1 nisbətində yarpız əlavə edin.
Damar genişlənmələri, dəri xəstəlikləri, qanda şəkərin aşağı salınması zamanı:
Alaqanqalın toxumlarından hazırlanan tozundan 1 çay qaĢığı götürüb gündə 3 dəfə yemək qabağı
isti halda qəbul edin. Müalicəni 40 gündən sonra dayandırıb, 2 həftə fasilə verin. Müalicə bir il,
yaxud daha uzun çəkə bilər. Müalicəni xəstəliyin sağalmasına qədər davam etdirin. Tozundan
hazırlanan ekstraktından sızanaqların və uzun müddət sağalmayan yaraların müalicəsində kompres
Dostları ilə paylaş: |